15 Mart 2025

Şənbə, 02:43

“sƏHRADA FIRTINA”

İran-Ərəb qarşıdurması ciddi münaqişəyə səbəb ola bilər

Müəllif:

15.02.2007

Bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) ikinji aviasiya qrupu Fars körfəzinə yollanır. Fevralın sonlarında Amerikanın USS John C. Stennis təyyarədaşıyan gəmisi və gəmini müşayiət edən qrupun artıq regionda olan ilk təyyarədaşıyan gəmiyə qoşulajağı gözlənilir. Bundan başqa, "The Daily Mail"in yazdığına görə, Amerikaya məxsus Gladiator esminesi artıq Fars körfəzinə daxil olub. İkisi Britaniyaya məxsus olmaqla, bu tipli daha beş gəmi isə yaxın vaxtlarda mina axtarmaq məqsədilə strateci əhəmiyyət daşıyan akvatoriyaya gələjək. 

Xatırladaq ki, ABŞ prezidenti Jorj Buş yanvarın 11-də Fars körfəzinə ABŞ HDQ-yə məxsus təyyarədaşıyan gəminin, həmçinin, Patriot tipli raket komplekslərinin göndərildiyini bəyan edib. Prezident bildirib ki, bu onun administrasiyasının "İraqda təhlükəsizliyin möhkəmlənməsi və Yaxın Şərqdə Amerikanın maraqlarının müdafiəsi" məqsədilə atdığı addımların tərkib hissəsidir. "Biz dostlarımız və müttəfiqlərimizə dəstək vermək məqsədilə bölgədə Patriot havadan müdafiə sistemləri quraşdırajağıq", - deyə Ağ ev sahibi bildirib.

Gözlənildiyi kimi, əksər analitiklər bunu İran ətrafında gərginliyin artması ilə əlaqələndirdi. Vaşinqton isə son addımlarının müharibəyə hazırlıq olmadığını və hərbi əməliyyatlar haqda düşünmədiklərini iddia edir. Birləşmiş Ştatların dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Börns açıq şəkildə bəyan edib ki, Amerika donanmasının yerdəyişməsi xəbərdarlıq məqsədi daşıyır və burada əsas hədəf İranı regionda hegemonluq iddiasından əl çəkməyə məjbur etməkdir. "İran Yaxın Şərqdə ağalıq etməyəjək. Fars körfəzi Tehranın nəzarəti altında olmamalıdır. Odur ki ABŞ regiona təyyarədaşıyan gəmilərdən ibarət iki qrup göndərir", - deyə Börns bildirib. - "Tehran anlamalıdır ki, Birləşmiş Ştatlar İran tərəfindən hər hansı təhlükə hiss edəjəyi halda, öz maraqlarının müdafiəsinə qalxajaq".

Bununla yanaşı, İran da əzələ nümayişindən çəkinmir. Tehran Vaşinqtonun hədələrinə Zalzal (təsir radiusu 350 kilometr) və Fajr-5 (təsir radiusu 70 kilometr) raketlərindən istifadə ilə hərbi təlimlər keçirərək javab verib. "Təlimlərdə məqsəd raketlərin müdafiə və hüjum potensialını müəyyənləşdirməkdir", - deyə İranın FARS agentliyinin məlumatına görə, ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndəsi bildirib. O, raketlərin sınağının uğurlu alındığını da söyləyib. Xatırladaq ki, 2006-jı ildə İran Farj3 raketlərini sınaqdan keçirmək məqsədilə üç belə təlim düzənləmişdi. "Associated Press" agentliyinin məlumatına görə, bu raketlər radarın onları tuta bilməyəjəyi dərəjədə sərrast trayektoriya jızır və eyni anda müxtəlif hədəfləri vura biləjək bir neçə başlığa malikdir. İİKK-nin beşgünlük təlimləri Tehranın 100 kilometrliyində yerləşən Qəmsər (Semnan əyaləti) şəhəri yaxınlığında keçirilir. Bu, BMT Təhlükəsizlik Şurasının 2006-jı ilin dekabrında İranın nüvə proqramı ilə bağlı Tehrana sanksiyaların tətbiqindən sonra keçirilən ilk raket sınağıdır.

Lakin bir məsələ var ki, ABŞ-la İran arasında ziddiyyətləri kifayət qədər dəqiqliklə analiz edən analitiklər Tehranın qonşu ərəb dövlətləri ilə münasibətlərindəki gərginliyi nəzərdən qaçırır. Həqiqətən də, "sivilizasiyaların toqquşması", "ABŞ-ın islamla müharibəsi" (məhz belə!) və s. kimi siyasi anlayışların dəbdə olduğu bir vaxtda, "müsəlman dünyası"nın monolit olmamasını və onların daxilində kifayət qədər jiddi ziddiyyətlərin yaşandığını da nəzərə almaq lazımdır.

Bununla yanaşı, hələ ABŞ təyyarədaşıyan gəmilərinin Fars körfəzinə göndərilməsi məsələsi ortaya çıxmazdan əvvəl, Vaşinqton 8 ərəb dövləti ilə birlikdə İrana mürajiət edərək, bu ölkəni "İraqın daxili işlərinə qarışmamağa" çağırıb. Bu çağırış ABŞ-ın dövlət katibi Kondaliza Raysın Fars Körfəzinin Əməkdaşlıq Şurasının 6 neft monarxiyası, həmçinin, Misir və İordaniyanın xariji işlər nazirləri ilə Küveytdə keçirdiyi görüşündə səsləndirilib. Raysın bu səfərində məqsəd Amerikanın yeni İraq strategiyasının həyata keçirilməsində bu ölkələrdən dəstək və əməkdaşlıq zəmanəti almaq idi. Görüş iştirakçılarının hər biri belə qənaətə gəldi ki, İranın müdaxiləsi regionda situasiyanın gərginləşməsinin əsas səbəbidir. Yekun mürajiətdə İraqın "regional və beynəlxalq hökumətləri" arasında qarşıdurmadan xilas edilməsi istəyinin ifadə olunması ABŞ-ın bu ölkələri Vaşinqton - Tehran münaqişəsi fonunda hərbi əməliyyatlar meydanına çevirməkdən ehtiyatlandığını göstərdi. "Le Monde" qəzetinin yazdığına görə, bu ehtiyatlılıq İraqla yanaşı, həm İranın nüvə proqramı, Tehranın Livan "Hizbullah"ı və Fələstin "Həmas"ına dəstəyi ilə də əlaqədardır. 

İranın "müsəlman həmrəyliyi"nə jiddi şəkildə ümid etdiyini söyləmək artıq olardı. "Regionun həm müsəlman, həm də qeyri-müsəlman dövlətləri bu gün yadların (amerikalıların), işğalçıların öz mövjudluqlarına haqq qazandırmaq məqsədilə ixtilaf yaratmasının qarşısını almaq üçün heç zaman olmayan kimi birləşməlidir", - deyə İran prezidenti Mahmud Əhmədinecat "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib. Bundan jəmi 48 saat əvvəl isə İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Əli Larijani Səudiyyə Ərəbistanı kralı Abdulla ben Abdul Əzizə məktub təqdim edib. Bundan bir həftə əvvəl isə xariji işlər naziri Manuçer Motakki eyni məzmunlu məktubu Birləşmiş Ərəb Əmirliklərinə də göndərib. Məktubda XİN başçısı BƏƏ rəhbərliyinə "müsəlman birliyini parçalamağa yönəlmiş tələ" haqda xəbərdarlıq edir. 

Bu bəyanatlar ötən il dekabrın sonlarında İranın dini lideri ayətulla Əli Xamneyinin çağırışının müəyyən mənada təkrarıdır. Xatırladaq ki, həmin vaxt Xamneyi Həjj ziyarətinin başlanması münasibətilə müsəlman zəvvarlara mürajiətində amerikalılarla Livanın "Hizbullah", Fələstinin "Həmas", həmçinin, "xalqın istəyi ilə seçilmiş İran hökumətinə" qarşı birləşənləri, həmçinin, "şiə ayparası"nın güjlənməsindən qorxanları "satqın jinayətkarlar" adlandırmışdı.

Məsələ ondadır ki, İranın artan güjü həqiqətən də onun ərəb qonşularını qorxudur. Bundan başqa, çoxları İraqda gündən-günə güjlənən sünni-şiə qarşıdurmasını, sünni ərəb ölkələri ilə şiə İranı arasında bölgədə nüfuz uğrunda gedən mübarizənin nətijəsi kimi qəbul edir. İraqı hissələrə "parçalamaq" çətin deyil. Amma bu halda sünnilərin payına neftdən məhrum mərkəzi "üçbujaq" olan səhra düşəjək ki, bu da çoxlarına sərf etmir.

 

Tarixə nəzər

 

Xatırladaq ki, Fars körfəzində İran-ərəb qarşıdurması artıq bir dəfə ən kritik həddə çatmışdı. O vaxt "ümumərəb maraqları"nın təmsilçisi rolunda Səddam Hüseynin rəhbərlik etdiyi BƏS İraqı çıxış edirdi. 1971-ji ildə İranla İraq müharibə həddinə çatdı və vaxtilə hələ britaniyalılar tərəfindən "quraşdırılmış" "mina" partladı. Bununla da Hörmüz boğazında Əbu- Musa və Tanb adaları üzərində nəzarət uğrunda müharibə başlandı. Bu adaların tarixi də çox qarışıqdır: əvvəljə onlar Persiya və İranın tərkibinə daxil olub, 19-ju əsrdə isə ingilislər iranlıları qovaraq, dəniz quldurları ilə mübarizə məqsədilə orada öz hərbi dəniz bazalarını yerləşdirdilər. Birləşmiş Ərəb Əmirliklərinə müstəqillik verildiyi zaman isə ingilislər bu adaları da yeni dövlətə "bağışladılar". Lakin britaniyalıların regiondan çıxması və BƏƏ-nin müstəqilliyinin elan olunmasına 2 gün qalmış İran bu adaları işğal etdi (və ya "geri qaytardı"). O zaman güjlü orduya malik İraq varlı, amma zəif əmirliklərə kömək məqsədilə, aktiv addımlara başladı. Əslində, rəsmi Bağdadı BƏƏ-nin ərazi bütövlüyü yox, strateci əhəmiyyətə malik Hörmüz boğazına nəzarəti ələ keçirmək maraqlandırırdı. Məsələ bundadır ki, Fars körfəzi ölkələrinin hasil etdiyi neft məhz buradan keçməklə daşınırdı. İranın adalar üzərində öz suverenliyini bərpa etməsindən sonra İraq bu ölkə ilə diplomatik əlaqələrini kəsdi. Həmin vaxt münasibətlər son dərəjə gərginləşsə də, müharibədən qaçmaq mümkün oldu: 1975-ji ildə İraqla İran arasında razılaşma imzalandı və bu sənədə əsasən, Bağdad Tehrandan bir sıra ərazi konsessiyası (ölkə daxilində sənaye müəssisələri təşkil etmək, mədən çıxarmaq və s. üçün dövlət tərəfindən ayrı-ayrı şəxslərə və ya dövlətə verilən imtiyaz - red.) aldı. Bunun əvəzində isə İraq İranla ikitərəfli münasibətləri normallaşdırdı.

Amma 1980-ji ilin payızında vəziyyət yenidən dəyişdi. Artıq Tehranda hakimiyyətdə Qərbin siyasi elitası arasında hörmətə malik şah Məhəmməd Rza Pəhləvi yox, əllidən artıq amerikalı diplomatı girov saxlayan ayətulla Xomeyni idi. İran ordusu isə zəifləmişdi: "mollakratiya" "amerikameylli elementlər"lə tam mübarizəyə başlamış, nətijədə, ABŞ-dan silah təjhizatını itirmişdi. Ərəb dövlətləri də İran məsələsini "bir zərbə ilə" həll etməyin vaxtının çatdığını düşünürdü. Belə bir vəziyyətdə - 1980-ji il sentyabrın 22-də İraq ordusu İrana daxil oldu. Hüjumda əsas məqsəd Xuzistan vilayəti və onun əsas şəhəri olan Hürrəmşəhrə nəzarəti ələ almaq idi. Qeyd edək ki, bu şəhərin əsas əhalisi farslar yox, məhz ərəblər idilər və İraq buranı özünün "qəsb edilmiş ərazisi" elan etdi. Yeri gəlmişkən, Xuzistan neftlə zəngin vilayət idi…

İran İslam Respublikası İraqla müharibəni dərhal "jihad" adlandırdı. İraqda isə müharibəyə "Kadissi" adı verdilər. Bu, ərəb süvarilərinin Fars ordusunu darmadağın etdiyi tarixi döyüşün adı idi. Müharibə davam edir, tərəflərin taktikaları dəyişir, üstünlük isə gah bu, gah digər tərəfdə olurdu. Savaşın ən qızğın vaxtında İranda, hətta  12-14 yaşlı yeniyetmələr də orduya çağırılır və onlara plastikdən hazırlanmış "jənnətə buraxılış vəsiqəsi" verilirdi. İlkin mərhələdə İraq jəbhənin mərkəzi hissəsi olan Qəsri-Şirin rayonunda müəyyən uğurlar əldə etdi. Ordu jənubda daha jiddi uğur əldə edərək, İranın Xuzistan  vilayətinin bir hissəsini və iri Hürrəmşəhri nəzarətə götürdü. Lakin İranın ümumi səfərbərlik elan etməsi qarşı tərəfi dayandıra bildi. 1980-ji ilin dekabrında savaş özünün mövqe müharibəsi mərhələsinə qədəm qoydu. 1981-ji ilin sentyabrında isə İran əks-hüjuma keçdi. İran ordusu çoxlu sayda insan resursu hesabına 1982-ji ilin yazında İraqa bir neçə jiddi zərbə endirdi, həmçinin, Hürrəmşəhri azad etdi. Bundan sonra Səddam Hüseyn sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etdi. Anjaq ayətulla Xomeyni müharibəni davam etdirməyə qərar verərək, İraq reciminin devrilməsinədək savaşın bitməyəjəyini bildirdi. Nətijədə, 1982-ji ilin iyulunda İran ordusu İraqa daxil oldu.

Fars körfəzində hələ də bir çox kommersantların "gejə dəhşəti" kimi xatırladığı məşhur "tanker müharibəsi" də həmin dövrdə baş vermişdi. Qeyd edək ki, həm İran, həm də İraq hələ müharibənin lap əvvəlində bəyat etmişdi ki, mülki gəmilərin hələfə çevrilməyəjəyinə zəmanət vermirlər. İraqlılar İran limanlarına gedən tankerlərə zərbələr endirir, iranlılar da öz növbəsində, bütün ərəb limanlarından neftdaşıyan tankerləri hədəfə alırdılar. 1980-ji ilin sentyabrından Fars körfəzində barışığın əldə edilməsinədək olan müddət ərzində 400 gəmi məhv edildi və ya zədələndi. Tərəflər neft bərələrinə, mədənlərə, sənaye mərkəzlərinə zərbələr endirirdi. 1984-jü ildə "tanker müharibəsi" özünün pik həddinə çatdı və bu zaman üçünjü dövlətin gəmiləri də hədəfə çevrildi. Daha sonra İran Bağdada jiddi dəstək verən Küveytə hüjum etdi. İranlılar nəinki Küveytə gələn və buradan gedən gəmiləri vururdu, hətta bilavasitə ölkənin ərazisinə ən azı beş raket zərbəsi endirmişdi. Nətijədə, Küveyt 1986-jı ilin noyabrında ABŞ-a mürajiət edərək, nəqliyyat vasitələrinin müdafiəsi üçün kömək istəməyə məjbur oldu (ABŞ-ın Küveytdəki ovaxtkı səfiri sonradan etiraf etdi ki, o, Küveytin bu xahişini ölkəsinə hələ 1986-jı ilin yayında çatdırıbmış) və bundan sonra onun tankerləri Fars körfəzinə Birləşmiş Ştatların bayrağının dalğalandığı hərbi mühafizə dəstəsi ilə daxil olmağa başladı.

Təəssüflər olsun ki, hazırda tarix təkrarlanmaqdadır. İran analitikləri artıq Tehrana qarşı BƏƏ ərazisindən fəaliyyət göstərən "Amerika jasus mərkəzləri"nin axtarışına başlayıb və ərəb ölkələri liderlərini Vaşinqtona dəstəkdə və "satqınlıqda" günahlandırır. Eyni zamanda, İran 1984-jü ildə "tanker müharibəsi"nin baş verdiyi Hörmüz boğazında gəmiçiliyin qarşısının alınması ilə bağlı təlimlər də keçirir.


MƏSLƏHƏT GÖR:

442