25 Noyabr 2024

Bazar ertəsi, 02:50

UÇAN BƏLA

Keçən il keçirilən vaksinləşdirilməyə baxmayaraq, qızılca və məxmərəyə tutulanlar hələ də var

Müəllif:

01.03.2007

Şübhəsiz, insanın ən qiymətli sərvəti sağlamlığıdır. Xəstələnəndə dünya adamın gözündə qaralır, həyat mənasını itirir. Bəşəriyyət hələ də müalijəsi tapılmayan QİÇS, xərçəng kimi xəstəliklər qarşısında qorxu keçirsə də, ilk baxışdan təhlükəsiz görünən xəstəliklərin orqanizm üçün dəhşətli nətijələr doğura biləjəyindən xəbərsizdir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il dünyada müxtəlif infeksiyalardan, təxminən, 1,6 mln uşaq ölür. Qeyd edək ki, qızılja və məxmərək kimi xəstəliklər bəşəriyyətə bir çox bəlalar gətirən infeksiyaların ön  sıralarındadır. Belə ki, ÜST ekspertlərinin qiymətləndirməsinə görə, qızılja ölüm səbəbləri sırasında lider mövqelərdən birini tutur, məxmərək isə hər il planetdə, təxminən, 300 min uşağı şikəst edir.   

Keçən il ölkəmizdə bu xəstəliklərə qarşı immunlaşdırma keçirilsə də, artıq bu ilin əvvəllərində orta məktəb şagirdləri arasında qızılja və məxmərəktutma halları barədə məlumatlar yayıldı.

 

"Uşaq" xəstəliklərinin "böyük" nətijələri

Uzun əsrlərboyu skarlatina, göyöskürək və epidemik parotitlə yanaşı, qızılja və məxmərək də "məjburi" uşaq xəstəlikləri sırasına daxil idi. 

Qeyd edək ki, qızılja və məxmərəyi, sadəjə, ona görə şərti olaraq uşaq xəstəlikləri adlandırırlar ki, insanlar onlara, əsasən, gənj yaşlarında yoluxurlar. Sağalandan sonra, insanın orqanizmində onlara qarşı sabit immunitet yaranır. Lakin uşaqlıqda onlara yoluxmayanlar yetkin yaşlarında qızılja və ya məxmərək olduğu halda, bu xəstəlikləri uşaqlardan qat-qat ağır keçirirlər. Həkim-infeksiyaçı Samir Jəfərovun sözlərinə görə, qızılja hava-damjı yolu ilə keçən yoluxuju xəstəlikdir. S.Jəfərovun dediklərindən: "Birjə xəstə uşaq təmasda olduğu bir çoxları üçün yoluxma mənbəyinə çevrilə bilər. Keçijiliyinə görə qızılja yalnız suçiçəyindən geri qalsa da, xəstəliyin ağır jərəyan etməsi və ağırlaşmaların sayına görə ondan qat-qat üstündür.  Qızılja olmayan, yaxud peyvənd edilməyən adam xəstə ilə təmasda olarsa, yoluxma ehtimalı, demək olar ki, 100% təşkil edir. Qeyd etmək istərdim ki, qızılja virusu xariji mühitdə 2 saata qədər qala bildiyindən, sağlam adam 2 saat əvvəl xəstənin olduğu otaqda olduğu halda da yoluxa bilər. Xəstəliyə tutulan adam səpkilər meydana çıxandan 2-4 gün əvvəl yoluxma mənbəyinə çevrilir və xəstəliyin kəskin keçdiyi bütün dövr ərzində bu durumda qalır. İnkubasiya dövrü, orta hesabla, 2 həftə çəkir və 7-28 gün davam edə bilir. 5-6-jı gün virus gənziyin selikli qişasından qana keçərək, orqanizmin, demək olar ki, bütün orqan və toxumalarına yayılır. 

Xəstəliyin ilk əlamətləri 40,5 dərəjəyə qədər yüksələ bilən qızdırma, ağız boşluğunun selikli qişasının və yuxarı nəfəs yollarının iltibahı, konyuktivit, həmçinin, dəridə səpkilərdir. Qızıljanın doğurduğu ağırlaşmalar onun özündən daha təhlükəlidir. Qızıljanın ağır forması orta qulağın iltihabına, ağ jiyərlərin krupoz iltihabına gətirib çıxara, həmçinin, insanı kar, tamamilə kor edə, ağır beyin zədəsi (ensefalit) doğura bilər. Diareyanın onun doğurduğu kəskin forması zamanı orqanizmin susuzlaşması, miokardit, qırtlağın zədələnməsi baş verir.   

Alman qızıljası adlandırılan məxmərək zahirən ziyansız görünsə də, kifayət qədər təhlükəli xəstəlikdir. Uşaqlıqda yalnız yüngül səpmə şəklində təzahür edən məxmərək, yaşlı insanlarda ağırlaşmalar doğura bilər. Məxmərəyin inkubasiya dövrü, təxminən, 2-3 həftə çəkir. İnkubasiyanın son həftəsində xəstə özünü yaxşı hiss etsə də və xəstələndiyindən xəbərsiz olsa da, artıq ətrafdakılar üçün təhlükə mənbəyidir. Məxmərək səpgi meydana çıxandan 7 gün əvvəl və o, aradan qalxandan 7-10 gün sonrakı müddət ərzində yoluxduruju olur.

Hamilə qadının məxmərəyə tutulması bətnindəki uşağın da yoluxmasına gətirib çıxarır. Hamiləlik müddətindən asılı olaraq, uşaqda çoxsaylı inkişaf qüsurları - göz  (qlaukoma, katarakta, buynuz təbəqənin bulanıqlaşması), ürək (anadangəlmə ürək qüsuru), eşitmə (karlıq) xəstəlikləri, kəllə sümüklərinin, kəllə beyninin (beynin həjminin kiçikliyi, kəmağıllıq), sümüklərin formalaşmasında qüsurlar, daxili orqanların xəstəlikləri (sarılıq, qara jiyərin şişməsi, miokardit) formalaşa bilər. Məhz buna görə hamilə qadınlarda məxmərək aşkarlandıqda, hamiləliyə həmişə süni yolla son qoyulur".

 

Peyvənd - sağlamlığın təminatı

Qızılja və məxmərəkdən ölüm hallarının qarşısının alınması üçün dünya əhalisinin, ən azı, 80%-i peyvənd edilməlidir. ÜST-nin məlumatına görə, ən ağır durum Afrika ölkələrindədir. Belə ki, 1999-ju ildə Burundi, Kamerun və Somalidə uşaqların heç 50%-i də peyvənd edilməyib. Hazırda qızılja və məxmərəkdən ölüm və ağırlaşma hallarının qarşısını almaq üçün bir çox ölkədə bu yoluxuju xəstəliklərə qarşı məjburi profilaktik peyvəndlər tətbiq edilir. ÜST bütün ölkələrin qızılja və məxmərəyin 2010-ju ilə qədər ləğvi proqramını müzakirə və qəbul etmələrini təklif edib. Qeyd edək ki, yoluxuju xəstəliklərlə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Assambleyası "XXI əsrdə hamı üçün sağlamlıq" strategiyası çərçivəsində qızılja və məxmərək xəstəliklərinə yoluxma hallarının sayını azaltmaq və 2010-ju il üçün ÜST-nin Avropa bölgəsində bu xəstəliklərin kökünü kəsmək  barədə qərar qəbul edib. Məsələn, Birləşmiş Ştatlarda məjburi hamılıqla vaksinləşdirmə sayəsində bu xəstəlikləri demək olar ki, tamamilə ləğv etmək mümkün olub. ABŞ-da qızıljaya qarşı peyvənd qanunverijilik qaydasında aparılır və hər bir uşaq məktəbə getməzdən əvvəl peyvənd edilməlidir.

Sovet hakimiyyəti illərində yaxşı işləyən immunlaşdırma sistemi mövjud olsa da, SSRİ dağılandan sonra vəziyyət dəyişdi və 90-jı illərdə uşaqların çoxu qızıljaya qarşı peyvənd edilmədi. Bununla əlaqədar, bir çox MDB ölkəsində, o jümlədən də Azərbayjanda qızılja və məxmərəyə tutulma hallarının artması tendensiyası meydana çıxdı. 2002-2005-ji illərdə bizdə bu xəstəliklərə tutulanların ümumi sayı, demək olar ki, 10 min nəfərə çatdı, həm də xəstələnənlər arasında 50%-dən çoxu 15 yaşından böyük adamlar idi.  Məhz xəstələnənlərin sayı belə çox olduğu üçün, ölkəmizdə bu infeksiyaların məhv edilməsinə qərar verildi və bu məqsədlə də qızılja və məxmərəyə qarşı peyvəndin məjburi olduğu ölkələrin təjrübəsi nümunə götürüldü.  

Xatırladaq ki, bu təhlükəli xəstəliklərə qarşı pulsuz peyvənd kampaniyası keçən il fevralın 27-də başladı və 31 yanvar 2007-ji ilə qədər davam etdi. İmmunlaşdırma ÜST, Azərbayjan Səhiyyə Nazirliyi, Vişnevskaya-Rostropoviç fondu və UNİSEF-in birgə əməkdaşlığı ilə təşkil edilmişdi. Ölkədə kütləvi immunlaşdırma 7-dən 23-ə qədər yaşı olanlar arasında aparılırdı, paytaxtda isə 29 yaşına qədər şəxslər, yəni həmin xəstəliyin ən çox qeydə alındığı yaş kateqoriyaları peyvənd oluna bilərdi. Qeyd edək ki, Azərbayjana qədər İtaliya, Belarus, Moldova, Türkiyə, Albaniya, Qırğızıstan, Qazaxıstan və bir sıra başqa ölkələrdə də analoci kampaniyalar keçirilmişdi. Qrafikə görə, qızılja, məxmərək və parotitə qarşı peyvənd tədbirləri 95,3% yerinə yetirilmişdi. 

Əslində, bu xəstəliklərlə mübarizəyə yönəldilmiş geniş miqyaslı kampaniya qızılja və məxmərək üzərində birmənalı qələbə ilə başa çatmalı idi. Lakin orta məktəb şagirdləri arasında qızılja xəstəliyinin yayılması barədə məlumat meydana çıxdı. Bu barədə bu yaxınlarda təhsil naziri Misir Mərdanov açıqlama verdi. O qeyd etdi ki, bu xəstəliklərə, əsasən, qızdırıjı sistemi zəif olan məktəblərdə rast gəlinir. 

Azərbayjanda qızılja və məxmərək xəstəliklərinə tutulma halların son zamanlar nə dərəjədə tez-tez qeydə alındığını aydınlaşdırmaq üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə mürajiət etdik. Mərkəzin direktor müavini Svetlana Zmitroviçin sözlərinə görə, hazırda şagirdlər arasında suçiçəyi xəstəliyinə tez-tez rast gəlinsə də, xoşbəxtlikdən, qızıljanın yayılmasından danışmaq olmaz. S.Zmitroviç vurğuladı ki, əgər keçən ilin yanvar ayında 97 qızıljaya, 33 məxmərəyə tutulma faktı qeydə alınmışdısa, immunlaşdırma başlanan kimi, xəstələnənlərin sayı kəskin şəkildə azaldı. Müsahibimizin sözlərinə görə, immunlaşdırma keçən il mart ayında başlandı və əgər mart ayında qızıljaya 49 yoluxma qeydə alınmışdısa, apreldə belə halların sayı 13, mayda isə artıq jəmi 9 oldu. Bu il, hələlik, qızıljaya və məxmərəyə birjə dənə də olunsun tutulma halı qeydə alınmayıb. S.Zmitroviçin dediklərindən: "Bu xəstəliklərdən mühafizə olunmağın ən dəqiq üsulu peyvənddir. Lakin immunlaşdırma zamanı vaksin əleyhinə əsl kampaniyaya rəvaj verilmişdi və KİV-lərdə vaksinin guya törədə biləjəyi mənfi nətijələrə həsr olunmuş məqalələrə tez-tez rast gəlmək mümkün idi. Nətijədə, vaksinləşdirmə, planlaşdırıldığı kimi, ölkə əhalisinin böyük hissəsini əhatə etsə də, qorxuya düşən bəzi vətəndaşlar bundan imtina etdilər. Halbuki qızılja və məxmərəyə qarşı kombinə edilmiş vaksin ÜST tərəfindən bəyənilib. Bu onun təsirli və təhlükəsiz olduğuna zəmanətdir. Vaksin sertifikatlaşdırılıb və xüsusi soyuduju qurğularda saxlanılır".

Beləliklə, vaksin - qızılja və məxmərəkdən xilas olmağın ən səmərəli üsuludur. Unutmaq olmaz ki, təhlükəyə etinasızlıq göstərərək, təkjə özünün deyil, ətrafdakıların da sağlamlığını təhlükə altına qoymaqdansa, lazım gəldiyindən də artıq ehtiyalılıq daha məqsədəuyğundur.  


MƏSLƏHƏT GÖR:

324