
TƏBİƏTƏ OLAN BORC
Ümumdünya təbiəti mühafizə fondunun Azərbaycan təmsilçiliyi öz fəaliyyəti üçün məhz bu prinsipi əsas götürüb
Müəllif: Səbinə ƏLİYEVA Bakı
1961-ji ildə biri rəssam, ikinjisi alim, üçünjüsü isə sənətkar olan üç dost London heyvanxanasında gəzərkən qəfəsdə pandanı görür və ona valeh olurlar. Pandanın gözlərində donub-qalmış imdad çağırışı ən daşlaşmış ürəyi də yumşalda bilərdi. Bu baxış həmin üç dostun qəlbinə elə nüfuz edir ki, onlar bütün həyatlarını vəhşi təbiətin mühafizəsinə həsr etmək qərarına gəlirlər. Onların Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) yaratmaq və bu mehriban heyvanı təşkilatın rəmzi seçmək barədə qərarlarının əsasını da elə məhz bu tarixi hadisə təşkil edir.
Lakin əksər hallarda olduğu kimi, bu halda da təkjə xoş niyyət kifayət etmədi, çünki fondun jiddi maliyyə yardımına ehtiyajı vardı. Belə olan halda, təsisçilər Niderland şahzadəsi Herxarda məktubla mürajiət etdilər. Yardımçı olajağını vəd edən şahzadə məktubu Avropanın bütün imkanlı ailələrinə ünvanlayaraq, fonda maliyyə dəstəyi göstərmələrini xahiş etdi. Məktubu alanlardan heç kim bu işdən kənarda qalmadı və nətijədə, 10 mln dollar toplandı ki, bu da əsas məqsədi yerin bioloci rəngarənliyinin qorunub-saxlanılması olan fonda fəaliyyətə başlamaq imkanı verdi. WWF-in Azərbayjanda da təmsilçiliyi var. Bu təşkilatın ölkəmizdəki fəaliyyəti barədə danışmaq üçün onun Azərbayjandakı təmsilçiliyinin direktoru jənab Tale Şəmçiyevlə görüşdük.
-Fondun fəaliyyəti və onun əsas iş prinsipləri barədə nə deyə bilərsiniz?
- WWF-in qərargahı İsveçrədə, Jenevrə gölünün sahilindəki füsunkar Qland adlı yerdə yerləşir və təşkilatın bütün planetdəki şəbəkəsinin işini də elə məhz o əlaqələndirir. Lakin bir qayda olaraq, bu təşkilat milli təmsilçiliklərini o qədər də tez-tez açmır. Üstünlük regional proqram ofislərinin yaradılmasına verilir ki, bunlar bölgənin bir neçə ölkəsindəki layihələrə rəhbərlik edir. Məsələn, Afrika kimi nəhəng bir qitədə WWF jəmi 5 regional və 3 proqram ofisi açıb. Bu baxımdan, 1 oktyabr 2006-jı ildə Azərbayjanda WWF milli ofisinin açılmasını qanunauyğunluq kimi yox, istisna kimi qiymətləndirmək daha düzgün olardı. Əslində, bu addım son 3 ildə Azərbayjanda WWF-in Qafqaz proqram ofisi qismində fəaliyyət göstərdiyimiz zaman WWF-İnternational-ın etimadını qazandığımızın sübutudur.
Hazırda WWF təmsilçilik və milli təşkilatları dünyanın 130 ölkəsində fəaliyyət göstərir. Hər il onlar təbiətimühafizənin ən müxtəlif sahələrində 1200-dən artıq layihə gerçəkləşdirir, bu problemlərə və onların həllinə milyonlarla insanın diqqətini jəlb edir, bu məqsədlə, təxminən, 340 mln dollar vəsait xərjləyirlər.
WWF-in missiyası planetin təbii mühitinin artmaqda olan deqradasiyasının qarşısını almaq, insanla təbiətin harmoniyasına nail olmaqdır.
WWF-in Azərbayjandakı ofisi də qarşısına elə həmin vəzifələri qoyur. Biz heç də ambisiyalı təşkilat deyilik, çünki fəlsəfəmiz gəlişimizə sevinənlərin olduğu yerdə işləmək, həqiqətən ehtiyajı olanlara yardımçı olmaqdır. Lakin bir ambisiyamızı gizlətmirik - işimizi çox yüksək səviyyədə qurmaq istəyirik.
-WWF Qafqaza nə vaxt gəlib və Azərbayjanda hansı layihələri həyata keçirib?
-WWF Qafqaza 1994-jü ildə Gürjüstan Elmlər Akademiyasının bir neçə gənj üzvündən ibarət təşəbbüs qrupunun timsalında gəlib. Bu gün Ümumdünya Təbiəti Mühafizə Fondu Qafqazda Tbilisidə yerləşən və WWF-in bölgənin altı ölkəsində - Şimali Qafqaz (Rusiya), Türkiyə, Gürjüstan, Azərbayjan, İran və Ermənistanda təbiətimühafizə işini əlaqələndirən proqram ofisilə təmsil olunub. WWF-in Qafqaz ofisi (WWF CauPo) fondun ümumdünya şəbəkəsində ən nüfuzlu, mobil və yaxşı təşkilatlanmış halqalarından biridir.
WWF Azərbayjanda 2003-jü ildən etibarən - WWF CauPo ölkəmizdə ofis açmaq barədə qərar qəbul etdikdən sonra, daha intensiv şəkildə işləməyə başlayıb. O zaman əvvəllər başlanan layihələr daha geniş miqyasda davam etdirilmiş, yeni layihələr meydana çıxmışdır - "Təbiətin mühafizəsi üzrə trast fondunun (Etimad Fondunun) yaradılması", "Nəjib Qafqaz maralının populyasiyasının mühafizəsi və reabilitasiyası", "Şirvan Milli Parkının idarəolunmasının təkmilləşdirilməsinə dair təxirəsalınmaz tədbirlər" (ATƏT-in Azərbayjan təmsilçiliyi ilə birlikdə), "İori (Qabırrı) çayıboyu Tuqay meşələrinin yox olmasının qarşısının alınması" (bu layihə bizdən asılı olmayan səbəblər üzündən dayandırılıb) və bir çox başqaları.
WWF-in Azərbayjanda ilk layihələri 6 il bundan əvvəl gerçəkləşdirilməyə başlanıb. Onlardan ən önəmliləri "Qafqaz ekobölgəsində bəbirin mühafizəsi" layihəsi və İsmayıllı rayonunun Topçu kəndində "Dərman bitkilərindən sabit istifadəyə dəstək" model layihəsidir. Hər iki layihə WWF mühitində çox maraqlı və uğurlu kimi qəbul edilib. Təəssüf ki, Azərbayjanın bir çox sakini ölkəmizdə bəbir olması faktına təəjjüblənir. Bəli, bəbirlər Girkan meşələrində, İranla sərhəddə və Ordubadda, Ermənistanla sərhəddə qalmaqdadır. Artıq ardıjıl 4 ildir, WWF-in azərbayjanlı əməkdaşları, bizim köməkçilər yerlərdə bəbirin mühafizəsi üzrə məqsədyönlü iş aparırlar.
Əlbəttə, bu yaxınlarda Jəlilabad rayonunda bəbir öldürülməsi bizi çox məyus etdi. Təmsilçiliyimiz bəyanat verərək, bu halı kəskin pislədi və ümumi səylərlə belə hadisələrin qarşısını almağa çağırdı. Lakin burada çox injə, lakin dürüst bir hədd çəkmək zəruridir: biz Azərbayjanda bu nadir heyvanın mühafizəsini könüllü şəkildə həyata keçirən beynəlxalq qeyri-hökumət təşkilatıyıq. Bizim duruma nəzarət etmək, inzibati təsir göstərmək üzrə heç bir səlahiyyətimiz yoxdur. Vəzifəmiz yerli əhali arasında maarifləndirmə işi aparılması, bu işi xidməti borj kimi yerinə yetirməli olan təşkilat və ijmalara dəstək, yəni yardım göstərilməsi yollarının axtarılması və tapılmasıdır.
- WWF-in Azərbayjanda bəbiri mühafizə etmək üzrə işi konkret olaraq nədən ibarətdir?
- Bu, bir neçə istiqamətdən ibarət olan kompleks işdir. Onlardan biri Girkan və Ordubad milli parklarının təşkilati baxımdan möhkəmləndirilməsi ilə bağlıdır. Biz Girkan Milli Parkına ofis texnikası, mobil rabitə vasitələri, optik vasitələr alınmasında, həmçinin, Milli Parkın idarəolunması planının işlənilib-hazırlanmasında yardımçı olduq. Ordubad Milli Parkı üçün isə təşkilatımız yüksək keçijiliyə malik 2 avtomobil, kompüter texnikası, mobil rabitə vasitələri, optik avadanlıq ayırdı. Növbəti istiqamət bəbirlərin mühafizəsinə yönəldilmiş təbliğat işindən ibarətdir. Bu iş həm yaşlı əhali, həm də uşaqlar arasında aparılır.
Bəbirlərin mühafizəsi üzrə fəaliyyətin daha bir istiqaməti kompensasiya mexanizmindən istifadədir ki, bu, işimizdə önəmli dəstək olajaq. Bu mexanizm bəbirin ev heyvanlarına hüjum etməsindən zərərçəkən kəndlilərə adekvat ödənj verilməsini nəzərdə tutur.
Biz yaxın aylarda yerli bəbirin fotoşəklini çəkməyi planlaşdırırıq. İndiyədək Azərbayjanda bu heç kimə nəsib olmayıb və bu məqsədlə İsveçrədən fototələlər gətirtmişik.
- Azərbayjanda təbiətimühafizə tədbirlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün etimad fondunun yaradılması ideyasından danışın.
- WWF müvafiq təşəbbüslə Almaniya İnkişaf Bankının dəstəyi ilə çıxış etdi. Bu təşkilatlar Qafqazda təbiətin mühafizəsi üzrə regional Trast Fondu yaradılması imkanını araşdırmaq təklifini irəli sürdü. Hər il üzv ölkələrdən hər biri təbiətimühafizə layihələri yaradajaq, ekoloci qurumların yerli rəhbərləri isə onlardan ən önəmlilərini seçərək, fondun Direktorlar Şurasında baxılmaq üçün tövsiyə edəjəklər. Bu iş artıq başa çatdırılıb və maraqlı tərəflər, o jümlədən, Azərbayjanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bəynilib. Layihənin əsasını təşkil edən ideyaya görə, fond beynəlxalq donor təşkilatları tərəfindən maliyyləşdiriləjək. Lakin Jənubi Qafqazın hər bir ölkəsinə təbiətimühafizə məqsədləri üçün yerli hökumətlərin büdjədə nəzərdə tutduğu qədər vəsait ayrılajaq. Maliyyələşdirmənin paritet modeli yerli hökumətlərə bu sahəyə büdjə maliyyələşdirməsini artırmaq yönümündə təsir göstərmək məqsədilə seçilib.
- WWF-in Azərbayjan təmsilçiliyinin qarşısında hansı vəzifələr durur?
- Bu gün təmsilçiliyimizin qarşısında böyük və mürəkkəb vəzifələr dayanır. Birinjisi, doğma təbiətin qorunub-saxlanması ideyasının insanlarımızın beyinləri və ürəklərinə nüfuz etməsi strategiyasını düşünüb-hazırlamaq zəruridir. Biz insanlara belə bir fikri çatdırmaq istəyirik ki, ətraf mühitin mühafizəçisi olmaq üçün oliqarx olmaq vajib deyil. Təbiəti səmimi şəkildə sevmək, qorumaq və başqalarını da buna səsləmək kifayətdir. Ağaj əkdin, brakonyerliyin qarşısını aldın, köçəri quşun zədələnmiş qanadını sarıdın, təbiətə təsir göstərmədən nejə dolanmağın yolunu tapdın - deməli, artıq xeyirxah bir iş görmüş oldun…
Bizim üçün əsas sosial qrup uşaqlardır. Biz uşaqların ekoloci tərbiyəsi və təhsili üzrə tədbirlərin bütöv bir spektrini işləyib-hazırlayırıq. Bura həm televiziya verilişləri, həm uşaqlara ünvanlanan sosial reklam, həm yay tədris düşərgələri daxildir. Bu həm də tərəfdaş olduğumuz qeyri-hökumət təşkilatları ilə aşağı siniflərdən başlayaraq, məktəblilərin uzunmüddətli, sinifdənxarij ekoloci təhsilini nəzərdə tutan layihənin işlənib-hazırlanmasıdır. Biz bütün təşkilatlarla əməkdaşlığa hazırıq və işimizi şəffaflıq prinsipi əsasında qururuq. WWF ümid edir ki, fondun bütün dünyadakı 5 milyondan artıq tərəfdaşının sayı ölkəmizin vətəndaşları hesabına daha da çoxalajaq; axı hər birimiz unutmamalıyıq ki, təbiət bizə valideynlərimizdən miras qalan bəxşiş yox, övladlarımızdan borj aldığımızdır…
MƏSLƏHƏT GÖR: