
Sic transit gloria mundi*
Səddam Hüseyn: devrilmiş diktator, şəhid, yoxsa simvol?
Müəllif: Anastasiya TİXİNOVA Bakı
Səddam Hüseynin 2007-ji ilədək yaşaması üçün jəmi bir günü çatmadı. İraq məhkəməsinin çıxardığı edam hökmünə 2006-jı ildə dekabrın 30-u səhərə yaxın əməl olundu.
Səddamın asılması dünya birliyi tərəfindən birmənalı qarşılanmadı. Edam kürsüsünə qalxıb, ölümünü gözləyən keçmiş diktatorun görüntüləri, həmin gün televiziya ilə xəbərləri izləməyə majal tapmış hər bir kəsin yeni il ovqatını pozmaya bilməzdi. Əhali arasında Səddama ürəyi yananlar və onun edamının telekanallarda şouya çevrilməsinə hiddətlənənlərlə yanaşı, "Nəhayət, ədalət zəfər çaldı" deyənlər də oldu. Hətta bu hadisə bəzilərinin həyatına son da qoydu. Rəsmi məlumatlara əsasən, Texas ştatında 10 yaşlı Serjio Peliko televiziya ilə Səddamın asılması kadrlarına baxdıqdan sonra, "oxşar eksperiment aparmaq və ya gördüklərini improvizə etmək qərarına gəlib, amma situasiya nəzarətdən çıxıb". Başqa sözlə desək, uşaq bilmədən boğulub ölüb.
Dünyanın digər ölkəsində - Əljəzairin Oran şəhərində isə 35 yaşlı əljəzairli qadın bilərəkdən bu yolu seçib: Səddamın ölüm kadrlarını izlədikdən sonra, o belə qənaətə gəlib ki, artıq dünyada müqəddəs heç nə qalmayıb, insanlar vəhşiləşib və insanlığı itirib. Buna görə də, qadın özünü pənjərədən ataraq, intihar edib…
Şekspirsayağı edam
Məlum olduğu kimi, eks-prezidentin edamı zamanı, orada olanlardan biri bu səhnəni mobil telefon vasitəsilə çəkib. Sonradan geniş yayılmış bu kadrlarda edam səhnəsi ilə yanaşı, kənardan kimlərinsə Səddama "jəhənnəmə düşməyi" arzuladığı da aydın eşidilir. Diktatorun ayaqları altındakı lükün açılmasından sonra isə kimsə lap şekspirsayağı qışqırır: "Tiran devrildi!".
Amma o, həqiqətənmi devrildi? Həyatının sonlarına yaxın Səddamı KİV-də, əsasən, "devrilmiş diktator" adlandırsalar da, onun edamından sonra sabiq prezident artıq "ədalətsiz məhkəmənin qurbanı" və "şəhid", yəni "müqəddəs" adlandırılmağa başlandı. Müqəddəslərin isə, məlum olduğu kimi, davamçıları olur və onlar kumirlərinin heç vaxt yaddaşlardan silinməməsi üçün əllərindən gələni edir. Onlar üçün ən ümdə məqsəd isə, "kumirləri"nin qatillərindən qisas almaqdır. Beləliklə, Hüseynin ölümünün yeni, özü də heç də sülhxarakterli olmayan hərəkatların yaranmasına səbəb olajağına şübhə yoxdur.
Artıq bir müddət əvvəl BƏS Ərəb Sosial Dirçəliş Partiyasının Fələstin nümayəndəliyi muxtariyyət ərazisində "Şəhid Səddam Hüseyn Briqadası" adlı yeni terrorçu təşkilatın yarandığını bəyan edib. Fələstin BƏS-in Mərkəzi Komitəsinin üzvü Məhəmməd Əl-Atal sabiq liderin ölümündə İsrail, ABŞ və İranı ittiham etməklə isə yeni qruplaşmanın hədəfini açıq şəkildə ortaya qoyur.
Səddamın edamından dərhal sonra, sabiq diktatorun İnqilab Komandanlığı Şurasındakı keçmiş müavini İzzət İbrahim əl-Duri BƏS-in İraq qanadının lideri seçilib. Qeyd edək ki, əl-Duri hələ də azadlıqdadır və onun yeri məlum deyil.
Səddamın edamını hiddətlə qarşılayan yalnız onun keç-miş həmfikirləri olmadı. Sabiq prezidentin məhz müsəlmanların müqəddəs Qurban Bayramı ərəfəsində edam olunması, bir çox müsəlman ölkələrində çaşqınlıqla qarşılandı. Bundan əvvəl isə bir sıra hüquq-müdafiə təşkilatları, ümümiyyətlə, edamın ijrasına qarşı çıxmışdı (buraya "Beynəlxalq amnistiya" və "Human Rights Watch" təşkilatları da daxildir). Həmçinin, Vatikan rəsmiləri bəyan etmişdilər ki, edam hökmü "qana-qan" prinsipini ortaya qoyur.
Avropa İttifaqına gəlinjə, Köhnə Dünya ölkələri də məhkəmənin sabiq diktator haqda çıxardığı qərarı şübhə altına qoymasa da, bu hökmün ijrasına qarşı çıxmışdı.
Beləliklə, İraq məhkəməsinin qərarı yalnız Ağ ev administrasiyası və yaxınları vaxtilə Səddamın əmri ilə öldürülmüş şəxslər tərəfindən alqışlandı.
Şəhid olmaq
Bir daha xatırladaq ki, İraq məhkəməsi Səddamı 1982-ji ildə Düdjeyl kəndində ona qarşı sui-qəsddə ittiham olunan 148 şiənin qətlində təqsirli bilərək, 2006-jı il noyabrın 5-də ölüm jəzasına məhkum etmişdi. Eks-diktatorla yanaşı, İraq kəşfiyyatının keçmiş rəhbəri Barzan əl-Tikriti və İraq İnqilab Məhkəməsinin sabiq sədri Avad Həmid əl-Bander barəsində də eyni qərar çıxarılıb. Daha 4 müttəhim isə 15 ildən ömürlük həbsədək müxtəlif jəzalar alıb. Məhkəmə qarşısında dayananlardan yalnız birinə bəraət verilib.
Əlbəttə, sabiq diktatorun vaxtilə ağır jinayətlər törətdiyinə şübhə edən yoxdur. Sadəjə, onun edamının nə dərəjədə vajib olması bir sıra suallar yaradır. Axı ölüm hökmünü ömürlük həbs jəzası ilə də əvəz etmək olardı. Belə olardısa, jəmi bir ildən sonra Səddam yalnız hüquq-müdafiə təşkilatları üçün maraq kəsb edəjəkdi və çətin ki, kimlərinsə nəzərində o, qəhrəman və ya şəhid qismində görünərdi…
Odur ki keçmiş prezidentin nümayişkaranə şəkildə asılmasının yersiz olduğu və bunun üçün hətta vaxtın da düzgün seçilmədiyi qənaətinə gəlməmək mümkün deyil. Əgər edamdan sonra ölkədə vəziyyət, nisbətən də olsa, yaxşıya doğru dəyişsəydi, onda bəlkə də hökmün ijrasına nejəsə haqq qazandırmaq olardı. Amma bu da baş vermədi. Əksinə, Səddamın edamından sonra - 2007-ji ilin ilk günlərindən etibarən İraqda partlayış səsləri eşidilir. Və əminilklə söyləmək olar ki, bu partlayış səsləri hələ uzun zaman kəsilməyəjək. Çünki eks-diktatorun ölümü İraqı sabit və bütöv görmək istəməyən qüvvələrin müqaviməti davam etdirməsi üçün əlavə bir bəhanə oldu.
Diktatorun vəsiyyəti
Həbsdə olduğu müddətdə Səddam həddindən artıq sentimentallığı ilə yadda qaldı. O, bu vaxt ərzində iki sevgi romanı, həmçinin, hakimlər və məhbuslara həsr olunmuş şeirlər yazdı. Səddamın xarakterindəki bu yenilik, onu həyatının son anlarında da tərk etmədi. Haqqında ölüm hökmünün çıxarıldığını bildikdən sonra, Səddam yeni şeir yazdı və bir qədər sonra, həmin şeir onun vəsiyyətinə əlavə edildi. "Onu azad et" adlı son şeirində S.Hüseyn xalqa mürajiət edir. O bildirir ki, özünü "heç vaxt yadellilər qarşısında diz çökməyən iraqlıların uğrunda qurban verir". Yadellilərə xidmət edənlərə gəldikdə, Səddamın fikrinjə, "onlar ağlamağa məjbur olajaqlar".
Razılaşın ki, bu kəlmələr anda və mübarizənin davam etdirilməsinə dair göstərişə çox bənzəyir.
Səddamın edamı dolayısı ilə İraqda şiələrin dominantlıq etdiyini göstərdi. Artıq bu, fakta çevrilsə də, qarşı-qarşıya duran qruplaşmalar, çətin ki, hazırkı durumla barışsınlar. Bu isə o deməkdir ki, hələ uzun müddət İraqdan gələn qanlı xəbərlərin şahidi olajağıq.
Sonu nejə olajaq?
Səddamın edamının effekti müxtəlif jür şərh olunsa da, artıq hadisələrin inkişafına təsir göstərən digər faktorlara diqqət yetirmək lazımdır. Çünki Səddam siyasi arenanı çoxdan tərk edib. Eks-diktator kimlərinsə gözündə müqəddəs şəhid kimi görünsə də, artıq o, dünyasını dəyişib. Yaxın Şərqdə böyük siyasi oyun isə tam güjü ilə davam edir. Bu oyunda getdikjə tamamilə başqa kartlar açılır və buraya xüsusilə Suriya və İran "kartlarını" aid etmək olar.
Qeyd etdiyimiz kimi, artıq Səddam əbədi olaraq müqavimət rəmzi kimi qəbul olunajaq. Amma kimə qarşı müqavimət? Bax, bu sualın javabı, baxış bujağından asılıdır. Çünki o, sünnilər üçün şiələr və kürdlərə qarşı müqavimətin, əksər iraqlılar üçün kənar qüvvələrin, o jümlədən, İranın təzyiqlərinə qarşı müqavimətin simvoluna çevrilməkdədir. Nəhayət, amerikalıların Yaxın Şərqdə mövqelərini möhkəmləndirməsini istəməyənlər üçün isə mərhum diktator ABŞ-a qarşı müqavimətin rəmzi olajaq.
Amma bütün bunlarla yanaşı, Səddam Hüseynin edamı müsbət effekt də verə bilər: BMT Baş Assambleyasının növbəti sessiyasında, ümumiyyətlə, dünyada ölüm hökmünün ləğvi məsələsinin müzakirəyə çıxarılajağı ehtimal olunur…
MƏSLƏHƏT GÖR: