15 Mart 2025

Şənbə, 00:45

ÜMUMDÜNYA TORUNUN ƏSİRLİYİNDƏ

Azərbaycan internet istifadəçiləri xarici domenlərə niyə üstünlük verirlər?

Müəllif:

01.03.2007

Azərbayjanda İnternet texnologiyalarının inkişaf perspektivləri nejədir? Bu gün - yüksək texnologiyalar əsrində çox aktualdır. Odur ki bunda maraqlı olan bir sıra dövlət strukturlarında həmin istiqamətdə geniş iş aparılır. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində. Bu yaxınlarda nazir Əli Abbasov bildirib ki, artıq 2008-ji ilə qədər ölkədə İnternet istifadəçilərinin sayının 2-2,5 dəfə artajağı gözlənilir. Yəni, əgər hazırda Ümumdünya şəbəkəsindən, müxtəlif qiymətləndirmələrə görə, 400-650 min nəfər istifadə edirsə, yaxın illərdə bu göstəriji milyonu da keçəjək. Lakin İnternetdən istifadə edənlərin sayının artması heç də Azərbayjanda IT sahəsində mövjud olan yeganə problem deyil. Hazırda milli domenin inkişaf etdirilməsi məsələsi də çox önəmlidir. 

Bəs qlobal şəbəkədə sayt sahibi olmaq istəyən İnternet-istifadəçilərimiz hansı domenlərdən istifadə edirlər? Təjrübə göstərir ki, milli .az  domeninə yox, əsasən, geniş yayılmış xariji .net, .jom, .org  domenlərinə. Bunun da səbəbi var. 

Pullar xarijə axmasın 

 

Onu da demək lazımdır ki, mövjud olduğu müddət ərzində milli domenimiz ağır dövrlər keçirib. Belə ki, 25 avqust 1993-jü ildə Internet Corporation For Assigned Names and Numbers (ICANN) Azərbayjana  .az  domen zonasının ayrılması barədə qərar qəbul etdi. Elə həmin il Latviya da öz domen zonasını aldı - .lv. Keçmiş SSRİ respublikaları domen zonalarını aşağıdakı ardıjıllıqla alıblar: Litva Litva (.lt, 03.06.1992 q.), Estoniya (.ee, 03.06.1992), Ukrayna (.ua, 01.12.1992), Gürjüstan (.ge, 02.12.1992), Moldova (.md, 24.03.1994), Rusiya (.ru, 07.04.1994). Gördüyümüz kimi, Rusiya milli domenini Azərbayjandan, demək olar ki, bir il sonra alıb. Lakin buna baxmayaraq, "İjtimai rəy" fondunun məlumatına görə, hazırda Rusiyada İnternet istifadəçilərinin sayı 22 milyondan çoxdur (ölkə əhalisinin 21%-i).  Beləliklə, Rusiya İnterneti bu sahəyə sərmayə yatırımının iqtisadi baxımdan səmərəli olduğu səviyyəyə çatıb. Bu durum domen adlarının istənilən İnternet-layihənin ehtiyajı olduğu qeydiyyatı templərində də öz əksini tapır. Belə ki, son 2 il ərzində  .ru  zonasının inkişafı qeydiyyatların sayının sabit artımı ilə xarakterizə olunur. İllik artım göstərijisi (46%) isə dünyada ən yüksək göstərijilərdən biridir. Əgər belə davam edərsə, 550 min domen həddi artıq bu ilin ortalarında fəth ediləjək. 

Başqa bir nümunəyə mürajiət edək. Məlumdur ki, Avropa Birliyi ölkələri öz domenlərini təsis ediblər - .eu və qısa bir müddət ərzində ondan istifadə etmək üçün mürajiətlərin sayı artıq 300 mindən çoxdur!  

Bəs Azərbayjanda? Azərbayjan İnternet-forumunun prezidenti, Multimedia İnformasiya Sistem və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, xostinq problemi ayti mütəxəssislərinin, İnternetdən və onun imkanlarından adi istifadəçilərin zəhləsini töküb. Belə ki, ölkəmizdə  .az  domen zonasından istifadəçilərin sayı hələ 3 minə yaxınlaşmaqdadır. Azərbayjan saytlarının 90%-dən çoxu isə xariji serverlərdə yerdəşdirilib. Potensial müştərilər buna üstünlük verirlər.

Əlbəttə, bununla əlaqədar, xeyli dəlil gətirmək, məsələn, Rusiya və ya AB-nin ərazilərini, əhalinin və İnternet istifadəçilərinin sayını və s. Azərbayjanla müqayisə etmək olar. Lakin fakt faktlığında qalır: milli sərvət olan  .az  domen zonası potensial internet-istifadəçilər arasında, hələlik, lazımi maraq doğurmur. O.Gündüz bu barədə belə düşünür: "Məsələ heç onda da deyil ki, müştərinin pulları bizim yox, başqa dövlətlərin xəzinəsinə axır. Azərbayjan saytlarının 90%-i milli domendə olmadığı halda, hansı milli təhlükəsizlikdən danışmaq olar?  Mən xüsusi olaraq qanunverijilikdən bəzi çıxarışlar etmişəm və belə bir qənaətə gəlmişəm ki, yaranan durum birbaşa ölkə qanunlarının pozulmasıdır".

Burada qiymət məsələsinin də müəyyən rolu var. Belə ki, son zamanlara qədər  .az  domeninin qiyməti 30 manat idi ki, bu da bugünkü kursla $34,40 deməkdir. İllik dəstəyin qiyməti də elə o qədər idi. Lakin qeydiyyat prosesini daha rahat etmək üçün 1 oktyabr 2006-jı il tarixindən domenin qeydiyyat və ondan 1 illik istifadə qiyməti 33% azaldılaraq, 20 manat ($25) olub. 

Ən dəbdə olan  .net, .jom,  .org-da isə illik qiymətlər, maksimum, 15-20 ş. v. təşkil edir.  .biz,  .info   domenlərində 2 il üçün 50 ş.v. ödəmk lazım gəlir (istifadə vaxtının uzadılması da eyni qiymətədir). Qiymətlər vergilər nəzərə alınmadan göstərilib. 

Domen zonalarından danışılan bütün İnternet-saytlarını araşdırdıqdan sonra isə belə bir qənaət yaranır: elə həmin  .jom və ya  .org-u  $5-7  da almaq mümkündür. 

Təbii ki, İnternet-ehtiyatların inkişafındakı bu aşkar asimmetriya Azərbayjanın özündə də trafikin bahalaşmasına gətirib çıxarır. İnternetin Rusiyadakı qiyməti ilə Azərbayjandakı qiymətlərini tutuşdursaq, Şimal qonşumuzda 1 meqabit/san üçün 200 dollardan da az ödəmək lazım gəldiyini, bizdə isə internet-klubların 256 kilobit/san üçün 200 manat ($229,35) ödəməli olduqlarını görərik! Fərq kifayət qədər önəmlidir. Məlumatların ötürülmə sürətinin çox aşağı olması və ölkəmizdəki istifadəçilərin şikayətləndiyi digər çoxsaylı problemlər də elə məhz bundan irəli gəlir. 

Təəssüf ki, indi Rabitə Nazirliyi İnternet-xidmətlərdən istifadə tariflərinin inzibati yolla tənzimlənməsinin mümkünsüzlüyünü əsas gətirir. Onların qiymətlərinə dövlət nəzarət edə bilməz, çünki bu istiqamətdə özəl sektor fəaliyyət göstərir. Beləliklə, Ümumdünya şəbəkəsindən istifadənin qiyməti istifadəçilərin sayından və vətəndaşların həyat səviyyəsindən birbaşa asılıdır. Başqa sözlə, istifadəçilərin sayı artarsa, qiymətlər də aşağı düşər. Nazirlik isə bu məsələdə özəl sektora yalnız yardımçı ola bilər. 

Onu da əlavə edək ki, hazırda Azərbayjanda jəmi 2 dövlət provayderi fəaliyyət göstərir: Aztelejom.net və Bakinter.net. Eyni zamanda, nazirzirlik Wi-Max  xidmətləri üçün lisenziya vermədiyindən, ölkədə genişxətli İnternet xidmətləri inkişaf etmir. 

 

Rəqabət güjlü olarsa 

 

O.Gündüzün sözlərinə görə, hazırda Azərbayjan bu baxımdan, inkişafın inqilabi yox, təkamül mərhələsini yaşamaqdadır. Yəni indi  .az  domeni 30 manata başa gəlirsə, onun da qiymətinin $5-7 olajağı gün heç də uzaq deyil. Bunun üçün heç istifadəçilərin sayının 3 min olmasına da ehtiyaj yoxdur. O.Gündüz belə düşünür  ki, "Əsas məsələ texniki imkanı olan internet-provayderlərin bu prosesə qoşulmalarıdır. Onda rəqabət də olajaq, deməli, qiymətlər də aşağı düşəjək". Azərbayjan İnternet Birliyinin rəhbəri Qalib Qurbanovun sözlərinə görə isə ABŞ, Kanada, Avropada İnternet-xidmətlərin qiymətləri orada insanların 80-90% yerli resurslardan istifadə etdiklərinə görə aşağıdır. Azərbayjanda və inkişaf etməkdə olan digər ölklərdə isə istifadəçilərin 90-95%-i Avropa, Amerika, Türkiyə və b. ölkələrdə yerləşən serverlərə qoşulurlar. Bununla da onlar beynəlxalq rabitə kanallarından istifadə edirlər.  .az  zonasındakı resursların azlığının səbəbi isə Azərbayjanda internet-resursların zəif inkişafıdır. Q.Qurbanovun dediklərindən: "Başqa sözlə, yerli resursların, həmçinin, müvafiq olaraq,  .az  zonasında resursların artması ilə provayderdə bu zonanın dəstəklənməsinin qiyməti də aşağı düşəjək ki, bu da zonanın genişlənməsini stimullaşdırajaq". Yeri gəlmişkən, Azərbayjanın İnternet-məkanında müxtəlif domenlərdə 10 mindən artıq Azərbayjan saytı var. Odur ki tədbirlərdən biri də  .jom, .org  və b. domenlərdəki Azərbayjan saytlarının vahid  .az domeninə keçirilməsidir. Həm də bu zaman həm keçirilmə, həm də bu domendən 1 il ərzində istifadə pulsuz olmalıdır. 

Boş sözçülüklə məşğul olmamaq üçün göstərək ki, İnternet-resursların inkişaf etdirilməsi Azərbayjanda informasiya texnologiyalarının inkişaf etdirilməsinin Dövlət Proqramı, informasiya-kommunikasiya texnologiyalarının milli strategiyası (NIJTS), "Telekommunikasiyalar haqqında" qanun kimi sənədlərdə də qeyd edilib. RİTN Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov isə aşağıdakı kimi düşünür: "Biz bütün səylərimizi İnternet-resursların inkişaf etməsi, onların xarijə axıb getməməsi, istifadəçilər üçün ən əlverişli şərait yaradılmasına sərf etməliyik. Axı indi sürətin aşağı olması və trafikin bahalığı üzündən, potensial müştərilər xariji hostinqin xidmətlərindən istifadə məjburiyyətində qalır. Odur ki domenlər problemini, o jümlədən, İnternet-rabitə üçün indiki tarifləri ən yüksək səviyyədə kurasiyaya götürməyin zəruri olduğu məqam gəlib çatıb".  

Digər bir məqam. Hazırda hostinq xidmətlərini 4 İnternet-provayder, 4 veb-studiya (əslində, onlar yalnız saytların dizaynı ilə məşğul olmalıdır) və 3 şirkət məşğul olur. Buradan da problem yaranır - .az  domen zonasında inzibatçılıq. Heç kimə sirr deyil ki, domenlər verilməsi üzrə işi faktiki İntrans şirkəti, de-yure isə Az.jom həyata keçirir. Lakin yaxın vaxtlara qədər burada hüquqi baxımdan böyük bir boşluq qalmaqda idi. Şükürlər olsun ki, onu RİTN, Azərbayjan İnternet Birliyi və İnternet-forum, həmçinin, AMEA İnformasiya Texnologiyaları İnstitutunun simasında domen zonası administratoru aradan götürdü. Əlbəttə, İntrans şirkəti yenə də bu işlə məşğul olajaq, amma indi - belə bir sanballı dəstək olandan sonra - domenlər verilməsi daha nizamlı və sivil olajaq. 

Bu zaman domen zonasının administratoru yalnız bazarın mümkün qədər liberal olmasına, milli İnternet-ünvanın beynəlxalq standartlara müvafiq həyata keçirilməsinə nəzarəti həyata keçirəjək. O.Gündüzün fikrinjə, belə olan halda, .az  domeninin yüksək qiyməti problemi də öz həllini tapmış olajaq.

Bundan başqa, Ə.Məmmədovun sözlərinə görə, İnternetin Azərbayjanda qeydiyyatdan keçirilməsi üzrə təşəbbüsçü təşkilat da yaradılıb: "Təşkilat artıq formalaşdırılıb və yaxın vaxtlarda hüquqi status alajağı gözlənilir". Respublikada İnternet xidmətlərinin inkişaf etdirilməsi məqsədilə təşkilat domen almaq üçün qiymətlərin aşağı salınmasını, DNS-in (Dynamic network server) ABŞ-dan Azərbayjana köçürülməsini və b. tədbirlər nəzərdə tutur.  

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin fikrinjə,  .az  adlı saytlar bazarının, məsələn, avtomobil nömrələri bazarı kimi gur olajağı vaxt gəlib çıxajaq. Dünyanın bütün sivil ölkələrində mövjud olan öz domen bazarımız da yaranajaq.  Yəni həm "nüfuzlu", həm də maksimum sadələşdirilmiş domenlər olajaq. Odur ki milli domen zonasında resurslar əldə etməyə tələsin!


MƏSLƏHƏT GÖR:

351