14 Mart 2025

Cümə, 10:55

II İLYA:

"BİZİM DİNLƏRİMİZ CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏLƏRİN HƏLLİNƏ KÖMƏK ETMƏLİDİR"

Müəllif:

01.03.2007

Bütün Gürjüstanın patriarxı, 74 yaşlı katolikos II İlya artıq 29 ildir, gürjü xristian ruhanilərinə rəhbərlik edir. Belə şəxsləri, adətən, dünyagörmüş insan adlandırırlar. Onların həyat haqda nə düşündüklərini, ətrafda baş verənlərə nejə yanaşdıqlarını eşitmək həmişə maraqlıdır. İrakli Georgiyeviç Quduşaurinin fikirləri həm də ona görə maraqlıdır ki, o, müxtəlif dinlərə ibadət edən çoxsaylı millətlərin yaşadığı regionun dini lideridir və həmin regiondakı etnik münaqişələr hələ də həll olunmamış qalır. Bu problemlər isə bölgəni dini baxışlar baxımından da qeyri-sabitliyə sürükləyir. Öz doğum günündə "R+"un suallarını javablandıran bütün Gürjüstanın patriarxı maraq doğuran bir sıra sualları javablandırıb.

- Jənab katolikos, əvvəljə ijazə verin sizi ad gününüz və bütün Gürjüstanın patriarxı kimi çalışmanızın 29-ju ildönümü münasibətilə təbrik edək. Bilmək istərdik, Azərbayjanla Gürjüstan arasında qarşılıqlı münasibətlərin hazırkı səviyyəsini nejə qiymətləndirirsiniz?

- Təbrikə görə təşəkkür edirəm. Mən sizin curnalınızı və bütünlükdə qardaş Azərbayjan xalqını salamlayıram və demək istəyirəm ki, Azərbayjanla Gürjüstan arasındakı qardaşlıq münasibətləri Jənubi Qafqazda sülh və əmin-amanlığın qorunması baxımından vajib faktordur. Mən Azərbayjan prezidenti jənab İlham Əliyevə və bütünlükdə ölkənizin rəhbərliyinə dərin ehtiramımı da bildirmək istəyirəm. Həmçinin, artıq uzun illərdir, dostluq etdiyim şeyx Hajı Allahşükür Paşazadəni də salamlayıram.

- Fikrinizjə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq anlayışları nə dərəjədə uğurla uzlaşır?

- Mən azərbayjanlı dostlarıma minnətdarlığımı bildirmək istəyirəm. Elə vaxtlar olub, onlar bizə propan qazı ilə dolu balonlar göndərib. İndi isə biz Azərbayjandan boru kəməri vasitəsilə qaz alırıq. Gürjü xalqı bunu yüksək qiymətləndirir. Mən Azərbayjan xalqına xoşbəxtlik və ölkənizə firavanlıq arzu edirəm. Bu, bütün Qafqazda sülhün bərqərar olmasına təkan verərdi. Tezliklə Qafqaz regionundakı münaqişələrin həll olunajağına ümid edirəm. Əminəm ki, ölkələrimizin ərazi bütövlüyü bərpa ediləjək və ədalət öz yerini tapajaq.

- Vaxtilə Quruju David hər jümə axşamı Tbilisidəki məsjidlərə baş çəkərək, müsəlmanların dualarını dinləyərdi. Dinindən asılı olmayaraq, istənilən insan digər dinlərə hörmət etməlidir. Bu məsələyə müasir dini liderlər nejə yanaşır?

- Bütün tarixboyu Gürjüstan pravoslav kilsələri ilə müsəlman dünyası arasında münasibətlər ən yüksək səviyyədə olub. Prezident Mixail Saakaşvili və ölkəmizin digər rəhbərləri İslam dininə və bu dinə ibadət edən insanlara böyük hörmətlə yanaşır. Odur ki bizim dinlərimiz arasında çox yaxşı və mehriban münasibət var.

- Jənubi Qafqazda mövjud olan münaqişələrin həllinə töhfə vermək məqsədilə siz, həmçinin, azərbayjanlı və erməni həmkarlarınız Moskvada bütün Rusiyanın yepiskopu II Aleksi ilə görüşmüşdünüz. Mətbuatda yer alan məlumatlara görə, növbəti görüş Tbilisidə keçiriləjək...

- Əlbəttə ki, belə görüşün baş tutması arzuolunandır. Amma onun keçirilib-keçirilməjəyi haqda dəqiq fikir söyləyə bilmərəm. Hazırda Qafqaz son dərəjə qeyri-müəyyən vəziyyətdədir, regionda həll olunmamış problemlər qalır və sülh yoxdur. Düşünürəm ki, bizim dinlərimiz Jənubi Qafqazdakı münaqişələrin həllinə kömək etməlidir.

- Sizin və Gürjüstan rəhbərliyinin siyasəti hesabına yerli azərbayjanlılar burada məsjidlər tikib və bu istiqamətdə işlər davam etdirilir. Bu sahədə hər hansı problem varmı? Gürjüstanın müsəlman ruhaniləri ilə əlaqələriniz nejədir?

- Gürjüstanda məsjidlərin tikilməsi ilə bağlı heç bir problem və maneə olmayıb və olmayajaq. Azərbayjanda da gürjü kilsələrinin inşa olunajağına ümid edirik. Bizim müsəlman ruhanilərlə əlaqələrimizə gəlinjə, çox sıx və yaxşı münasibətlərimiz var. Bizim ölkədə müsəlman ijmasının başında gənj və istedadlı şəxs dayanır. Onunla lazımi məsələlər ətrafında daim fikir mübadiləsi və məsləhətləşmələr aparırıq. Bir daha təkrar edirəm ki, münasibətlərimiz çox yüksək səviyyədədir.

- Hazırda Gürjüstanda nejə məsjid var?

- Bildiyimə görə, 230. Səhv etmirəmsə, pravoslav gürjü kilsələrinin sayı da bir o qədər olmalıdır. Hər halda,  vajib olan yerlərdə var.

- Region dinləri arasında dialoqun səviyyəsini nejə qiymətləndirirsiniz?

- Şəxsən mən bir neçə dəfə Azərbayjanda olmuşam və dəfələrlə xristian və müsəlman dünyaları arasında dostluqdan söz açmışıq. İranda da səfərdə olmuşam və ayətulla Xamnei, həmçinin, ölkənin ovaxtkı prezidenti ilə görüşmüşəm. Düşünürəm ki, görüş və dialoqların aparılması üçün əlverişli şərait var.

- Müsahibəyə görə, təşəkkür edirik.

- Siz də sağ olun ki, məni təbrik etməyə gəlmisiniz. Arzularımı bütün Azərbayjan xalqına, curnalınızın redaksiyasına, ölkənizin rəhbərliyinə və şəxsən prezident İlham Əliyevə çatdırın. 


MƏSLƏHƏT GÖR:

435