
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI 15 YAŞINDA
Bankın nailiyyətləri ölkənin iqtisadi gücünün göstəricisidir
Müəllif: Rəsmiyə QƏMBƏROVA Bakı
1992-ji ildə SSRİ Xariji İqtisadi Bankının şöbəsindən müstəqil maliyyə-kredit təşkilatına çevrilən Azərbayjan Beynəlxalq Bankı (ABB) müstəqil Azərbayjanla yaşıddır.
ABB milli iqtisadiyyatın təşəkkülünün bütün mərhələlərini uğurla keçməyə və respublikanın bank sistemində aparıjı mövqe tutan, haqlı olaraq ölkənin beynəlxalq arenadakı "siması" sayılan maliyyə institutuna çevrilə bildi.
Azərbayjan Beynəlxalq Bankının fəaliyyətə başlamasından artıq 15 il keçib. Bunlar hadisələrlə, mürəkkəb sınaqlarla zəngin möhtəşəm dəyişikliklər və sürətli, çoxtərəfli inkişaf illəri idi.
Bu gün isə…
ABB dünyanın maliyyə institutları tərəfindən Jənubi Qafqazda aparıjı bank kimi qəbul edilib. Bank S.W.I.F.T.-nin (1993-jü ildən), MasterCard International (1994) və VISA International (1997) ödəniş sistemlərinin üzvüdür. ABB Bakı Banklararası Valyuta Bircası, AzeriJard Prosessinq Mərkəzinin, Beynəlxalq Sığorta Şirkətinin, "Azərilizinq" lizinq şirkətinin, ölkə tarixində ilk xariji bankın - Azərbayjan Beynəlxalq Bankı - Moskvanın (ABB-Moskva, 2002), Gürjüstanda bankın (2006) təsisçisidir. Bankın London (2002-ji ildən) və Frankfurtda (2005-ji ildən) təmsilçilikləri fəaliyyət göstərir. Yaxın gələjəkdə bankın Dubayda təmsilçiliyi, sonra isə onun təsis etdiyi bank açılajaq. Lüksemburqda, əvvəljə, təmsilçilik, sonra isə bank, Nyu-Yorkda təmsilçilik açılması üzərində fəal iş aparılır.
Avrasiya məkanında ən yaxşı maliyyə-kredit təşkilatları sırasında layiqli yer tutan ABB son 5 il ərzində dəfələrlə beynəlxalq səviyyədə dəstəklənib. "Maliyyə dünyasının İnjili" - "Euromoney" curnalının "Ən yaxşı bank", "The Banker" curnalının "İlin bankı", ABŞ-da nəşr olunan "Global Finanje" curnalının "Dünyanın inkişaf etməkdə olan bazarlarında ən yaxşı bank" (2002-2006-jı illər) və elə həmin curnalın "Ən yaxşı internet-bankinqə görə" mükafatları, Jenevrə Ali Biznes və Menejment İnstitutu və İsveçrə biznes-klubu tərəfindən təsis etdiyi "Qızıl medalyon" nominasiyası, "Azərbayjanın bank sektorunun, ölkənin tijarət münasibətlərinin, ixraj və idxalının inkişafına, bank xidməti sahəsinin genişləndirilməsinə möhtəşəm töhfəsinə görə" mükafatı (ABB 2006-jı ildə onun laureatı olub), "Jitigroup"dan U.S.Dollar Clearing nominasiyasında Quality Recognition Award mükafatı (2005-2006) və bir çox başqaları - bütün bunlar ABB rəhbərliyi və kollektivinin peşəkarlıq və fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstərijiləridir.
Son 4 ildə bankın reytinqi Fitjh IBJA tərəfindən iki dəfə qaldırılıb və hazırda BB səviyyəsində qiymətləndirilir ki, bu da Azərbayjanın beynəlxalq ölkə reytinqindən (BB) jəmi birjə pillə geri qalır. Beynəlxalq Moody's Investors Service reytinq agentliyi ABB-nin yerli valyutada reytinqini Baa2, xariji valyutada uzunmüddətli reytinqini Ba2 kimi qiymətləndirmişdir. Agentlik reytinqin dəyişməsinin sabit reytinqini vermişdir.
Hazırda ABB-də göstərilən xidmətlərin çoxjəhətliliyi və keyfiyyəti Qərb banklarının analoci göstərijilərindən heç nə ilə geri qalmır. Beynəlxalq ekspertlərin rəyinə görə, ABB daha sərbəst, daha mütəhərrikdir, müştərilərə Azərbayjanda işləyən xariji banklarla müqayisədə, daha çox diqqət göstərir.
Ölkədə, demək olar ki, ən aşağı faiz dərəjələri verməsinə baxmayaraq, ABB ən böyük əmanət həjminə malikdir. Hazırda ölkənin plastik kartlar bazarında ABB-nin payı, təxminən, 80% təşkil edir. Müştərilərə VISA İnternational və Master-Jard İnternational sistemli kartların geniş çeşidi, o jümlədən, maaş və pensiya kartları təklif edilir.
Azərbayjan Benyəlxalq Bankı Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika bölgələrində məlumatların ikiqat kontakt-kontaktsız interfeysi və dinamik autentifikasiyası olan ən mütərəqqi kartlar (DDA) buraxmağa başlayan ikinji (Rusiya bank sektorundan sonra) bank oldu.
Bu kartlardan təkjə adi bank kartları kimi yox, maaş, təqaüd almaq, tijarət və ijtimai iaşə şəbəkələrində alver etmək, kommunal xidmətlərini, vergiləri, gömrük rüsumlarını ödəmək, bir kartdan digərinə pul köçürmək və s. üçün istifadə edilir.
Öz tərəfindən, İnternet Banking xidməti müştərilərə ofis və ya evdən çıxmadan öz hesabına çıxış əldə etməyə, hesablardan istənilən tarixə çıxarışlar formalaşdırmağa və balansı daim izləməyə imkan verir. Müştərilər - fiziki şəxslər kommunal xərjləri və mobil əlaqə xidmətini ödəyə bilirlər. Azərbayjanda istifadədə olan 1,5 milyon plastik kartdan 955 mini ABB tərəfindən buraxılıb. Hazırda Azərbayjanda banklar tərəfindən quraşdırılan, təxminən, 1100 bankomatdan 550-si ABB-nin bankomatlarıdır.
ABB daim ən yeni texnologiyaların Azərbayjanda tətbiqinə və ölkə vətəndaşlarına müasir maliyyə xidmətləri göstərilməsinə səy göstərir. ABB-nin fəaliyyətinin məhsuldarlığı və müsbət dinamikası, onun sabit inkişafı ölkə daxilində layiqinjə qiymətləndirilməklə yanaşı, beynəlxalq miqyasda da tanınıb. Hər il PriceWaterhouseCoopers tərəfindən keçirilən auditor yoxlamalarının nətijələrinə görə, son illər bank iqtisadi artımın tərkib hissələrinin keyfiyyətjə dəyişməsinə nail olaraq, sanballı maliyyə nətijələri əldə edib.
2001-ji illə müqayisədə, bankın sırf bank aktivləri 5,3, nizamnamə kapitalı - 25 dəfədən çox, səhmdar kapitalı - 7,2 dəfə artıb. ABB-nin ölkə üzrə ümumi bank kreditlərindəki payı 48% təşkil edir, onun kredit portfeli isə 2001-ji ilin əvvəlləri ilə müqayisədə 471% artıb. Analoci meyl balans gəlirləri üçün də səjiyyəvidir - indi onlar 2001-ji il göstərijilərindən 4,8 dəfə yüksəkdir. 2006-jı ilin nətijələrinə görə, gəlir 2001-ji ilin maliyyə nətijələrindən 11,5 dəfə yüksək olub, vergilər ödənildikdən sonra isə təmiz gəlir, demək olar ki, 15,7 dəfə artıb. Depozitlər 4,6 dəfə artıb, bu zaman fiziki şəxslərin depozitlərinin həjmi 500% çoxalıb.
Beləliklə, son illər ərzində ABB bank sektorunda lider mövqeyini möhkəmləndirib və bununla yanaşı, yüksək maliyyə sabitliyini də qoruyub-saxlaya bilib. Müəyyənləşdirdiyi maliyyə funksiyasını ijra edən bank Azərbayjan bank sisteminin sabitliyinin dayağı qismində bərqərar olub və ölkənin bütövlükdə iqtisadiyyatının dinamik inkişafına yardım göstərir.
ABB beynəlxalq maliyyə təşkilatları və dünyanın iri bankları ilə məhsuldar şəkildə əməkdaşlıq edir. Bu maliyyə təşkilatları tərəfindən dövlət zəmanəti olmadan təqdim olunan xətlər vasitəsilə ölkənin qeyri-neft sektorunun müxtəlif sahələrində çoxlu layihə maliyyələşdirilib.
Məsələn, pambığın emalı üçün yeni sənaye avadanlığının maliyyələşdirilməsi bu sahədə məhsuldarlığın artırılmasında qısa müddətdə yüksək nailiyyətlər əldə etməyə imkan verdi. Bununla yanaşı, istehsal prosesinin müxtəlif mərhələlərini - məhsul yığımını, onun saxlanmasını və pambıq yağı istehsalını əhatə edən prosesin gerçəkləşdirilməsi strateci məhsul sayılan pambığın istehsalının son illər artmasına, çoxsaylı daimi və mövsümi iş yerlərinin yaradılmasına səbəb oldu.
Azərbayjan Beynəlxalq Bankının maliyyələşdirdiyi digər bir uğurlu layihə ölkədə ipək istehsalının bərpası ilə bağlıdır. Hazırda bərpa olunmuş fabrikdə, təxminən, 2 000 nəfər çalışır, 4 000 nəfərdən artıq adam isə ev şəraitində barama yetişdirməklə məşğuldur. Bu biznesin, əsasən, ixraja istiqamətlənməsi isə layihənin məziyyətlərindən sayılmalıdır.
Bank tütün sənayesində də önəmli layihələri maliyyələşdirir. Keçən müddət ərzində sənaye plantasiyalarının genişləndirilməsinə böyük vəsait yönəldilməsi məhsuldarlığın əhəmiyyətli dərəjədə artmasına səbəb olub.
Bütün bu layihələr ABB-nin qeyri-neft sektorunun inkişaf etdirilməsində, həmçinin, ölkədəki mühüm iqtisadi proseslərdə birbaşa iştirakını sübut edən amillərdir.
Bundan başqa, son illər ABB beynəlxalq maliyyə institutlarının (Jommerzbank, Societe Generale, JBIC, Bayerische Landesnabk, AKA, Bankgesel-schaftberlin, Credit Suisse, UBS, Sumitomo Mitsui Banking Corporation) kredit xətlərinin jəlb edilməsi üzrə fəaliyyətini də güjləndirib. Bu xətlər USEXIM, Euler-Hermes, COFACE, SACE və d. ixraj-kredit agentliklərinin zəmanəti ilə açılır. Həmin xətlərdən istifadə etməklə, yerli şirkətlər nisbətən aşağı faiz dərəjəli və uzunmüddətli kreditlər vasitəsilə xariji tədarükçülərdən müasir texnologiyalar, avadanlıq və materiallar almaq imkanı əldə edirlər.
ABB-yə hökumətin zəmanəti olmadan da dəfələrlə sindikatlaşdırılmış kreditlər verilməsi ona olan yüksək etimadın nümunəsi kimi çıxış edə bilər. Sindikatlaşdırmanın iştirakçıları arasında Jitigroup (ABŞ), Jommerzbank (Almaniya), BNP Paribas (Fransa), Sumitomo Mitsui Banking Jorporation (Yaponiya), Rabobank (Hollandiya) kimi nəhənglər və müxtəlif qitələrdən olan digər məşhur banklar var. Eyni zamanda, ABB respublikada əsas kreditor olmaqla yanaşı, Avropanın aparıjı maliyyə təşkilatları ilə birlikdə "Ak-Bars" (Rusiya) və "Ukrsosbank" (Ukrayna) kimi xariji bankların maliyyələşdirilməsi üzrə sindikatlaşdırmada da iştirak edir.
İqtisadiyyatın dövlət sektorunda çeşidli investisiya-kredit fəaliyyətini həyata keçirməklə yanaşı, ABB özəl biznesə xidmət göstərilməsində də liderdir. Maliyyə supermarketləri şəbəkəsinin yaradılmasını baş strateci xətt kimi müəyyənləşdirən Beynəlxalq Bankın baş ofisi, 36 filialı və respublikanın bütün ərazisində yerləşən 100-dən artıq xidmət şöbəsi və mini-ofisi ən müasir texnologiyalar əsasında hər jür bank əməliyyatlarının geniş spektrini təqdim edir.
ABB Azərbayjanın hüdudlarından kənarda iştirak siyasətini də genişləndirməkdədir. 2002-ji ilin yanvar ayında Rusiya paytaxtında Azərbayjan Beynəlxalq Bankı - Moskva törəmə bankının açılması buna nümunədir. Heydər Əliyevin dəstəyi və Rusiya Federasiyasına dövlət səfəri zamanı bilavasitə iştirakı ilə bu bank Moskvada son dərəjə qısa bir müddətə - jəmi 1 aya açıldı. Rusiya ekspertləri qeyd edirlər ki, RF Mərkəzi Bankının 140 illik tarixində hansısa bankın belə qısa müddət ərzində zəruri ijazəni alması və açılması faktına rast gəlinmir.
Azərbayjan Beynəlxalq Bankı - Moskva - Rusiyada MDB-dən olan xariji kapitallı ilk bank - Rusiya bazarında fəal işləyir və kapital reytinqinə görə Rusiyanın 500 ən iri bankı sırasına daxildir. 2004-jü ildə ABB-Moskva Sankt-Peterburqda filialını və Moskvada bir neçə şöbəsini açıb. Sverdlovsk vilayətində - Yekaterinburq şəhərində də filial yaradılıb. Yaxın illərdə ABB-Moskva filial şəbəkəsinin formalaşdırılması üzrə işləri davam etdirmək, ən iri regional mərkəzlərdə, Moskvada və Moskva vilayətində daha bir neçə filial açmaq fikrindədir.
ABB-nin Moskvadakı "qızı" Moskva hökumətinin vəkil bankı statusunu alıb, Rusiya Banklar Assosiasiyasının tamhüquqlu üzvü olub, Moskva Bank Şurasına daxil olub, Rusiya Tijarət-Sənaye Palatasına qəbul edilib, həmçinin, Amerika-Rusiya Tijarət Palatasına üzv olub. Bundan başqa, ABB-Moskva Rusiya Tijarət-Sənaye Palatasının MDB ölkələri ilə İş Üzrə Xüsusi Komitəsinin üzvüdür və bura daxil olan banklarla həmin struktur çərçivəsində fəal əməkdaşlıq edir. ABB, ABB-Moskva və Rusiya Əmanət Bankı beynəlxalq pul köçürmələrinin vahid sisteminin yaradılması barədə saziş bağlayıb. ABB hesab açılmadan pul köçürmələri üzrə JONTAJT və MİGOM beynəlxalq sistemlərinə də qoşulub.
BB-nin digər bir törəmə müəssisəsi - Beynəlxalq Sığorta Şirkəti 2002-ji ilin aprel ayında yaradılıb və onun nizamnamə kapitalı Azərbayjanın sığorta şirkətlərinin məjmu kapitalının, təxminən, 30%-ni təşkil edir. Korporativ idarəetmənin və işinin səmərəliliyinin beynəlxalq standartlara müvafiq olması barədə beynəlxalq sertifikat alan şirkət sığortanın bütün əsas növləri üzrə xidmətlər göstərir.
ABB-nin AzeriJard Prosessinq Mərkəzi, "Azərilizinq" lizinq şirkəti kimi digər törəmə şirkətləri də yerli bazarda liderliyi qoruyub-saxlamaqdadır.
Beləliklə, Azərbayjan iqtisadiyyatının sosial-iqtisadi parametrləri, respublika rəhbərliyinin düşünülmüş siyasəti və ABB-nin perspektiv üçün buna uyğun dəqiq fəaliyyət strategiyası ümid etmək üçün əsas verir ki, bütün ölkə kimi, bank üçün də qarşıdakı illər son dərəjə zəngin və məsuliyyətli olajaq.
MƏSLƏHƏT GÖR: