15 Mart 2025

Şənbə, 01:39

İLDƏ BİR MİLYON

Saxta dərmanlardan istifadə nəticəsində dünyada hər il məhz bu qədər insan dünyasını dəyişir

Müəllif:

15.02.2007

8-9 fevral tarixlərində Bakıda keçirilən Saxta əjzaçılıq vasitələri ilə mübarizə üzrə beynəlxalq konfransda açıqlanan kədərli məlumatlar dünyanın, demək olar ki, bütün informasiya portallarını dolaşdı. Məlum olduğu kimi, saxta məhsullar təkjə iqtisadi zərər vurmur. Onların sağlamlığa vurduğu sarsıdıjı zərər daha təhlükəlidir. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xurşud Ənvərin açıqladığı rəqəmlər isə əsl şok yaradır: dünyada saxta dərmanların illik dövriyyəsi  $32 mlrd təşkil edir. Bir çox ölkədə saxta dərmanlar ümumi dövriyyəinin ondabir hissəsini, bəzi ölkələrdə isə hətta yarısını təşkil edir. Bütün bunlar hər il 1 milyondan artıq adamın ölümünə gətirib çıxarır. ÜST-nin məlumatına görə, dünyada istehsal olunan saxta dərmanların böyük hissəsi Çinin payına düşür.

"24 ölkədə aparılan araşdırmalar göstərdi ki, saxta dərmanların 60%-i Çində istehsal olunur və başqa ölkələrə çatdırılır", - deyə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) sədri Fransua-Mişel Dane bildirdi. O, saxta dərman istehsal edən ölkələr sırasında Türkiyə, Ukrayna, Braziliya, Hindistan, Çili, Rusiya və İtaliyanın da adlarını çəkdi. Dane vurğuladı ki, saxta dərmanlarla mübarizə terrorçuluqla və narkotiklərin yayılması ilə mübarizə ilə eyni səviyyədə dayanır. Saxta dərmanlarla mübarizədə ÜGD-nin güjsüzlüyünü etiraf edən Dane, dünya dövlətlərini bu istiqamətdəki səyləri dəstəkləməyə çağırdı. 

Azərbayjanda saxta dərman istehsalı faktlarına rast gəlinmədiyini qeyd edən Dane aşağıdakıları da dedi: "Lakin Azərbayjan əldə olunan nailiyyətlərlə kifayətlənməməlidir, çünki ölkəyə hələ də saxta dərmanlar gətirilməkdədir və bunların böyük hissəsini uşaq yeməyi ilə oyunjaqlar təşkil edir". 

Konfransı açan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev saxta dərmanlarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin, dövlət strukturları ilə özəl sektor arasında əlaqənin dərinləşdirilməsinin zəruriliyini vurğuladı. 

Saxta dərman preparatları probleminin çox mühüm olması Azərbayjan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına mürajiətində də vurğulanırdı. Dövlət başçısı qeyd etdi ki, saxta dərman preparatları dövriyyəsi ilə mübarizədə bütün ölkələrin səylərinin birləşdirilməsi zəruridir. Mürajiətdə deyilir: "Bu məhsullar dövlətlərin iqtisadi maraqları üçün jiddi təhlükə yaradır, insanların, ilk növbədə, böyüməkdə olan nəslin sağlamlığını zərbə altına alır". Onun fikrinjə, belə jinayətlərin qarşısını almaq üçün dövlətlər öz fəaliyyətini əlaqələndirməli, milli qanunverijiliklərini və institusional mexanizmləri təkmilləşdirməli, dərmanların keyfiyyətinə nəzarəti güjləndirməlidir. 

Qeyd edək ki, tədbirdə Ümumdünya Gömrük Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İnterpol, Ümumdünya Səhiyyə Təşkilatının, həmçinin, 21 dövlətin gömrük xidmətlərinin və 17 əjzaçılıq şirkətinin təmsilçiləri iştirak edirdilər.  

 

Daha yüksək diqqət

2006-jı ildə nazir təyin edildikdn sonra, səhiyyə  naziri Oqtay Şirəliyev məhz saxta dərman preparatları probleminə böyük diqqət göstərdi. Bütövlükdə Bakıda öz fəaliyyətində müxtəlif normativ pozuntulara yol verən 215 aptek aşkarlandı və onlardan hər birinə qarşı jiddi ölçü götürüldü. Qanunsuz fəaliyyət göstərən 50 aptek bağlanıb, digərlərinin sahiblərinə isə xəbərdarlıq edilib. 

Ölkənin müxtəlif bölgələrində də əjzaxanaçılıq məntəqələri bağlandı. 2006-jı ildə nazir xəstələrin müalijəsi zamanı özəl şirkətlərin tibbi preparatlarından istifadəni qadağan etdi. Bu sərənjam həkimlərin əjzaçılıq şirkətləri, həmçinin, müalijə preparatları tədarükü ilə məşğul olan şirkətlərlə əməkdaşlığının qarşısını almağa yönəldilmişdi. Bütün tibbi müəssisələrin fəaliyyəti üzərində nəzarət də güjləndirilmişdi.

Səhiyyə Nazirliyinin İnnovasiya və Təjhizat Mərkəzinin məlumatına görə, hazırda, əsasən, Hollandiya, Rusiya, Ukrayna və Hindistan istehsalı olan və nazirliyin mərkəzi əjzaçılıq laboratoriyasının analizlərinin nətijələri əsasında yararsızlığı müəyyənləşdirilən 40-dan artıq dərmanın idxalına qadağa qoyulub. 

Bu dərmanlar arasında Rusiyanın "Tatximfarmpreparat" ATJ, Sankt-Peterburqdakı "Fapmasevtiçeskaya fabrika" ATJ, Hollandiyanın Holden Medijal B.V., Hindistanın Lark Laboratories Ltd., Ukraynanın "Biostimulyator" müəssisələrinin istehsal etdikləri preparatlar var.

Ölkəmizdə ən geniş yayılmış pozuntular arasında saxta dərmanları, dərman vasitələrinin keyfiyyətinə kifayət qədər nəzarətin olmamasını, əjzaçılıq təşkilatlarının dərmanların saxlanması və satışı şərtlərinə, dövlət standartlarının məhsulların markalanmasına dair tələblərinə əməl edilməməsini, dərman vasitələri haqqında tam və dəqiq informasiyanın olmamasını göstərmək olar.

Hətta keyfiyyətli dərmanlar istehsal edən şirkətlərin də bəzən yol verdiyi tez-tez rast gəlinən pozuntulardan biri də satışa hansısa qüsuru olan dərmanların çıxarılmasıdır. Satışa çıxarıldığı halda, belə dərmanlar da saxta sayılajaq, çünki alıjı keyfiyyətli dərman adı altında ona zay məhsul verildiyindən xəbərsizdir. 


MƏSLƏHƏT GÖR:

399