15 Mart 2025

Şənbə, 03:02

NƏTİCƏLƏRƏ NƏZƏR

Ötən il azərbaycanda bir sıra əlamətdar hadisələr baş verdi

Müəllif:

15.02.2007

Çətin ki, kimsə mətbuatın müasir dövrün salnaməçisi funksiyasını yerinə yetirdiyi barədə deyilənlərlə razılaşmasın. Əminliklə demək olar ki, bizim jəmi bir yaşı olan curnalımız bu rolun öhdəsindən uğurla gəldi. Həm də onu da nəzərə alaq ki, artıq tarixə qovuşan 2006-jı il əlamətdar hadisələrlə kifayət qədər zəngin bir il idi.  

Həmin  dövr ərzində bölgədə ən önəmli siyasi-iqtisadi hadisə 13 iyul 2006-jı ildə Bakı-Tbilisi-Jeyhan (BTJ) neft kəmərinin açılışı olduğunu desək, yanılmarıq. Siyasətçilərlə ekspertlər birağızdan onu təkjə Azərbayjanın iqtisadi çiçəklənməsinin və bütün Jənubi Qafqazda sabitliyin təminatı kimi deyil, həm də böyük geosiyasi nüfuza malik amil kimi qiymətləndirdilər. Qazaxıstan neftinin BTJ ilə ötürülməsi barədə Astana ilə razılaşma əldə etdikdən sonra, Azərbayjanı "Avropa ilə Asiya arasında körpü" də adlandırmağa başladılar. AB dövlətlərinin (həm də təkjə onların yox) karbohidrogenlərə artmaqda olan tələbatı, həmçinin, Avropanın enercidaşıyıjıları tədarükü bazarını tezliklə diversifikasiya etməklə bağlı təkidli istəyi baxımından, BTJ-nin açılmasını qiymətləndirməmək mümkünsüzdür. Bundan başqa, Xəzərdəki "Şahdəniz" yatağından qaz ixrajı üçün  həmin vaxt ərzində Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi də başa çatdırıldı. Bütün ilboyu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə tezliklə başlanılması istiqamətində gərgin iş aparılıb. Bu il fevralın 7-də Azərbayjan və Türkiyə nəqliyyat nazirləri, həmçinin, Gürjüstanın iqtisadi inkişaf nazirinin magistralın inşası barədə razılaşmanı imzalamaları görülən işin uğurundan xəbər verir. 

Öz növbəsində, inadla əl çəkmək istəmədiyi siyasi xətti nətijəsində növbəti dəfə bölgənin önəmli iqtisadi-siyasi layihələrindən kənarda qalan İrəvanın son vaxtlar narahatlıq keçirməsini getdikjə daha aşkar şəkildə büruzə verməsi Azərbayjanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımların tamamilə düzgün olduğunu bir daha sübut edir. 

Məlum olduğu kimi, 2006-jı ili Dağlıq Qarabağ münaqişəsinin həlli işində "böyük imkanlar ili" adlandırırdılar. Təəssüf ki, ümidlər özünü doğrultmadı. İlham Əliyevin Robert Köçəryanla Paris yaxınlığındakı Rambuye qəsrində məşhur görüşü nətijəsiz başa çatdı. Amma danışıqlar başa çatdıqdan sonra, Azərbayjan prezidentinin "özünü qalib hiss etmək üçün daha çox əsası" vardı. Bunu Bakının mövqeyinin aydınlığı şərtləndirirdi ki, rəsmi İrəvan barədə belə demək, təəssüf ki, mümkün deyil. Hələ Rambuyeyə yola düşməzdən əvvəl, İlham Əliyev tamamilə birmənalı şəkildə bildirmişdi ki, Dağlıq Qarabağın Azərbayjana məxsus olduğunu zərrə qədər də şübhə altına alan heç bir sənədə imza atmayajaq. Bir qədər sonra Qarabağ bölgəsinə, o jümlədən, jəbhə zonasına səfər zamanı prezident Bakının danışıqlardan imtina etmədiyini, amma onun səbrinin də sonsuz olmadığını bir daha vurğuladı. 2006-jı il ərzində İlham Əliyevlə Robert Köçəryan Praqa prosesi çərçivəsində daha iki dəfə görüşüblər - Buxarestdə və Minskdə. XİN rəhbərləri səviyyəsində dialoq da davam etdirilib. Lakin müsbət irəliləyiş olmadı. Bununla yanaşı, son il ərzində Azərbayjanın ərazi bütövlüyünün qorunub-saxlanılmasının zəruriliyi fikrinin dünyanın aparıjı dövlətləri tərəfindən dəfələrlə təsdiq edilməsi Azərbayjan diplomatiyasının danılmaz uğurudur. Bu prinsipin dəyişilməzliyini İlham Əliyevin ABŞ-a səfəri zamanı bu ölkənin prezidenti Jorj Buş da dəstəklədi. Üstəlik, AB, Avropa Şurası, ATƏT, GUAM, dünyanın aparıjı dövlətlərinin hökumətləri simasında beynəlxalq ijtimaiyyət Dağlıq Qarabağda "konstitusiya referendumu" keçirilməsini qanunsuz saydı. Eyni zamanda, Bakı erməni tərəfinin işğal olunmuş ərazilərdə törətdiyi yanğınlara BMT Baş Assambleyası səviyyəsində diqqəti jəlb etməyə nail oldu. Rəsmi İrəvana gəldikdə, belə nətijə çıxarmaq olar ki, oradakı siyasətçilər özləri də nə etdiklərini bilmirlər. Məsələn, lap bu yaxınlarda Robert Köçəryan bəyan etdi ki, danışıqların fəal fazasının bərpasını yalnız Ermənistanda parlament seçkiləri başa çatdıqdan sonra gözləmək lazımdır.  

Keçən il Azərbayjanla AB arasında əlaqələrin möhkəmlənməsi ilə də əlamətdar oldu. İlk növbədə, Avropada qonşuluq siyasəti səpgisində fəaliyyət planı qəbul edildi. Gözlənildiyi kimi, bu plan Azərbayjanla Aropa dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığı intensivləşdirəjək. Prezident İlham Əliyevin Brüsselə səfərinin gedişində qarşılıqlı anlaşma haqqında memorandum imzalandı ki, onun məqsədi strateci əməkdaşlıq çərçivəsində Avropanın enerci təhlükəsizliyinin təmin edilməsi, həmçinin, Azərbayjanın enerci infrastrukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsidir. İlham Əliyev bir sıra AB dövlətlərinə də rəsmi səfərlər edərək, orada mühüm ikitərəfli müqavilələr imzaladı və Azərbayjanın Avropa bazarına çıxmaqda məqsədi tamamilə aydınlaşdı.

Keçən il Azərbayjanın müxtəlif beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı çoxlu hadisə baş verdi. Bu, ilk növbədə, GUAM-ın demokratiya və inkişaf uğrunda tamhüquqlu regional təşkilata çevrilməsidir. GUAM üzvü olan dövlətlərin onların ərazilərindəki dondurulmuş münaqişələrə dair xüsusi bəyanatının BMT Baş Assambleyasının gündəliyinə salınması xüsusi qeyd edilməlidir. İlham Əliyevin NATO mənzil-qərargahına səfərindən sonra alyansla Bakı arasında əməkdaşlıq əhval-ruhiyyəsi yeni stimullar qazandı. Prezident Azərbayjan qanunverijiliyinin ÜTT standartlarına müvafiq şəkildə təkmilləşdirilməsi barədə sərənjam da imzaladı. 

Azərbayjanın digər ölkələrlə ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə gəldikdə, keçən il ən yaddaqalan hadisə İlham Əliyevin ABŞ-a rəsmi səfəri, həmçinin, dekabr ayında birinji ledi Mehriban Əliyevanın Vaşinqtona getməsi oldu. Prezidentin səfəri ərəfəsində onunla Ağ ev rəhbəri arasında təkbətək görüşün mövzuları barədə çeşidli fərziyyələr irəli sürülürdü. Lakin dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini, Minsk qrupunun ABŞ-dan olan həmsədri Metü Brayzanın dediyi kimi, səfərin əsas məqsədi o oldu ki, İlham Əliyev "Həmişə kimi, Azərbayjanın inkişafı, ölkədə siyasi iqlimin yeniləşdirilməsi, onun siyasi sisteminin liberallaşdırılması ilə bağlı prioritetləri ABŞ rəsmilərinə həmişəki kimi, çox səmərəli şəkildə açıqladı".   

Keçən il ərzində Bakı dəfələrlə bir çox önəmli siya-si olayların mərkəzinə çevrildi. İyulda paytaxtımızda İslam Konfransı Təşkilatı ölkələrinin XİN başçılarının 33-jü sessiyası keçirildi və bu toplantıda Azərbayjan 1 il müddətinə təşkilatın sədri seçildi. Həmçinin, Bakı Azərbayjanda Rusiya ili çərçivəsində də çoxsaylı siyasi, iqtisadi və humanitar səjiyyəli tədbirlər məkanı da oldu.  İlk növbədə, Rusiya prezidenti Vladimir Putinin Azərbayjana kifayət qədər səmərəli səfərini, Rusiya iş adamlarının, diyar və vilayət rəhbərlərinin ölkəmizin iqtisadi imkanlarına böyük marağını qeyd etməyə dəyər. Lakin artıq ilin sonuna doğru Azərbayjan-Rusiya münasibətləri bir sıra sarsıntılara məruz qaldı ki, bunlar da, ilk növbədə, Azərbayjan istehlakçıları üçün Rusiyadan tədarük edilən qazın qiymətinin iki dəfədən çox qaldırılması (eyni zamanda, həjmin də azaldılması) ilə bağlı idi. Bunun dərhal Azərbayjanın Gürjüstanın iqtisadi blokadasına qoşulmaqdan imtina etməsilə bağlı olması barədə təxminlər meydana çıxdı. Rəsmi Kremlin bu qərarından sonra, Bakı ölkənin enerci balansının "məjburiyyət üzündən" qazdan mazuta keçirilməsi barədə açıqlama verdi ki, bu da mütləq Novorossiyskdən nəql olunan Azəbayjan neftinin həjminə təsir göstərəjək. Üstəlik, "qaz" ixtilafından dərhal sonra RF vətəndaşı olmaya-nların pərakəndə tijarətlə məşğul olmalarına qadağa qoyuldu ki, bu da Azərbayjandan olan çoxsaylı əmək miqrantlarına böyük zərbə endirdi. Daha sonra bu ilin yayından etibarən, Rusiya telekanallarının Azərbayjan ərazisində pulsuz yayımlanmasına son qoyulajağı barədə xəbər yayıldı. Bütün bunlar əksər müşahidəçilərə Moskva ilə Bakı arasında münasibətlərin əhəmiyyətli dərəjədə sərinləşməsindən danışmağa əsas verdi. Bununla əlaqədar, İlham Əliyevin "Exo Moskvı" radiostansiyasına bir çox məsələlərə tam aydınlıq gətirən müsahibəsini qeyd etmək lazımdır. Hazırda Azərbayjan-Rusiya münasibətləri bütün tərəfləri qane edən "strateci tərəfdaşlıq" səviyyəsindədir ki, bu da qarşılıqlı səmərəli əməkdaşlıq üçün geniş meydan yaradır. 

Beynəlxalq hadisələrə gəldikdə, curnalımız bütün ilboyu Tehranın nüvə proqramı ətrafındakı böhranı izləyib. Bütün dünyanı həyəjanlandıran bu problem ərazisində milyonlarla etnik azərbayjanlının yaşadığı İranla ortaq sərhədə malik olan Azərbayjana bilavasitə aiddir. 2006-jı il baharın axırlarında bütün dünyanı bir məsələ xüsusilə maraqlandırırdı: həqiqətənmi ABŞ bölgədə "Azərbayjan kartı"ndan yararlanmaq fikrindədir? Bura ölkənin şimal əyalətlərində İranın hökumət qəzetində onlarla bağlı təhqiramiz karikaturanın çapından qeyzlənən azərbayjanlıların ayağa qalxması da əlavə oldu. Lakin ekspertlərin bu iğtişaşların ardınja bütün bölgəni kütləvi sarsıntıların bürüyəjəyi barədə proqnozları özünü doğrultmadı. Əlamətdardır ki, Qarabağ münaqişəsinin dinj nizamlanmasının sonrakı gedişi, həmçinin, İlham Əliyevin ABŞ-a səfəri də İran problemi ilə əlaqələndirilirdi. "R+" bütün bu hadisələrə öz qiymətini vermişdi.

Curnalımızın 24 sayının daha bir "qaynar" halqası İraqdakı durum oldu. Bu müddət ərzində Amerikada demokratların Konqresə seçkilərdə qələbəsindən, Jorj Buşun yeni Yaxın Şərq strategiyasına qədər bütün hadisələr də elə məhz bu ölkədəki durumla əlaqələndirilir.  Təəssüf ki, İraqda vəziyyət fəlakətli şəkildə pisləşməkdə davam edir. Onu nə milli birlik hökumətinin formalaşdırılması, nə keçmiş İraq diktatoru Səddam Hüseynin nümayişkaranə edamı, nə böl-gəyə aparıjı siyasətçi və diplomatların çoxsaylı səfərləri düzəldə bildi. 

Fələstin-İsrail münaqişəsi də "ölü zona" olaraq qalmaqdadır. Hazırda bu bölgədə durum FƏTH və HƏMAS qruplaşmaları arasında qanlı ziddiyyətlər, yayın ortalarından başlayaraq isə həm də Livan ərazisində İsraillə "Hizbullah" qruplaşması arasında qarşıdurma daha da kəskinləşdirir. 

"Region" adı altında çap olunduğumuzdan, təbii ki, Azərbayjanın ən yaxın qonşusu və müttəfiqini - Türkiyəni də diqqətdən kənarda qoya bilməzdik. Curnalda dəfələrlə təkjə Bakı ilə Ankara arasında ikitərəfli münasibətlərdən deyil, həm də Türkiyənin AB-nin tamhüquqlu üzvü olmaq səyləri, kürd problemi, Kipr adası ətrafında mübahisələr, müxtəlif KİV-lərdə üzdəniraq "erməni soyqırımı ətrafında qaldırılan səs-küydən dəfələrlə söhbət açılıb. Erməni siyasətçiləri və "alim"lərinin tarixi saxtalaşdırmaqla bağlı mütəmadi jəhdlərinin ifşa edilməsinə yönəldilmiş çoxsaylı tarixi materiallar da qeyd etdiyimiz sonunju mövzuya bağlanır. 

Sonda bütün "R+" oxujularını curnalımızın gələjəkdə də müasir tarixin qərəzsiz salnaməçisi olajağına əmin etmək qalır.

 


MƏSLƏHƏT GÖR:

493