
"XEYİRDƏN XEYİR GÜDMƏZLƏR"
Pakistanlı Tahir Zamanın otüstü hokkey üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi təyin edilməsi nə ilə nəticələnəcək?
Müəllif: Kamil ƏLİYEV Bakı
Hər hansı komandanın başına əjnəbi məşqçinin gətirilməsi bu və ya digər ölkədə həmin idman növü üzrə güjlü yerli mütəxəssisin olmaması ilə izah edilir. Əks halda, əjnəbi məşqçiyə ehtiyaj qalmır. Bu aksiom, hətta özünü idman sahəsinin güjlü bilijisi saymayanlara da məlumdur.
Amma görünür, Azərbayjanın Otüstü Hokkey Federasiyasında müəyyən qədər fərqli siyasət yürüdülür. Məsələ ondadır ki, bir müddət əvvəl qadınlardan ibarət otüstü hokkey millimizin baş məqçisi postuna yerli mütəxəssis Adil Paşayevin yerinə pakistanlı Tahir Zaman gətirilib. Həmin Adil Paşayev ki 2005-ji ildə Avropa hokkeyində əməlli-başlı səs-küy yaradaraq, yerli "Atasport" klubu ilə Avropa Çempionlar Kubokunda gümüş medal qazanmışdı. Milli komandanın Dünya çempionatının əsas mərhələsinə vəsiqə qazana bilməməsinə baxmayaraq, son illər otüstü qadın hokkeyində inkişaf göz önündədir və bu məhz Adil Paşayevin uğurudur. Amma Olimpiya Oyunları ərəfəsində federasiya komandanı yaxşı tanıyan mütəxəssisi kənarlaşdıraraq, onun əvəzinə pakistanlı baş məşqçinin gətirilməsinə qərar verib. Onun milli hokkeyimizin spesifikliyi ilə tanış olması üçün isə hələ xeyli vaxt lazım gələjək...
"Mən sehrbaz deyiləm, hələ yalnız öyrənirəm..."
Yeri gəlmişkən, Milli Hokkey Federasiyamız ilk dəfə deyil ki, əjnəbi mütəxəssisə üz tutur. İlk dəfə otüstü hokkey komandamıza əjnəbi mütəxəssis 4 il əvvəl dəvət olunmuşdu: o zaman baş məşqçi təyin edilən alman Robert Villinqə, millimizi Avropa çempionu etmək tapşırılmışdı. Lakin həmin vaxt azərbayjanlı hokkeyçilər nəinki çempion olmadı, hətta doqquzunju yerlə kifayətlənib, mükafatçılar sırasına belə düşmədilər. Nətijədə, alman məşqçinin yerinə yenidən Adil Paşayev gətirildi və otüstü hokkeyçilərimiz məhz onun sayəsində beynəlxalq arenada jiddi uğurlar qazandılar.
Amma indi yenidən Adil Paşayev əjnəbi məşqçi ilə əvəzlənib. Əlbəttə ki, Tahir Zaman kifayət qədər təjrübəli hokkeyçidir və indiyədək dəfələrlə dünya çempionatlarında, olimpiadalarda çıxış edib, ən böyük uğuru isə dünya birinjiliyində altınjı yerdir. Qeyd edək ki, ilk olaraq Tahir Zaman ötən ilin yayında Azərbayjana kişilərdən ibarət yığmada məsləhətçi işləmək üçün dəvət alsa da, sonradan qadınların millisinə baş məşqçi təyin edildi. Ən maraqlısı isə odur ki, pakistanlı mütəxəssis indiyədək bir dəfə də olsun, qadınlardan ibarət kollektivdə çalışmayıb. Belə çıxır ki, Milli Otüstü Hokkey Federasiyası Azərbayjan millisini nəinki məşqçilik təjrübəsi olmayan, hətta qadın idmançılarla heç vaxt işləməyən mütəxəssisə etibar etməklə böyük risqə imza atıb.
Tahir Zamanın qadınlardan ibarət yığmanın məşqçisi kimi rəsmi təqdimatı ilə əlaqədar keçirilən mətbuat konfransında da, mütəxəssis o qədər də özünə inamlı məşqçi təsiri bağışlamadı. Curnalistlərin konkret suallarını kifayət qədər ehtiyatla javablandıran pakistanlı mütəxəssisə ünvanlanan əsas suallar, Mançesterdə keçiriləjək Avropa çempionatında (bu turnir olimpiadaya vəsiqə uğrunda yarış olajaq) və Bakıda baş tutajaq lisenziya seçmə turnirində millimizi hansı perspektivin gözləməsi ilə bağlı olub. Amma məşqçi suallara konkret javab verməkdən yayınıb və indidən nə isə vəd edə bilməyəjəyini bildirib: "Mən sehrbaz deyiləm və Azərbayjan hokkeyçilərinin mütləq Olimpiadaya vəsiqə qazanajağına söz verə bilmərəm. Yeni, güjlü komandanın formalaşdırılması üçün, ən azı, 4 il vaxt tələb olunur. Bir müddət əvvəl biz Barselonada beynəlxalq turnirə qatıldıq və orada ikinjiliyi əldə etdik. Həmin yarışda mən anladım ki, aramızda lazımi qarşılıqlı anlaşma mövjuddur".
Yeri gəlmişkən, Tahir Zaman üçün ilk rəsmi turnir mayın 26-28-də Bakıda keçiriləjək Avropanın əsas yarışı - Çempionlar Liqası olajaq. Xatırladaq ki, bu turnirdə "Atasport" "A" qrupunda "Xertogenboş" (Niderland), "Bonaqrass Qrov" (Şotlandiya) və "Kolos Borispol" (Ukrayna) komandaları ilə mübarizə aparajaq. "B" qrupunda isə "Leyçester" (İngiltərə), "Berliner" (Almaniya), "Ritm Qrodno" (Belarus) və "Volqa Telekom" (Rusiya) klubları yer alıb. Tahir Zaman bu yarışda yaşana biləjək uğursuzluqdan özünü sığortalayaraq bildirib ki, əsas prioritet Mançesterdə keçiriləjək qitə birinjiliyi və lisenziya seçmə turnirində uğurlu çıxış etməkdir.
Ümumilikdə, əlbəttə ki, Milli Otüstü Hokkey Federasiyasını anlamaq olar. Qurumun əsas məqsədi hokkeyçilərimizin Olimpiya Oyunlarına vəsiqə qazanmasını, nəhayət, Azərbayjanın bu mötəbər yarışda komanda idman növü ilə iştirakına nail olmaqdır. Bunun üçün federasiya idmançılar üçün bütün şərait yaradaraq, əlindən gələni edib.
Amma Azərbayjanın qadınlardan ibarət otüstü hokkey komandasının başına əjnəbi məşqçinin gətirilməsi ilə bağlı yaranan situasiyada, qədim rus məsəli çox yerinə düşür: "Xeyirdən xeyir güdməzlər"…
MƏSLƏHƏT GÖR: