15 Mart 2025

Şənbə, 01:16

ARZULAR REALLAŞIR

Ən güclü Azərbaycanlı qrossmeyster böyük şlem seriyasından olan turnirin ilk qalibi kimi adını Azərbaycan şahmatının tarixinə yazdı

Müəllif:

15.02.2007

19 yaşlı şahmatçı nə arzulaya bilər? Bu qədim oyun növündə yarışan ortasəviyyəli oyunçunun başlıja məqsədi beynəlxalq turnirlərə dəvət almaq üçün özünün perspektivli idmançı olduğunu sübut etməkdir. Bəs hələ 10 yaşında özünü perspektivli şahmatçı kimi göstərə bilmiş və 15 yaşından beynəlxalq turnirlərə dəvət alan 19 yaşlı istedad - Teymur Rəjəbov nejə? Ona yalnız bu turnirlərdə qələbələr əldə etmək qalırdı və Hollandiyanın nüfuzlu Veyk-an-Zee beynəlxalq turnirdə qalib adını qazanan Rəjəbov buna da nail oldu. Qeyd edək ki, bu yarış böyük şlem (tennis analogiyasında) turnirlərindən biridir və orada planetin ən güjlü qrossmeysterləri mübarizə aparır.

Maraqlıdır ki, Teymur Rəjəbov indiyədək Veyk-an-Zee turnirlərində jəmi bir dəfə - 2003-jü ildə çıxış etmişdi ki, onda da şahmatçımız dünya şahmat elitasında, sadəjə, ümidveriji idmançı sayılırdı. Amma elə həmin il, o yarışdan jəmi bir neçə ay sonra dünyanın şahmat ijtimaiyyəti artıq Rəjəbovdan danışırdı: Linares-2003-də azərbayjanlı yeniyetmə 13-jü Dünya çempionu Harri Kasparov üzərində sensasion və gözəl qələbə qazanmışdı. Özü də Kasparov ağ fiqurlarla uduzmuşdu ki, bu da keçmiş bakılının rastlaşmadığı haldır. Bundan başqa, həmin partiya turnirin ən gözəl qarşılaşmalarından biri hesab olunmuşdu.

Hollandiyadakı turnirədək Teymur Rəjəbovun siyahısında nüfuzlu qələbələr sıralanmışdı. Buraya Dos-Ermanasda (İspaniya), Kap d'Aqedəki (Fransa) uğurları, Avropa çempionatında qazanılan gümüş medalı, FİDE versiyası üzrə dünya birinjiliyinin bürünj mükafatını, nəhayət, ötən il keçirilən Moreliya-Linares turnirində əldə edilmiş ikinjiliyi aid etmək olar. Veyk-an-Zeedəki qələbə isə "superqələbə" sayıldığı üçün xüsusilə vajibdir.

 

Yalnız "qızıl"

Rəjəbov Hollandiyadakı yarış ərəfəsində açıq şəkildə bildirirdi ki, onu birinji yerdən başqa heç bir mükafat maraqlandırmır. Artıq ilk turda, digər iştirakçıların uyğunlaşma məqsədilə tələsik heç-heçələr etdiyi zaman, Azərbayjan şahmatçısı hollandiyalı rəqibi Lük Van Veli ilə qarşılaşmada ilk qələbəsini qazandı. Turnirboyu belə qələbə xallarının sayı jəmi beş oldu. Ukraynalı Sergey Karyakinlə heç-heçədən sonra, Rəjəbov planetin ən güjlü şahmatçılarından olan Aleksey Şirov üzərində, partiya ərzində jəmi iki ferzi qurban verməklə möhtəşəm qələbə qazandı. Yarış bitdikdən sonra, Teymur Rəjəbov "R+"a açıqlamasında etiraf edib ki, bu onun peşəkar karyerasında, bəlkə də ən gözəl qələbəsidir. Bu qələbənin dünyanın ən güjlü şahmatçılarından biri üzərində qazanılması isə ona xüsusi gözəllik verir.

Şirov üzərindəki qələbədən sonra, Teymur Rəjəbov əldə etdiyi uğurlarla kifayətlənməyərək, ardıjıl olaraq hollandiyalı Sergey Tivyakov və çex David Navarroya da eyni aqibəti yaşatdı. Qeyd edək ki, sonunju ilə qarşılaşmada azərbayjanlı qrossmeyster kifayət qədər çətin duruma düşmüşdü və məğlubiyyətə də uğraya bilərdi. Həmin an Rəjəbov artıq  turnir jədvəlinə başçılıq edirdi və onu yalnız eks-dünya çempionu, bolqar Veselin Topalov "izləyirdi". Səkkizinji turda Teymur Rəjəbovun erməni Levon Aronyana məğlub olmasından istifadə edən Topalov hətta liderliyə də yüksəldi. 

Yeri gəlmişkən, xatırladaq ki, Rəjəbov alidərəjəli turnirlərdə artıq ikinji dəfədir, Aronyana məğlub olur. Ötən il o, Moreliya-Linaresdə də erməni rəqibinə uduzmuşdu ki, bu da Aronyanın şahmatçımız üçün qeyri-münasib rəqib olması haqda fikirlər yaradır. Amma Rəjəbov Hollandiyadakı qarşılaşmadan sonra, bu haqda deyilənləri qəbul etməyib: "Prinsipjə, mənim üçün münasib olmayan rəqib yoxdur. Mənim qətiyyən heç bir psixoloci problemim yoxdur və nə vaxtsa kiməsə məğlub oluramsa, həmin rəqiblə digər turnirdə qarşılaşan zaman hansısa problem hiss etmirəm. Sadəjə, ötən il olduğu kimi, bu dəfə də sakitjə heç-heçə edə biləjəyim halda, birmənalı olaraq qələbə üçün oynadım. Bu mənim oyun stilimdir".

Qeyd edək ki, Aronyana məğlubiyyətdən sonra, demək olar ki, bütün mütəxəssislər azərbayjanlı şahmatçının liderliyi geri qaytarajağına inanmayaraq, onu hesabdan silməyə tələsdilər. Xüsusilə FİDE versiyası üzrə sabiq Dünya çempionu, rusiyalı Aleksandr Xalifman turnirin gedişini şərh edərkən bildirdi ki, Rəjəbov hələ Veyk-an-Zee səviyyəli turnirlərdə qələbə qazanmağa hazır deyil. Lakin turnir başa çatdıqdan sonra, həmin Xalifman səhvini etiraf etməli oldu: "Rəjəbov onun bajarığına şübhə ilə yanaşanlara, o jümlədən, mənə də nəyə qadir olduğunu sübut etdi. Təslim oluram. Bundan sonra keçiriləjək superturnirlərdə onun yeri favoritlər sırasında olajaq. Yəqin ki, o, məğlubiyyətdən dərhal sonra qələbə qazanmaq üçün Karlsenə qarşı qara fiqurlarla "hüjum taktikası" seçməməkdə haqlı idi. O, sadəjə, vaxtın yetişməsini gözlədi. Teymur Rəjəbovun bu turnirdəki göstərijiləri adamı valeh edir - ağ fiqurlarla xal yarım, qaralarla isə +4! Superturnirlərdə belə göstəriji xatırlamıram".

 

Kasparovu geridə qoymalı

Teymur Rəjəbovun qara fiqurlarla oyunu tamamilə başqa bir söhbətin mövzusudur. Şahmatda qara fiqurlarla oynayanın "ikinji nömrəli" olduğunu, yəni müdafiəyə diqqət yetirdiyini nəzərə alsaq, Rəjəbovun əldə etdiyi beş qələbədən dördünü məhz qara fiqurlarla qazanması diqqətəlayiq sayılmaya bilməz. 

Alidərəjəli turnirdə əldə olunan göstərijilər həqiqətən mühümdür. Teymur Rəjəbov isə bu qələbələri qədim hind müdafiəsi qurmaqla əldə etdi. Qeyd edək ki, Harri Kasparov, hazırkı Dünya çempionu Vladimir Kramnik də bu gedişdən geniş istifadə edirlər. Amma azərbayjanlı qrossmeysterin qədim hind müdafiəsi qarşısında ajiz qalmış Kramnik də bildirdi ki, hazırda bu debütdə Rəjəbova bərabər şahmatçı yoxdur. 

Rusiyanın məşhur şahmat curnalisti Yuri Vasilyev isə hesab edir ki, Teymur bu debütdə Kasparovu da arxada qoyub. Bunu Rəjəbovun özü də etiraf edir: "Qədim hind müdafiəsini mənimlə müqayisədə Harri Kasparov daha çox istifadə edib - o, uşaqlıqdan başlayaraq bu müdafiədən istifadə edəb və sonradan Karpovla qarşılaşmalarda da bu debütə sadiq qalıb. Bu debütdə ona qalib gələn olmayıb. Kasparovun qədim hind müdafiəsini "dağıtmaq", yalnız Kramnikə müvəffəq olub. Mən isə Kramniklə qarşılaşmada nəinki bərabər, hətta bir qədər üstün oyun nümayiş etdirdiyim üçün şadam. Əlbəttə ki, qədim hind müdafiəsi mənə bu turnirdə çox köməklik etdi və ilk iki turda mən məhz bu taktikanın hesabına Van Veli və Şirovdan iki vajib xal ala bildim. Hələ bu debütdə Kasparovu geridə qoyduğumu söyləyə bilmərəm. İnşallah, mənə hələ çox şahmat oynayajağam və yalnız qədim hind müdafiəsində deyil, digər debütlərdə də uğurlu nətijələr göstərəjəyimə ümid edirəm", - deyə 19 yaşlı azərbayjanlı qrossmeyster bildirib.

Qeyd edək ki, Aronyana məğlub olaraq liderliyi itirən və ikinji pilləyə düşən Rəjəbovun, bir xal önə keçmiş Topalova çatajağına çoxları inanmırdı. Amma o, bolqar həmkarının büdrəməsini gözləyirdi və bu, Topalovun sondan əvvəlki turda rus Pyotr Svidlerlə qarşılaşmasında baş verdi - rusiyalı şahmatçı qələbə qazandı. Bundar dərhal yararlanan şahmatçımız rusiyalı Aleksey Motılev üzərində üstünlük qazanaraq liderə çatdı. Veyk-an-Zee turnirinin təşkilatçıları qarşılaşmaları müəyyənləşdirərkən sxemi belə qurmuşdular ki, son turda turnirin iki lideri - Teymur Rəjəbov və Veselin Topalov üz-üzə gəlsin. Nətijə qanunauyğun oldu və iki bərabər güjə malik qrossmeyster qarşılaşmanı heç-heçə bitirərək, güjlünü müəyyənləşdirə bilmədi. 

Son turda erməni Levon Aronyan da liderlərə çatdı və Veyk-an-Zee yarışında əlavə göstərijilər nəzərə alınmadığından, onların hər üçü qalib elan olundu. Amma Teymur Rəjəbovun liderlik etdiyi turların sayını nəzərə alsaq, məhz onun birinji yerə sahib olduğu görünər - qrossmeysterimiz 13 turdan 8-də lider olub.

"Mən belə güjlü turnirdə qalib gəldiyim üçün çox sevinirəm və düşünürəm ki, bu, qrossmeyster adını almış istənilən şahmatçının arzusudur. İldə, təxminən, 4-5 dəfə keçirilən Böyüş şnel turnirlərinin hamısında uğur əldə edəjəyimə inanıram. Belə qələbələr həm şahmat dünyasında, həm də mətbuatda layiqinjə qiymətləndirilir. Yəni bu qələbə digər turnirlərdə əldə olunan zəfərlərlə müqayisədə tamam başqa səs-küy yaradır. Mən böyük arzuma, daha dəqiqi, ən böyük arzularımdan birinə çatdım", - deyə Rəjəbov turnirdən sonra qeyd edib. 

Bu qədər jansıxıjı 13 turluq marafondan sonra, bu idman növünə qarşı  onda hər hansı nifrətin yaranıb-yaranmamasına dair suala 19 yaşlı qrossmeyster belə javab verib: "Nə danışırsınız? Məndə şahmata qarşı heç bir nifrət yoxdur. Hətta belə turnirlərdən sonra həmişə maraqlı oyunu seyr etmək və ya İnternetdə bir partiya sürətli şahmat oynamaq maraqlıdır. Nifrətdən isə söhbət gedə bilməz. Bu mənim həddindən artıq sevdiyim və faktik olaraq, ondan ötrü yaşadığım bir işdir". 


MƏSLƏHƏT GÖR:

404