15 Mart 2025

Şənbə, 20:00

ALMANLAR AZƏRBAYCAN BƏSTƏKARINA FİLM HƏSR ETDİLƏR

Firəngiz əlizadə xaricdə məşhur olsa da, azərbaycanda demək olar ki, tanınmır

Müəllif:

15.01.2007

Bir qrup alman recissorunun yaratdığı "Azərbayjanlı maestro" sənədli filminin əsasını Köln, Bonn, Hamburq, Berlin  radiosunun verilişlərindən fraqmentlər təşkil edir. 55 dəqiqəlik bu lent Qərb tamaşaçısına yaxşı tanışdır.  O həm də Osnabrükdə Şərq və Qərb mədəniyyətlərinin dialoquna həsr olunmuş Morgenland ("Dan ulduzu")   festivalında  nümayiş etdirilib. Bakıda isə bu film "Kapelhaus"da  göstərilib.  

Firəngiz Əlizadə - haqqında, demək olar ki, bütün qitələrin danışdığı insan, müasir klassik musiqi bəstələyənlərin ən parlaq və şöhrətli nümayəndələrindəndir.  Firəngiz xanımın əsərləri Avropa və  Amerikanın ən məşhur festivallarında səslənir, onun ifaçıları sırasında  Mstislav Rostropoviç, İvan Monigetti, Kronos Quartet, Evelin Qlenni, "La Strimpellata Bern", "Kontinium" və dünyanın başqa aparıjı solist və kollektivləri var. Yo-Yo Manın "İpək yolu" layihəsində "Dərviş" kompozisiyası ilə iştirakı  isə F.Əlizadəni daha da məşhurlaşdırıb.

Musiqi universalizmi ehtirası, yəqin ki, hər bir istedadlı musiqiçinin ürəyində yaşayır. Firəngiz nəinki Azərbayjanda, hətta keçmiş SSRİ-də avanqard musiqi əsərlərinin ilk ifaçılarından idi. O,  "Qara Qarayev" və "Azərbayjanda simfonik musiqi" kitablarının, həmçinin,  Azərbayjan bəstəkarları haqqında və dodekafon musiqiyə dair 150-dən çox məqalənin müəllifi, müasir musiqinin fəal təbliğatçısıdır;  onu Şenberqin əsərlərinin ən yaxşı interpretatoru adlandırırlar. Lüsernada hər il keçirilən müasir musiqi festivalının tarixində ilk dəfə 1999-ju ildə Firəngiz Əlizadə  leading jomposer - aparıjı bəstəkar seçilmişdi. 2003-jü ildə  Firəngiz xanım "XXI əsrin görkəmli intellektualları" siyahısına daxil edilərək,  Kembrij Bioqrafik Mərkəzinin diplom və medalına layiq görüldü.   

 

Möhtəşəm uğur

"Azərbayjanlı maestro" filmində məşhur həmyerlimizin yaradıjılığının alman səhifələri təqdim edilir - burada 15 il  bizdən gizlədilən Firəngiz Əlizadənin bütün dünyada təntənəsi dövrü əks  olunub.  Əslində, o axşam biz  bəstəkarın indiyədək yalnız eşitdiyimiz, Avropanın ən məşhur salonlarındakı məşqlərdə "seyr etdiyimiz"  möhtəşəm uğurlarının janlı, sənədli təsdiqinin tamaşaçısı olduq. Biz xarijilərin təəjjübdən geniş açılmış gözlərini gördük - bu onlara  xas deyil, təmkinli Qərb "əyalətlər"ə çox nadir hallarda heyran olur.  Burada isə məlum oldu ki, təkjə şou-biznes nümayəndələrindən avtoqraf almaq üçün növbəyə düzülmürlər - özü də harada, Bethoven-hollda! Bu əfsanəvi salonun konsertlərinə biletlər bir neçə ay əvvəldən satılıb qurtarır, burada nəsildən-nəsilə keçən fərdi kreslolar var - belə  dinləyijiləri heyran etməyin nə demək olduğunu vurğulamaq artıqdır. Konsert möhtəşəm  keçdi: Bonn simfonik orkestrinin  parlaq ifasında "Mərsiyə" möhtəşəm uğur qazandı. 

Avropalılar qarşısında folklor musiqisi ifa etmək  çətin deyil, "ekzotik ədviyyat" hər bir halda gurultulu alqışları təmin edir. Dinləyijilərinin həyatının ayrılmaz hissəsi olmuş musiqi  layını sərt  mühakiməyə təqdim etmək  isə  tamam  fərqlidir. Yəni söhbət qeyri-adi hadisədən gedir - bu zaman öz müəllif şöhrətini və yaradıjı istiqamətini  qorumaq əsas məsələ  olur. 

"Mən anlaşıqlı yox, anlanılan olmaq istəyirəm"  - bu, klassik kəlamıdır. Ondan fərqli olaraq, Firəngizin bəxti gətirib  - onu  anlayıblar. Bu gün o,  ən istedadlı və populyar müasir bəstəkarların ön jərgəsində öz yerini tutub, əsərləri dünyanın şöhrətli simfonik orkestrləri və musiqi kollektivlərinin proqramına  daxildir. O axşam biz bunun şahidi olduq. Qeyd etmək kifayətdir ki, Firəngiz xanımın  musiqisi Şnitke və Qubaydulin kimi görkəmli müasir müəlliflərin əsərləri ilə bir sıraya  qoyulur.  

 Dünya mətbuatından  jəmi bir neçə  nümunə gətirək:

"Berlinə Asiya, Amerika və başqa Avropa ölkələrindən bu qədər bəstəkarın axışdığı belə rəqabət şəraitində, Firəngiz Əlizadə özü haqqında danışılmasına nejə nail oldu? Bu onun yüksək peşəkarlığının, böyük zəhmətinin nətijəsidir; digər tərəfdən bu, şübhəsiz, dahilikdir. O, Qərbdə 1976-jı ildə İtaliyada "Alban Berqin xatirəsinə" sonatasının ifasından sonra məşhurlaşdı. Bu, möjüzəyə bənzəyirdi! Azərbayjanlı qız forma və məzmunja mükəmməl sonata ifa etdi. O,  ikinji Vyana məktəbini öz fərdi üslubu ilə birləşdirə bildi". "Onun yaradıjılığında Qərb xramatizmi, Azərbayjan xalq motivləri və  müəllifin fərdi kvazimistik üslubu birləşib". "Firəngiz Əlizadə dahi bəstəkardır. Onun musiqisi ürəkləri fəth edir. Onun əsərlərini ifa edərkən biz musiqiçilər bu musiqinin qanadlarında sanki başqa dünyaya uçuruq. Onun hamıya müyəssər musiqisi ifaçıları və dinləyijiləri fəth edərək, sehrli dünyaya aparır, mədəniyyətlərin dialoquna jəlb edir".

 

Onun şəxsi proqramı

Kadrları bir-birinin ardınja izlədikjə, beşikdən eşitdiyimiz "Şüştər", "Muğam", "Hava"ya alman şərhlərini dinləmək maraqlı idi - demə, bunların izaha ehtiyajı varmış! Diqqətli, demək olar ki, riqqətli-ehtiyatlı izaha - birdən təhrif olunar… 

Onun  bütün əsərləri müəyyən proqramla təjhiz olunub - "Abşeron", "Sabah", "Yanar dağ", "Zikr"… Həm də o bunu  qəsdən edir - qərbli insanı köklü Azərbayjan adlarına öyrəşdirir, onda öz ölkəsinə maraq oyadır. O, elə belə də deyir: "Mənim musiqimi çalmaq istəyirsinizsə, zəhmət çəkib onun məzmununu anlayın". Əlizadənin "şərtləri", dəyərlərimizin məjburiyyətsiz - təkidli təbliğatı belədir. Və Firəngiz xanımın əsərinin növbəti partiturasını əlinə alan, onu ifa etməyi arzulayan alman (çinli, ingilis) hər şeydən əvvəl, onun məzmununu anlamağa çalışır. Və anlayır da!  

Söz düşmüşkən, anjaq əsərlərin azərbayjanja adlandırılmasıyla iş bitmir. Məsələn, "Abşeron-kvintet" Tofiq Quliyevin xatirəsinə həsr olunub. Özü də imkan düşdükjə, o, layihələrinə azərbayjanlıları jəlb etməyə çalışır: belə ki, Firəngiz xanım "Dərviş"də Alim Qasımovla yanaşı, bizim kanon və tütək ifaçılarımızın iştirakına da nail olub. Hollandiyadakı  yekun konsertin finalında isə onun "Zikr"i ("Atlas-ansambl"ın muğam səsi üçün) Aygün Bayramovanın ifasında Avropanın ən yaxşı konsert zallarının birində -  2500 yerlik  "Concertgebouw"da səsləndi.  

Hələ  onun musiqisinin çoxminlik "Karnegi holl" (Nyu-York), "Santori holl" (Tokio), "Barbikan holl"da (London)  dəfələrlə ifası… 

İndi Avropada yaşayan həmyerlimizə həsr olunmuş kadrlar təkjə qürur yox, həm də kədər doğurur. Yəni həqiqətən, şair demişkən, "Məhəbbət uzaqlıq sevir"?    "Bugünün həqiqəti"… Filmin nəbzi hər kadrla sürətlənirdi, hərdən o sanki tezfırlanma recimində gedirdi - dahi musiqiçilər,  elə bil, onun əsərlərinin ifası hüququ uğrunda mübarizə edir, onları təkidlə bir-birinin "əlindən alırdılar"… Bu mübarizədə kimlər yox idi - F.Əlizadənin eyni əsəri hər biri bir əfsanə olan müxtəlif interpretasiyalarda səslənirdi! Yo-Yo Ma  - Monigetti  - Yo-Yo Ma… Hamımız bu jəlbediji  tamaşanın şahidi olduq. Onların  qeyri-adi ifasını seyr edəndə, bir anlıq gözlərinə inanmırsan. J.Buşun "Bəşəriyyət qarşısında görkəmli nailiyyətlərə görə" ordeni ilə təltif etdiyi Manın,  demək olar ki, təhlükəli texnikası elə idi ki, onun əlindəki yay qriflə birləşib, aləti "sabunqabına" çevirmişdi - kino çəkilişi texnikası  musiqi ifaçılığı texnikasından açıq-aydın geri qalır! 

 

Azərbayjanda tanınmayan bəstəkar

Çıxış edənlər arasında məşhur violonçel ifaçısı, Auqsburq Musiqi Akademiyasının professoru Yulius Bergeri də gördük. O, Firəngiz xanımla Mosartın atasının vətənində - Auqsburqda keçirilən, azərbayjanlı bəstəkara həsr olunmuş festivalda tanış olub. Filmdə Berger danışmaqla kifayətlənmir, onun violonçeli "Mərsiyə"də, möhtəşəm daxili perspektivlə jello-monoloqda səslənir; elə bil, Firəngizin xalqının qismətinə düşən bəşəri haqsızlığa ağlayır. 

Amma… "Ədalətdən söhbət düşəndə, dünya həmişə kardır". Anatol Fransın bu sözləri ilə kədərlə razılaşıram, hələlik… Bu da  Kristofer Mayer -  Almaniyada yaşayan aparıjı Avropa bəstəkarı, Polşa Bəstəkarlar İttifaqının rəhbərlərindən biri. Firəngiz xanımın Bonn təntənəsini xatırlayır. Mayer orada "Habilsayağı"nın ifası zamanı Monigettini royalda müşayiət edirdi. 

Sonra yalnız Şostakoviç kimi nəhəng sənətkarların əsərlərini çap edən məşhur nəşriyyatın rəhbəri Hans Sikorskini görürük. Özü də o təkjə çapla kifayətlənmir, həm də bu musiqinin bütün dünyada ifasını çox diqqətlə izləyir - onun nəşr etdiyi musiqi əsərlərini kim,  harada və nə vaxt ifa edir. Firəngiz xanıma  nəşriyyatın xüsusi rəğbəti var. Birjə misal çəkim. Bu yaxınlarda ona Amerikaya köçmək təklif olunanda, həmin nəşriyyatın nümayəndəsi qəti etiraz etmişdi: Əlizadə "bizim" bəstəkarımızdır, vəssalam! Yeri gəlmişkən, onun adıçəkilən "Dərviş"inin Yo-Yo Manın "İpək" layihəsində möhtəşəm uğurundan sonra da belə bir analoci durum yaranmışdı… 

Nümayiş olunan film bəstəkarın yaradıjılığına zərif, həssas münasibətlə, onun dünya klassik musiqi xəzinəsinə töhfəsini tam qiymətləndirmək və üzə çıxarmaq jəhdi ilə valeh edir. Onun haqqında rəylərdən belə qənaətə gəlmək olur ki, Almaniya ijtimaiyyəti məşhur bəstəkarın yaradıjılığına hörmətlə yanaşmaqla bərabər, həm də ona bir şəxsiyyət kimi böyük ehtiram bəsləyir. Firəngiz Əlizadənin insani keyfiyyətləri, dünyaya öz baxışları, öz yaradıjılıq mövqeyi  uğrunda mübarizə aparmağı bajarması və əlbəttə, barışmazlığı, istənilən fəaliyyət sahəsində diletantlığı qəbul etməməsi barədə xüsusilə ətraflı danışılırdı.  

Müsahibələrinin birində "Azərbayjana nəyə görə minnətdarsınız?" sualını javablandırarkən, pərəstiş etdiyi yazıçı, rəssam, bəstəkar, bəstəkarlığın dodekafon sisteminin yaradıjısı Arnold Şenberqin ona Pulitser mükafatı təqdim edilərkən söylədiyi sözləri ilə javab vermişdi: "Mən hər şeyə düşmənlərim sayəsində nail olmuşam. Onlar məni qaynar suya atdılar və geriyə yol qoymadılar. İrəli üzməkdən başqa çıxış yolum qalmadı. İndi malik olduqlarım da bunun sayəsindədir. Düşmənlərimə təşəkkürlər".       

"Şüştər"in damlaları Hamburqdakı quru qarın üzərinə düşür, onu əridirdi. Sanki kadrda Bakı günəşi parladı və jənubun ilıq nəfəsi duyuldu. Amma bütün bunlar orada idi. Burada isə…

F.Əlizadəyə həsr olunmuş film belə bir qənaəti birmənalı şəkildə bərqərar edir ki, həyatın tempi yüksək olduqja, daha çox iş görməyə imkan tapılır. Budur, artıq Avropada keçirilən çoxsaylı festivalların təşkilat komitələri soydaşımızın yaradıjılığından heyran-heyran danışır, qonaqların xahişi ilə müəllif konsertləri keçirirlər. Onun əsərləri bütün musiqi akademiya və konservatoriyalarının məjburi proqramlarına daxildir. Üstəlik, onlar müsabiqələrdə də məjburi elan edilir; məsələn: gənj violonçelçilərin dahi həmyerlimiz Mstislav Rostropoviçin adını daşıyan müsabiqəsndə olduğu kimi… Musiqi forumlarında onun, sadəjə,  iştirakı onların nüfuzunu artırır. Çox vaxt, hətta festivalları da onun adı ilə adlandırırlar və bu həmin festivalların dünyanın aparıjı musiqiçilərinin toplantısına çevriləjəyinə zəmanət verir. Bütün bunlar və bir çox başqa şeylər gətirilən lentdən məlum oldu. 

Çox vaxt xeyirxah əməllər adsız olur. Ajınajaqlısı isə odur ki, haqqında danışdığımız halda bu heç də qəbul edən, valeh olan və qiymətləndirən dünyadan yox, Azərbayjandan, Vətəndən, bizdən gedir. 


MƏSLƏHƏT GÖR:

509