15 Mart 2025

Şənbə, 01:19

ZAMANIN ƏKS-AXARI

Rəcəb tayyip ərdoğanın türkiyə prezidenti olmaq şansı varmı?

Müəllif:

15.01.2007

Bütün Türkiyə indiki Baş nazir Rəjəb Tayyip Ərdoğanın siyasi planlarını təşvişlə izləyir. Onun prezident olmağa layiq olub-olmaması məsələsi gündən-günə aktuallaşmaqdadır. Bu addımın məqsədəuyğunluğu barədə, demək olar ki, hamının öz fikri var: biznes elitasından, müxalifətin liderlərinə qədər. Lakin son nətijədə, Türkiyənin özü üçün nə əlverişlidir?

 

Biznes dairələri prezidentliyin əleyhinədir

Təkjə Türkiyənin özündə deyil, xarijdə də belə bir rəy var ki, Ərdoğan ölkə prezidenti olarsa, hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) jiddi problemlərlə üzləşəjək.   

Məsələn, Britaniyanın "Financial Times" qəzeti Türkiyə iqtisadiyyatının 2007-ji ildə inkişafını təhlil edərkən bildirib ki, "Ərdoğan dövlət başçısı seçildiyi halda, onun başçılıq etdiyi partiya üçün parlamentdə çoxluğu qoruyub-saxlamaq çətin olajaq". Qəzet vurğulayır ki, Türkiyənin biznes dairələri və xariji sərmayədarlar seçkiönü durumu diqqətlə izləyirlər; çünki son 20 ildə məhz Ərdoğan hökuməti Türkiyənin "iş adamlarına ən yaxın" Nazirlər Kabineti olub. 

İri sərmayədarlar Ərdoğanı dövlət başçısı yox, baş nazir görmək istədiklərini açıq bəyan edirlər, çünki son iqtisadi islahatların uğuru məhz onun adı ilə bağlıdır. Biznes dairələri 2002-ji ilin iqtisadi böhranının ssenarisinin təkrarlanajağından ehtiyat etdiklərini gizlətmirlər, çünki dövlət başçısı seçildiyi halda, Ərdoğan partiya sədri vəzifəsi ilə vidalaşmalı, bununla da ƏİP-in seçki kampaniyasını zərbə altına qoymalı olajaq ki, bu da hökumətin tərkibinin, deməli, həm də onun kursunun dəyişməsi təhlükəsi deməkdir. 

Hakim partiyada daim lider çatışmazlığı duyulurdu. Ərdoğanın ən yaxın silahdaşı - Türkiyə XİN başçısı Abdulla Gül nə partiyadaşları, nə də jəmiyyətdə Ərdoğan qədər yüksək nüfuz və dəstəyə malik deyil. Nətijədə, ölkənin Avropa Birliyinə inteqrasiyası zərbə altına qoyulajaq, müxalifətin qələbəsi isə dərhal daxili sabitliyə və əhalinin maddi rifahına təsir göstərəjək.

 

Hakim partiya "susur"

Bununla belə, Ərdoğan kimi, hakim partiyanın rəhbərliyi də  hələlik susmaqda, ijtimaiyyəti və opponentlərini "seçki kampaniyasının başlanğıjını, yəni 2007-ji il aprelin ortalarını" gözləməyə səsləməkdədir. Bununla Ərdoğan hakim partiyanın namizədi ətrafında qalxa biləjək aciotacın qarşısını son ana qədər almağa çalışır. Güman ki, bunu müxalifət də başa düşür; axı hakim partiyanın namizədi gələn 7 il ərzində Türkiyənin prezidenti olajaq. Türkiyə Konstitusiyasına görə, dövlət başçısını parlament seçir və ƏİP-in müxalifəti üstələmək üçün kifayət qədər deputat mandatı var. 

Bu baxımdan, müxalifətin bu ilin mart-aprel aylarında növbədənkənar parlament seçkiləri keçirilməsi barədə bəyanatlarını dəstəkləyən indiki prezident Əhməd Necdət Sezərin rəyi də kifayət qədər önəmli oldu. "Bu, ölkə başçısının parlamentin Türkiyədə ijtimai rəyin hazırkı durumunu əks etdirən yeni tərkibi tərəfindən seçilməsinə imkan verərdi", - deyə Sezər bildirib. Eyni zamanda, fəaliyyətdə olan dövlət başçısı Ərdoğanın namizədliyinə də açıq etiraz edib: "Ərdoğan daim ölkədaxili siyasi gərginlik mənbəyinə çevrilir, belə şəxsiyyət isə prezident ola bilməz". 

Bu kontekstdə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının mövqeyi maraq doğurur. İjtimaiyyət arasında yüksək etimad reytinqinə malik olan Baş Qərargah ənənəvi olaraq, seçkilərə dair mövqeyini seçkilər ərəfəsində açıqlayır. Gözlənildiyi kimi, ordu da gözləmə mövqeyi seçdi.

Türkiyə parlamenti isə yeni parlament seçkilərinin 4 noyabr 2007-ji ildə keçirilməsi barədə qərar qəbul etdi. Beləliklə, ölkədə vaxtından əvvəl seçkilər keçirilib-keçirilməyəjəyi barədə mübahisələrə son qoyuldu. Türkiyə qanunverijilik orqanının yerli KİV-də açıqlanan qərarında deyilir: "Parlamentə növbəti seçkilər noyabr ayının 4-nə düşən ilk bazar günü keçiriləjək". Türkiyədə parlament seçkilərinin vaxtından əvvəl keçirilməsində israrlı olan müxalifət bəyan edirdi ki, ölkənin yeni prezidentini yeni parlament seçməlidir. Baş nazir Ərdoğanın başçılıq etdiyi hakim partiya 2002-ji ildən hakimiyyətdədir. Son sosioloci sorğulara görə, ölkədə seçkilər keçirildiyi halda, bu partiya 26-33% səs toplaya və yenə də təkpartiyalı hökumət yarada bilər. 

 

Müxalifət Ərdoğanın prezidentliyinin əleyhinədir

Müxalifət partiyalarının liderlərinə gəldikdə, onlar "hökumətin mövqelərinə qarşı açıq hüjum"a başlayıblar.

Məsələn, Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, bölgənin lider dövləti kimi, Türkiyənin çoxpartiyalı parlamenti olmalıdır. "Bu baxımdan, prezidentliyə namizəd siyasi partiyaların konsensusunun nətijəsi olmalıdır. Odur ki ən məqbul variant 11 mart 2007-ji ildə parlament seçkilərinin keçirilməsi olardı ki, bu da aprelin 16-dan mayın 15-nə qədər seçki kampaniyası keçirməyə imkan verərdi", - deyə Baxçalı qeyd edib.   

Bununla yanaşı, MXP sədrinin sözlərinə görə, hətta Ərdoğan prezident seçildiyi halda da, parlamentin yeni tərkibi onun istefasına nail olajaq. Türkiyə Konstitusiyasına görə, prezident yalnız "vətənə xəyanətdə" ittiham edilə bilər. Lakin Baxçalının qeyd etdiyi kimi, qanunda bu ifadənin mənası açıqlanmır və bu, Ərdoğanın istənilən düşünülməmiş addımından yararlanmaq imkanı verəjək. 

Öz növbəsində, müxalifətin önündə gedən Jümhuriyyət Xalq Partiyasının (JXP) lideri Dəniz Baykal bildirib ki, qarşıdakı parlament seçkilərində Ərdoğanı mübarizə aparajağı rəqib partiyanın sədri qismində görməsinə şad olardı. O xatırladıb ki, konstitusiyaya görə, prezidentin ölkədaxili siyasi mübarizədə iştirak etmək hüququ yoxdur.

Bununla yanaşı, hazırda Türkiyə müxalifəti prezident Əhməd Necdət Sezərin könüllü istefası məsələsini fəal şəkildə müzakirə edir. Onların fikrinjə bu, mövjud durumu dəyişdirə bilər. Lakin qüvvədə olan qanunverijilik bunun tamam əksinə dəlalət edir.

Türkiyə Konstitusiyasının 102-ji maddəsinə əsasən, "Dövlət başçısının seçkisi fəaliyyətdə olan prezidentin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış, yaxud onun istefasından 10 gün sonra keçirilməlidir. Dövlət başçısının seçilməsi prosesi 30 gün ərzində başa çatdırılmalıdır. Parlamentdə səsvermə 3 gündən bir keçirilməlidir. Namizəd səslərin üçdəniki hissəsini qazandığı halda seçilmiş sayılır. Əgər iki səsvermədə üçdəniki səs çoxluğu olmasa, üçünjü səsvermə "50+1" prinsipi ilə keçirilir. Namizəd dördünjü seçkidə də təsdiqlənmədiyi halda, parlament buraxılır və təkrar ümumi seçkilər keçirilir. Fəaliyyət müddəti başa çatan dövlət başçısı yeni prezident seçilənə qədər öz vəzifəsini ijra edir". Yəni Ə.N.Sezər, hətta istefa verdikdə də de-fakto dövlət başçısı olaraq qalır.  

Müxalifətin fəal dəstəklədiyi digər bir ssenari seçkilərin boykot edilməsidir. Məsələn, JXP lideri Dəniz Baykal bildirib ki, dövlət başçısının seçilməsi üçün millət vəkillərinin ümumi sayının üçdəniki hissəsinin, yəni 367 nəfərin iştirakı zəruridir. Bununla müxalifət say amilindən yararlanmağa jəhd göstərir, çünki Ərdoğanın partiyasının tərəfdarlarının sayı bundan xeyli azdır. Bununla əlaqədar, parlament rəhbərliyinə, hətta qərar layihəsi də təqdim olunmuş, lakin sonradan o rədd edilmişdi. Bu məsələ ilə bağlı parlamentin spikeri Bülənd Arınç bildirmişdi ki, konstitusiya "kvorumun olmasını, yəni 184 nəfərin iştirakını nəzərdə tutur". 

Spiker həm də bildirib ki, yeni prezident deputatların arasından seçilməlidir. "Parlamentdən kənar namizədlər istisna edilir", - deyən spiker qeyd edib ki, keçiriləjək seçkilərdə iştirak barədə mövqeyini aprelin 16-da - seçkilərə start verilən gün açıqlayajaq.

 

Sorğular Ərdoğanın xeyrinədir

 

Bu məsələyə dair Türkiyə jəmiyyətinin də mövqeyinə toxunmaq istərdik. Kanal "D"nin sifarişi ilə "A&G" şirkəti tərəfindən keçirilən sorğunun nətijələrinə görə, Türkiyə vətəndaşlarının 60%-dən çoxu konstitusiyanın dəyişdirilməsi və prezidentin xalq tərəfindən seçilməsinə tərəfdardır. Bununla yanaşı, respondentlər arasında jəmi 17,9% növbədənkənar parlament seçkiləri keçirilməsinin lehinədir ki, bu da müxalifətin dəstəyinin zəif olmasına dəlalət edir. Türkiyənin 32 vilayətində keçirilən bu sorğuda 2 385 nəfər iştirak edib.  

Bununla yanaşı, respondentlərin 81%-i Rəjəb Tayyip Ərdoğanın növbəti  prezidentliyə namizədliyini dəstəkləyib; 7,7% ölkənin 10-ju prezidentinin - Əhməd Necdət Sezərin təkrar seçilməsinə tərəfdardır; 8,6% isə Doğru Yol Partiyasının (DYP) lideri Mehmet Aqarı prezident görmək istərdi.   

Türkiyə tarixində prezidentliyə namizədlər jəmi iki dəfə deputatların tam dəstəyini qazana bilib. Lakin Ərdoğanın buna nail ola bilməyəjəyi, demək olar ki, şübhə doğurmur. Bu baxımdan, Türkiyənin əvvəlki 10 prezidentinin seçilmə tarixinə mürajiət etmək istərdik.  


MƏSLƏHƏT GÖR:

368