
MƏNİM YAŞIM ––MƏNİM SƏRVƏTİM…
Vaxtanq Kikabidze: "Özüm, yaradıcılığım və siyasət haqqında"
Müəllif: İnna Sultanova Bakı
Vaxtanq Kikabidze… Yəqin ki, bu ad postsovet məkanından hamıya məlumdur. Onu səsləndirən kimi, təxəyyüldə dərhal Georgi Daneliyanın məşhur "Mimino" komediyasındakı nikbin təyyarəçi surəti janlanır. Lakin bir rolun əsirinə çevrilən bir çox aktyorlardan fərqli olaraq, o, hər sonrakı rolunda istedadının yeni-yeni çalarlarını nümayiş etdirir.
Vaxtanq Kikabidzenin debütü 1966-jı ildə olub: o, recissor Nikolay Sanişvilinin "Dağlarda görüş" komediyasında çəkilib. "Qəm yemə", "SİTA bəyan edir", "Mimino", "Veri kvartalının melodiyaları", "Ümidsiz" və d. - jəmi 33 filmdə müxtəlif rollar oynayıb. Bundan başqa, ssenari müəllifi və recissor kimi, iki film çəkib: "Kişilər və bütün başqaları" və "Sağlam ol, əzizim". Sonunju film Qabrovodakı komediya filmləri festivalında ən yüksək mükafata layiq görülüb.
Vaxtanq Kikabidze yaradıjılığa müğənni kimi başlayıb və bu sahədə böyük nailiyyətlər qazanıb. Məktəbi bitirən Kikabidze Tbilisi Universitetinə daxil olsa da, nə onu, nə də 1961-1963-jü illərdə təhsil aldığı Xariji Dillər İnstitutunu bitirdi, çünki bu gənji elm yox, musiqi jəlb edirdi və Vaxtanq ona bütün varlığını qurban etməyə hazır idi. Kikabidze Tbilisi Filarmoniyasında 1959-ju ildən çalışmağa başladı. Elə həmin vaxt gürjü estrada briqadası ilə birlikdə ilk qastrol səfərinə yollandı. Vaxtanq gürjü, rus, italyan və ingilis dillərində mahnılar oxuyurdu. Sonradan o, dostları ilə birlikdə "Velo", 1967-ji ildə isə Kikabidzenin solist olduğu "Orera" qrupunu yaratdılar. Sonralar Kikabidze müğənni və aktyor peşələrini uzlaşdıra bildi. Onun ifasındakı mahnılar əvvəllər də, indi də dəbdədir. Elə birjə "Çita-qrita-çita-marqarita…" mahnısını xatırlamaq kifayətdir. Mahnı gürjü dilində olduğundan, onun sözlərini çoxlarının başa düşməməsinə baxmayaraq, buna elə bir ehtiyaj da yox idi. Bu sadə mahnıda Vaxtanq Kikabidzenin səsindəki görünməmiş energetika hər şeydən üstün idi. O, insanların ürəklərinə hakim kəsilirdi, məhəbbətin isə tərjüməyə ehtiyajı yoxdur. Üçünjüdərəjəli "Kral Vaxtanq Qorqasali şərəfi", Müqəddəs Nikolay və Müqəddəs Böyük Konstantin ordenləri kavaleri, Tbilisinin fəxri vətəndaşı - Kikabidze bütün bu titullara layiqdir. 1996-jı ildə onun adı "Kim kimdir" beynəlxalq ensiklopediyasına salınıb, 1999-ju ildə isə Moskvada "Rossiya" Mərkəzi Dövlət Konsert Zalının qarşısında Kikabidzenin fərdi ulduzu basdırılıb.
Bu yaxınlarda Vaxtanq Kikabidze şəhərimizə qastrol səfərinə gəldi. Burada o, Azərbayjan Dövlət Filarmoniyasında "Həyat gözəldir" konsert proqramında öz repertuarından hamının sevdiyi 27 mahnı ilə çıxış etdi.
Məşqlər arasında "R+" müxbiri sənətkarla görüşərək, ona bir neçə sual verib. Artıq 69 yaşı olmasına baxmayaraq, Vaxtanq Kikabidze hələ də çox qıvraqdır və ondan müsbət bir enerci yayılır. Gözləri lap javanlığındakı kimidir. Odur ki onunla təmas zamanı yaş fərqləri unudulur, nə gijgahlarındakı ağ saçlar, nə də gözlərinin ətrafındakı qırışlar diqqəti jəlb edir.
- Məlum olduğu kimi, bioloci və psixoloci yaş anlayışları var. Vaxtanq Kikabidze özünü neçə yaşında hiss edir?
- Bu suala elə öz mahnımdakı sözlərlə javab vermək istərdim: "Mənim yaşım - mənim sərvətimdir". Artıq arxada qalan illərin ağırlığını duyduğumu deyə bilmərəm. Fikrimjə, illər keçdikjə, yalnız həyat təjrübəsi və müdriklik qazanırsan.
- Vaxtanq Konstantinoviç, indi Tbilisidə, yoxsa Moskvada yaşayırsınız?
- Tbilisidə yaşayıram və bu şəhər həmişə daimi yaşayış yerim olub. Moskvaya gəldikdə, bu şəhəri çox sevirəm, orada çoxlu dostlarım var. Lakin ora, bir qayda olaraq, qastrola gedirəm. Bundan başqa, Tbilisidən birbaşa getmək mümkün olmayan yerlərə yollananda da, əsasən, yolum Moskvadan düşür.
- Hazırda Rusiya ilə Gürjüstan arasında yaranan o qədər də sadə olmayan münasibətləri nejə qiymətləndirirsiniz?
-Nə baş verir-versin, bütün bunlar, ilk növbədə, sadə insanlara təsir göstərir. Gej-tez hər şey başa çatajaq, lakin bunun nə ilə qurtarajağını, yaxşısı bulur, siyasətçilərdən soruşun.
-Məlumdur ki, kinoda sonunju işiniz "Fortuna" filmidir. Son zamanlar kinoya çox az çəkilməyinizin səbəbi nədir?
-Məsələ ondadır ki, aldığım ssenarilər, əsasən, məni qane etmədiyindən, belə filmlərdə heç çəkilməməyə üstünlük verirəm. İndi ekranlarda seriallar və savaş filmləri üstünlük təşkil edir, məni isə belə canrlar jəlb etmir.
-Sözün həqiqi mənasında, məşhur olduğunuzu nə vaxt hiss etdiniz?
-Dəqiq tarix demək çətindir. Amma belə bir hadisə yadımdadır: 60-jı illərin sonunda Tbilisidə "Qəm yemə" filmində çəkilərkən, bir gün Moskvadan gələn çəkiliş qrupu üçün böyük bir nahar təşkil etmək istədim. Naharın pulunu vermək istəyəndə məlum oldu ki, pul artıq ödənilib. Ofisiant bunu qonşu stolun arxasında oturan kişi ilə qadının etdiklərini dedi. Məlum oldu ki, onlar mənim yaradıjılığımın pərəstişkarlarıdır və bu səbəbdən naharın pulunu vermək qərarına gəliblər. Onu da demək lazımdır ki, çəkiliş qrupu, təxminən, 50 nəfərdən ibarət olduğundan, onlar kifayət qədər böyük məbləğdə pul xərjləmişdilər.
-Deyilənə görə, məşhur sərkərdə Baqrationla qohumluğunuz var. Bu, nə dərəjədə doğrudur?
-Tamamilə doğrudur, çünki anam Baqrationlar nəslindəndir. Bu sülalə Gürjüstanda IX əsrdən monarxiyanın sonuna qədər hakimiyyətdə olub. Lakin indi bu qədim nəslin çox az nümayəndəsi qalıb və Baqration familiyasına Gürjüstanda son dərəjə az-az rast gəlinir.
-Bir az da öz ailənizdən danışın…
-Özümü xoşbəxt insan sayıram, çünki böyük və çox mehriban ailəm var. Yoldaşım İrina ilə iki övladımız var. Qızım Marina teatr aktyorudur, mənim kimi, o da kinoda çəkilir və hazırda Şota Rustaveli adına Akademik Teatrda çalışır. Oğlum rəssamdır. Onun da iki oğlu var - böyüyü Vaxtanq və kiçiyi İviko. Qızım Marinanın oğlu Zalsburqda kollej bitirib, Londonda universitetdə oxuyub, bir neçə xariji dil bilir. Nəvələrimdən heç biri aktyorluğu seçməyib. Bəlkə elə belə yaxşıdır.
-Yeni nəslə münasibətiniz nejədir? Sizjə, onda müsbət jəhətlər çoxdur, yoxsa mənfi?
-Zaman öz tələblərini irəli sürür və bu, gənjlərə təsir göstərməyə bilməz. İndi janlı təması daha çox kompüter və telefonlar əvəz etməkdədir ki, bu meyli heç jür müsbət adlandırmaq olmaz. Təəssüf ki, javanlar hörmət və diqqət göstərməli olduqları yaşlı nəsil qarşısındakı borjlarını unudurlar.
-Sonda, Azərbayjandakı pərəstişkarlarınıza nə arzulamaq istərdiniz?
-Mənim Azərbayjan sənətsevərlərinə həqiqi rəğbətim var. Onların mehriban münasibətinə, səmimiliyinə, ürəyiaçıqlığına valeh olduğumdan, Bakıya gəlməkdən həzz alıram. Təəssüf ki, son vaxtlar bura gəlmək daha çətindir, çünki müasir şou-biznesin şərtləri kifayət qədər sərtdir və hər şeyi prodüserlər həll edir. Azərbayjan vətəndaşlarına isə məhəbbət, maddi rifah və əmin-amanlıq arzulamaq istərdim. Əminəm ki, ölkənizdəki problemlər və münaqişələr lap yaxın vaxtlarda artıq arxada qalajaq.
MƏSLƏHƏT GÖR: