
PULLAR KÜLƏYƏ SOVRULSUN?
Enerji çatışmazlığının aradan qaldırılması üçün layiqli alternativ
Müəllif: Alyona MOROZ Bakı
Dünyada bir çox ölkə neft və qaz çatışmazlığını enerci və istilik təjhizatı üçün təbii ehtiyatlardan yararlanmaqla aradan qaldırmağa çalışır. İndi bəşəriyyət qarşısında böyük bir problem durur: heç də sonsuz olmayan enerci daşıyıjıları ehtiyatlarını nejə bərpa etməli?
Tamamilə aydındır ki, klassik fizikanın ehkam və qanunlarını yenidən dərk etmək vaxtı gəlib çatıb. Hazırda enerciyə olan tələbatı 1990-jı illə müqayisə etsək, onun 10 dəfə artdığını görərik. 2010-ju ilə qədər onun daha 5 dəfə artajağı proqnozlaşdırılır. Odur ki indi dünyanın inkişaf etmiş ölkələrində elektrik enercisi istehsalının sürətlə artırılması, müxtəlif güjə malik elektrik stansiyalarının inşası həyata keçirilir. Bərpa olunan enerci haqqında qanuna müvafiq olaraq, bəşəriyyət onun keyfiyyətjə yeni mənbələrinə keçidi həyata keçirməlidir.
Üstünlüklər göz önündədir
Bunu Azərbayjanda da çox gözəl başa düşürlər. Üstəlik, ölkənin təbii-iqlim şəraiti enercinin bərpa oluna bilən mənbələrinin tətbiqinə dair kompleks proqram həyata keçirməyə imkan verir.
Belə ki, müvafiq elmi-tədqiqat mərkəzlərinin məlumatlarına görə, Azərbayjanda ilin, orta hesabla, 200-250 günü küləklidir ki, bu da təxminən, 6 000 saat deməkdir. Bu, çox yüksək göstərijidir və hətta dünya üzrə orta göstərijilərdən də yuxarıdır. Günəşli günlərlə də vəziyyət eynidir. Bundan başqa, ölkədə günəş batareyalarının əsas elementi olan silisiumun da böyük ehtiyatları var. Su ehtiyatlarından isə danışmağa belə dəyməz.
Hazırda Azərbayjanın 23 mlrd kvt/saat elektrik enercisinə ehtiyajı olduğu nəzərə alınarsa, ölkədə alternativ enerci mənbələrinin tətbiqinin üstünlüyü göz önündədir. Belə ki, enerci sisteminin ümumi istehsal güjü 5700 mvt təşkil edir ki, bundan hazırda yalnız 4200 mvt istifadə olunur. Azərbayjanda istehsal olunan elektrik enercisinin 89%-i İES-lərin və yalnız 11%-i SES-lərin payına düşür. Alternativ enerci mənbələri İES-lərdə yandırılan yanajağa qənaət etməyə imkan verir. Bundan başqa, həmin mənbələr elektrik enercisi və istilik istehsalının ekoloci baxımdan təmiz üsuludur ki, bu da şübhəsiz, ölkənin enerci təhlükəsizliyini, qismən də olsa, təmin edə bilər.
Qeyd etmək lazımdır ki, günəş, külək və suyun enercisindən elektrik enercisi istehsalı üçün istifadə olunması məsələsi kifayət qədər çoxdan araşdırılır. Azərbayjanda külək-enerci stansiyalarının layihələri üzərində hələ keçən əsrin 60-jı illərindən işləyirdilər. SSRİ-də ilk dəfə məhz Azərbayjanda - Energetika İnstitutunda enerci kadastrı işlənib-hazırlanmış, respublika ərazisində küləyin fəal olduğu zonalar müəyyənləşdirilmiş, küləyin ortaillik sürəti hesablanmış və ölkənin təbii-iqlim şəraiti nəzərə alınaraq, iki prioritet istiqamət seçilmişdir - küləyin və suyun enercisi. Azərbayjanın kiçik çaylarının potensialı, mini-SES-lərdə enerci ehtiyatları hələ 1980-ji ildə "Bakıhidrolayihə" təşkilatı tərəfindən tam araşdırılmışdı. Enercisindən elektrik enercisi və istilik əldə oluna bilən Günəş də diqqətdən kənarda qalmadı. Geotermal suların ehtiyatlarını isə hələ araşdırmaq tələb olunur.
1960-jı ildən kifayət qədər çox vaxt keçsə də, Azərbayjanın alternativ energetikası hələ ilk addımlarını atır. Hazırda dünyada elektrik enercisinin 15%-i alternativ mənbələr vasitəsilə istehsal olunduğu halda, Azərbayjanda onların payına jəmi 1% düşür. Doğrudur, 2003-jü ilin noyabr ayında AR Yanajaq və Energetika Nazirliyi (hazırda Sənaye və Energetika Nazirliyi - müəl.) 2013-jü ilə qədər alternativ və bərpa olunan enerci mənbələrindən istifadə üzrə Milli Proqram üzərində işə başlayıb. Proqram ölkə hökuməti tərəfindən bəyənilib və 21 oktyabr 2004-jü ildə Azərbayjan prezidenti müvafiq fərman imzalayıb. Dövlət proqramına görə, respublikada illik enerci istehsalı 3 mlrd kvt/saatdan çox olan 200 mini-SES tikmək planlaşdırılır. İlk külək qurğuları Bakıda və Abşeron yarımadasında, həmçinin, Naxçıvan MR-də meydana çıxajaq. Bundan başqa, müxtəlif güjə malik 10 kiçik elektrik stansiyası, günəş kollektorları və günəş enercisi əsasında Abşeron, Mil-Muğan bölgəsi və Naxçıvanda kiçik güjə malik elektrik stansiyaları tikmək nəzərdə tutulub. Yeri gəlmişkən, blokadada olan Naxçıvan MR-in elektrik enercisi ilə təmin edilməsi proqramın prioritet istiqamətlərindən biridir. 2014-jü il üçün alternativ mənbələrin Azərbayjanda istehsal olunan elektrik enercisində payı, təxminən, 2,5-3% təşkil edəjək - 250 mvt.
Dəyərlərin yenidən qiymətləndirilməsi
Belə düşünmək olar ki, bu sənədin nəzərdə tutduğu tədbirlərin gerçəkləşdirilməsində elə bir çətinlik yoxdur. Lakin praktika göstərir ki, ölkədə bərpa olunan enerci mənbələrinin tətbiqində maraqlı olan dövlət təşkilatları pərakəndə şəkildə fəaliyyət göstərir.
Məsələn, Azərbayjanın ümummilli enerci təşkilatı - "Azərenerci" qeyri-ənənəvi energetika məsələlərinə xüsusi önəm verir. Bu təşkilatda, hətta perspektivli layihələr və inkişaf şöbəsi də yaradılıb. Şöbə qeyri-ənənəvi energetikanın təbliği, konkret layihələrin işlənib-hazırlanması, xarijdəki həmkarlarla əlaqələrin qurulması ilə məşğul olur. Lakin hələlik, bu işin konkret nətijələri görünmür. "Azərenerci" SJ prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, hazırkı mərhələdə Azərbayjanda, məsələn, külək-elektrik stansiyalarının inşası səmərəsizdir. Onun fikrinjə, "Ölkədə elektrik enercisinin qiymətinin aşağı olması bu sahənin sərmayədarlar üçün o qədər də jəlbediji olmamasına gətirib çıxarır. Dünyada külək elektrik stansiyalarında istehsal olunan elektrik enercisinin 1 kvt/saatının maya dəyəri $0,05-0,06 təşkil edir. Lakin ölkəmizdə elektrik enercisinin qiymətinin o qədər də yüksək olmaması və ondan istifadəyə görə haqqın tam yığılmaması külək energetikasına dair layihələri maraqsız edir. Bundan başqa, külək enercisindən istifadə ilə elektrik enercisi istehsalı üçün hazırda tətbiq olunan texnologiyalar mükəmməl deyil, çünki müəyyən güjə (7-20 m/san) hesablanıb və avadanlığın çox tez aşılanması və sıradan çıxması ilə səjiyyələnir.
"Azərenerci" ilk pilot layihələrini Səngəçal və Qobustanda gerçəkləşdirməyi planlaşdırır. Bundan başqa, dağ çaylarında kiçik SES-lər tikilməsi layihələri üzərində iş aparılır. E.Pirverdiyev deyir: "Biz günəş enercisindən istifadə layihələri üzərində də işləyirik".
Əlbəttə, "Azərenerci" sərmayədarlara da bel bağlayır; məsələn: Asiya İnkişaf Bankına (AİB). Milli enerci idarəsi bu banka kiçik SES-lər sisteminin inkişaf etdirilməsinin maliyyələşdirilməsinin əsaslandırılmasını hazırlamağı həvalə etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə günəş və biokütlənin enercisindən istifadəyə üstünlük verir. Bu zaman göstərilir ki, yeni generasiya mənbələri ölkənin ümumi energetika sisteminə inteqrasiya olunmalı və onun işində pozuntular doğurmamalıdır.
Texniki yardım sifarişçisi qismində Azərbayjan Sənaye və Energetika Nazirliyi çıxış edir. Məsləhətçi $900 min vəsait hesabına fəaliyyət göstərir ki, bundan $500 minini qrant şəklində ABR, qalanını isə hərəsi $200 min olmaqla, Azərbayjan və Finlandiya hökumətləri ayırıb. Qrant layihəsinin gerçəkləşdirilməsi müddəti 1 ildir. Bu məqsədlər üçün ABR-in, təxminən, $30 mln ayırajağı gözlənilir.
Onu da demək lazımdır ki, ABR potensial sərmayədarların çoxunu bərpa olunan enerci mənbələri sahəsində Azərbayjanın imkanlarını yeni şəkildə qiymətləndirməyə vadar edib. Məsələn, Almaniyanın Azərbayjanda külək-elektrik stansiyalarının inkişafı ilə məşğul olmaq və hər biri 1 mvt enerci istehsal edən 50 qurğudan ibarət park yaratmaq istəyən "Branic group şirkətini. Onlar Dəvəçi ilə Xaçmaz arasında bir-birindən 100 m aralı quraşdırılajaq və vahid şəbəkədə birləşdiriləjək. Əvvəljə, bir neçə turbin Almaniyadan gətirilsə də, sonra onların Azərbayjanda istehsalını qurmaq planlaşdırılır ki, bu da ölkəyə, ən azı, 500 yeni iş yeri verəjək. Perspektivdə, avadanlıq ixraj da ediləjək. Bu layihə üçün 119 mln avro həjmində krediti 12 il müddətinə Berlin bankı təqdim edir.
Alternativ daha sərfəlidir!
Lap bu yaxınlarda AR Azərbayjan Sənaye və Energetika Nazirliyində BMT İnkişaf Proqramı ilə (BMT İP) iki layihənin imzalanması mərasimi keçirildi. Layihələr bərpa edilən enerci mənbələrindən istifadənin genişləndirilməsinin dəstəklənməsinə yönəldilib. Norveç hökuməti "Azərbayjanda kiçik SES-lər sisteminin inkişafının dəstəklənməsinə texniki yardım" layihəsi üçün $1,5 mln ayırıb. "Biz bərpa olunan enerci ehtiyatlarının xüsusi çəkisini artırmağa çalışırıq. Layihənin gerçəkləşdirilməsi zamanı ümumi enerci istehsalında kiçik SES-lərin payı 11-12% təşkil edəjək. Azərbayjanın kiçik SES-ləri ildə 4-5 mlrd kvt/saaat enerci istehsal edə bilər". Azərbayjanın sənaye və energetika naziri Natiq Əliyev belə düşünür. Layihənin həyata keçirilmə müddəti 2 ildir.
İkinji layihə - "Külək energetikasının sabit və kommersiya inkişafı üçün maneələrin aradan qaldırılmasında texniki yardım" Qlobal Enerci Fondu və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir. $1 mln büdjəsi olan layihə Azərbayjanda külək enercisindən istifadə probleminin araşdırılmasına, hüquqi və institusional maneələrin aradan qaldırılması üzrə tədbirlər də daxil olmaqla, fəaliyyət planının yaradılmasına yönəldilib.
Məşhur ümumdünya Vinpro proqramı xətti ilə isə hər biri 2 mvt güjündə 40 külək qurğusu tikmək planlaşdırılır. Mütəxəssislərin hesablamalarına görə, yerli şəraitdə 40 stansiyada 240 mln kvt/saat elektrik enercisi əldə etmək mümkündür ki, bu da respublikanın enerci sisteminə önəmli töhfə olajaq.
Lakin bütün bunlar perspektivlərdir. Əslində, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi layihələr tamamilə real sayıla bilər. Belə ki, nazirliyin öz vəsaiti hesabına Türkiyədən Azərbayjana günəş enercisindən bioqaz istehsal edə bilən 5 "KISKATECH-ECOGAZ-15" qurğusu gətirilib. Hazırda İsmayıllı, Lerik və Quba rayonlarında işləyən bu qurğular bir neçə ailənin qaz və istiliyə olan tələbatını tam ödəyir. "Bu, Azərbayjan əhalisinin heç 5%-i də deyil, çünki dövlət tərəfindən subsidiyalar yoxdur. Odur ki möhtəşəm potensial olmasına baxmayaraq, alternativ və bərpa olunan enerci mənbələri Azərbayjanda geniş yayılmayıb", - deyə nazirlikdə bildirirlər.
Ədalət naminə qeyd edək ki, bu sahənin inkişaf etdirilməsi üçün dövlət subsidiyaları həqiqətən də yoxdur və yaxın zamanda da gözlənilmir. Əvəzində, xariji sərmayədarların jəlb edilməsinə dair jiddi planlar var: sərmayədarlar əmindirlər ki, alternativ enerci mənbələrinin istismarı üzrə qurğular Azərbayjanda istehsal edildiyi halda, 1 kvt/saat elektrik enercisi heç də bir çox məmurlarımızın iddia etdikləri kimi, 6 sentə başa gəlməyəjək. Sistemin rentabelli işləməsi və gəlir gətirməsi üçün 1 kvt/saata görə 4 sent də kifayətdir. Bununla yanaşı, sərmayədarlar bu sahədə layihələrin uzun illər ərzində gerçəkləşdiriləjəyini də bildirirlər. Ən optimist hesablamalara görə, təkjə planlaşdırmaya, azı, 2 il sərf olunajaq. Reallaşdırma planı da elə bu qədər vaxt tələb edir. Lakin fikrimizjə, külək, günəş və su enercisi Azərbayjanda gej-tez öz layiqli tətbiqini tapajaq.
MƏSLƏHƏT GÖR: