Müəllif: İnna SULTANOVA Bakı
Xəstəlik, sosial rahatsızlıq, işsizlik, şəxsi həyatdakı problemlər - bütün bunlar insan üçün daşıya bilmədiyi həddən artıq ağır bir yükə çevrilə bilər. Kimsə, bütün çətinliklərə rəğmən, iradəsini, mübarizliyini nümayiş etdirərək, çıxılmaz görünən durumdan da çıxış yolu tapa bilir. Digərləri üçün isə əksinə, depressiya dəqiqələri həftələrə, aylara, bəzən isə hətta illərə çevrilir. Dünya qara libasa bürünür, işıqlı gələjəyə zərrə qədər də ümid qalmaması təəssüratı yaranır və… həmin an bəziləri ölümü həyatın doğurduğu çətinliklərdən qurtulmağın vasitəsi kimi qəbul edir. Əl qeyri-ixtiyari ülgüjə, yaxud yuxu dərmanı şüşəsinə uzanır və insan geriyə yol olmayan bir məkana üz tutduğunu dərk etmir. Bütün səmavi dinlərdə intihar ən ağır günahlardan biri sayılır və buna əl atan insanın heç vaxt Jənnətə düşməyəjəyi bildirilir. Axı həyatı yalnız onu bəxş edən - yəni Allah ala bilər.
Həyatdan könüllü olaraq gedənlərin arasında imkanlı, bəzən hətta bütün dünyada məşhur olan insanların da sayı kifayət qədər çoxdur. Məsələn, onların arasında görkəmli Roma filosofu və dövlət xadimi Kiçik Katon, holland rəssamı Vinsent Van Qoq, yapon yazıçısı Yukio Misima kimi son dərəjə fərqli şəxsiyyətlər var.
Əvvəllər intiharlar haqqında məlumatlar ölkəmizə müstəsna olaraq xarijdən daxil olur və elə təsəvvür yaranırdı ki, Azərbayjanda belə bir problem yoxdur. Lakin son zamanlar bizdə də onun barəsində danışmağa başlayıblar. Həm paytaxtda, həm də bölgələrdə baş verən intihar halları artıq, az qala, adi hadisəyə çevrilib.
İntiharların geniş joğrafiyası
Hələ keçən il Azərbayjanı böyük bir intihar dalğası bürüdü. Həyatdan könüllü şəkildə getmək istəyən insanların yaş səviyyələri isə son dərəjə geniş əhatə dairəsi ilə heyrət doğurur - azyaşlı uşaqlardan, çox qoja adamlara qədər. Məsələn, Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsinin 1977-ji il təvəllüdlü sakini Ələsgərov Nəsimi Jabbar oğlu evində özünü asaraq intihar etmişdi. Astara rayonunun Vələdi kənd sakini, 1965-ji il təvəllüdlü Fazil Hüseynov Gərmətuğ qəsəbəsində üstünə ağ neft tökərək özünü yandırıb. Elə həmin rayonda baş verən daha bir hadisə ən möhkəm əsəb sisteminə malik olan insanı da dəhşətə gətirir: 1995-ji il təvəllüdlü 11 yaşlı qız uşağı özünü həyətlərindəki tövlədə asmaqla intihar edib. Keçən il aprelin 26-da atəşpərəstlər məbədində 15 və 16 yaşlı iki gənj - Gennadi Qrişin və Bayram Məmmədov özlərini asıblar.
İl hələ təzəjə başlasa da, artıq ölkəmizdə bir neçə intihar hadisəsi baş verib. Belə ki, Lənkəran rayonunun Bürjəli kəndi yaxınlığındakı meşə massivində bir kişinin yanmış meyidi tapılıb. Bu, həmin kəndin sakini 75 yaşlı Kitabəli Şəfəqqət oğlu Məmmədovun meyidi idi. Mərhumun ailə üzvlərinin sözlərinə görə, K.Məmmədov evdən meşədən odun gətirmək üçün çıxaraq, özü ilə balta və kəndir də götürüb, amma bir daha geri qayıtmayıb. Yaxınları axtarışa başlayıblar və ertəsi gün meşə massivində yanmış meyit tapılıb. İlkin versiyaya görə, mərhum üstünə ağ neft tökərək, özünü yandırmaqla intihar edib. Onu da deyək ki, evdən çıxarkən o, ailə üzvləri ilə mübahisə edib. Lənkəran Rayon Prokurorluğu faktla əlaqədar jinayət işi qaldırıb, istintaq aparılır.
Lap bu yaxınlarda Qaraçuxur qəsəbəsində iki uşaq anası olan 1963-jü il təvəllüdlü bir qadın sirkə içərək intihar edib. Qadın ağır vəziyyətdə Klinik Tibb Mərkəzinin toksikologiya şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin versiyaya görə, qadın javan qardaşının vəfatı ilə əlaqədar intihar edib. Prokurorluqda bildirdilər ki, mərhumun ölümündən əvvəl yazdığı məktub tapılıb. Məktubda Gülayət Kazımova övladlarından onu bağışlamalarını xahiş edir, onun ölümündə heç kimin günahkar olmadığını bildirir və intihara qardaşlarını itirdiyi üçün qərar verdiyini yazır. İstintaq zamanı məlum olub ki, onun Odessada yaşayan qardaşı Eyvaz Yeni il münasibətilə qohumlarına baş çəkmək üçün gələrkən, yolda ürək çatışmazlığından vəfat edib; bir qədər əvvəl isə o biri qardaşı dünyasını dəyişibmiş.
Daha bir dəhşətli fajiə lap yaxın günlərdə Tovuz rayonunun Xatınlı kəndində baş verib: ikinji sinif şagirdi 8 yaşlı Natiq Yaşar oğlu Həsənov evlərində özünü asıb.
Amansız statistika
Psixoloqların fikrinjə, insan özü-özü üçün məqsədə çevrilərkən intihara zəmin yaranır. Fəlakət zonası, az qala, bütün joğrafi xəritəni əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qısa müddət ərzində intiharların sayı 2 dəfə artıb, zəngin ölkələrin bir çoxunda ölümlərin səbəbləri sırasında intihar yalnız ürək-damar və onkoloci xəstəliklərdən geri qalaraq, 3-jü yerə çıxıb. ÜST ekspertləri iddia edirlər ki, il ərzində planetdə, təxminən, 1 milyon intihar hadisəsi qeydə alınır. Yenə də ÜST-nin məlumatına görə, adambaşına düşən intiharların sayına görə Şərqi Avropa ölkələri liderdir. Bütün dünyada intihar edənlərin sayı qətlə yetirilənlərlə müharibələrdə həlak olanların ümumi sayından çoxdur. İntihar fenomeninin kifayət qədər çoxdan araşdırılmasına baxmayaraq, hələ də izahı mümkünsüz olan çoxlu qanunauyğunluqlar mövjuddur. Naməlum səbəblər üzündən, kişilər qadınlardan 4 dəfə çox intihar edir, qadınlar arasında isə intihara jəhdlərin sayı 2-3 dəfə çoxdur (dəqiq məlumatlar olmasa da, qəbul olunub ki, hər intihar hadisəsinə 8-20 uğursuz intihar jəhdi düşür). Dünyanın müxtəlif ölkələrində keçirilən sorğular göstərir ki, yeniyetmələrin 80%-ə qədəri mütəmadi olaraq intihar barədə düşünür. Lakin ən çox pensiya yaşına çatmış insanlar intihar edir və onlar, bir qayda olaraq, belə niyyətlərini əvvəljədən açıqlamırlar. ABŞ Milli Psixi Sağlamlıq İnstitutunun (National Institute of Mental Health) məlumatına görə, ABŞ vətəndaşlarının həyatdan ayrılmalarının əsas səbəbləri arasında intihar 11-ji yeri tutur (ilk yerlərdə ürək-damar və onkoloci xəstəliklərdir). 15-24 yaşlı gənjlər arasında ölümlərin səbəbləri arasında isə o, 5-ji yerdədir. ABŞ-da, hətta Amerika Suisidologiya Assosiasiyası yaradılmışdı ki, onun dəyərləndirməsinə görə, intihar edənlərin böyük əksəriyyəti (90%) psixi xəstəliklər, narkomaniya və ya alkoqolizmdən əziyyət çəkib. Belə bir rəy var ki, intihar zəiflərin seçimidir və iradəsi olan adam heç vaxt belə addım atmaz. Lakin bu hökmlə razılaşmamaq da olar, çünki mövjudluğumuzu həyat və ölümə bölən sərhədi heç də hər adam könüllü keçə bilməz.
İntihar - problemlərdən xilas yolu kimi
Nailənin həyatından gileylənməyə zərrə qədər də əsası yox idi, çünki hər şey qaydasında idi. Çiçəklənən şirkətdə xoşladığı mühasib vəzifəsi, artıq bir neçə il ərzində görüşdüyü və ərə getməyə hazırlaşdığı gənj oğlan. Sanki həyat onun üzünə gülürdü. Amma bu səadət uzun çəkmədi. Fərəhli günləri qara günlər əvəz etdi. Öz ad günündə Nailə nişanlısını rəfiqəsi ilə tanış etdi və dərhal nişanlısının həmin qıza diqqət yetirdiyini gördü. Lakin bunun müstəsna olaraq sevgilisinin tərbiyəsindən irəli gəldiyinə əmin olan Nailə, həmin fakta o qədər də əhəmiyyət vermədi.
Lakin həmin gündən sonra javan oğlanın ona münasibəti dəyişdi. O, görüşməkdən yayınmağa başladı, telefon zənglərinə javab vermirdi və günlərin birində işdən qayıdarkən Nailə keçmiş sevgilisini rəfiqəsi ilə qujaqlaşıb gedən gördü. Bu ikiqat xəyanət onun üçün sarsıdıjı zərbə oldu və uzun müddət özünə gələ bilmədi. Nailə özünə qapandı, heç kimi görmək istəmirdi və o zaman onun üçün yeganə təskinlik səhərdən-axşama qədər işləmək oldu. Lakin tezliklə işdə də problemlər başladı. Şirkətin xəzinəsində böyük məbləğdə vəsait çatışmazlığı aşkarlandı və qızdan şübhələnməyə başladılar. Onun bu məsələyə, təbii ki, heç bir aidiyyəti olmasa da, heç nəyi sübut edə bilmədi. Onu işdən çıxardılar, üstəlik, barəsində jinayət işi də açdılar. Məhz onda Nailədə qəfildən başının üstünü alan bütün bu bəlalardan qurtulmağın yeganə yolunun ölüm olması fikri yarandı. Evdə heç kim olmayanda, Nailə əvvəljədən aldığı yuxu dərmanını götürdü və həbləri bir-birinin ardınja udmağa başladı… Gözünü açanda isə özünü xəstəxanada gördü. Demə, işdən həmişəkindən əvvəl qayıdan, qızını huşunu itirmiş vəziyyətdə, onun yanında isə yuxu dərmanının boş qutusunu görən anası dərhal hər şeyi başa düşərək, yubanmadan "təjili yardım" çağırır. Həkimlər deyirlər ki, Nailənin bəxti yaman gətirib, çünki anası yarım saat gej gəlsəydi, qızı xilas etmək mümkün olmayajaqdı. O, xəstəxanada olan müddətdə işdəki qalmaqalın əsl səbəbkarı tapılır və Nailə bəraət qazanır. Şirkətin rəhbərliyi dəfələrlə üzr istəsə, hər vəjhlə onu geri qaytarmağa çalışsa da, hətta maaşını artırmağı vəd etsə də, köhnə xatirələrə qayıtmaq istəməyən Nailə bu təklifləri rədd etdi. Bir neçə aydan sonra o, yeni, perspektivli iş yeri tapdı və elə oradaja ona keçmişi unutdura bilən və təzə həyata qədəm qoymaqda yardımçı olan bir insanla tanış oldu. İndi Nailə ailə qurub, 3 yaşında bir qızı da var. O, vaxtilə atdığı həmin ağılsız hərəkəti xatırlamağı xoşlamır və tez-tez təkrar edir ki, bu gün göyün üzünü qara buludlar bürüsə də, sabah onlar dağılajaq və günəş mütləq parlayajaq.
Çoxjəhətli problem
Tibb elmləri namizədi, həkim-psixiatr Fuad İsmayılovun sözlərinə görə, intiharın səbəblərini dörd əsas qrupa bölmək olar: "Birinji səbəb - insanın özünə nifrətidir. İnsan belə bir hiss keçirdikdə, çox vaxt yaşamaq istəmir. İnsanları həyatdan könüllü getməyə təhrik edən səbəblər sırasında intihar vasitəsilə əhatəsində olduqları gerçəkliyə etiraz etmək istəyi ikinji yeri tutur. Daha bir səbəb ətrafdakılara qarşı aqressivlik ola bilər. İntiharın imdad haqqında özünəməxsus çağırış olması da mümkündür. Həm də bütün hallarda, buna qərar verən adam son ana qədər kiminsə onu bu addımdan çəkindirməyə çalışajağını gözləyir. İnsan qəlbini bürüyən dözülməz ağrıdan, əlajsızlıqdan, tənhalıqdan da intihar edə bilər. Əksər hallarda, bu addım heç kimin eşitmədiyi imdad çağırışıdır.
Praktikamda belə bir hadisə olub: sevgilisi ilə küsüşən gənj tələbə qız həyatdan getməyə, lakin bunu "gözəl" şəkildə etməyə qərar verir. Bu məqsədlə o, şampan, konfet, təzə paltar alır, sonra isə dostlarını qonaq çağırır. "Ruha təskinlik verən" qonaqlıqda öz problemini unudan qız, sonda bu addımı atmaq fikrindən daşınır. Axı onun dostları var və həyat heç də ilk baxışdan göründüyü qədər pis deyil! Bu nümunə bir daha parlaq şəkildə sübut edir ki, belə anlarda, yəni insan intihar barədə düşünərkən, tək qalmamaq, mürəkkəb durumlarda köməyə gələ bilən dostların, rəfiqələrin olduğunu hiss etmək zəruridir".
F.İsmayılovun sözlərinə görə, bütün dünyada intiharlar ən yüksək həddə bu yaş səviyyəsində çatır: 18-21 yaş və 60-65 yaş. İntiharların birinji yaş həddi bu dövrdə gənj insanların həyatında çoxsaylı kataklizmlərin (dərs, uğursuz məhəbbət majəraları və i. a.) baş verməsi ilə bağlıdır. Lakin psixiatrın qeyd etdiyi kimi, akselerasiya prosesi ilə əlaqədar, intihar edənlərin bu yaş həddi ildən-ilə aşağı düşür və bu səbəbdən də uşaqlar arasında intihar halları qeydə alınmaqdadır. İkinji yaş həddi də anlaşılandır - qojalmaqla əlaqədar, ahıl insanlar daha tez-tez xəstələnir, onlar yaxınlarını itirirlər. F.İsmayılov onu da dedi ki, çox vaxt insan qojalıqda tamamilə tənha qalır ki, bu da onu intihara sövq edir. Müsahibimiz onu da vurğuladı ki, Azərbayjanda son illər intiharların sayının azaldığını, yoxsa artdığını birmənalı şəkildə iddia etmək mümkünsüzdür. "Məsələ ondadır ki, bir tərəfdən, televizor ekranlarından növbəti intihar barədə eşidəndə, yaxud bu barədə qəzet səhifələrində oxuyanda belə bir təsəvvür yaranır ki, bu jür halların sayı artıb. Lakin digər tərəfdən, keçən əsrin 70-80-ji illəri ilə paralellər aparmaq çətindir - belə bir informasiyanı əldə etmək mümkün deyil. Axı o vaxt bu məlumatlar, sadəjə, qeydə alınmır və gizlədilirdi. İndi də durum zərrə qədər də dəyişməyib və Azərbayjanda hələ də intihar hallarının statistikası aparılmır, bu istiqamətdə epidemioloci araşdırmalar həyata keçirilmir", - deyə psixiatr bildirdi.
Bir çox hallarda, biz yaxınlarımızın, dostlarımızın ruhi durumuna lazımi diqqət yetirmir, intiharönü əlamətləri nəzərdən qaçırırıq. Əslində, onları fərqləndirmək kifayət qədər asandır. Əgər insan yaşamaqdan bezdiyini deyirsə, tez-tez intihar mövzusuna toxunursa, yaxud hətta bu barədə ötəri də olsa danışırsa, deməli, artıq dəhşətli düşünjələr ona sahib kəsilib və o, ətrafdakıların dəstəyini axtarır. Hər birimizin həyatının nejə formalaşmasından asılı olmayaraq, həyatımızı qorumalıyıq. O, insanın malik olduğu ən qiymətli nemətdir. İntihar edənin özü üçün könüllü olaraq çıxardığı hökmü, təəssüf ki, ləğv edə bilmərik. Lakin insanı artıq geriyə qayıtmaqdan məhrum edən addımı atmaqdan çəkindirmək tamamilə mümkündür…
MƏSLƏHƏT GÖR: