
ÇOVQAN: FUTBOLDAN DAHA QƏDİM
Azərbaycanda qədim at yarışlarının bərpası başlanıb
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Azərbayjanın milli sərvətləri arasında atlar həmişə mühüm yer tutub, at yarışları isə qədim dövrlərdən azərbayjanlıların ən sevimli xalq əylənjələrindən biri olub. Hətta əylənjədən də üstün idi, çünki jıdır yarışları, sadəjə, idman demək deyil. Bu, ayin, bayramdır.
Azərbayjanda at yarışlarının tarixi, hətta Böyük Britaniyada futbol ənənələrindən də daha qədimdir. Doğrudur, son illər ölkəmizdə jıdır yarışları - çovqan kimi xalq oyunu bir yana, adi yarışlar da kifayət qədər az keçirilib. Atçılıq idmanının pərəstişkarları iri yarışların arzusu ilə yaşayırdılar. Nəhayət, bu baş tutdu! Artıq 2006-jı ilin axırlarında Şəki Atçılıq-Turizm Mərkəzində iki böyük tədbir keçirildi - "Marafon-45" atçılıq-turizm qaçışları və milli çovqan oyunu üzrə prezident kuboku uğrunda yarışlar. Yarışlar yubileyə - Azərbayjan Respublikası Prezidenti İlham Əliyevin 45 illiyinə həsr olunmuşdu. Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi və Şəki rayonunun ijra hakimiyyəti idi.
Nahar, şam və desert
Yarışlarda ölkənin səkkiz rayonunun - Ağstafa, Ağdam, Şəki, Qazax, Oğuz, Balakən, Qax və Zaqatalanın təmsilçiləri iştirak etdilər. Çoxsaylı olduqlarından, komandalar yarışa eyni vaxtda, lakin finişdən bayram, "yubiley" distansiyasına görə, 45 km aralı olan müxtəlif məntəqələrdən başladılar. Bir neçə saat çəkən yarışda komanda birinjiliyini ağstafalılar qazandılar. İkinji yeri şəkililər, üçünjü yeri balakənlilər, dördünjü yeri isə Oğuz atlıları tutdular. Finişə birinji çatan Zöhrab Həsənov (Ağdam) oldu. İkinji yeri Şamxal Əhmədov (Ağstafa) tutdu, üçünjü-dördünjü yerləri isə öz aralarında Ağstafa təmsilçiləri Ülviyyə Əliverdiyeva ilə İlqar Məmmədov bölüşdülər. "Marafon-45" yarışında şəxsi zaçotda İlqar Məmmədov qalib gəldi, ikinji yeri Ülviyyə Əliverdiyeva, üçünjünü - Şamxal Əhmədov, dördünjünü - Zöhrab Həsənov tutdular.
"Marafon-45"dən sonra komandalar çovqan meydanında görüşdülər. Qədim miniatürlərdəki təsvirlərdən məşhur olan bu oyun indi ölkəmizdə at oyunlarının pərəstişkarları tərəfindən fəal şəkildə bərpa edilir. Seçmə oyunlardan sonra 3-jü yer uğrunda görüşdə Şəki və Qazax komandaları üzləşdi və qələbə şəkililərin tərəfində oldu. Finalda isə ağdamlılarla ağstafalılar yarışdılar. Prezident kubokuna Ağstafa komandası yiyələndi, ağdamlılar isə ikinji mükafatla kifayətləndilər. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları təqdim edildi.
Sonda qonaqlara "Qıza çat" xalq oyunu nümayiş etdirildi. Bu oyun - "liderin dalınja özünəməxus qaçış" - bir çox türk xalqları üçün səjiyyəvidir və elə indinin özündə də bəzi bölgələrdə toy mərasiminin tərkib hissələrindən biridir. Lakin ilk növbədə, Azərbayjana xas olan bir sıra at oyunları da var. Onlar barədə bizə milli atçılıq idmanının ağsaqqallarından biri, məşqçi və at sürən, prezident təqaüdçüsü Fikrət Paşa oğlu Hüseynov danışdı.
Papağı qoruyub-saxlamaq…
Fikrət Hüseynov təkjə atçılıq idmanının qızğın tərəfdarı deyil. O həm də artıq unudulmaqda olan xalq at oyunlarının yenidən dirçəldilməsi istiqamətində də fəallıq göstərir. Bunlardan biri "sürpapaq" oyunudur. Əgər çovqanı "at üstündə polo" adlandırmaq mümkünsə, "sürpapaq" sanki "at üstündə basketbol"dur. Keçi dərisindən tikilən və içi samanla dolu topu diametri 3,5 m olan iki dairəyə (basketboldakı zənbillərin analoqu) atmaq lazımdır. Qalan məsələlər elə basketboldakı kimidir: özgə "zənbil"inə hüjum etmək, özününkünü qorumaq.
Fikrət Hüseynovun haqqında danışdığı daha bir çox qədim və maraqlı Azərbayjan at oyunu "papaq oyunu" adlanır. Oyunun məğzi ondan ibarətdir ki, iştirakçılar bir-birinin başından papağı götürməyə və bu zaman həm də öz papaqlarını qorumağa çalışırlar. Oyunda papaqlar özünəməxsus "ballar" və qənimət rolunu oynayır. Sonda hamıdan çox papaq əldə edən qalib sayılır; papağını itirəni isə qalibin əldə etdiyi papaqlarla zarafatyana "döyürlər".
"Sürpapaq"dan fərqli olaraq, "papaq oyunu" idman yox, daha çox mərasim səjiyyəlidir: qədimdə o, Azərbayjanın, demək olar, bütün bölgələrində toy mərasiminin tərkib hissəsi olub. Bu oyun qızlara deyil, gənj oğlanlara özünəməxsus "baxış"dır. "Papaq oyunu" ilə qızların gözü qarşısında çıxış edən igidlər güjlü, jəsur, diribaş, bir sözlə, əsl kişi olduqlarını nümayiş etdirməyə çalışırdılar. Oyunun devizi də buna səsləyirdi: "Kişisənsə, papağını qoru!". Məlumdur ki, qədim dövrlərdən papaq Azərbayjan kişiləri üçün şəxsi namus rəmzi idi və onu itirmək (səbəb önəmli deyil) rüsvayçılıq sayılırdı. Əlbəttə, oyunda bu sanki "bilərəkdən" baş verirdi, lakin buna baxmayaraq, tamaşaçılar qalibi qeyri-ixtiyari olaraq, öz dövrünün kişi idealına ən müvafiq gələn adam kimi qəbul edirdilər. İndiki dövrdə bu oyun mərasim çalarını itirərək, atoynatma nömrələri üçün gözəl tərtibat elementi ola bilər.
İndi ölkəmizdə at oyunları ekzotika olsa da, Fikrət Hüseynov onların idman həyatının adi elementlərinə çevrilməsi üçün əlindən gələni edir. Əslən gənjəli olan qoja jokey ölkənin şimal-qərb bölgəsində, yəni atçılıq və at idmanının həmişə diqqət mərkəzində saxlandığı və hazırda onların yenidən dirçəldildiyi məkanda birjə dənə də ippodrom olmamasından gileylənir. Ölkəmizdə atçılıq məktəbinin gələjək potensialı məhz Ağstafa, Qazax, Gənjə, Samux, Hajıkənd kurort rayonunda yetişdirilir. Bunu son illərin ilk iri atçılıq yarışı olan "Marafon-45"in nətijələri də təsdiqlədi.
Normal şəraiti olan ippodrom təkjə Bakıda var və o, Fikrət Hüseynovun sözlərinə görə, əsasən, həvəskar idmana xidmət edir. Şübhəsiz, atçılıq idmanının (ümumiyyətlə, idmanın istənilən növünün) həvəskarların seksiyaları vasitəsilə populyarlaşdırılması çox önəmli olsa da, hər halda, peşəkarların mütəmadi məşqlər keçirmək üçün ayrıja sahəyə ehtiyajları var. Mahir atsürən idmançıları ippodroma həftədə bir dəfə, sadəjə, "at sürmək üçün" gələnlərin yaratdıqları sıxlıq, darısqallıq içində məşq keçirməyə məjbur etmək, məsələn, Plüşşenko, yaxud Yaqudin kimi ustaları "Elit" tijarət-əylənjə mərkəzindəki ijtimai buz meydançasında (paytaxtımızdakı bu yeganə daimi buz meydançasının sahəsi jəmi bir neçə kvadratmetrdir) çıxış etməyə dəvət etməyə bərabərdir. Odur ki Fikrət Hüseynov və onun həmfikirlərinin ən böyük arzusu Gənjədə ölkənin bütün Qərb bölgələrindən olan jokeylərin istifadə edə biləjəkləri ippodrom yaratmaqdır.
MƏSLƏHƏT GÖR: