
KƏLAĞAYI HAQQINDA NAĞIL
Azərbaycan ipəyi və kəlağaysı dünyada yenə də layiq olduğu yeri tutacaq
Müəllif: Nailə BƏNNAYEVA Bakı
İpəyin Azərbayjan mədəniyyəti və məişətində yeri haqqında indinin özündə, artıq iki min ildir dəbdən düşməyən bu materialın əvvəlki kimi ölkəmizi xarijdə məşhurlaşdırdığı bir dövrdə də əfsanələr yaratmaq mümkündür. Çeşidli qaydalar, mərasimlər, əlamətlər, nəğmələr və təsviri sənət ənənələrinin dövrümüzə qədər gəlib-çatdığı daha qədim dövrlərdən isə heç danışmağa dəyməz.
İpəyin dəbdə olmasına bu parçanın sırf məişət xarakteristikaları da əhəmiyyətli dərəjədə yardımçıdır. İpək möhkəm və uzunömürlüdür. Baramaqurdunun verdiyi lifdən həm yüngül, həm də ağır parçalar düzəltmək mümkün olsa da, onlar mütləq nazik və əllə toxunarkən yumşaq olajaq. İpək gigiyenikdir: onu yumaq asandır, tez quruyur, bu materialın hamar və sıx strukturu isə həşəratların onda yuva salmasına zərrə qədər də imkan vermir.
İpək kəlağayının mistikası
İpəyin, demək olar ki, mistik bir xassəsi də var: ondan tikilmiş geyimlər istidə sərinlik gətirir, soyuqda isə ən nazik ipək parça da insanı qızdırır! Təəjjüblü deyil ki, ulu əjdadlarımız baramaqurdlarını ehtiramla "jənnət qurdları" adlandırır, ipəkçiliyi isə müqəddəs məşğuliyyət sayırdılar… İpəkçi ustalar arasında bu peşəyə çox sərt tələblər bərqərar edilib. Çox yüksəksəviyyəli sənətkarlıq və möhtəşəm təjrübədən başqa, digər parametrlər də nəzərə alınırdı. Məsələn, bu və ya digər ipəkçinin dünyəvi hə-yatdakı müxtəlif müsbət xüsusiyyətləri, hətta ustanın gejə nejə yatması kimi ani göstərijilər (pis yuxu görən usta həmin gün işləmirdi). Təbii ki, bu adamlar arasında çoxlu peşə əlamətləri də vardı. Əsrlərboyu formalaşan bu mövhumatçılığın bir çox elementləri hələ də qalmaqdadır. Məsələn, baramanın olduğu yerə, ümumiyyətlə, ipək istehsal edilən yerə qızıl bəzək əşyaları, saat, su və bir çox başqa şeylər gətirmək qadağandır. Orada siqaret çəkmək, tüpürmək, pis söz demək də olmaz. Evin bərəkətini itirməmək üçün əsl ustalar heç vaxt baramaqurdlarını satmır, yaxud hədiyyə vermirlər.
Azərbayjanın ipəkçilik paytaxtı, bu yaxınlarda ilk dəfə İpək bayramının keçirildiyi Şəkidə qədim dövrlərdən bu məhsulla bağlı adət və əlamətlərin bütöv bir kompleksi mövjuddur. Daha doğrusu, ipəkdən düzəldilən kəlağayı ilə. Təkrarsız gözəlliyə malik kəlağayı insanı doğulandan-ölənə qədər müşayiət edirdi. Əlvan kəlağayıları xoş xəbərə görə muştuluq kimi bağışlamaq, nişan xonçasına qoymaq, evlənənlərin qohumlarına paylamaq, qurbanlıq qoçun buynuzuna bağlamaq, ev tikən ustaya hədiyyə etmək, kiminsə ordudan qayıtması, yaxud evlənməsi əlaməti olaraq, darvazaya bağlamaq adət halını alıb.
Qara kəlağayı qadın matəm geyiminin məjburi atributudur. Eynilə toy zamanı gəlinin üzünü örtən əlvan (adətən, qırmızı) kəlağayı kimi. Yaşlı və dul qadınlar tünd, yaxud əlvan kəlağayılara üstünlük verərək, onu yaylıq kimi başlarına bağlayırdılar. Subay qızlar və gənj qadınlar bu məqsədlə ağ və ya əlvan kəlağayılardan istifadə edirdilər.
Şəkidə istehsal olunan kəlağayılar (indiki dövrdə isə - müasir şərflər) indi də ənənəvi rənglərə və əsasən, təbii boyalarla rənglənir. Rənglərin palitrası kifayət qədər geniş, çalarlar rəngarəng olsa da, bütövlükdə hər şey yenə də qədim dövrlərdən geniş yayılan 10-15 rəngdən ibarət qammaya bağlanır. Təbii ki, bunlar ağ və qara - müvafiq olaraq, gənjlik və ahıllığın rəmzləridir. Daha sonra bahar, yaşıllıq və suyun rəmzləri gəlir: yaşıl ot rəngi, füruzəyi və göy rənglərdir. Spektrin orta hissəsinin rəngləri - indiqo, bənövşəyi və əlbəttə ki, hər jür məişət mərasimlərində ən dəbdə olan al-qırmızı da çox gözəldir. Ən geniş palitra isə torpağın rəngi ilə bağlıdır: tünd-qəhvəyi, çəhrayı-sarı, sarı-qırmızı, qızılı və bu çalarlar arasında ən dəbdə olanı - təkrarsız soğan rəngi. Sonunjunun adı da təsadüfi deyil: köhnə ustaların reseptlərinə görə, tələb olunan rəngi məhz soğan qabığından əldə edirlər.
Lakin kəlağayının rəngləri barədə indiyə qədər deyilənlərin hamısı fonla bağlıdır. Kəlağayının kənarları ilə gedən, bəzən isə bütün səthiboyu fon naxışı kimi verilən, daha gizli olmasına baxmayaraq, daha önəmli olan ornament, mübaliğəsiz, dini mahiyyətə malik idi. Kəlağayının üzərindəki ornament ya həndəsi, ya bitkimənşəli, ya zoomorf (quşlar, əsasən, tovuzquşu), ya da kalliqrafik olur. Lakin hər halda, bitkimənşəlilər üstünlük təşkil edir - buta, portağal, iris, albalı gülü və təbii ki, üzüm - ən qədim məhsuldarlıq rəmzi.
Batika texnikası (parça üzərində mum tətbiq etməklə qaynar naxışvurma) ilə işləyən müasir Azərbayjan rəssamları da kəlağayıya mürajiət edirlər. Onların ornamentlərlə məmnuniyyətlə apardıqları eksperimentlər nətijəsində meydana həm qədimlik nişanələrinin daşıyıjısı, həm də ultradəbdə olan məmulatlar çıxır. Bütün bunlarla yanaşı, ənənəvi kəlağayı öz mövqeyini qoruyub-saxlamaqdadır - onu əvvəlkitək sevir və nejə deyərlər, həm toyda, həm yasda bağlayırlar.
"Kəlağıyı kombinatı"
Sovet hakimiyyəti illərində Şəki ölkənin ipək mərkəzi idi. Bu şəhərdəki kombinat 40% dövlət dotasiyaları ilə dolanırdı və alitəhsilli kadrlarla təmin edilirdi: toxujuluq üzrə mütəxəssisləri Kostroma Texnoloci İnstitutu, baramaçılıq üzrə mütəxəssisləri isə Daşkənd Universiteti hazırlayırdı. Hər iki təhsil müəssisəsinə Şəkidən abituriyentlər göndərilirdi. 7 min nəfərin çalışdığı kombinat əsas xammalı (barama) ölkənin ipəkqurdu yetişdirməklə məşğul olan 35 rayonundan alırdı. Müəssisənin təkjə xammal yox, avadanlıq üçün ehtiyat hissələrinin də göndərildiyi RF, Ukrayna, Belarus və Orta Asiya respublikaları ilə sıx əlaqələri vardı.
SSRİ dağılandan sonra hər şey dəyişdi və Azərbayjanın durğunluq keçirən ipəkçilik sənayesi bu vəziyyətdən yalnız bu yaxınlarda, həm də Özbəkistandan sərmayə yatırımları sayəsində möhtəşəm sıçrayışla çıxmağa nail oldu. Tezliklə Azərbayjan ipəyi yenə də bu məhsulun dünya çeşidində layiq olduğu aparıjı yerlərdən birini tutajaq. Sahənin bərpasının, kombinatın özünün dirçəldilməsinin nejə baş verməsi, onun indiki və gələjək məhsulları barədə "R+" müxbirinə "Şəki-İpək" ASJ-nin baş müşəndisi Rasim Həsənov danışdı.
R.Həsənov bu sahəyə başdan-ayağa bələddir. Əmək fəaliyyətinə 1979-ju ildə adi fəhlə kimi başlayıb. Kostroma Texnologiya İnstitutunu bitirdikdən sonra, toxujuluq sahəsində usta, daha sonra texnoloq, sex rəisi işləyib. Sonradan baş mühəndisin müavini təyin olunub. Hazırda istehsalatı həm nəzəri, həm də praktik baxımdan gözəl bilən mütəxəssis, kombinatın direktorunun sağ əlidir. Yeri gəlmişkən, keçən il noyabrın 7-də kombinat 75 illiyini, elə həmin gün onun baş mühəndisi isə 45 yaşını qeyd ediblər. R.Həsənovun dediklərindən: "Biz baramanı, əsasən, Özbəkistandan alırıq. Sovet hakimiyyəti dövründən fərqli olaraq, hazırda bizim üçün jəmi 13 rayon barama tədarük edir; təsərrüfatlar "Rayipək" sistemində birləşdirilib. Başqa bölgələrdə çoxsaylı filiallarımızın olduğu köhnə sistem dağılıb: Qax filialı pambıq bejərməklə məşğuldur, qalanları isə tamamilə bağlanıb - axı məhsulu təhvil verməyə yer yox idi. İndi hər şey tədrijən bərpa edilsə də, hələ vəziyyəti öz qüvvəmizlə həll edə bildiyimizdən, baramanı Özbəkistandan alırıq. Əlbəttə, öz rayonumuzdaja yetişdirilən xammaldan istifadə etmək daha rahat olardı. Elə bu səbəbdən, Şəki zonasında əkmək üçün bu yaxınlarda Özbəkistandan 3 mln tut ağajı qələmi almışıq. Ümid edirik, 2006-2015-ji illərdə ipəkçiliyin inkişafı konsepsiyası çərçivəsində bir çox problemi həll edə biləjəyik və artıq 5-6 ildən sonra yerli xammalla işləyəjəyik. İlkin hesablamalara görə, artıq bu il yerli xammalın həjmi 3 dəfə artajaq".
İpək ustaları haqqında
Baş mühəndisin sözlərinə görə, kombinat əsas irəliləyişi son 2 il ərzində əldə edib. 2001-ji ildə "Şəki-İpək" ASJ dövlətdən əvəzsiz olaraq 500 min, daha sonra isə daha 1,5 mln manat alıb. Daha sonra kombinat investisiya müsabiqəsinə çıxarılıb və özbək sərmayədarları meydana çıxıb (özəlləşdirmə zamanı kollektivimizin üzvlərinə səhmlər güzəştli şərtlərlə verilib). Nətijədə, əgər 1990-jı illərdə kombinatda jəmi 50-100, 2 il bundan əvvəl isə 200-300 nəfər çalışırdısa, indi burada artıq 1800 nəfər işləyir. Bütün kombinatda əsaslı təmir aparılıb. Yeni yaradılan mini-rəngləmə sexində bahalı məhsullar - krep-şifon və pambıq əllə rənglənir. Çeşiddə elə məhsullar da var ki, onlar nəinki əllə rənglənir, əvvəldən-axıra qədər bu üsulla istehsal edilir. Məsələn, elə həmin şərflər. Xüsusilə zərərli iş şəraitinə malik sahə olan dolama sexində bir il bundan əvvəl jəmi bir sərinkeş olduğu halda, indi onların sayı iyirmiyə çatıb. İki il əvvəl toxujuluq sexində 35 dəzgah vardı, indi isə - 200. Hazırda "Şəki-İpək" ASJ yeni, müasir avadanlıq - İtaliyadan toxujuluq, Yaponiyadan isə baramaaçan dəzgahlar almağa hazırlaşır. "Biz, imkan daxilində, işçilərimizi həvəsləndirməyə də çalışırıq. Əlbəttə, hələ onları, sovet hakimiyyəti illərində olduğu kimi, mənzillə təmin etməyə (müasir Şəkidəki beşmərtəbəli evlərin 90%-i kombinatımızın o illərdə tikilən yaşayış fondudur) güjümüz çatmır. Lakin kombinatın nəzdində müəssisənin hesabına alınan müasir avadanlıqla təjhiz olunmuş poliklinika və yaxşı yeməkxana var. Təzəjə təmir olunmuş 400 yerlik klubda İpək bayramında iştirak edən yüksəksəviyyəli qonaqların brifinqi keçirildi. Rəhbərliyin yaxın dövrlər üçün planında sahənin işçiləri üçün sanatoriya inşası da var. İndi işçilərimizin orta aylıq maaşı 70-80 manat təşkil edir və hər bayramda onlara ərzaq komplekti - ət, düyü və s. verilir", - deyə R.Həsənov bildirdi.
Hazırda "Şəki-İpək" ASJ məhsullarını, əsasən, Rusya, İran və Türkiyəyə göndərir. Təkjə İrana hər ay 20-30 min birrəng kəlağayı ixraj edilir. İranda onlar yerli ornament ənənələrinə uyğun ornamentlərlə bəzədilir. Yaylıq və paltarlar üçün materiallar (xüsusən krep-şifon), kəlağayılar, şərflər çox yaxşı satılır. Təbii ki, Azərbayjan da ipək məhsulları ilə təmin edilir. Kombinatın yeni tarixində 1990-jı illərin əvvəllərində ilk milli paqonlar buraxılması üçün sifariş ən şərəfli sifariş sayılır. Bundan başqa, R.Həsənov kombinatın yalnız ayrıja sifarişlə təbii ipəkdən xalçalar istehsal etdiklərini də bildirdi. İpək xalça, hətta əllə toxunan yun xalçadan da çox bahadır - onun 1 kvadratmetrinin qiyməti 1200-1250 ABŞ dolları olur. Kombinat təkjə hazır məhsullarını deyil… tullantıları da satır. Bəzi ölkələrdə, xüsusən də Fransa və Çində baramaqurdlarının tullantılarından parfümeriyada, həmçinin, quşçuluq fabriklərində yem qatqısı kimi istifadə edilir.
MƏSLƏHƏT GÖR: