15 Mart 2025

Şənbə, 20:00

ƏLCƏKLİLƏRİN MÜHARİBƏSİ

Beynəlxalq boks federasiyasının rəhbərliyində yaşananlar azərbaycan boksçularının çıxışına mənfi təsir göstərə bilər

Müəllif:

01.02.2007

2007-ji ildə olimpiya lisenziyaları uğrunda jiddi yarşılar gözlənilir və bundan sonra 2008-ji ildə keçiriləjək Pekin Olimpiadasında iştirak edəjək idmançıların əksəriyyətinin adı bəlli olajaq. Azərbayjan idmançılarına gəlinjə, onlar arasında olimpiadaya vəsiqə qazananların əksəriyyətinin məhz boksçular olajağı ehtimal olunur.

Bunun bir neçə səbəbi var. Hər şeydən əvvəl boks ölkəmizdə ənənəvi olaraq, ən populyar idman növlərindəndir və bu sahədə biz heç zaman istedad baxımından korluq çəkməmişik. 

Bundan başqa, hazırda ölkə millisi son dərəjə perspektivli idmançılardan təşkil olunub və bütün çəki dərəjələrində güjlü boksçularımız var. Onlar artıq özlərini beynəlxalq arenada göstərə biliblər ki, bu da özü-özlüyündə idman tariximizdə kifayət qədər nadir hallarda rast gəlinən hadisədir. Jeyhun Əbiyev, Samir Məmmədov, Ağası Məmmədov, Şahin İmranov, Romal Amanov, Emil Məhərrəmov, Ruslan Xairov, Javid Tağıyev, Elçin Əlizadə və Vüqar Ələkbərov kimi idmançıların adları yalnız Azərbayjanda deyil, sərhədlərimizdən kənarda da tanınır. Bütün bunlar Azərbayjan boksçuları üçün sevindiriji perspektivin olduğunu göstərir. Odur ki dəri əljək sahiblərimizin 11 çəkinin hər birində olimpiadaya lisenziya qazanajaqlarına ümid etməyə əsas var.

 

Əbiyevin yerinə Çinq Kuo Vu

Amma eyni zamanda, azərbayjanlı boksçuların beynəlxalq lisenziya turnirlərində uğurlu çıxışına mane ola biləjək amillər də var. Bu maneələrin mənbəyi isə uzaq Dominikan Respublikasına gedib çıxır.  2006-jı ilin sonunda bu ölkədə Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) toplantısı keçirilib və nətijədə, quruma yeni rəhbər seçilib. Məlum olduğu kimi, uzun illər bu təşkilata rəhbərlik edən pakistanlı Ənvər Çoudrinin Azərbayjanın Milli Boks Federasiyasının prezidenti Ağajan Əbiyevlə son dərəjə yaxın münasibətləri var idi. Ənvər Çoudrinin şərəfinə ənənəvi beynəlxalq turnirin Bakıda keçirilməsi də məhz bunun göstərijisidir. Onun mütəmadi olaraq Bakıya baş çəkməsi də AİBA-nın Azərbayjanla münasibətlərinin səviyyəsini göstərirdi.

Amma AİBA-da boks dünyasında müxtəlif qalmaqallarla məşhur olan türk Janər Doğanelli də var. Təşkilatın əksər üzvləri bu şəxsin qurumun baş katibi postundan kənarlaşdırılmasına səy göstərirdi. Hətta ötən il Avropa Həvəskar Boks Federasiyasının (EABA) növbədənkənar ijlası keçirilərək, Janərin qurumun vitse-prezidenti postundan uzaqlaşdırılması haqda qərar qəbul edilmişdi. Bu faktın özü türkiyəli boks məmurunun fəaliyyətinə verilən qiyməti göstərir. 

Amma Janərinin mövqelərinin güjlü olduğu AİBA-da bu alınmadı. Nətijədə, konqresdə jiddi pozuntulara yol verildi və Ənvər Çoudri tayvanlı Çinq Kuo Vuya məğlub oldu. 

Bu yerdə sual yarana bilər: bütün bunların Azərbayjana nə aidiyyəti var? Məsələ ondadır ki, AİBA-nın baş katibi vəzifəsinə əsas namizəd məhz Azərbayjan Milli Boks Federasiyasının rəhbəri Ağajan Əbiyev hesab edilirdi. Amma Janər Doğanellinin AİBA-nın prezidenti postuna Tayvan təmsilçisini gətirməsindən sonra, Əbiyevin baş katiblik perspektivinin üstündən xətt çəkildi.

Nətijədə, Avropada nüfuzunu itirən Doğanelli, dünya boksundakı mövqeyini qoruyub-saxlaya bildi. Və əgər əvvəllər Doğanellinin özbaşınalıqları Ənvər Çoudrinin müqaviməti ilə üzləşirdisə, indi Türkiyə təmsilçisinin vəziyyəti yaxşıdır: boksdan o qədər də dərin anlayışı olmayan, dünya boksunun injəliklərindən xəbəri olmayan tayvanlının rəhbərliyi altında, Doğanelli, faktik olaraq, mütləq hakimiyyəti öz əlinə alıb. 

Seçim vaxtı AİBA-nın baş katibi vəzifəsinə əsas namizədin Ağajan Əbiyev olduğunu nəzərə alsaq, türkün müxtəlif beynəlxalq turnirlərdə, həmçinin, lisenziya yarışlarında Azərbayjan boksçularına qarşı müəyyən təxribatlara əl atmaqla, öz rəqibindən qisas almağa çalışajağını ehtimal etmək olar.

 

Boks: vətəndaş müharibəsi

Azərbayjanın Milli Boks Federasiyasının prezidenti Ağajan Əbiyev "R+"un əməkdaşı ilə söhbətində bildirib ki, o, AİBA-nın yeni rəhbərliyindən heç də tam mənada narazı deyil. "Ən əsası, bu qurumun səmərəli işləməsi, bütün dünyada boksun inkişafına çalışması, beynəlxalq turnirlərin ədalətli təşkil edilməsidir. Əsas odur ki, boksçular təxribatlarla üzləşməsin, qaliblər yalnız rinqdə müəyyənləşsinlər", - deyə Əbiyev qeyd edib. - "Amma AİBA-nın baş katibi postunu qoruya bilən Janər Doğanellinin Avropa və dünya birinjiliklərində məhz müxtəlif təxribat əməlləri ilə məşhurlaşdığını nəzərə alsaq, buna inanmaq çətindir. Üstəlik, Beynəlxalq Federasiyanın Dominikan Respublikasındakı toplantısında jiddi pozuntuların olduğunu da buraya əlavə etsək, AİBA-nın yeni rəhbərliyindən hansısa jiddi nailiyyət gözləmək olmaz".

Milli Federasiya rəhbərinin sözlərinə görə, AİBA-nın yeni rəhbərliyinin atdığı ilk addımlar da Çinq Kuo Vunun uzaqgörən olmamasından və Janər Doğanellinin gizli intriqalarından xəbər verir. Qeyd edək ki, bu günlərdə AİBA, Azərbayjan da daxil olmaqla, bütün ölkələrin boks federasiyalarına faks göndərərək, Beynəlxalq Boks Federasiyasının müxtəlif komitələrinin siyahısının təsdiq edildiyini xəbər verib. "Həmin komitələrin rəhbərliyinə boksun nəinki zəif inkişaf etdiyi, ümumiyyətlə, mövjud olmadığı ölkələrin boks federasiyalarının prezidentləri təyin olunub", - deyə Ağajan Əbiyev bildirib. - "Onların sırasında Kuka və Barbadosa adalarının adlarını çəkmək olar. Bu adalar, hətta AİBA-nın İjraiyyə Komitəsinin üzvü belə deyillər. Bundan başqa, beynəlxalq federasiyanın nizamnaməsində açıq şəkildə göstərilir ki, bu komitələrin rəhbərləri AİBA-nın İjraiyyə Komitəsinin üzvləri tərəfindən təyin edilməli yox, seçilməlidir. Yeri gəlmişkən, daha bir absurd məqam: komitələrdə Kuka adası kimi ölkələrin boks federasiyasının rəhbərinə boksun güjlü inkişaf etdiyi ölkələrin federasiya rəhbərləri və ya AİBA-nın vitse-prezidenti müavinlik etməlidir. Odur ki artıq ilk addımdaja beynəlxalq federasiya yeni rəhbərliyinin jiddi səhvə yol verdiyini söyləmək olar".

A.Əbiyev hesab edir ki, qurumun nizamnaməsi ilə tənzimlənən belə asan bir məsələdə federasiya rəhbərliyi bu dərəjədə jiddi nöqsanlara yol verirsə, gələjəkdə nələrin yaşanajağını ehtimal etmək elə də çətin deyil: "Çox güman, baş verənlər Çinq Kuo Vunun boksun injəlikləri haqda bilgiyə malik olmaması və bütün bu məsələlərin həllini Janər Doğanelliyə həvalə etməsi ilə bağlıdır. Sonunju isə özünə rəqib hesab etdiyi nüfuzlu boks ölkələrinin təmsilçilərini beynəlxalq federasiyanın rəhbərliyindən qəsdən kənarlaşdırır və oraya öz adamlarını toplayır. Çox güman ki, belə təxribatlar davam edəjək və kadr siyasətindən tutmuş, müxtəlif beynəlxalq turnirlərədək bütün məsələlərdə oxşar hallarla qarşılaşajağıq".

Ağajan Əbiyevin fikrinjə, bütün bunlar dünya boksunda "vətəndaş müharibəsi"nə gətirib çıxara bilər. "Nətijədə, federasiyanın proqressiv üzvləri etiraz edərək, AİBA-nın növbədənkənar konqresinin çağırılması tələbini irəli sürə bilər. Bu zaman rəhbərliyə etimadsızlığın göstərilməsi istisna deyil", - deyə Azərbayjan Milli Boks Federasiyasının rəhbəri qeyd edib. - "İstənilən halda, bütün bunlar bizim idman növümüzün xeyrinə deyil və hətta bəzi hallarda onun tənəzzülünə səbəb ola bilər. Düşünürəm ki, baş verənlər Beynəlxalq Olimpiya Komitəsinin diqqətindən kənarda qalmayajaq və nətijədə, qurumun AİBA-ya qarşı müxtəlif sanksiyalar tətbiq etməsi mümkündür. Vəziyyət düzəlməyəjəyi halda, boksun olimpiada proqramından, ümumiyyətlə, kənarlaşdırılması mümkündür. Ümid edirəm ki, boksla bağlı vəziyyət belə fajiəvi duruma gəlib çıxmayajaq. Ya AİBA-nın növbədənkənar konqresi keçiriləjək və orada rəhbərliyin yenidən seçilməsi məsələsi həllini tapajaq, ya da Çinq Kuo Vu və Janər Doğanelli nəhayət, konstruktiv və məhsuldar fəaliyyət göstərməyə başlayajaqlar".

Bütün qeyd olunan məsələləri nəzərə alsaq, vəziyyət heç də ürəkaçan deyil. Çox güman ki, dünya boksunun boslarının daxili intriqaları, ilk növbədə, boksdakı "böyük siyasi oyunlar"da vasitəyə çevrilən adi boksçulara zərbə vurajaq. 


MƏSLƏHƏT GÖR:

438