15 Mart 2025

Şənbə, 01:16

ŞİRAKDAN AZƏRBAYCANA XÜSUSİ DİQQƏT

Fransanın rəğbətini qazanmaq bizim üçün də vacibdir

Müəllif:

15.02.2007

Yanvarın 29-dan 31-dək prezident İlham Əliyev Fransada dövlət səfərində olub. Qeyd edək ki, rəsmi Paris il ərzində jəmi 2-3 dəfə bu jür  səfərlər təşkil edir və bu zaman ən yüksək səviyyəli protokol mərasimi təşkil edilir. Amma vajib olanı məsələnin zahiri görünüşü yox, rəsmi tərəfidir. Xariji ölkə başçısının belə səfəri, Fransanın xariji siyasətində həmin dövlətə verilən prioritetin göstərijisidir. Aydındır ki, Azərbayjan üçün də Avropanın Fransa kimi aparıjı dövləti ilə münasibətləri möhkəmləndirmək böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Fransa Türkiyədən sonra Azərbayjanın müstəqilliyini tanıyan ikinji dövlət olub. Azərbayjan prezidenti İlham Əliyev isə dövlət başçısı kimi özünün ilk səfərini Türkiyəyə və ya Rusiyaya deyil, məhz Fransaya edib. İlham Əliyevin 2006-jı ildə iki dəfə - fevral və mayda Fransada səfərdə olması isə Azərbayjan prezidenti ilə onun fransalı həmkarı Cak Şirak arasında yaranmış yaxın şəxsi münasibətlərin göstərijisi sayıla bilər.

Ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf etməkdədir və bunu ötən il iki ölkə arasındakı tijarət dövriyyəsinin, təxminən, 800 milyon dollara çatması sübut edir. Azərbayjana qoyulan xariji investisiyanın həjminə görə, Fransa üçünjü yeri tutur. Azərbayjanda 30-dək fransız şirkəti fəaliyyət göstərir ki, onlar arasında TOTAL, Bouygues offshore, Technip, Spie-Capag, Entrepose kimi energetika sahəsində çalışan qurumlar var. Fransa biznesi Azərbayjanın tikinti və sənaye sahəsinə də yol tapıb və Baku CASTEL şirkətini belələrinə aid etmək olar. Telekommunikasiya sahəsində çalışan fransız qurumu kimi isə ALCATEL-in adını çəkmək mümkündür. Fransanın tanınmış şirkətləri (AREVA, VINCI, THALES və AIRBUS) ölkəmizin nəqliyyat, tikinti, aviasiya və energetika sahələrinə jiddi maraq göstərir. Bu ölkənin böyük təjrübə və nailiyyətlər əldə etdiyi kənd təsərrüfatı və turizm sahəsindəki qarşılıqlı səmərəli əlaqələrin inkişafı da danılmazdır. Azərbayjanda narçılıq və şərabçılığın bərpasına böyük ehtiyaj var və bu sahədə fransalı mütəxəssislərin xidmətindən yararlanmağa başlanılıb. 

Turizmə gəlinjə, bu sahədə Fransanın Azərbayjandakı ilk "qaranquşu" kimi Şamaxıda fransızların iştirakı ilə inşa edilməsi planlaşdırılan dağ xizəkçiliyi bazasını qeyd etmək olar. Reallaşdırılması nəzərdə tutulan bu layihənin bütün müasir standartlara javab verəjəyi bildirilir.

Fransa ilə Azərbayjan arasında mədəniyyət və təhsil sahəsində də kifayət qədər geniş mübadilə həyata keçirilir. Azərbayjanda Fransa Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzdə fransız dili kursları təşkil olunur, mütəmadi olaraq fransalı və azərbayjanlı rəssamların əsərləri nümayiş etdirilir, konfrans və seminarlar keçirilir.

İlham Əliyevin Fransaya son səfərinə gəlinjə, Parisə yollanan nümayəndə heyətinin tərkibi göstərirdi ki, səfər çərçivəsində protokol tədbirləri ilə yanaşı, intensiv işgüzar danışıqlar da aparılajaq. Belə ki, səfər zamanı dövlət başçısını tərkibinə xariji işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, deputatlar və digər şəxslərin də daxil olduğu geniştərkibli nümayəndə heyəti müşayiət edirdi. Televiziya tamaşaçıları Azərbayjan nümayəndə heyətinin aeroportda, prezident sarayında keçirilən təntənəli qarşılanma mərasimini, rəsmi görüşlərin və ziyafətlərin səviyyəsini izləmək imkanı qazandı. İlham Əliyevin Fransanın nüfuzlu "Fiqaro" qəzetinə müsahibəsində isə dövlət başçısı fransız ijtimaiyyətinin diqqətini Azərbayjanın beynəlxalq enerci bazarı üçün vajib tərəfdaşa çevrildiyinə, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləjəyinə yönəltdi.

Səfər çərçivəsində İ.Əliyev Fransanın rəsmi şəxsləri, həmçinin, baş nazir, Senat və Milli Assambleya rəhbərləri, Parisin meri ilə görüşlər keçirdi. Amma təbii ki, ən əhəmiyyətli məqam dövlət başçıları arasında baş tutan ikitərəfli görüş oldu. Görüşdə Cak Şirakla İlham Əliyev bir çox məsələlərə dair fikir mübadiləsi apardılar. Dağlıq Qarabağ problemi, Azərbayjanın Gürjüstan, İran, Türkmənistan ilə münasibətləri kontekstində regional geosiyasətin aktual problemləri də diqqət mərkəzində oldu. Cak Şirak İlham Əliyevin iki ölkə arasında münasibətlərin inkişafındakı roluna görə, onu "Fəxri legion" ordeni ilə təltif etdi. İlham Əliyev onu müşayiət edən şəxslərlə birlikdə Fransanın böyük sənaye şəhəri olan Lillə də baş çəkdi.

İ.Əliyevin Fransaya dövlət səfərinin yekununda iki ölkə arasında müdafiə və iqtisadiyyatdan tutmuş, mədəniyyət və elmədək müxtəlif sahələri əhalə edən 9 sənəd imzalandı. Onlar arasında "Müdafiə və mülki müdafiə sahəsində qarşılıqlı yardım və əməkdaşlıq" haqda hökumətlərarası müqavilə və "Kredit sahəsində əməkdaşlıq" müqaviləsini xüsusi qeyd etmək olar. Bundan başqa, Fransanın məşhur "Svint" şirkəti ilə Bakı ətrafının çirklənmədən təmizlənməsində əməkdaşlığa dair razılaşma, AZAL Dövlət Konserni ilə AİRBUS Şirkəti arasında 4 yeni təyyarənin alınması ilə bağlı müqavilə də imzalanan sənədlər sırasına daxildir.

Beləliklə, İlham Əliyevin Fransaya səfərini uğurlu saymaq olar. Amma erməni lobbisinin bu ölkədəki güjlü təsir imkanları, Fransanın Ermənistana aşkar simpatiyasını nəzərə alaraq, ortaya məntiqi sual çıxır: bu səfərdən gözlənilənlər əldə olunajaqmı? Fransanın Ermənistana yanaşmasına dair deyilənlər faktdır və rəsmi Parislə münasibətləri qurarkən, bu faktoru nəzərə almamaq bağışlanmaz səhv olardı. Lakin istənilən halda, Fransanın ermənipərəst mövqeyini şişirdərək, Parisin istənilən təşəbbüsünə qarşı çıxmaq da düzgün deyil.

Fransa özünün fövqəldövlət statusuna kifayət qədər jiddi yanaşır və bu gün dünyada ABŞ-ın mövqeyini nəzərə almadan müstəqil siyasət yürüdə bilən az sayda ölkələrdən biridir. Ona görə də Fransa diplomatiyasının nüfuzlu, lakin lokal erməni lobbisinin istəkləri qarşısında əyiləjəyini düşünmək sadəlöhvlük olardı. Odur ki Paris ilə münasibətləri daha da yaxınlaşdırmaq, onun mövqeyinin öz xeyrimizə dəyişməsinə çalışmaq lazımdır. Erməni lobbisinin imkanlarını şişirtməkdənsə, səyləri dünyadakı Azərbayjan və türk lobbilərinin potensialından istifadəyə yönəltmək daha düzgün olardı. Nəzərə almaq lazımdır ki, Fransada yüz minlərlə türk, azərbayjanlı (əsasən, İran azərbayjanlıları) və Afrikadan olan milyonlarla müsəlman yaşayır. Ermənilər isə bizə qarşı böhtan və şərlərini onların gözləri qarşısında və həmin qüvvələrin tam passivliyi şəraitində həyata keçirir. Bununla yanaşı, Fransanın Azərbayjanın enerci və geosiyasi potensialına olan marağından yararlanmaq, bu ölkənin hakim dairələrini və ijtimaiyyətini öz mövqeyimiz və maraqlarımız haqda məlumatlandırmaq lazımdır. Parisin dəstəyini əldə etməklə, Azərbayjan öz səsinin Brüsseldə, Avropa İttifaqının strukturlarında və Strasburqda eşidilməsini təmin edə bilər. NATO ilə əməkdaşlıq proqramı və Avropa İttifaqının qonşuluq siyasətinə qoşulmaqla Avropaya inteqrasiya layihələrinin Azərbayjanın xariji siyasətində önə çıxmasından sonra bu daha da vajibdir.

İlham Əliyevin Fransaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin "dalandan" çıxarılması kontekstində də böyük əhəmiyyətə malikdir. Hazırda Bakının əsas hədəfi Ermənistanın işğalı altında olan 7 rayonun geri qaytarılmasına və qaçqınların öz torpaqlarına dönməsinə nail olmaqdır. Parisin Yerevanla münasibətlərini və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alaraq, prezident Şirak son illər ərzində münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində nəzərəçarpajaq səylər göstərib. Ola bilər ki, prezidentlik müddəti başa çatan Şirak, özünün bu vəzifədəki fəaliyyətini böyük beynəlxalq uğurla başa çatdırmaq istəyir. Bununla yanaşı, Fransa özü də beynəlxalq nüfuz məsələsinə çox həssaslıqla yanaşır. O da məlumdur ki, Parisin vasitəçiliyi ilə uğur əldə olunajağı təqdirdə, Fransanın Jənubi Qafqazda nüfuzu artajaq, nətijədə, bu ölkənin şirkətləri Azərbayjan bazarlarında öz bizneslərini daha inamla qura biləjəklər. 

Bir sözlə, Paris danışıqlar prosesində təşəbbüsü birmənalı olaraq öz əlinə almaq və bununla da Jənubi Qafqazın əsas oyunçularından birinə çevrilmək istəyir. İlham Əliyevin ardınja, fevralda Ermənistan prezidenti Robert Köçəryanın da bu ölkəyə səfərinin planlaşdırılması deyilənləri bir daha sübut edir. Dağlıq Qarabağ probleminin həllində hansısa irəliləyişə ümidin olub-olmadığı məhz bu səfərdən sonra müəyyənləşəjək.

Tarixən Qərbi Avropanın aparıjı dövlətləri özlərinin Jənubi Qafqazdakı maraqlarına, daha dəqiq desək,  nüfuz dairələrinə müəyyən dərəjədə sərhəd qoyub. İndiyədək dəfələrlə qeyd olunduğu kimi, Parisin Ermənistanla xüsusi münasibətləri olub. Almaniya Gürjüstana üstünlük verib, Böyük Britaniya isə Azərbayjana. Rusiya imperiyası dağılan zaman da, region ölkələrinin qısamüddətli müstəqilliyə nail olduğu dövrdə də bu belə olub. Hazırda da, müəyyən mənada, eyni siyasət müşahidə edilir. Sadəjə, qeyd olunan dövlətlər indi Avropa İttifaqında birləşdikləri üçün razılaşdırılmış regional siyasət yürüdür. Bu qurumda 25 dövlətin birləşməsinə baxmayaraq, ittifaq daxilində iqtisadi baxımdan Almaniya dominantlıq edir, siyasi, xüsusilə də beynəlxalq planda isə Parisin mövqeyi daha əsasdır. Azərbayjanın xariji siyasətində daha çox Avropa meyllərinə üstünlük verdiyini nəzərə alsaq, İlham Əliyevin Fransanın ardınja Almaniyaya səfərinin gözlənilməsi heç də təəjjüblü deyil. Birləşmiş Avropa artıq çoxdan Azərbayjanın nəinki əsas xariji-iqtisadi tərəfdaşına çevrilib (tijarət dövriyyəsinin 60%-dən çoxu Avropanın payına düşür), həmçinin, təhlükəsizlik məsələsində də tərəflər getdikjə daha yaxından əməkdaşlıq edir. 

Odur ki 2007-ji ildə aparıjı Avropa dövlətləri ilə qarşılıqlı maraqlara söykənən intensiv dialoqun getdikjə daha da möhkəmlənmə tendensiyası müşahidə olunajaq.


MƏSLƏHƏT GÖR:

393