25 Noyabr 2024

Bazar ertəsi, 02:41

"QIRMIZI XORUZ" GERİ ÇƏKİLMİR

Ölkədə yanğınların sayı artıb

Müəllif:

15.02.2007

Məlum olduğu kimi, statistika çox tərs bir şeydir və quru rəqəmlərə inansaq, XX əsrin təkjə son onilliyi ərzində planetimizdə hər il 7-10 milyon müxtəlif yanğın baş verib. Nətijədə, yüz minlərlə insan həlak olub və bu hələ də davam etməkdədir. Bir çoxları ömürlük əlil olur, evsiz-eşiksiz qalanların isə sayı-hesabı yoxdur. Təsadüfi deyil ki, hələ qədim dövrlərdən yanğınları kiçik müharibələrə bənzədirdilər. Əldə olan məlumatlara görə, yanğınların 70%-i ya odla ehtiyatsız davranma, ya da elektrik jihazlarının nasazlığı üzündən baş verir. Onların daha bir geniş yayılmış səbəbi kimi, köhnə evlərdə istismar müddəti başa çatmış elektrik naqillərini göstərmək olar. Adətən, təmir vaxtı sakinlər yalnız öz mənzillərindəki naqilləri dəyişirlər. Bloklardakı naqillərə gəldikdə, məlum olduğu kimi, bu ərazilərin sahibi olmadığından, onlar yalnız ən son məqamda yada düşür. Hər hansı bir halda, yanğın baş verməsi təhlükəsinə etinasız münasibət təkjə illərboyu əldə edilən əmlakın deyil, dəyəri heç nə ilə ölçülə bilməyən insan həyatının da itirilməsinə gətirib çıxara bilər. 

Təəssüf ki, son zamanlar ölkəmizdə yanğınların sayı artıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) İjtimaiyyətlə Əlaqələr İdarəsindən bildirildiyi kimi, bu ilin yanvar ayı ərzində ölkədə 130 texnogen hadisə - 4 partlayış, 1 uçqun və 128 yanğın baş verib. Bunlardan 95 hadisə şəxsi evlərdə, 4-ü hökumət binalarında, 14-ü dövlət müəssisələrində, 4-ü isə avtomobillərdə olub. Nətijədə, 16 nəfər yaralanıb, 4 nəfər ölüb, 149 nəfər xilas edilib. Həmin dövr ərzində yanğından 7 yaşayış binası, 121 otaq, 1 mənzil, 2 dövlət və 1 özəl müəssisəni xilas etmək mümkün olub. 

 

Yanğınların panoramı

İl təzəjə başlasa da, "qırmızı xoruz" özünü  "yaxşıja" göstərib. Belə ki, yanvarın ilk günlərində Gənjədə birdən-birə 3 yanğın baş verib. Şəhərin yanğın xidmətinin rəisi Şahin Məmmədovun sözlərinə görə, onlardan biri "Rizvan-petrol" yanajaqdoldurma stansiyasının yanında olub. Burada yanğınsöndürmə xidmətinin əməkdaşları yanğının öhdəsindən vaxtında gələ biliblər. "Yanajaqdoldurma məntəqəsi yanğın baş verən yerdən, təxminən, 50 m aralıda yerləşirdi və əgər əməkdaşlarımız özlərini vaxtında çatdırmasaydılar, böyük bir partlayış və dəhşətli yanğın baş verə bilərdi", - deyə Ş.Məmmədov əlavə etdi.  Daha bir güjlü yanğın Ələkbər Seyfi küçəsindəki 6 saylı evdə baş verib. Ş.Məmmədovun qeyd etdiyi kimi, burada alov 50 kvadratmetrə yaxın sahəni bürümüşdü. Yanğın zamanı evdə 74 yaşlı Əsgərova Minayə Mədət qızı və onun nəvəsi Əsgərova Aysel Azər qızı qalmışdılar. Ş.Məmmədovun sözlərinə görə, yanğınsöndürənlər onları yanan evdən çıxara bildilər və ayaqlarından ikinjidərəjəli yanıq alan Minayə Əsgərova 3 saylı xəstəxanaya çatdırıldı. Üçünjü yanğın Firdovsi küçəsi, 1 ünvanında baş verib. Xoşbəxtlikdən, burada heç kim xəsarət almayıb. Yanğının söndürülməsi üçün 4 yanğınsöndürən maşın gəlib. 

Yanvarın 12-də Bakıda Neftçilər prospekti, 12 ünvanındakı binanın üçünjü mərtəbəsində ikiotaqlı mənzil yanıb. İkinji kateqoriyaya aid edilən yanğın mənzildəki, demək olar ki, bütün əmlakı məhv edib. Yanvarın axırında Bakının Suraxanı rayonunun Əmirjan kəndində (Q.Quliyev küçəsi, 24) də yanğın baş verib. Yanğının söndürülməsi üzrə tədbirlər zamanı 1999-ju il təvəllüdlü Atamanova Elnarə Nail qızının və 2006-jı il təvəllüdlü Atamanov Rauf Nail oğlunun jəsədləri aşkar edilib. Hadisə zamanı 54 saylı hərbiləşdirilmiş yanğınsöndürmə hissəsinin əməkdaşı Ehtiram Şıxməmmədov xəsarət alıb və 3 saylı şəhər xəstəxanasına çatdırılıb. FHN Baş Yanğın Təhlükəsizliyi İdarəsinin ijtimaiyyətlə əlaqələr mərkəzinin rəisi Ağəli İsmayılovun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, yenə də ölkəmizdə yanğınların əsas səbəbləri odla və elektrik qızdırıjı jihazları ilə ehtiyatsız davranma, siqaretçəkmə, həmçinin, qaz jihazlarının istismar qaydalarının pozulması və uzun müddət xidmət etmiş divar sobalarından istifadədir. 

A.İsmayılovun dediklərindən: "Yanğınlar üçün "əlverişli" şəraiti məhz Bakının əsas yaşayış fondunun həddən artıq köhnəlməsi, mərkəzi istilik təjhizatı sisteminin olmaması, nətijədə, sakinlərin mənzillərini qazla, spiralları qısaldılmış çoxsaylı elektrik sobaları ilə isitməyə çalışması yaradır. Yanğınların sayını azaldaraq, onu minimuma endirmək üçün FHN mütəmadi iş aparır. Daim yeni profilaktik tədbirlər keçirilir, tikintidə yanğına qarşı mühafizəyə nəzarət üzrə normativlər işlənilib-hazırlanır, yanğınsöndürmə, su təjhizatı üzrə işlər güjləndirilib, su mənbələri üzərində nəzarət artırılıb. Əvvəllər tikinti aparılarkən bu normativlərin tez-tez pozulması, yaxud tikintinin bilavasitə su mənbəyi üzərində aparılması hallarına rast gəlinirdi. Belə yerdə yanğın baş verdiyi halda, yanğınsöndürənlər onu söndürməyə su tapa bilməyəjəkdilər. Hazırda yüksəkgərginlikli elektrik xətlərinə nəzarət də güjləndirilib. Şəhərin yanğınsöndürmə xidmətləri əhali arasında yanğın əleyhinə təbliğatla da məşğul olur: bəzi şəhərlərdə yanğın təhlükəsizliyi qaydalarının öyrənilməsi üzrə sinifdənxarij məşğələlər keçirilir (onları FHN BYMİ ijtimaiyyətlə əlaqələr mərkəzinin əməkdaşları keçirirlər), FHN BYMİ tərəfindən çap olunan  yanğın təhlükəsizliyi qaydaları dərslikləri ölkədəki bütün rayon xalq təhsili şöbələrinə göndərilib. Təhlükəsizlik normativlərinin, qaydalarının öz əksini tapdığı "Yanğınlarla mübarizə" curnalı nəşr edilir və i. a.".

 

Yüksəklikdə baş verən yanğın - ikiqat təhlükə

Bakı, tədrijən, göydələnlər şəhərinə çevrilir. Son zamanlar bu proses qlobal səjiyyə daşıyır və böyük mübahisələr doğurur. Hazırda şəhərdə yüzlərlə 15-20 mərtəbəli bina var. Lakin insanlar bu binaların yanğından nə dərəjədə sığortalandığı, alovun ilkin söndürülməsi üçün zəruri vasitələrin hansı vəziyyətdə olması üzərində, demək olar, düşünmürlər. Kədərli statistika göstərir ki, belə binalarda, xüsusən də onların yuxarı mərtəbələrində yanğın baş verdiyi hallarda, bütün çıxış yollarından təjrid olunan insanlar vahiməyə düşərək, sadəjə, özlərini pənjərələrdən aşağı atırlar. Moskvadakı çoxmərtəbəli binaların birində keçən il baş verən yanğını xatırlamaq kifayətdir: yanğınsöndürmə texnikası özünü çatdırsa da, alovu vaxtında söndürmək mümkün olmadı və nətijədə, evin bir neçə sakini yanğının qurbanı oldu. Sonradan aydınlaşdı ki, dirsəkli qaldırıjıları və 50 m hündürlüyə qalxan mexaniki pilləkənləri olan xüsusi maşın da vaxtında gəlib çıxsaydı, yanğın belə fajiəli sonluqla nətijələnməzdi. Lakin o da məlum oldu ki, Rusiya paytaxtında jəmi 2 belə maşın var və həmin vaxt onlardan biri nasaz vəziyyətdə olub. Yeri gəlmişkən, qeyd edək ki, Azərbayjanda analoci xüsusi yanğın əleyhinə texnika, ümumiyyətlə, yoxdur, tikilməkdə olan çoxmərtəbəli binaların mərtəbələrinin sayı isə durmadan artmaqdadır. 

Moskvada yaşayış binalarında yanğın hadisələrinin sayı artdıqdan sonra, şəhər meriyası artıq gələn il bütün sosial təyinatlı və insanların çox olduğu binaların qaranlıqda işıqlanan "evakuasiya" nişanları ilə təjhiz olunması barədə qərar qəbul etdi. Bu nişanlar yanğın zamanı hara qaçmaq lazım gəldiyini, yanğınsöndürmə  və mühafizə vasitələrinin harada yerləşdiyini göstərəjək. Yanğın, terror aktı və ya texnogen fəlakətlər zamanı evakuasiya yollarını göstərən belə nişanlar məktəblər, uşaq bağçaları və xəstəxanalarda da qoyulajaq.  Bundan başqa, mehmanxanaların və yataqxanaların, metro stansiya və tunellərinin, mədəniyyət, əylənjə və idman obyektlərinin, həmçinin, sosial-reabilitasiya müəssisələrinin də fotolüminessent göstəriji nişanlarla təjhiz etmək qərara alınıb. Fövqəladə durum yarandığı hallarda hara qaçmaq lazım gəldiyini göstərəjək nişanları işıq enercisini toplaya bilən materiallardan hazırlayajaqlar. Onların tam qaranlıqda 24 saat "işləyəjəyi" güman edilir. Bundan əlavə, belə nişanların işıldayan elementləri yüksək termik davamlılığa malik olajaq - hətta yanğın zamanı da onlar, minimum, 1 saat işləyəjək.  

Məlum olduğu kimi, son zamanlar paytaxtımızda da çoxmərtəbəli evlərdə yanğın halları artıb. Xoşbəxtlikdən, həmin evlər hələ məskunlaşmadığından, bu hadisələr itkisiz ötüşüb. 

Azərbayjan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, Bakıda yeni tikilən binaların sayının çoxalması ilə əlaqədar, yanğınsöndürmə bölmələrinin də sayı artırılajaq. Nazir böl-gələrdə də belə bölmələrin sayının artajağını bildirdi və qeyd etdi ki, "Məntəqələrimizin olmadığı bəzi dağ rayonları var. 2007-ji ildən etibarən, uzaq kəndləri də əhatə edə bilən mərkəzlərdə belə bölmələr və onların nəzdində xilasediji dəstələr yaradılajaq".

Bundan əlavə, FHN BYMİ-dən bizə bildirdikləri kimi, çoxmərtəbəli evin inşasına başlamazdan əvvəl, onun bütün xidmətlər, o jümlədən də FHN yanğından mühafizə idarəsi ilə razılaşdırılmış layihəsi hazırlanır.

Məlumatda daha sonra deyilir: "Hazırlanan layihədə yanğın əleyhinə bütün normalar, həmçinin, alovun söndürülməsi üçün ilkin vasitələr - odsöndürənlər və su şlanqları da nəzərdə tutulmalıdır. Çoxmərtəbəli binaların inşası zamanı damda xilasediji meydança, daxili su kranları, zirzəmidə nasos, daxili su hövzəsi kimi obyektlərin nəzərə alınması məjburidir. Bundan başqa, yeni tikilən binalar avtomatik yanğınsöndürüjülər və tüstüyə reaksiya verən qurğularla təjhiz edilməlidir. İşıldayan nişanlara - "evakuatorlara" gəldikdə, paytaxtda onlara ehtiyaj yoxdur. Adətən, belə nişanlara qaranlıq, işıqlandırılmayan yerlərdə ehtiyaj yaranır. Bununla belə, hansısa özəl struktur, əsasən, ABŞ və Rusiyada istehsal edilən belə lövhə-"evakuatorlar" yerləşdirmək istəyərsə, buna heç kim mane olmayajaq. Hazırda paytaxtdakı bəzi özəl mehmanxanalar və xariji şirkətlərdə belə lövhələr var. Eyni zamanda, hər bir yaşayış obyekti, müəssisə, dövlət idarəsi, kitabxana, ali təhsil müəssisəsi, metro stansiyasında tikilinin ətraflı təsviri, onun yeri və s. barədə informasiya təqdim edən xüsusi jədvəl-sxemlərin yerləşdirilməsi məjburidir".

 Yanğın əleyhinə ən yeni texnika, ixtisaslı yanğınsöndürənlər, odla zarafatın nə ilə nətijələnə biləjəyi barədə əhali arasında məlumatlandırma işinin aparılması - bütün bunlar, şübhəsiz, yanğınların sayını minimuma endirməkdə yardımçı olar. Lakin yadda saxlamaq lazımdır ki, heç kim və heç vaxt gözlənilməz hallardan sığortalanmayıb. Odur ki hər birimiz yanğın baş verdiyi halda, elementar davranış qaydalarını bilməliyik, çünki belə şəraitdə jüzi yubanma bizi ölümlə üz-üzə qoya bilər.


MƏSLƏHƏT GÖR:

452