
DİNAMİK, LAKİN NƏTİCƏSİZ…
Azərbaycan və ermənistan xin başçılarının moskva görüşü danışıqlar prosesində ciddi irəliləyişlə nəticələnmədi
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə yanvarın 23-də Moskvada Azərbayjan və Ermənistanın xariji işlər nazirləri arasında "təkbətək" formatda daha bir görüş keçirilib və danışıqlarda Minsk qrupunun həmsədrləri də iştirak ediblər. "Trend"in məlumatına görə, xariji siyasət idarəsi rəhbərləri Elmar Məmmədyarov və Vardan Oskanyanın görüşü iki ölkə prezidentlərinin Minsk görüşündən sonra prosesi davam etdirmək haqda tapşırığına əsasən keçirilib.
Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarovun verdiyi məlumata görə, Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli problematikasına dair intensiv fikir mübadiləsi aparılıb və tərəflər nizamlama prosesinin əsas prinsiplərini müzakirə ediblər. Onun sözlərinə görə, danışıqların gedişində əsas diqqət nizamlama prosesinin son prinsipinə yönəldilib. Bununla yanaşı, E.Məmmədyarov çox güman ki, tərəflərin razılığa gələ bilmədiyi bu prinsipin nədən ibarət olduğunu açıqlamayıb.
Moskva görüşünün baş tutduğu atmosferdən danışan nazir müzakirələri "kifayət qədər gərgin" adlandırıb. O, dialoqun davam etdiriləjəyini də söyləyib. Məlum olub ki, tərəflər xariji işlər nazirləri səviyyəsində müzakirələrin davam etdirilməsi haqda razılığa gəlib.
Bununla yanaşı, Minsk qrupu həmsədrləri görüşün ardınja regiona səfər edib və məsləhətləşmələr Bakı və Yerevanda davam etdirilib. "Azərbayjan və Ermənistan prezidentlərinin görüşü məsələsi vasitəçilərin regiona səfərinin nətijələrindən asılı olajaq", - deyə E.Məmmədyarov qeyd edib.
Qeyd edək ki, iki ölkənin XİN başçıları Moskvada hər hansı jiddi irəliləyişə nail ola bilməyib. Ermənistan parlamentinin beynəlxalq şöbəsinin müdiri Voorucan Nersesyan bildirib ki, "Biz hansısa razılığa gələ bilmədik. Amma ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakı, Yerevan və Stepanakertə (Xankəndi - red.) səfəri çərçivəsində müzakirələrin davam etdirilməsi üçün jiddi əsas yaradılıb". Nersesyan erməni tərəfinin Moskva görüşünə "Praqa prosesi"nin müsbət davamı kimi baxdığını da əlavə edib.
Minsk qrupunun həmsədrləri isə danışıqlar prosesi ilə bağlı nikbin bəyanatlar səsləndirməkdə davam edir. Yanvarın 24-də Bakıya gələn amerikalı həmsədr Metü Brayza Azərbayjan rəhbərliyi ilə vasitəçilər arasında keçirilən görüşü konstruktiv adlandırıb. Diplomatın sözlərinə görə, Bakıda aparılan məsləhətləşmələr zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı "əsas prinsiplər", həmçinin, enerci məsələləri nəzərdən keçirilib. Vasitəçi qeyd edib ki, Azərbayjan prezidenti və xariji işlər naziri danışıqlara jiddi və konstruktiv yanaşır ki, bu da 2007-ji ildə razılaşmanın əldə olunajağına ümidlər yaradır. Bununla yanaşı, M.Brayza danışıqlar zamanı hər iki tərəfin öz maraqlarını konstruktiv şəkildə, amma jidd-jəhdlə müdafiə etdiyini söyləyib. Sülh sazişinin 2007-ji ildə imzalanmasının mümkün olduğunu deyən M.Brayzanın sözlərinə görə, bunadək bir neçə problem həll edilməlidir.
Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də bildirib ki, münaqişənin həlli üzrə danışıqlar prosesi konstruktiv şəkildə davam etdirilir. "Biz hər iki tərəfin səylərimizi konstruktiv qiymətləndirməsindən məmnunuq", - deyə diplomat bildirib. B.Fasyenin sözlərinə görə, son ilyarımda o, həmkarları ilə birlikdə sülh prosesi çərçivəsində müxtəlif təkliflər üzərində işləyib: "Bizim işimiz sülh divarını tikməkdir və bu çox uzun bir prosesdir. Bu işdə hər kərpij irəliləyişi daha da möhkəmləndirir. Biz sülh divarının tikintisini davam etdiririk".
Sülh razılaşması üzərində iş aparıldığını təsdiqləyən fransalı diplomat hesab edir ki, hər şey əldə olunan irəliləyişlərin davam etdirilməsi və möhkəmləndirilməsindən asılıdır. "Sülh razılaşmasını imzalamaq bizim işimiz deyil. Bu sizin rəhbərlərinizin siyasi iradəsindən asılıdır. Biz yalnız onlara kömək etməyə çalışırıq və son qərar iki ölkə rəhbərindən asılıdır", - deyə Fasye bildirib. Həmsədrlər Bakıda görüşləri başa çatdıraraq, elə həmin gün Yerevana uçublar.
Hələ erməni həmkarı ilə görüş ərəfəsində E.Məmmədyarov münaqişədən danışarkən, Jənubi Qafqaz regionunun dəyişməkdə olduğunu və iqtisadi baxımdan inkişaf etdiyini vurğulamışdı: "Azərbayjan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Fikir ayrılıqlarının geridə qoyulması və irəliləyişin əldə edilməsi üçün isə üç prinsipial məsələdə razılığa gəlinməsi lazımdır: parçalanmaya, işğala son qoyulmalı və məjburi köçkünlər öz torpaqlarına qaytarılmalıdır. Ermənistan öz silahlı qüvvələrini Azərbayjanın işğal olunmuş ərazilərindən çıxarmalı, biz isə milli azlıqların maksimum təhlükəsizliyinə zəmanət verməli və onu təmin etməliyik. Problemin həllinə aparan yol bundan ibarətdir".
Görünür, E.Məmmədyarovun xatırlatdığı son prinsip həm Bakı, həm də Yerevan üçün son dərəjə prinsipial əhəmiyyət daşıyır. İstənilən halda, Azərbayjan milli maraqların ziyanına olan heç bir güzəştə getməyəjək. Azərbayjan Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin son geniş toplantısında bir daha bəyan edib ki, ölkənin ərazi bütövlüyü müzakirə obyekti deyil və olmayajaq: "Azərbayjanın ərazi bütövlüyü heç bir zaman müzakirə obyekti olmayıb, deyil və bundan sonra da olmayajaq. Biz münaqişəni beynəlxalq hüquq normaları əsasında həll etməyə çalışırıq və artıq bütün beynəlxalq qurumlar Azərbayjanın bu mövqeyini dəstəkləyir".
Dövlət başçısı bildirib ki, Bakının Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır. "Biz danışıqlar prosesinə sadiqik, danışıqları "Praqa prosesi" çərçivəsində davam etdiririk və bu format ədalətin və Azərbayjanın maraqlarının təmin edilməsi baxımından qəbulolunandır", - deyə prezident vurğulayıb.
Eyni zamanda, İ.Əliyev onu da bildirib ki, Bakı Yerevan üzərindəki iqtisadi üstünlüyündən istifadə edərək, bundan sonra da Jənubi Qafqazda Ermənistanın iştirakı ilə istənilən iqtisadi layihənin reallaşdırılmasına mane olajaq və Ermənistanın işğal olunmuş Azərbayjan torpaqlarını azad etməsinədək bu siyasət davam edəjək. Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, Ermənistanın Azərbayjan torpaqlarını işğal etməsi üzündən regiondakı bütün nəqliyyat arteriyaları bu ölkədən yan keçəjək.
Çox güman ki, Yerevan bundan sonra da dünya ijtimaiyyətinə münaqişəni nizamlamaq arzusunda olduğunu nümayiş etdirməyə çalışajaq. Amma buna baxmayaraq, Ermənistanda keçiriləjək parlament seçkiləri başa çatanadək, danışıqlar prosesində hansısa uğurdan danışmağa dəyməz. Belə ki, Ermənistanın xariji siyasət kursunu məhz parlamentdəki qüvvələr nisbəti müəyyənləşdirə bilər. Hazırda isə bu ölkənin siyasi arenasında qərbyönümlü siyasi kursun tərəfdarları mövqelərini məhz seçki vasitəsilə güjləndirməyə çalışırlar. Şübhəsiz ki, seçkiqabağı kampaniya dövründə siyasi qüvvələrin, xüsusilə də müxalifətin əlində əsas vasitə Dağlıq Qarabağ problemi olajaq. Bununla əlaqədar, Ermənistan prezidenti danışıqlar prosesini dondurmaqla müxalifətə, həmçinin, hakimiyyətdaxili qüvvələrə seçkidə Qarabağ kartından istifadə imkanı verməməyə çalışır.
Bununla yanaşı, Yerevanın Kremldəki "havadarları" da Dağlıq Qarabağ probleminin tezliklə həllini və bununla da Ermənistanın daxili-siyasi situasiyasına təsir rıçaqlarının əldən çıxmasını istəmir. Rusiyanın xariji işlər naziri Sergey Lavrovun E.Məmmədyarovla V.Oskanyan arasında keçirilən görüş ərəfəsində verdiyi açıqlamanı diqqətdən kənarda qoymaq olmaz: "Rusiya Azərbayjanla Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılığa gələjəkləri vaxtla əlaqədar proqnoz vermir. Amma biz yüksək səviyyədə intensiv müzakirələrin aparılmasından məmnunuq".
Hazırda Ermənistanda yaşanan daxili-siyasi gərginlik də münaqişənin çözülməsinə imkan verməyən amillərdəndir. Xatırladaq ki, bir müddət əvvəl Yerevanda dövlət çevrilişinə jəhddə ittiham olunaraq, Qarabağ müharibəsinin iştirakçısı, "Şuşa" batalyonunun komandiri, "Kür - Araz" Fondunun prezidenti, erməniəsilli livanlı Jirayr Səfilyan həbs olunub. O, Azərbayjanla hazırda işğal altında olan rayonların geri qaytarılmasını nəzərdə tutan istənilən razılaşmanın qəti əleyhdarıdır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Səfilyan "qarşıdan gələn siyasi proseslərə, konkret olaraq 2007-ji ildə keçiriləjək parlament seçkisinin nətijələrinə güj yolu ilə müdaxilə etməyi planlaşdırıbmış". O, ölkənin jinayət məjəlləsinin 301-ji maddəsi ilə - "Konstitusion dövlətin güj yolu ilə devrilməsinə jəhd"də ittiham olunur. Dekabrın 12-də Yerevan məhkəməsi qapalı ijlasda Səfilyanın 2 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb və bu vaxt ərzində MTX araşdırmaları davam etdirməlidir.
Müxalifyönlü informasiya agentlikləri xəbər verir ki, Səfilyanın Azərbayjana güzəştə gedilməsinin əleyhdarı olan "erməni könüllüləri birliyi" təşkilatının o qədər də çox olmayan üzvlərinin bir hissəsi digər reydlər zamanı müvəqqəti olaraq həbs edilib. Saxlanılanların sayının onlarja olduğu bildirilir. Müxalifət partiyaları isə bu həbsləri, seçkilərin demokratikliyini şübhə altına alanların kütləvi həbsinə hazırlıq - "məşq" kimi qiymətləndiriblər.
Müxalifətçi "demokratik yol" partiyasının lideri, Ermənistan parlamentinin üzvü Manuk Qasparyan hesab edir ki, Səfilyanın həbsi erməni tərəfinin ərazi məsələsində Azərbayjana güzəştlərə getməyə razılıq verməsi ilə bağlıdır və bununla hökumət güzəşt siyasətinə etiraz edə biləjək qüvvələri neytrallaşdırmaq məqsədi güdür.
Səfilyanın yaxın silahdaşı Armen Ağayan isə bildirib ki, həbs, çox güman, daxili-siyasi konteksdə həyata keçirilən addımdır. "Əvvəllər müxalifət bir araya gələndə belə, seçkinin saxtalaşdırılmasının qarşısını ala bilmirdi. Bu səbəbdən "erməni könüllüləri birliyi" qarşıdan gələn parlament seçkisinin saxtalaşdırılmasına qarşı fəal mübarizə aparmaq fikrində idi ki, onların da ən fəal nümayəndəsi məhz Səfilyan idi", - deyə o qeyd edib. Ağayanın fikrinjə, Səfilyanın bu istəyi dövlətə zərər gətirə bilməzdi. "Sadəjə olaraq bu, müəyyən qüvvələrin maraqlarına zidd idi", - deyə o bildirib: "Məhz bu üzdən də Səfilyan və Malxasyanın işinin istintaqı ilə ən yüksək qurumlar məşğul olur". Ağayan əlavə edib ki, hökumətin bu gür rəftarı "erməni könüllüləri birliyi"nin fəaliyyətinin "iki nəfər" üçün təhlükə yaratdığını nümayiş etdirir.
MƏSLƏHƏT GÖR: