15 Mart 2025

Şənbə, 02:36

"QARA QIRĞI"NIN UÇUŞU

ABŞ və somalinin qonşuları bu ölkədə "qayda-qanun yaratmaq" fikrinə düşüb

Müəllif:

15.01.2007

On il əvvəl bu ölkənin adı mətbuatın ön səhifələrindən düşmürdü. KİV-lər general Aydid, qətlə yetirilmiş və jəsədləri paytaxt Moqadişonun tozlu küçələrinə atılmış amerikalı dəniz piyadaları haqda saysız-hesabsız reportaclar hazırlayırdı. Sonradan Hollivudda lentə alınmış "Qara qırğı"nın ölümü" adlı bədii filmin ssenarisi də məhz Somalidəki həmin fajiəli hadisələr əsasında yazılmışdı (etibarlı mənbələr iddia edirlər ki, İraq kampaniyasına hazırlaşan zaman amerikalı hərbçilər bu filmdən dərs ləvazimatı kimi istifadə etmişdilər).

Amma sonradan Somali bir müddət unuduldu. İndi isə Amerika aviasiyasının "Əl-Qaidə"nin bu ölkədəki infrastrukturunu məhv etmək məqsədilə Somaliyə endirdiyi zərbələr, bu ölkənin adını yenidən gündəmə gətirdi.

Mətbuatın məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri "Əl-Qaidə" terrorçu şəbəkəsinin Somali ərazisindəki mövqelərinə raket zərbələri endirib. "Reuters" xəbər verir ki, ilk zərbələr axşamdan bir qədər keçmiş Xayo kəndinə tuşlanıb. ABŞ HHQ-yə məxsus AJ-130 təyyarələri qonşu Jibutidəki bazalardan havaya qalxaraq, terrorçuların Somalinin jənubundakı mövqelərinə, minimum, iki zərbə endirib.

Bir gün sonra ərazi yenidən raket atəşinə tutulub. ABŞ rəsmilərinin etirafına görə, aviareydlərdə məqsəd "Əl-Qaidə"nin Şərqi Afrikadakı üç yüksəkrütbəli liderinin məhvidir. Qeyd edək ki, onlar 1998-ji ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində törədilmiş partlayışlarda günahkar bilinirlər. Bundan dərhal sonra məlumat yayıldı ki, üç gün davam edən aviareydlər nətijəsində, həmin  üç terrorçudan biri qətlə yetirilib. Bir qədər sonra Somali prezidenti administrasiyasının rəhbəri Abdirizak Hassan də curnalistlərə təsdiqləyib ki, Amerika HHQ-nin əməliyyatı nətijəsində, terrorçu Fazul Abdulla Məhəmməd öldürülüb. O, 1998-ji ildə Birləşmiş Ştatların Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasında əsas günahkarlardan biri sayılırdı. Xatırladaq ki, həmin hadisələr zamanı 250-dən artıq insan həlak olmuşdu.

Somali hökumətinin nümayəndəsinin sözlərinə görə, Amerika tərəfi bu ölkə rəhbərliyinə aviareydlərin keçirilməsinin məqsədini özündə əks etdirən məruzə və əraziyə vurulan zərərin siyahısını təqdim edib. "Onlar bildirir ki, Fazul Abdulla Məhəmməd öldürülüb", - deyə prezident administrasiyasının rəhbəri qeyd edib. Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu Əfqanıstanda Üsəma bin Ladenin rəhbərliyi altında təlim keçmiş Abdulla Məhəmmədin başına 5 milyon dollar mükafat vəd etmişdi. Amerikalıların bildirdiyinə görə, o, ABŞ-ın Keniya paytaxtı Nayrobi və Tanzaniyanın Dar-əs-Salam şəhərindəki səfirliklərinə hüjum planlaşdırıb, həmçinin, bir sıra digər terror aksiyalarının təşkilində günahkar bilinir. Onların sırasına Keniya mehmanxanasında törədilən və 13 nəfərin ölümünə səbəb olan terror aksiyası da daxildir. Bundan başqa, Abdulla Məhəmməd 2002-ji ildə İsrail təyyarəsinin vurulmasına jəhd göstərsə də, atılan raketlər hədəfə dəyməyib.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Somaliyə hava zərbələri artıq bu ölkənin ərazisinə Efiopiya qoşunlarının daxil olmasından sonra endirilib. Artıq on illərdir, vətəndaş müharibəsinin getdiyi Somalidə beynəlxalq aləm tərəfindən tanınan hökumət ölkənin kiçik bir ərazisinə nəzarət edir. Ölkəni, faktik olaraq, nəzarətə götürən "İslam Məhkəmələri Şurası" qruplaşmasının üzvləri hökumət qüvvələrinə qarşı həllediji hüjuma hazırlaşdığı bir vaxtda, Efiopiyanın Hərbi Hava Qüvvələri Somali ərazisini bombardman edib. Şahidlərin sözlərinə görə, Efiopiya bombaları Baladveyn və Bandiradli şəhərlərinə atılıb. Efiopiyanın informasiya naziri Berxan Xailu bildirib ki, "Efiopiya hökuməti uzun müddət səbir nümayiş etdirsə də, artıq özünümüdafiə haqda qərar qəbul olunub": "Biz "İslam məhkəmələri şurası" və beynəlxalq terrorçu qruplara qarşı əks-hüjuma keçmək fikrindəyik", - deyə o vurğulayıb.

Efiopiyanın Baş naziri Meles Zenavi də onun ölkəsinin Somalinin böyük hissəsini özünə tabe edən "İslam məhkəmələri şurası"na qarşı müharibə etdiyi gizlətməyib. Bununla yanaşı, hökumət başçısı inanır ki, onun ölkəsini müharibəyə məjbur ediblər: "Bizim səbir nümayiş etdirməyimiz zəiflik kimi qəbul olundu. Bu səbəbdən müharibəyə başlamalı olduq və məqsədimiz onu qısa müddətə qələbə ilə başa vurmaqdır". 

Baş nazir qələbədən dərhal sonra, ordunun Somalidən çıxarılajağına da söz verib. "Biz tam əminik ki, Somali xalqının taleyini yalnız xalqın özü müəyyənləşdirə bilər. Bizim ordumuz missiyasını başa vurduqdan dərhal sonra oradan çıxarılajaq. Efiopiya yalnız öz suverenliyini qorumağa çalışır. Bizim Somalidə hansısa hökumət formalaşdırmaq fikrimiz yoxdur", - deyə M.Zenavi qeyd edib.

Hərbi əməliyyatlar nətijəsində, artıq yeni ilin ilk günlərində islamçılar Keniya ilə sərhəddə yerləşən Doble şəhərini tərk etməli olub. Somalinin Baş naziri Əli Məhəmməd Gedinin bildirdiyinə görə, artıq əsas hərbi əməliyyatlar bitib.

Amma bundan bir qədər sonra Somali sahillərinə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yan alıb. ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Vaşinqton Somalinin qonşuları ilə sıx əməkdaşlıq edir, məqsəd isə devrilmiş islamçı hökumət üzvlərinin aradan çıxmasının qarşısını almaqdır.

Amma bir məqam da var ki, Somalidə yeni hərbi əməliyyatların baş qaldırdığı ilk günlərdə ABŞ "İslam məhkəmələri şurası" ilə "Əl-Qaidə"ni əlaqələndirməyə tələsmirdi. Lakin bir qədər sonra "Əl-Qaidə"nin "boz kardinalı" Ayman əz-Zəvaxirinin islamçılara məxsus İnternet saytlarının birində yerləşdirilən mürajiətində Efiopiya qoşunları "işğalçı" adlandırıldı. Üsamə ben Ladenin "sağ əli" bəyan etdi ki, BMT Təhlükəsizlik Şurası bu hüjuma haqq qazandırmaq məqsədi ilə razılaşma hazırlayır və bununla da qurum Somaliyə beynəlxalq qüvvələrin göndərilməsinə dair qətnamə qəbul edəjək: "Efiopiya qoşunlarının Somalini tərk etməsini tələb edən qətnamə isə qəbul olunmayajaq". Tərəfdarlarını Somalidə Efiopiya qoşunlarına qarşı jihada çağıran Zəvaxiri bəyan edib ki, burada baş verənlərin arxasında ABŞ dayanır. "Bu gün Amerika əvvəlki illərlə müqayisədə zəifləyib. Çünki müjahidlər ona Əfqanıstan və İraqda məhvediji zərbələr endirib. Bu üzdən də ABŞ öz qullarını sizin üzərinizə göndərib", - deyə "Əl-Qaidə" lideri Somali müsəlmanlarına mürajiətində bildirib.

Bununla yanaşı, bir fakt da məlumdur ki, "Əl-Qaidə" şəbəkəsinin Afrikada mövjudluğu haqda məlumatlar yeni deyil. Ben Ladenin "Afrika şəbəkəsi"nin mövjudluğu hələ Nayrobi və Dar-əs-Salamdakı partlayışlarla bağlı keçirilən məhkəmə prosesində təsdiqlənmişdi. 38 yaşlı mərakeşli şahid Əl-Hüseyn Kerçtunun verdiyi ifadəyə əsasən, o, digər şübhəli şəxs, Məhəmməd Sadiq Odeh adlı birisi ilə "Əl-Qaidə"nin Əfqanıstandakı düşərgəsində təlim keçdikdən sonra, "islamçı"lara kömək etmək üçün Somaliyə göndərilib. O, həmçinin, ikinji şübhəli şəxs Vahid əl-Haqqın 1994-1995-ji illərdə Keniyada "Əl-Qaidə" qruplarından birinin tərkibində fəaliyyət göstərdiyini də təsdiqləyib. 

Nəhayət, ABŞ-da Üsamə ben Laden lap əvvəldən Somalidə amerikalı hərbçilərin qətlində günahlandırılırdı.

Terror şəbəkəsinin belə geniş joğrafiyası haqda deyilənlər, çətin ki, təsadüf olsun. Somali ərəb dünyası üçün "Qara Afrika"ya ənənəvi qapıdır. Qitənin şimalına hələ birinji xəlifənin dövründə ərəblər köçürülüb. Joğrafiyaşünasların bildirdiyinə görə, məşhur musson küləkləri yarım il yelkənli qayıqları Ərəbistan yarımadasından məhz Somali sahillərinə tərəf qovur. Bundan sonra külək istiqamətini dəyişir və əks tərəfə əsir ki, bu da gəmilərin geri qayıtmasına kömək edir. Odur ki ərəb tajirləri hələ lap qədim zamanlardan Somaliyə diqqət yetiriblər.

Ben Ladenin Somali ilə əlaqələri haqda son illər kifayət qədər fikirlər səslənir. Amma məsələ bundadır ki, terrorçuların Somalidə mövjudluğu "Əl-Qaidə"nin özünü elan etməsindən əvvəllərə gedib çıxır. 

Somalidə möhkəmlənən ilk terrorçu təşkilat Beyrut Universitetinin iki xristian-ərəb tələbəsi Jorj Habbaş və Vadi Hadda tərəfindən yaradılmış Fələstinin Xalq  Azadlığı Jəbhəsi olub. Məhz Haddad 6 günlük müharibədə məğlub olduqdan sonra, qisas vasitəsi kimi terrordan istifadə edilməsi təklifi ilə çıxış edib. Bundan sonra Fələstinin Xalq Azadlığı Jəbhəsində ASALA-nın gələjək lideri Akop Akopyan, Karlos "Şakal" kimi tanınan İliç Ramires Sançes və b. məşhur beynəlxalq terrorçular ilkin fəaliyyətlərinə başlayıblar. Həmçinin, bu qruplaşma "Rote Armee Fraksion", "Akson Direkt", "Yaponiyanın Qırmızı Ordusu" kimi çoxsaylı solçu terror təşkilatları ilə sıx əlaqələrə malik idi. Məlum olub ki, "Fələstin Xalq Azadlığı Jəbhəsi"ndə yaraqlılar, əsasən, aviaterrorizm sahəsində "ixtisaslaşıblar" və onların "hesabında" 1970-ji ildə Nyu-Yorka uçan dörd sərnişin təyyarəsinin sinxron şəkildə ələ keçirilməsindən tutmuş, 2001-ji ilin məşhur 11 Sentyabr hadisəsinədək bir sıra terror aksiyaları var.

İsrail mənbələrinin məlumatına görə, "Fələstin Xalq Azadlığı Jəbhəsi"nin Somalidəki bazaları, əsasən, Britaniyanın müstəmləkəsi olmuş bu ölkənin bir müddət Çinlə müttəfiq olduqdan sonra oriyentasiyasını Moskvaya tərəf dəyişməsi nətijəsində yaranmağa başlayıb və SSRİ-nin himayəsi altına keçmək istəməyən Keniya onların hədəfinə çevrilib. Terrorçuların Keniyaya təzyiqi isə oricinal olub: ölkə ərazisində məskunlaşan terrorçular buradan İsrail və Qərb ölkələrinə qarşı terror aksiyaları hazırlamağa başlayıb.

"Fələstin Xalq Azadlığı Jəbhəsi" ilə müqayisədə, almaniyalı terrorçularının "Afrika yolu" daha az tədqiq olunub. Yalnız bir faktı gətirək: 1977-ji ilin oktyabrında həbsdə olan silahdaşlarının azad edilməsi tələbi ilə "Lüfhanza" şirkətinə məxsus təyyarəni girov götürən RAF terrorçuları onun məhz Moqadişoya endirilməsində israr edirdi. 

Bir sözlə, Somalidə terrorçu şəbəkə hələ "Əl-Qaidə" adının heç kimə tanış olmadığı dövrlərdə də mövjud olub.

Hazırkı proseslərə qayıdaraq qeyd edək ki, BMT-nin Baş katibi Pan Qi Mun ABŞ aviasiyasının Somaliyə zərbələr endirməsindən narahatlığını ifadə edib. Belə ki, əməliyyat nətijəsində həlak olanlar arasında dinj sakinlər də var. Baş katib qeyd edib ki, "Belə hallar münaqişəni daha da qızışdıra və düşmənçiliyin daha da artmasına səbəb ola bilər". 

Təəssüf ki, baş katibin xəbərdarlığı əsassız deyil: ABŞ-ın islamçıların mövqeyini atəşə tutmasının ardınja Moqadişoda Efiopiya qoşunları ilə Somali silahlıları arasında toqquşmalar başlanıb. Nətijədə, Somali və Efiopiya qoşunlarının birgə hissələrinin paytaxtdakı mövqeləri qumbaraatanlardan atəşə tutulub və insan tələfatı qeydə alınıb. Hökumət qüvvələri şəhərin küçələrində güjləndirilmiş patrul xidməti aparır, mümkün daldanajaqlarda axtarışlar aparırlar. Hökumət qoşunlarına və Efiopiya hərbçilərinə silahlı həmlələrin başlanmasını Somalinin müxtəlif dairələri ABŞ-ın problemə fəal müdaxiləsi ilə əlaqələndirir.

Buna baxmayaraq, ABŞ və Somalinin yaxın qonşuları Afrikanın bu hissəsini tamamilə "təmizləməkdə" qərarlıdır. Heç kim qonşuluğunda nəzarətsiz ərazinin mövjudluğunu istəmir və bu baxımdan, Pan Qi Munun çağırışları, çox güman ki, elə BMT-nin öz nüfuzuna zərbədən başqa bir şey olmayajaq.

 


MƏSLƏHƏT GÖR:

358