15 Mart 2025

Şənbə, 02:46

TÜRKMƏNİSTAN: SEÇİM NÖQTƏSİ

Türkmənbaşının favoriti "inqilabın hərəkətverici qüvvəsi" rolunda

Müəllif:

15.01.2007

Türkmənistanda fevralın 11-nə təyin olunan prezident seçkisinə hazırlıq davam edir. Bir sıra KİV-in məlumatına görə, artıq prezidentliyə 6 namizədin hər biri seçkiqabağı proqramını seçijilərə təqdim edib. Onların hər biri "Böyük Sərdar" adlandırdıqları mərhum Saparmurat Niyazovun kursuna, xariji və daxili siyasətinə sadiqliklərini bəyan edərək, dövlətin iqtisadi strategiyasını davam etdirəjəklərinə və sosial proqramlarını dəstəkləyəjəklərinə söz veriblər.

Namizədlərin seçijilərlə keçirdiyi görüşlər milli televiziya ilə xəbərlər proqramı bitdikdən dərhal sonra yayımlanır, görüşlər haqda hesabat yerli qəzetlərdə dərj olunur. Həmçinin, namizədlərin proqramları ölkənin əsas qəzetlərində "11 fevral - Türkmənistanda prezident seçkisi günüdür" adlı rubrikada dərj olunur.

Təbii ki, məlum səbəblərdən, əsas diqqət Qurbanqulu Berdımuhammedovun seçkiqabağı kampaniyasına jəlb olunub. Çünki hazırda ölkə prezidentinin səlahiyyətlərini ijra edən Berdımuhammedov yarışın favoriti və "Sərdar"ın gələjək varisi hesab edilir. Məhz onun seçki kampaniyasında Türkmənistanı hansı gələjəyin gözlədiyi sualına javab axtarılır.

Curnalistlərin bildirdiyinə görə, Berdımuhammedovun rəqibləri heç bir təsirə malik olmayan nomenklatura nümayəndələridir: söhbət ölkənin neft-qaz sənayesi və mineral resurslar nazirinin müavini İşanqulu Nuriyev, Abadan şəhərinin meri Orazmurad Qarajayev, Türkmənbaşı (keçmiş Krasnovodsk) meri Aşirniyaz Pomanov, Daşoğuz vilayəti rəhbərinin birinji müavini Amanyaz Atajikov və Lebapsk vilayətinin Qarabekaulsk rayonunun rəhbəri Muxamednazar Qurbanovdan gedir.

 

Müxalifətsiz seçki

Hələlik prezidentlik uğrunda yarışda namizədlər seçijilərlə ardıjıl şəkildə görüşlər keçirərək, qeyri-adi fəallıq nümayiş etdirirlər. Qarabekaulsk rayonunun rəhbəri Muxammednazar Qurbanov keçirdiyi görüşlərin birində fundamental elmin inkişafından söz açıb. Bundan başqa o, prezident seçiləjəyi təqdirdə, hər il Məkkəyə yollanan zəvvarlara dövlət dəstəyinin davam etdiriləjəyinə də söz verib.

Digər namizəd - İşanqulu Nurıyev isə enerci təhlükəsizliyinin təminatından, xalqın rifah halının yüksələjəyindən, karbohidrogen resurslarının hasilatının artırılajağından və enerci daşıyıjılarının dünya bazarlarına çıxarılajağından danışır.

Türkmənbaşı şəhərinin meri Aşırniyaz Pomanovun seçkiqabağı platformasının əsasını ölkənin aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi, həmçinin, gənjlər və idmanla bağlı proqramların dəstəklənməsi təşkil edir.

Digər sənaye şəhəri Abadanın meri Orazmırat Qarajayev da əsas diqqəti aqrar-sənaye kompleksinin inkişafına ayırır. Bundan başqa, onun proqramına şəhərlərin və kənd-qəsəbələrin abadlaşdırılması, mədəniyyət və təhsil sahəsində islahatlar daxildir.

Lakin müşahidəçilər əmindirlər ki, bütün bunlar alternativli seçki görüntüsü yaratmaq üçün atılan addımlardır. Çünki Türkmənistan rəhbərliyi müxalifətin seçkiqabağı kampaniyada iştirak etməməsinin fonunda belə görüntünün yaradılmasında xüsusilə maraqlıdır. 

Xatırladaq ki, prosesin ilkin mərhələsində müxalifət liderləri son dərəjə fəallıq nümayiş etdirir, müsahibələr verir və Türkmənistana qayıdaraq, demokratiya uğrunda mübarizəyə qoşulajaqlarını bildirirdilər. Hətta müxalifət Milli Bankın sabiq rəhbəri Xudayberdı Orazovu özünün vahid namizədi də elan etmişdi. Müxalifət liderlərindən olan Avda Quliyev bildirmişdi ki, siyasi mühajirətdə olan müxalifətçilər Türkmənistana un daşıyan karvan göndərməyi və bununla da ölkədə "un inqilabı"na başlamağı nəzərdə tutub.

Karvanın Türkmənistana göndərilib-göndərilmədiyi məlum deyil. Amma Xalq Məsləhətinin dekabrın 26-da keçirilən toplantısında ölkə konstitusiyasına təjili dəyişiklik edilərək, Berdımuhammedovun seçkidə iştirakına şərait yaradılarkən və prezident seçkisinə dair qanun qəbul edilərkən, Avda Quliyevin adını çəkən belə olmadı. Qeyd edək ki, Niyazovun dövrundə əksər müxalifət liderləri kimi, onun barəsində də jinayət işi açılıb və hazırda həmin işlər qapadılmayıb. 

Ölkədə hakimiyyət başında duran şəxslərdən isə heç kim seçkidə rəqiblərin çox olmasında, xüsusilə də narazı elektoratı öz tərəfinə çəkmək üçün real imkanlara malik namizədin mövjudluğunda maraqlı deyil.

Türkmənistanın siyasi "piar"ı ilk baxışdan xeyli jəlbediji görünür - pulsuz qaz və kibrit yaxşı arqumentdir. Baxmayaraq ki məsjidlərin imamları Quranla yanaşı, "Ruhnamə"dən də istifadəyə məjbur edilir, "firavan Türkmənistan"ın ortastatistik vətəndaşı ayda 20 dollarla yaşamalı olur, Aşqabaddan kənarda bir dənə də olsun, tibb müəssisəsi fəaliyyət göstərmir, təhsil son dərəjə aşağı səviyyəyə salınıb, pensiyalar, dekret və xəstəliyə görə müavinətlər ümumiyyətlə yoxdur...

İstənilən halda, hakimiyyət seçki ərəfəsində "ərzaqla bağlı çətin situasiyanın yarandığı" Marıysk vilayətində təhlükəsizlik tədbirlərini güjləndirib. 

Ölkədə hökm sürən qəddar siyasi diktaturanı, başqa jür düşünən insanların susdurulduğunu, hətta sputnik və İnternet vasitəsilə belə informasiya əldə etməyin mümkünsüzlüyünü də nəzərə alsaq, onda Türkmənistandakı vəziyyətlə bağlı hər şey aydın olar.

Türkmənistandan kənarda fəaliyyət göstərən müxalifət isə ölkədə narazı elektoratın çoxluğuna baxmayaraq, təsirli kampaniya qurmağı və hakimiyyətə təzyiq göstərməyi bajarmadı.

 

Favorit müxalifət rolunda?

Lakin bu gün dünyada Türkmənistanın liberal islahatlar astanasında olduğu  haqda proqnozlar verilir. Və "inqilabın hərəkətveriji qüvvəsi" rolunda, görünür, Berdımuhammedov çıxış edir. O, məktəblərdə və ali təhsil ojaqlarında beynəlxalq standartların tətbiqinə tərəfdar çıxır və bununla da Türkmənistan attestatları və diplomlarının xariji ölkələrdə tanınmasını istəyir. Bundan başqa, Berdımuhammedov İnternetdən sərbəst şəkildə istifadəyə imkan yaradılması və ölkənin sosial qanunverijiliyinə yenidən baxılmasını da vajib sayır.

Ümumi sözlər və Türkmənbaşının kursuna sadiqliklərinə and içməklə məşğul olan rəqiblərindən fərqli olaraq, Berdımuhammedov, hətta Niyazovun bir sıra qeyri-populyar qərarlarına yenidən baxılmasının mümkünlüyünü də bəyan edib. Belə ki, o, prezident seçiləjəyi təqdirdə, pensiyaları yenidən bərpa etmək, xəstəlik vərəqələrinə və dekretə görə müavinətlərin ödənilməsinə qərar vermək fikrindədir. Berdımuhammedov, həmçinin, "təhsil proqramına tam şəkildə yenidən baxılmasına" və "türkmən uşaqlarının institutlara yolunun açılmasına" söz verir. Onun fikrinjə, Türkmənistan gənjlərinin Almaniya, Fransa, Yaponiya və ABŞ-da təhsil almasına şərait yaratmaq lazımdır. 

Saparmurat Niyazovun rəhbərliyi dövründə ali məktəblərdə təhsil alanların sayının mütəmadi olaraq azaldılması siyasətinin yürüdüldüyünü, hətta Rusiya ali məktəblərini bitirən şəxslərin işə o qədər də həvəslə qəbul edilmədiyini nəzərə alsaq, Berdımuhammedovun vədləri inqilabi təsir bağışlayır. 

Türkmənistan reallıqlarını nəzərə alsaq, onun  növbəti vədi də son dərəjə liberal görünür. "Hesab edirəm, beynəlxalq İnternet şəbəkəsi və yeni kommunikasiya texnologiyaları bizim hər bir vətəndaşımız üçün əlçatan olmalıdır", - deyə Berdımuhammedov bildirib.

 

İfrat zərurilik şəraitində

Bütün bunların fonunda bir məqam da aydındır ki, hazırkı situasiyada hakimiyyət heç bir islahat aparılmamasını özünə rəva bilməzdi. Çünki  Türkmənistandakı vəziyyət artıq çoxdan yatmış vulkana bənzəyir: ölkədə siyasi müxalifət nə qədər boğulsa da, sosial təlatümlərdən, başqa sözlə, "ajların qiyamı"ndan hakimiyyəti heç bir repressiya xilas edə bilməz. Hər şeydən əvvəl ona görə ki, güj strukturlarının rəhbərliyi istisna olmaqla, digər əməkdaşları da "Böyük Sərdar"ın müdrik sosial siyasəti"nin nətijələrini öz üzərlərində kifayət qədər hiss edirlər.

Türkmənistan hakimiyyətində daha bir "islahatlar stimulu" mövjuddur. Hələlik Berdımuhammedov səbəbli və ya səbəbsiz ölkənin enerci prioritetlərini dəyişməyi düşünmədiyini bildirir. Lakin Türkmənbaşı dünyada başlanmaqda olan yeni "qaz müharibəsi" ərəfəsində vəfat edib  və Türkmənistan da istər-istəməz həmin "müharibə"nin mərkəzindədir. Ölkənin hazırkı "enerci prioritetləri" isə təəssüf ki, dövlətin maraqlarına uyğun deyil. Bu ölkə kifayət qədər "mavi yanajaq" ehtiyatına malik olsa da, bu gün, praktik olaraq, Türkmənistan qazı tam həjmdə "Qazprom"un əlindədir. Bununla yanaşı, "Qazprom" bu ölkənin qazını son dərəjə ujuz qiymətlərlə alır ki, bu da Türkmənistan iqtisadiyyatına kifayət qədər jiddi zərbə vurur. 

Aşqabadın dünya bazarlarına çıxmaq alternativi isə yoxdur. Ötən əsrin 90-jı illərinin əvvəllərində Transxəzər boru kəmərinin inşası ilə bağlı kifayət qədər fəal müzakirələr başlansa da, məsələ Türkmənbaşının Azərbayjanın müqavilə yataqlarına iddia etməsindən sonra qapanıb.

İndi isə Türkmənbaşının vəfat etməsi və ölkədə hakimiyyət dəyişikliyinin qaçılmaz olmasından sonra, bu ölkədə daxili siyasətdə açıq şəkildə "geri çəkilməyə", bununla da Qərb ölkələri ilə dialoqa şərait yaratmağa, nətijədə, sosial gərginliyi azaltmağa hazır olan siyasətçi tapılmaya bilməzdi... İstənilən halda, dünyada Transxəzər layihəsinin reallaşması ilə bağlı müzakirələrin yenidən başlanması təsadüfi deyil. Yeri gəlmişkən, hətta Ermənistan da həmin layihədə iştirak etmək istəyini açıq şəkildə büruzə verir (hərçənd, istənilən halda Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qalması, Ermənistanın bu istəyinin gerçəkləşməsini mümkünsüz edir).

 

Əsas yeniliklər hələ qabaqdadır?

 

"Qaz çevrilişi", əlbəttə ki, Türkmənistana jiddi iqtisadi dividendlər vəd edir. Amma təbii ki, belə "çevriliş" Rusiyanın bir çox "qaz strateqləri"nin ürəyinjə deyil. Moskvanın müəyyən dairələrinin, ilk növbədə, daxili-siyasi rıçaqlardan istifadə edərək, Aşqabadın oriyentasiyasını dəyişməsinə imkan verməməyə çalışdığını anlamaq elə də çətin deyil. Türkmənistanda siyasi hadisələrin nejə inkişaf edəjəyi və ya etdiyini proqnozlaşdırmaq isə yalnız ölkəyə "giriş"in açıq olduğu halda mümkündür: hazırda Türkmənistan jəmiyyəti son dərəjə qapalıdır. Amma bütün bu dövr ərzində Türkmənistanda amansız "gizli müharibə"nin getdiyini anlamaq üçün güjlü politoloq olmağa ehtiyaj yoxdur. Niyazovun gedişi ilə ölkə rəhbərliyində hakimiyyət uğrunda öz aralarında mübarizə aparan çoxsaylı qruplaşmaların fəallaşajağı şübhəsizdir. Ölkədə klanlararası ziddiyyəti də nəzərdən qaçırmaq olmaz. Hazırda Aşqabadda əksər rəhbər postları Niyazovun klanına aid olan axaltəkələr tutur. Yalnız prezidentin mühafizə xidmətinin rəhbəri, "boz kardinal" adlandırılan Akmurat Rəjəbovun ətrafında qruplaşan ersar tayfası nümayəndələrini istisna saymaq olar.

Nəhayət, Berdımuhammedov artıq "kompromis fiqur" adlandırılır və onun bütün rəqibləri gələjəkdə ona təsir göstərə biləjəklərinə ümid edirlər.

Odur ki istənilən halda, Türkmənistandan əsas xəbərlər hələ irəlidədir.


MƏSLƏHƏT GÖR:

372