
SİFARİŞLİ QƏTL
Onun ölümü ətrafındakı siyasi oyunlar isə hələ təzə başlayır
Müəllif: "Region plus"un analitik qrupu
Ekspertlərin fikrinjə, Türkiyədə qətlə yetirilmiş erməniəsilli jurnalist, İstanbulun ermənidilli "Aqos" qəzetinin baş redaktoru Qrant Dinkin qətli hələ uzun müddət həm siyasətçilərin, həm onun curnalist həmkarlarının, həm də çox güman ki, ölkənin hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olajaq. Çünki erməni curnalist kifayət qədər məşhur, hətta belə demək mümkünsə, "məşhurlaşdırılmış" bir şəxs idi.
Məlumdur ki, azsaylı milli ijmaların qəzetləri ölkədə siyasi situasiyaya nadir hallarda jiddi təsir göstərə bilir. Dink isə "Aqos"dakı redaktor köşəsində dəfələrlə bəyan etmişdi ki, "Türklərin Avropa standartlarını qəbul etməsi onların ermənilərin 1915-1917-ji illərdə üzləşdiyi fajiəni yenidən qiymətləndirməsinə kömək edə bilər". O, eyni zamanda, Türkiyə ilə Ermənistanın mehriban qonşuluq qurmasına mane olan erməni radikalizmini də diqqətdən kənarda qoymurdu. 2005-ji ilin oktyabrında isə Dink baxışlarına görə, Türkiyə Jinayət Məjəlləsinin 301-ji maddəsi ilə ("millətin təhqir edilməsi") təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan şərti məhrumetmə jəzası almışdı. Qrant Dinki məhkəmədən üç il əvvəl işlətdiyi fikirlərə görə ittiham edirdilər: o, türk məktəblilərinin hər gün dərsdən əvvəl dövlət himnini oxumasını bəyənmirdi, çünki himnin sözlərində "qəhrəman irqə məxsusluğa dair fəxarət hissləri yer alıb".
Bundan başqa, Dink yazılarında Birinji Dünya müharibəsi zamanı 1,5 milyon erməninin Şimali Anadoluda "qırılması"nın "soyqırım" adlandırılmasını tələb edirdi. Türkiyə rəhbərliyi isə dəfələrlə bəyan edib ki, həmin vaxt erməni fərarilərinin qaldırdığı qiyam, müharibə, ajlıq, xəstəlik və ermənilərlə Türk Ordusu arasında toqquşmalar nətijəsində həqiqətən də hər iki tərəf jiddi tələfat verib və bu zaman müsəlman əhali xüsusi qəddarlıqla məhv edilib. Nətijədə, ermənilərlə müqayisədə, türklər arasında tələfat daha çox olub və Türkiyə rəhbərliyi tərəfindən ermənilərin qırılması ilə bağlı hər hansı siyasi qərarın mövjudluğundan söhbət gedə bilməz.
Nəhayət, deyilənlərin araşdırılması ilə bağlı Türkiyə tərəfinin tarixçilərdən ibarət birgə komissiyanın yaradılması və mövjud materialların sakit və ədalətli şəkildə araşdırılması təklifinin nə Ermənistan, nə də Avropa ölkələri tərəfindən dəstəklənməməsindən sonra situasiya, ən azı ikimənalı oldu.
Lakin Fransa parlamentinin aşağı palatasında "erməni soyqırımı"nı inkar etməyə görə jinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulu zamanı, məhz Qrant Dink qərara etiraz olaraq bəyan etdi ki, o, Fransaya gələrək, hava limanındaja "erməni soyqırımı"nın baş vermədiyini bəyan edəjək: "Görüm məni ilk olaraq hansı tərəf həbs edəjək".
Dinkin elektron-poçt vasitəsilə hədədolu məktublar aldığı, həmin məktublarda "satqın" adlandırıldığı da məlumdur. Amma həmin məktubların kimlər tərəfindəqn yazıldığı qeyri-müəyyən olaraq qalır. Mərhumun "Aqos"da yanvarın 12-də nəşr olunan son yazılarının birində o, həyatının təhlükədə olmasından ehtiyatlanır: "Jənab nazirlər, siz bilirsinizmi ki, bir insanın və onun ailəsinin daim təhqir və hədələr altında yaşaması nə deməkdir? Mən ölkəni tərk etmək haqda dəfələrlə fikirləşmişəm. Amma bu mənim üçün çıxış yolu deyil. 2007-ji ilin bir il əvvəllə müqayisədə daha çətin olajağını bilirəm. Mən yorulmuşam və tora sıxılmış küçə göyərçini kimi qorxuram. Amma yenə də inanıram ki, mənim ölkəmdə göyərçinləri öldürmürlər".
Lakin bu hədələr çoxları tərəfindən jiddi qəbul edilmədi. Qrant Dinkə e-mail vasitəsilə ünvanlanan məktublar, onunla aparılan söhbətlər yalnız yanvarın 19-da - curnalistin İstanbulun mərkəzində qətlə yetirilməsindən sonra yada düşdü. Trabzondan olan 17 yaşlı Ogün Samast isə növbəti gün şübhəli şəxs qismində saxlanıldı. Curnalisti qətlə yetirdiyini etiraf edən Ogün bu addımı Dinkin türk xalqını təhqir etməsinə görə atdığını bildirdi.
Şahidlər və Dinkin həmkarlarının bildirdiyinə görə, hadisənin baş verdiyi gün səhər "Aqos"un redaksiyasına bir nəfər gənj oğlan gəlib. Baş redaktorun ofisdə olub-olmaması ilə maraqlanan həmin şəxs müsbət javab aldıqdan sonra, onunla görüşmək istədiyini söyləyib. Lakin həmin gün görüş günü olmadığından, naməlum gənjə başqa vaxt gəlmək məsləhət bilinib. Redaksiyanı tərk edən həmin şəxs küçənin əks-tərəfinə keçərək orada gözləməyə başlayıb. "Aqos"da çalışan curnalistlərin bildirdiyinə görə, bir neçə saat sonra o, yenidən Dinklə görüşmək istədiyini və baş redaktora vajib məlumat çatdırmalı olduğunu söyləyib. Nətijədə, Dink küçəyə çıxıb və hər şey bu zaman baş verib. Baş redaktora bir neçə güllə vuran gənj hadisə yerindən qaçıb. Lakin qatil küçədə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb və bu onun bir müddət sonra həbs olunmasında əsas rol oynayıb. Kameraların görüntüləri elə həmin gün yerli telekanallar vasitəsilə yayımlanıb. Ogünü efirdən öz atası tanıyıb və müvafiq orqanlara məlumat verib. Nətijədə, Ogün yanvarın 20-də axşam İstanbuldan evinə qayıdarkən, Samsun şəhərinin avtovağzalında həbs edilib. Qatilin jinayət törədən zaman geydiyi paltar və istifadə etdiyi silah onun üzərindən tapılıb. İlk sorğu-sualdaja, 17 yaşlı gənj jinayəti törətdiyini etiraf edib.
Təsdiqlənməmiş məlumatlara görə, "Aqos"un baş redaktorunun qətlində daha altı nəfərin adı çəkilir. Onlardan biri 2004-jü ildə Trabzonda "Makdonalds" restoranında törədilən partlayışda təqsirli bilinərək, 11 ay məhbus həyatı yaşamış Yasin Xəyaldır.
Mərhum curnalistin dəfni böyük nümayişə çevrilib, özü də orada yalnız ermənilər deyil, türklər də iştirak ediblər. Qətldən dərhal sonra Türkiyənin Baş naziri Rəjəb Teyyub Ərdoğan telemürajiətlə çıxış edərək deyib: "Dinkə atılan güllə bizim hər birimizə atılıb. Bu qətl bütün türk xalqına ünvanlanmış təhqirdir. Jinayətkarlar yaxın vaxtlarda tutularaq jəzalandırılajaq".
Hökumət başçısı işin araşdırılmasını şəxsən öz nəzarətinə götürüb. Hüquq-mühafizə orqanları isə Qrant Dinkin qatilinin axtarışını şərəf məsələsi elan edib.
Qətlin motivinə gəlinjə, əsas versiya adidir - təxribat. Yeri gəlmişkən, Azərbayjan curnalistləri də Dinkin qətlə yetirilməsini məhz belə qiymətləndirirlər. Belə ki, baş redaktor "yerində və vaxtında" qətlə yetirilib: ABŞ Konqresinə keçirilən son seçkilər bu ölkədə yeni qüvvələr nisbətinin yaranmasına səbəb olub və nətijədə, "erməni soyqırımı" haqda qətnamənin qəbulunun daha inandırıjı olduğunu, demək olar ki, hamı etiraf edir.
Bundan başqa, hadisə Türkiyənin Avropa İttifaqına qəbulu ətrafında situasiyanın növbəti dəfə, özü də Ankaranın günahı olmadan gərginləşməsinə səbəb olub. Fransada nəha-yət, "erməni soyqırımı"nı inkar edən şəxsin jinayət məsuliyyətinə jəlb edilməsi haqda qalmaqallı qanun layihəsi qəbul olunur, bunun fonunda isə Türkiyədə milləti təhqir etdiyi üçün məhkəmə qarşısında dayanmış erməni curnalist qətlə yetirilir. Bu, erməni təbliğatçıları üçün, hətta xəyallarından belə keçirmədikləri hədiyyədir.
Analitiklər isə hesab edir ki, baş redaktora tuşlanan silahın çaxmağını Ogün Samastın çəkməsi hələ heç nə demək deyil. Bu yerdə 1980-ji il hərbi çevrilişi ərəfəsində "Milliyyət" qəzetinin redaktoru Abdi İpəkçinin qətlini xatırlamaq yerinə düşər: redaktoru DTK "aradan götürsə" də, istintaq "millətçi izi"nə düşə bilmişdi.
İstənilən halda, curnalistin qətlindən dərhal sonra, Ermənistan hadisədən siyasi dividendlər qazanmaq üçün hərəkətə keçib. Dinkin həyat yoldaşı Rekel mərhumun dəfninə gələnləri siyasi şüarlar və bəyanatlar səsləndirməkdən çəkinməyə çağırsa da, təəssüf ki, bu xahiş İrəvanda eşidilməyib. Belə ki, Ermənistanda baş vermiş hadisədən siyasi dividendlər əldə etmək məqsədi ilə qətli... "erməni soyqırımı"nın davamı adlandıranlar da tapılıb. Ölkə parlamentinin spikeri Tiqran Torosyan bəyan edib ki, "Bundan sonra Türkiyənin Avropa İttifaqına üzvlüyü arzulamasına ehtiyaj yoxdur". Görünür, spiker bu məsələnin onun ölkəsindən asılı olmadığını unudub. Bundan başqa, İrəvanın mərkəzində Ermənistan Yazıçılar Birliyi və paytaxt meriyası Dinkin şəkilləri ilə "soyqırım qurbanları"nın xatirəsinə yürüş təşkil edib. Yerli "Azq" qəzeti isə bu tədbir haqda məlumatı kifayət qədər qalmaqallı başlıq altında dərj edib: "1915-ji il davam edir. Nə vaxtadək?".
Daşnaklara məxsus "Yerkir" də həmkarlarından geri qalmayıb. İsveçdə erməni və kürd təşkilatlarının təşkil etdiyi aksiya haqda mərasimi qəzet belə işıqlandırıb: "Qrant Dinki onun milyonlarla əjdadını məhv edən həmin qanlı əllər qətlə yetirdi".
Lakin bir məqam ortadadır ki, Türkiyə ijtimaiyyəti və rəhbərliyinin baş vermiş jinayətə münasibəti qətlə belə qalmaqallı qiymətlərin verilməsinə heç bir halda əsas yaratmır. Türkiyənin aparıjı KİV-də yer alan məqalələr, curnalistlər və siyasətçilərin Dinkin dəfnində iştirakı, nəhayət, curnalistin qatilini polisə elə onun öz atasının təhvil verməsi nəzərdən qaçırılmamalıdır.
Nəhayət, Qrant Dinkin qətli Türkiyənin güj strukturlarında xeyli sayda səs-küylü istefalara səbəb olub. İstanbulun qubernatoru, həmçinin, şəhərin təhlükəsizlik xidmətinin rəhbəri vəzifələri ilə vidalaşıb. Bir neçə gün sonra İstanbul polisinin kəşfiyyat şöbəsinin rəisi Əhməd İlhan Gülər də postundan kənarlaşdırılıb. Məsələ ondadır ki, "Sabah" qəzeti qətldən 11 ay əvvəl Trabzondan curnalistə qarşı sui-qəsdin hazırlanmasına dair məlumat əldə edibmiş. Lakin kəşfiyyat şöbəsinin rəhbəri buna jiddi yanaşmayaraq, məlumatı öz rəisinə çatdırmayıb.
İstənilən halda, Qrant Dinkin qətlinin siyasi nətijələri birmənalı olmayajaq. Artıq Türkiyə isteblişmenti və ijtimaiyyətinin olaya münasibəti, faktik olaraq, eynidir. Hər halda, artıq hətta "Di Tsayt" həftəliyində açıq şəkildə ermənipərəst məqalələrlə çıxış edən Lea Kirştayn kimi müəlliflər də mövqeyində müəyyən dəyişiklik etməyə məjburdur: "Həm Avropada, həm də Türkiyədə türk ijtimaiyyəti kədərlənir, azad sözə qarşı törədilmiş "murdar jinayət"dən sarsıldığını bildirir. Mətbuat bəyanatlar verir, etiraz bildirir, Dinkin kağız üzərinə həkk olunmuş şəkilləri yayılır. Köynək və kostyumlara mərhum curnalistin fotosunun sanjılması insanların həmrəyliyini göstərir".
Erməni politoloq Levon Melik-Şahnazaryan isə bayağı fikirlərini belə ifadə edir: "Qrant Dinkin qətlindən sonra və onun İstanbuldakı dəfni zamanı on minlərlə insanın küçələrə çıxması dünyada çoxlarının türk millətinin dəyişməsi, daha demokrat və tolerant olması haqda fikirlər söyləməsinə səbəb oldu. Oxşar fikirlər Ermənistanda da səslənir".
Görünür, Türkiyənin Dinkin qətlinə göstərdiyi reaksiyadan sonra, köhnə mifləri davam etdirmək daha çətindir…
MƏSLƏHƏT GÖR: