15 Mart 2025

Şənbə, 00:41

200 İL DƏ BƏS ETMƏDİ

Toponimləri dəyişdirən Ermənistan bütün tarixi dəyişməyə nail ola bilməyəcək

Müəllif:

01.03.2007

"Ermənistanda türk köklərinə malik yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesinin hələ də başa çatmaması tamamilə qanunauyğundur. Ermənistan Azərbayjan mənşəli nəhəng mədəni-tarixi təbəqəni heç vaxt məhv edə bilməyəjək və ermənilərin Qafqaza köçməsindən 200 il keçməsinə baxmayaraq, onların hələ də bütün məntəqələrin adlarını erməniləşdirə bilməmələrinin səbəbi də elə məhz budur". Prezident Aparatının siyasi araşdırmalar sektorunun müdiri Fuad Axundov Ermənistan dövlət daşınmaz əmlak kadastrı komitəsinin başçısı Manuk Vardanyanın son bəyanatını şərh edərkən belə deyib. Daha sonra o qeyd edib: "Əgər Ermənistanda Azərbayjan tarixinin bütün görünən izlərini məhv etmək istəyirlərsə, onda minlərlə söz və adlarla yanaşı, milyonlarla erməninin Azərbayjan sözlərinə farsların "yan" hissəjiyini artırmaqla düzələn soyadlarını da dəyişməli olajaqlar. Belə olan halda, başqa yerdən gələn anlamını bildirən "köçəri" sözündən başlamaq lazım gələjək. Yeri gəlmişkən, bu sizə heç nəyi xatırlatmır? (Əlamətdardır, deyilmi?)".

Bir qədər əvvəl M.Vardanyan bildirmişdi ki, respublikanın "türkmənşəli adları olan" yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi bu il başa çatmalıdır. O qeyd edib ki, 2006-jı ildə 57 məntəqənin adı dəyişdirilib, bu il isə daha 21-ni də belə bir tale gözləyir. Bu zaman M.Vardanyan prosesin uzanmasının "həmin şəhər və kəndlərdə yeni ad seçimi ilə bağlı problemlərin olması ilə" bağlı olduğunu etiraf edib.

F.Axundov M.Vardanyanın bu aşkar etirafının müasir Ermənistanın ərazisində həmişə türklərin məskunlaşdıqlarını sübut etməsi fikrindədir: "Diqqət yetirin, söhbət heç də bu məntəqələrə əvvəlki tarixi adlarının qaytarılmasında deyil, tarixi Azərbayjan adlarının əvəzinə yeni erməni adlarının verilməsindən gedir. Axı Ermənistan ərazisindəki hər bir türk toponiminin tarixi mənşəyi və mənası var. Bu toponimlərdən imtina etmək asan olsa da, yeni toponimlər üçün tarixi və məna əsaslandırması tapmaq çətindir".

Onun sözlərinə görə, "sovet hakimiyyəti dönəmində də bunu edirdilər. Həm də təkjə Ermənistan ərazisində yox, Azərbayjan ərazisində də. O zaman stalinlər, mikoyanların köməyi ilə Moskva qədim və orta əsrlərə aid toponimlərə müasir adlar verirdilər. Məsələn, Xankəndinin adı inqilabçı Stepan Şaumyanın şərəfinə Stepanakert qoyulmuşdu".  

F.Axundov Ermənistan ərazisində baş verənlərin, faktiki, tarixi genosid olduğunu bildirdi: ölkədə etnik təmizləməni başa çatdıran Ermənistan hakimiyyəti toponimlərin etnik təmizlənməsinə, onların, bununla da Ermənistanda yaşamış azərbayjanlıların tarixinin məhv edilməsinə girişib. "Hazırda dünya ijtimaiyyətinin və ayrılıqda götürülmüş bir ölkənin "elm adamları"nın biganəliyi şəraitində çoxəsrlik tarix məhv edilir və yenidən yazılır. Həm də bununla aşkar, həyasızjasına və nümayişkaranə məşğul olurlar", - deyə F.Axundov vurğuladı.   

Daha sonra o dedi: "Hazırda biz "Ermənistan tarixinin salnaməçilərinin" hansı kobud üsullara əl atdıqlarının şahidi ola bilərik. Yeni ad, daha sonra isə onun tarixçəsini uydurmaqla, onlar bütün Ermənistanın tarixini uydururlar. Lakin tarix dəqiq elmdir və tarixi adları dəyişməklə, tarixi abidələri və toponimləri məhv etməklə tarixi dəyişdirmək mümkünsüzdür. Əgər SSRİ dönəmində ermənilər Sov.İKP və SSRİ EA-nın qoyduğu qadağalar vasitəsilə tarixdə "ağ ləkələri" qoruyub-saxlamağa nail olurdularsa, indi artıq yeni dövr başlayıb və prezident İlham Əliyevin inamlı siyasəti sayəsində Azərbayjan bölgənin təkjə sənaye və siyasi deyil, həm də elmi mərkəzinə çevrilir".  

"Bölgənin tarixdə nəinki "ağ ləkələrə" və eyhamlara deyil, saxtakarlığa da yer olmaması məqsədilə Azərbayjan prezidenti birmənalı şəkildə tarix elminin azad inkişafı üçün maksimum əlverişli şərait yaratmaq niyyətindədir ki, bu da hər jür qətnamələrlə tarixi təhrif etmək, saxtalaşdırmaq  jəhdlərinə son qoyulmasının başlanğıjıdır", - deyə F.Axundov qeyd etdi.

Daha sonra F.Axundov vurğuladı: "Xojalı fajiəsinin 15 illiyinə həsr olunmuş tədbirlər, onlarda tarixçilərin, siyasətçilərin, diplomatların iştirakı və nətijədə, informasiya-siyasi irəliləyiş bu tarixi hadisəni də saxtalaşdırmaq jəhdlərinin səmərəsiz olduğunu göstərir".


MƏSLƏHƏT GÖR:

306