15 Mart 2025

Şənbə, 00:45

TEZ TƏSİRLİ BOMBA

Yaxın onillikdə abşeronun ekoloji probleminin həllinə dair tədbir görülməsə, sonrakı nəsillərin gələcəyi təhlükə altına düşə bilər

Müəllif:

01.03.2007

Abşeron yarımadasının, sözün əsl mənasında, duzlu mini-göllər diyarı olduğu heç kim üçün sirr deyil. Hazırda bu faktın ekoloci problemlərin bütöv bir kompleksini doğurduğu da yenilik deyil. Artıq sübut edilib ki, Abşeron "göllər"inin nə qurudulması, nə də təmizlənməsi gözlənilən nətijəni verməyəjək və bu, sadəjə, səmərəsiz vaxt, güj və vəsait sərfindən başqa bir şey olmayajaq. Bütün bunlar Azərbayjan tədqiqatçılarında Abşeronda yaranan böhranlı ekoloci durumla bağlı təşviş yaradır. Bunun səbəblərindən biri də ərazidə suyun səviyyəsinin texnogen səjiyyəli artımıdır. 

150 ildir, Azərbayjanda neft yataqlarında hasilat aparılaraq, neft və qaz çıxarılır. Paralel olaraq, Abşeron ərazilərinə axıdılan tonlarla neft suları sonradan elə həmin texnogen səjiyyəli duzlu mini-göllərə çevrilərək, torpaqları və qrunt sularını çirkləndirir. Alimlər iddia edirlər ki, vaxtilə Abşeronda təbii mənşəli jəmi beş və ya altı göl olub. Ən iriləri Böyükşor, Masazır, Qanlıgöl gölləri idi.  İnsanın təbiətə təsiri nətijəsində əmələ gələn göllərə gəldikdə, artıq onlardan xilas olmağın vaxtıdır. Həm də mümkün qədər tezliklə. Üstəlik, bunu dövlət üçün maksimum səmərə ilə etmək lazımdır. Hazırda problemin bu istiqamətdə "Abşeron-Qobustan bölgəsi su hövzələrinin geoloci şəraitinin araşdırılması, onlardan kompleks istifadənin hazırlanması və mühafizəsi" proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloci-Kəşfiyyat İşləri Xidmətinin Mineral Xammal İnstitutu məşğul olur.  

Azərbayjanın əməkdar geoloqu, Mineral Xammal İnstitutunun direktor müavini Vasif Xəlilzadənin rəhbərliyi altında aparılan iş, demək olar ki, başa çatdırılıb. Tezliklə onun nətijələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Texniki Şurasının toplantısında təqdim ediləjək. Lakin alimin "R+"la söhbətdə açıqladığı nöqteyi-nəzərinə görə, neft hasilatı nətijəsində yaranan mini-göllərdən istifadə və onların təbii utilləşdirilməsinin bu araşdırmada təqdim olunan texnologiyası artıq indi işlənib-hazırlanmalı və həyata keçirilməlidir. Hələ ki gej deyil. 

 

Axıb-gedən 12 ton qızıl  

Xəlilzadənin sözlərinə görə, Abşerondakı "süni" göllərdə kimyəvi komponentlərin miqdarı çox yüksəkdir. Bəs onlara əlavə mineral xammal mənbəyi kimi yanaşılsa, nejə olar? Bu, geoloqun öz araşdırmalarında javablandırmağa jəhd göstərdiyi əsas məsələ idi. Kimyəvi komponentlər toplusu kifayət qədər möhtəşəmdir: natrium, xlor, yod, brom, bor, soda, litium, stronsi… Bəlkə onları bu sudan çıxaraq?  

Tədqiqatın birinji ili göstərdi ki, neftli sular texnoloci deyil. Məsələ ondadır ki, bu sudan istehsalatda istifadə xammalın tərkibinin daimi olmasını tələb edir, tərkib isə dəyişir. Atmosfer yağıntıları, müxtəlif müəssisələrin tullantıları bu suyun komponentlərinin kimyəvi tərkibinə nəzarət etməyə mkan vermir. 

"Lakin biz araşdırmalarımızda bir qədər də irəli getmişik və indi möhkəm əminik ki, texnolocilik, bütövlük və daimilik baxımından, elə bu suyun komponentləri ən böyük maraq doğurur. Bu, istifadə edilə bilən xammaldır". 

Bu suyun yığılması və emalının çeşidli üsulları var. Natrium-xlorla yanaşı, onun ən qiymətli hissəsi kalsiumlu soda və bordur. Abşeronun iqlim şəraiti bu suyu açıq rezervuarlara yığmağa imkan verir. Açıq səma altında su təbii yolla buxarlanır, sadalanan elementlər isə çöküntünün tərkibində qalır. Xəlilzadə iddia edir ki, təbii şərait - günəş və külək sayəsində bu elementlərin konsentrasiyasını, azı, 10 dəfə artırmaq mümkündür.  

Neftli suların emalı hər jəhətdən əlverişlidir. İlk növbədə, bu, hazırda həm Azərbayjanda, həm də dünya bazarında tələbat olan məhsulların əldə edilməsidir. Məsələn, biz duzu, əslində, kənardan gətiririk, Masazır gölündə çıxarılan isə onun jüzi bir hissəsini təşkil edir. Bu suyun tərkibində olan digər elementlər də Azərbayjana kənardan gətirilir. Digər tərəfdən, bu sulardan istifadə imkanı təbii mühitin çirklənməsinin qarşısını müəyyən qədər alardı. Beləliklə, quyulardan neftlə birlikdə çıxarılan su yerə axıdılmaz və mini-göllər, tədrijən, quruyardı. Nəhayət, bu texnologiyanın tətbiqi neftli suların emalı müəssisələrində uzun müddət üçün iş yerləri yaratmağa imkan verərdi. 

"Bizim qənaətimiz belədir: bu sxem üzrə texnologiyanın qurulması və sazlanması  üçün müvafiq strukturlara dərhal vəsait ayrılmalıdır. Nümunə üçün yalnız iki komponenti - soda və boru götürək. Mən hesablamalar aparmışam. Aydın olub ki, pul şəklində ifadə olunarsa, hər il bu suların yerə axıdılması nəinki torpağı çirkləndirir, həm də ondan əldə edilə bilən, azı, 120 mln dolları göyə sovurur. Bura dünya bazarlarına çıxarıla bilən digər komponentlərin qiymətini də əlavə etsək, məbləğ, minimum, iki dəfə artar. Qızıl ekvivalenti ilə götürsək, hər il təbii mühitə, demək olar ki, 12 ton qızıl axıdırıq", - deyə alim iddia edir. 

Bu qəbildən olan ideyalar Azərbayjanda hələ 1939-ju ildə və keçən əsrin 70-80-ji illərində də səsləndirilirdi. Lakin o vaxt onlar üzərində iş hansı səbəblərdənsə, dayandırıldı. Bu gün isə ölkəmiz suveren bir dövlətdir və alimin fikrinjə, öz təbii sərvətlərinə qənaətkarlıqla yanaşmalıdır. 

 

Abşeron ekoböhranı  

Neftli sudan mineral xammal mənbəyi kimi istifadə olunması ideyası üzərində iş prosesində başqa məsələlər də üzə çıxdı. Abşeron yarımadasının ekoloci problemlərinin həlli üçün, maksimum, yaxın onillik ərzində əsaslı tədbirlər görülmədiyi halda, sonrakı nəsillərin gələjəyi təhlükə altına düşə bilər. Məlum oldu ki, hazırda yarımadada 250-dən çox göl var. Halbuki joğrafi baxımdan, bura o qədər də böyük ərazi deyil. Həmin 250 gölə kiçik su hövzələrini - duzlu gölməçələri və s. də əlavə etsək, ərazidə 800 texnogen su hövzəsinin təmərküzləşdiyi məlum olar. Onlar nejə yaranıb? 

"Neft hasil olunan illər ərzində Azərbayjanda on minlərlə quyu qazılıb. Lakin uzun illərdən sonra yataq istismarın son mərhələlərinə çatır və burada neftlə bərabər çıxan su axınının həjmi kəskin şəkildə artır. Quyu yalnız istismarın ilk illərində təmiz neft verir, sonra isə nefti su müşayiət etməyə başlayır. Yatağın istismar müddəti artdıqja, su da çoxalır. Bəzi məlumatlara görə, hazırda Abşeronun neft hasil edilən ayrı-ayrı sahələrində sululuq dərəjəsi 90% və daha çox təşkil edir. Yəni hər 1 ton neftlə yanaşı, təxminən, 10 ton su çıxarılır. İllik həjmi yüz milyon kubmetrlərlə ölçülən bu suyun çox jüzi bir hissəsi təmizlənərək, neftçilərin öz ehtiyajları üçün istifadə edilir. Qalan hissəsi isə uzun illərdir, yerə axıdılır və sonradan relyefdəki çökəkliklərə dolur. Bəzi quyularda isə süni su hövzələri bilərəkdən yaradılır",- deyə alim bildirir. 

Abşeronun yeraltı xəritəsini təsəvvür etsək, aşağıdakı görüntü yaranar: bir-biri ilə birləşən və səthdə yerləşən mini-gölləri qidalandıran yeraltı su kanalları şəbəkəsi. Hər bir neft quyusundan gedən su axarları yeraltı kanallarla Abşeron yarımadasının bütün su hövzələrini birləşdirir. Kiçik hövzələrdən su ortalara, oradan da əsas kanallara daxil olur. Nətijədə, Abşeron yarımadasının xeyli ərazisi neftli su ilə çirklənib - suda həll olunmuş duzların həjmi bir litrə 300 və daha artıq qrama çatır. Bu, təbiimənşəli göllərə də gedib-çıxan əsl şor sudur. İndi Abşeronun bütün təbii gölləri müxtəlif kimyəvi elementlər mənbəyinə çevrilərək, artıq əhəmiyyətini itirib. Maddələr mübadiləsi, onların tərkibi və oksigenli tərkib hissələr də dəyişib. Bu göllərdə, demək olar ki, janlı orqanizmlər qalmayıb və belə çirklənmə templəri olduğu bir şəraitdə təbiətin öz-özünə təmizlənəjəyini gözləməyə dəyməz. Əksinə, vəziyyət daha da pisləşməkdədir. Abşeron torpaqlarının və su hövzələrinin çirklənməsinə çoxsaylı sənaye müəssisələri də öz "töhfəsini" verir. 

V.Xəlilzadənin dediklərindən: "Abşeron Azərbayjanın ən susuz ərazisidir. Eyni zamanda, ölkənin sənaye potensialının 80, əhalisinin isə demək olar ki, 40 faizi məhz burada təmərküzləşib. İnsanları isə su ilə təmin etmək lazımdır. Beləliklə, beş su anbarının layihə göstərijilərinə görə, indi Abşeron meqapolisinə, təxminən, 30 (? - bəlkə 30 min) kubmetr su daxil olur. Lakin belə şəraitdə ortaya daha bir problem çıxır. Görkəmli mütəxəssislər və ixtisaslaşmış təşkilatlar tərəfindən aparılan araşdırmalardan məlum olub ki, həmin 30 kubmetrdən, demək olar ki, yarısı magistral su kanalları və şəhərin paylaşdırıjı şəbəkəsində itirilir. Axıb-gedən su da qrunt sularına qovuşur. Bura qrunt sularının neftli sular, sənaye və çirkab suları hesabına artmasını da əlavə edin (çirkab suları kanalizasiya sistemindəki nasazlıqlar, həmçinin, Bakı və Sumqayıt ətrafında belə sistemlərin, ümumiyyətlə, olmaması səbəbindən qrunt sularına qarışır. Halbuki vaxtilə qrunt suları Abşeronda əsas içməli su mənbələri idi. Elementar bir nümunə gətirə bilərəm. Babalarımızın və onların da babalarının bağ yerlərində qazılan quyulardan çıxardıqları içməli su artıq çirklənib. Əgər əvvəllər bu suyu çiy-çiy içmək olurdusa, bu gün bunu etməyi məsləhət görməzdim. Abşeronun vaxtilə çeşmə suyu olan yeraltı suları, təəssüf ki, artıq içməyə yararlı deyil". 

Qrunt sularının səviyyəsinin yüksəlməsi nəyə gətirib çıxarır? Relyefdəki çökəkliklər su ilə dolur, şoranlıqlar, bataqlıqlar yaranır. Aqressiv və çirkli sular tikinti obyektlərinin bina və tikililərin bünövrələrini bürüyür. Alimin fikrinjə, hazırda Bakıda plansız, xaotik tikinti işlərinin aparılmsı növbəti jinayətdir. Abşeron seysmiklik baxımından, unikal bir joğrafi nöqtədir. Burada seysmik fəallıq Rixter şkalasına görə, 9-ju kateqoriyaya gəlib çatır. Üstəlik, sürüşmə də çox fəaldır. Abşerondakı layların növbələşməsi gil-qum əsasa malikdir. Azajıq su gələn kimi, gil şişməyə, yumşalmağa başlayır. Azajıq tektonik təzyiq jiddi fəlakətə gətirib çıxara bilər. Binaların nəhəng çəkisi var. Hər binanın altında piyaləşəkilli enmə çalası əmələ gəlir. 150 il ərzində neft hasilatı nətijəsində qruntda boşluqlar əmələ gəlib. Əgər bu illər ərzində Abşeronda qazla birlikdə, bir milyard tondan artıq neft çıxarılıbsa, suyun həjmini heç təsəvvür də etmək olmur. Neft və su çıxarılarkən qum da yuyulub-çıxarılır. Qrunt boşluqları hər il bir neçə millimetr aşağı düşür. Ayrı-ayrı sahələrdə 20-30 ildə qruntun aşağı düşməsi metrlərlə ölçülür. Bura çoxmərtəbəli binaların yaratdığı təzyiqi də əlavə etsək, yaxın illərdə nə baş verəjəyini təsəvvür etmək olar. 

Xəlilzadənin məlumatlarına görə, hazırda Abşeronun mərkəzi hissəsi və onun neft çıxarılan zonaları kritik durumdadır. Ən yaxşı vəziyyət yarımadanın şimal hissəsindədir. Halqa hələ davam gətirir, Bakının yerləşdiyi orta hissə isə enməkdədir. Onun sözlərinə görə, alimlər həyəjan təbili çalırlar: qruntun enməsi ilə hesablaşmamaq olmaz.  

 

Böhrandan çıxış yolu  

Məhz buna görə V.Xəlilzadə hökumətə neftli suların onun araşdırmasında təqdim olunan utilləşdirilməsi texnologiyasını mümkün qədər tez tətbiq etməyə çağırır. "Göllərin bizdə tətbiq olunan texnologiya ilə qurudulması səmərəsiz məşğuliyyətdir. Vaxtilə Qanlıgölün qurudulmasına nəhəng həjmdə vəsait xərjlənmişdi. İki ildən sonra isə göl yenidən bərpa oldu. Axı yağıntıların qarşısını almaq mümkünsüzdür. Üstəlik, bu zonada daim kanalizasiya sularının axını var və qrunt suları səthə qalxır. Deməli, gölü qurutmaq üçün onu axarlardan tam ayırmaq zəruridir. Həm də sadəjə ayırmaq yox, həm də ətrafında səth və qrunt sularını toplayan müvafiq drenac sistemi yaratmaq lazımdır. Bu, mürəkkəb hidrotexniki qurğudur. Təqdim etdiyimiz texnologiyanın tətbiqi isə təbiətin özü-özünü təmizləməsinə gətirib çıxarır. Bunun üçün illər lazımdır. Beləliklə, balıq təsərrüfatı da bərpa olunajaq". 

Xəlilzadənin fikrinjə, bu layihənin işlənib-hazırlanması ilə təkjə Ekologiya Nazirliyi deyil, Yanajaq və Energetika Nazirliyi, həmçinin, İqtisadi İnkişaf Nazirliyi də maraqlanmalıdır.  "Torpağımızın təki başlı-başına buraxılıb. Sovet hakimiyyəti illərində biz sahə istiqamətini planlaşdırırdıq, hökumət isə bu planı nəzərə alırdı. İndi isə iş adamları nəyə isə pul ayırmayınja, onunla heç kim maraqlanmır. Ekologiya Nazirliyi müvafiq texniki və maddi imkanları olmayan sırf büdjə təşkilatıdır. Bizim gəlirimiz də yoxdur". 

Xəlilzadə hesab edir ki, bu layihə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi və texnoloci bazasının təzələnməsi məqsədilə sərmayə yarıtımlarını dəstəkləmək üçün yaradılan Azərbayjan Dövlət İnvestisiya Şirkətinə (AİŞ) də təqdim edilməlidir. "Dövlət əhəmiyyətli iş olduğundan, bu işdə heç bir iş adamı köməyimizə gələ bilməyəjək. AİŞ-in iştirakı isə yerli iş adamlarına bu layihə ilə maraqlanmağa imkan verən özünəməxsus dövlət zəmanətidir. Hətta tender elan etmək olardı ki, bu, yeni iş yerləri yaradar, dövlət isə möhtəşəm gəlir əldə edərdi".

Beləliklə, seçim bizimdir. Alimlər işlərini görərək, tövsiyələrini veriblər. Yaxın zamanda hökumətin görməli olduğu işlərlə bizi gözləyən fəlakətin miqyasını  müqayisə etsək, çox az işimiz qalıb. Abşeron yarımadasının təkrarsızlığını gələjək nəsillərin də qiymətləndirməsini istəyirik. Odur ki Abşeron meqapolisinin təhlükədə olduğunu demək məsuliyyətini tam məsuliyyətlə öz üzərinə götürən alimlərin qənaətlərinə qulaq asmamaq jinayətdir. 


MƏSLƏHƏT GÖR:

369