16 Mart 2025

Bazar, 00:01

ALMANİYA İLƏ YAXINLAŞMA

Bakı ilə Berlin arasında dialoq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Müəllif:

01.03.2007

Azərbayjan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri kifayət qədər gərgin qrafiklə və səmərəli keçdi. Səfər nətijəsində iqtisadiyyat və mədəniyyət sahələrində bir çox praktiki nailiyyətlər əldə olundu. Fevralın 14-dən 16-dək davam edən səfər zamanı əsas diqqət mərkəzində olan məsələ isə energetika ilə bağlı idi. Bu isə səfərin əhəmiyyətinin göstərijisidir.

Məsələ bundadır ki, hazırda Berlin Avropa İttifaqına sədrlik etdiyindən, bütünlükdə Avropanın mövqeyindən çıxış edir. Bu fikir Almaniya kansleri Angela Merkelin dediyi kimi, ondan ibarətdir ki, "Azərbayjan ilə Avropa İttifaqı arasında əlaqələr Bakı üçün olduğu kimi, Aİ üçün də vajibdir". İlham Əliyev də öz növbəsində tam açıq şəkildə bəyan edib ki, Avropaya inteqrasiya Azərbayjanın xariji siyasətində prioritet istiqamətlərdən biridir. Prezidentin sözlərinə görə, ölkənin neft-qaz strategiyasında alternativ karbohidrogen təjhizatçılarının axtarışı ilə məşğul olan Avropa İttifaqının enerci təhlükəsizliyinin təmin edilməsi məsələsi əsas istiqamət olajaq. 

Yeri gəlmişkən, xatırladaq ki, 2006-jı ilin noyabrında Aİ ilə Azərbayjan arasında energetika sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Berlinə səfəri zamanı İ.Əliyev əminliklə bəyan edib ki, "Azərbayjan qazı texniki baxımdan artıq bu il mövjud boru kəmərləri vasitəsilə Aİ bazarlarına çıxarıla bilər". 

Angela Merkel isə əldə edilən nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Onun, yəni Brüsselin fikrinjə, Azərbayjandan Polşaya (Ukraynadan keçməklə) və Avropaya (Yunanıstandan keçməklə) gedən boru kəmərlərinin genişləndirilməsi vajibdir. Qeyd edək ki, bu boru kəmərləri, Rusiyanın karbohidrogen ehtiyatlarından asılılığı aradan götürmək haqda düşünən Belarus, Ukrayna və Baltikyanı ölkələrin maraqlarına da tam uyğundur. 

İ.Əliyev ilə görüşdə Almaniya kansleri Berlinin Jənubi Qafqazda siyasi fəallığını artırmaq niyyətində olduğunu da açıqlayıb. Bu məqsəd də Aİ-nin xariji siyasətinin bir hissəsidir və qurum son vaxtlar regionun problemlərinə son dərəjə böyük maraq göstərir. İlham Əliyev Merkelin bu fikrini alqışlayıb. Məlum olduğu kimi, Bakı Aİ-nin yeni qonşuluq siyasəti proqramının iştirakçısıdır və ümid edir ki, sərhədləri 2007-ji ildən etibarən Jənubi Qafqaz ölkələrinə birləşən Brüssel üçün bu fakt bölgədəki "dondurulmuş münaqişələr"in həllinə nail olunması üçün əlavə impuls verəjək.

İkitərəfli iqtisadi əlaqələrə gəlinjə, A.Merkel Berlinin yalnız Azərbayjanın karbohidrogen mədənlərinə deyil, ümumilikdə, ölkə iqtisadiyyatına maraq göstərdiyini qeyd edib. Rəqəmlər kanslerin sözlərini təsdiqləyir. Belə ki, iki ölkə arasında tijarət dövriyyəsi daim artır və 2006-jı il üçün Azərbayjanın xariji tijarət dövriyyəsində Almaniya ilə tijari əlaqələrin xüsusi çəkisi 3,5% təşkil edib. İki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində atılan ilk addım isə Berlində keçirilən Azərbayjan-Almaniya biznes forumu olub. Tədbirə bank, telekommunikasiya, nəqliyyat, inşaat və aqrar sektorlarda fəaliyyət göstərən 30-dan çox azərbayjanlı sahibkar, həmçinin, Almaniya şirkətlərinin 200-dən artıq nümayəndəsi qatılıb. Forumun yekununda isə altı müqavilə imzalanıb. Onların sırasında "Bakıelektrikşəbəkə" ilə Almaniyanın "Siemens" AG şirkəti arasında Bakıda yeni elektrik stansiyalarının tikintisinə dair razılaşma, Naxçıvan mebel fabriki ilə Almaniyanın "Bio Ethanol Arneburq" şirkəti arasında Azərbayjanda birgə müəssisənin yaradılmasına dair müqavilə, ADES Almaniya-Azərbayjan birgə müəssisəsi ilə bu ölkənin Mark.AT qurumu arasında birgə fəaliyyətə dair memorandum, həmçinin, bir neçə milyon avro dəyərində alman nəqliyyat vasitələrinin alınmasını nəzərdə tutan qərar da daxildir. 

Bundan başqa, forumda "Azərbayjanda investisiya mühiti, tijarət və biznes imkanları" mövzusunda təqdimat keçirilib, "Bakı - inkişaf məkanı" mövzusunda açıq müzakirələr aparılıb. Müzakirələrdə Azərbayjan-Almaniya Biznes Assosiasiyasının (DAWF) rəhbərliyi, Almaniyanın Azərbayjandakı səfiri Kristofer Stankina, həmçinin, "Siemens" AG və "Lufthansa" AG şirkətlərinin nümayəndələri iştirak ediblər.

Üçgünlük səfər çərçivəsində İlham Əliyev Angela Merkellə yanaşı, Almaniyanın xariji işlər naziri Frank-Valter Ştaynmayer, Federal Şuranın prezidenti Harald Rinqsdorf, bu ölkənin iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qloss və Berlinin burqomistri Klaus Voverayt ilə də görüşlər keçirib. 

Bundan başqa, Azərbayjan prezidentinin Buntestaqın aşağı palatasında görüşləi olub; o, "Alman dalğası" telekanalına müsahibə verib, Kondrada Adenauer Fondunda "Azərbayjan XXI əsrdə: inkişaf və perspektivlər" mövzusunda nitq söyləyib, Zukkov Fondunun rəhbəri Mixael Zukkov ilə birgə həyata keçirilən ekoloci layihələrə dair fikir mübadiləsi aparıb. 

İ.Əliyev Almaniyadakı Azərbayjan diasporunun nümayəndələrini də diqqətdənkənar qoymayıb və onlarla görüş zamanı diaspor üzvləri prezidentə bu ölkədə erməni ijmasının antiazərbayjan kampaniyasının neytrallaşması istiqamətində görülən işlər haqda məlumat verib.


MƏSLƏHƏT GÖR:

362