
ERMƏNİSTANDA HƏLƏ DƏ İNQİLAB GÖZLƏYİRLƏR
Və rusiyanın himayəsinə ümid edirlər
Müəllif: Tomris SARMAT Bakı
Ermənistanda 2007-ji ildə keçiriləjək parlament seçkilərinə qatılajaq partiya siyahılarının konturları belə hələ məlum deyil: siyasi partiyaların pərdəarxası "didişməsi" davam edir və baş verənlər, faktik olaraq, mətbuat səhifələrinə çıxmır.
Hazırda bu sahədə yalnız "daşnaksütun" partiyası istisna təşkil edir. Bu partiya yaranmasının 116-jı ildönümündən istifadə edərək, özünün seçkiqabağı kampaniyasına start verib. Bununla əlaqədar olaraq, Aştarka şəhərindəki mədəniyyət evində Ermənistan parlamentinin vitse-spikeri Vaan Ovanesyanın da iştirak etdiyi təntənəli mərasim düzənlənib. "Daşnaksütun erməni inqilab federasiyası"nın yaranma tarixindən danışan vitse-spikerin sözlərinə görə, qurum öz yaranması ilə "erməni torpaqlarında uzun müddət məskunlaşaraq kök atmış və erməni xalqının rahat yaşamasına imkan verməyən yadelliləri süpürgə ilə kürüyərək ölkədən kənarlaşdırıb". Ovanesyan deyib: "Daşnaksütun" xalqı narahat edən istənilən suala javab vermək iqtidarındadır: istər kənd təsərrüfatı, istər sənaye sahəsində, istər sülh və ya müharibə, istərsə də diplomatiya və digər sahələrdə. Bizim lazımi təjrübəmiz və məsuliyyət hissimiz var".
Daha sonra o, Dağlıq Qarabağda keçirilən "konstitusiya referendumu"nu da daşnakların "aktivinə" yazmağa çalışıb: "Əgər vaxtilə biz öz qüvvəmizi "Artsax"a atmasaydıq, bu gün Ermənistan ajınajaqlı vəziyyətdə olardı. İndi isə "Artsax" xalqı öz konstitusiyasına azad şəkildə səs verir".
Vitse-spiker siyasi rəqibləri haqda da danışmağı unutmayıb. O, bəyan edib ki, daşnaklara qarşı təbliğat aparanlar "daşnaksütun"u müharibə partiyası adlandırır. Əslində, sözü-gedən təşkilat… sülh partiyasıdır. "Mübarizədən qorxan insanlar gülüş doğurur. Əgər sən mübarizəyə hazırsansa, ona ehtiyaj yaranmayajaq", - deyən Ovanesyan daha sonra "strateci proqram" haqda danışıb: "Daşnaksütun" bu prinsipə əsaslanaraq, 116 il ərzində mübarizə aparıb və bu mübarizədə məqsəd erməniçiliyin xəritədən silinməsinə, bütün dünyaya səpələnməsinə imkan verməmək, ermənilərin öz ojağını yaratmaq idi. Bu gün hələlik bu ojaq çox kiçikdir. Amma mən əminəm ki, vaxt gələjək, biz öz tarixi haqqımızı və vaxtilə itirdiklərimizi bərpa edəjəyik".
Gümrüdə keçirilən analoci mərasimdə "daşnaksütun" partiyasının büro nümayəndəsi Qrant Markaryan çıxış edərək, faktik olaraq daşnakların seçkiqabağı kampaniyasına start verib: "Ermənistan xalq məjlisinə seçkilərə hələ kifayət qədər vaxt qalsa da, bəzi siyasi qüvvələr artıq dövlət resurslarının bölüşdürülməsinə başlayıb, digərləri pul kisələrinin ağzını açıb, digər bir qrup isə yeni ümumi fajiə və bəladan danışır. Bizim sizə deməyə sözümüz var və fikirlərimiz məntiqə söykənir". Markaryan xatırladıb ki, məhz 1998-ji ildə ölkədə baş vermiş hakimiyyət dəyişikliyindən və daşnakların hakimiyyətdə təmsil olunmağa başlamasından sonra, Ermənistan hər sahədə mümkün olan uğurları əldə etdi: "1998-ji ilədək bizi inandırmağa çalışırdılar ki, Qarabağ məsələsi qarabağlıların işidir. Bizi əmin etmək istəyirdilər ki, müasir dünya sərhədlərin dəyiş-məsinə imkan verməz və Qarabağ məsələsi onun Azərbayjanın ərazisində qalması ilə çözülməli, başqa sözlə, Azərbayjanda dəfn edilməlidir. 1998-ji ildən sonra isə məsələyə yanaşma dəyişdi və nətijədə bu gün Azərbayjan da daxil olmaqla, hamı əmin olub və etiraf edir ki, Qarabağ Azərbayjanın tərkib hissəsi olmayıb və ola bilməz. Bu gün söhbət müstəqil Qarabağın sərhədlərindən gedir".
Şübhəsiz ki, beynəlxalq ijtimaiyyətin Qarabağ separatçılarının keçirdiyi "referendum"u tanımamasından, Ukrayna və Gürjüstanın Ermənistandakı səfirlərinin məsələ ilə bağlı mövqelərinin GUAM-ın "dondurulmuş münaqişələrlə"ə dair bəyanatında əks olunduğunu açıqlamasından sonra, Qrant Markaryanın fikirləri inandırıjı səslənməyib. Amma istənilən halda, daşnakların hakimiyyətə hansı mövqe və proqramlarla gəldiyini təsəvvür etmək olar. Xatırladaq ki, Ermənistanda keçirilən son parlament seçkilərində bu siyasi təşkilat 11% səs toplayıb, qarşıdan gələn seçkilərdə nə qədər toplayajağını isə təsəvvür etmək çətin deyil.
Və yenə də "rəngli inqilab"
Bununla yanaşı, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı digər proqnozlar daha geniş yayılıb: burada yenə də "rəngli inqilab" vəd edilir, bəlkə də bu vədlə inqilabdan çəkinənləri qorxutmaq istəyirlər. Məsələn, Rusiyanın "Krasnaya zvezda" nəşrində yer alan "ekspert" Hayk Markarovun proqnozlarında Ermənistanda Vaşinqton tərəfindən təşkil ediləjək mümkün "rəngli inqilab"ın ssenarisi açıqlanıb. Markarovun fikrinjə, ABŞ-ın Respublikaçılar Partiyasına yaxın olan "American Heritage" siyasi fondunda artıq Ermənistanda "Ənvər Sadat-2" adı altında hakimiyyət dəyişikliyinin proqramı hazırlanıb. Vaxtilə Sadatın Misirdə hakimiyyətə gəlməsindən dərhal sonra, Moskva ilə bütün əlaqələri kəsdiyini xatırladan ekspert, Vaşinqtonun Ermənistanda da oxşar hadisəni həyata keçirməyi planlaşdırdığını iddia edir. "Qırmızı ulduz"un yazdığına görə, Ermənistanda hakimiyyət dəyişikliyi 2007-ji ildə parlament seçkiləri vasitəsilə reallaşdırılajaq. Nətijədə, Robert Köçəryan və onun silahdaşları hakimiyyətdən kənarlaşdırılajaq, Ermənistanın başına yeni, ABŞ-a loyal münasibətdə olan lider gətiriləjək. Həmin liderin kimliyini açıqlamayan Markarov onu da əlavə edib ki, hakimiyyət dəyişikliyindən dərhal sonra, Rusiya hərbi bazaları Ermənistandan çıxarılajaq, Dağlıq Qarabağ münaqişəsi isə 2008-ji ilin yanvar-fevral ayından gej olmayaraq çözüləjək. Ekspert hesab edir ki, bütün bunlar Birləşmiş Ştatlarda keçiriləjək prezident seçkisində "Rusiyanın Qafqazdakı hərbi mövjudluğunun sonu" kimi təqdim ediləjək.
Qeyd etmək lazımdır ki, bu proqnozlar Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetində yer alıb. Əlbəttə ki, qəzetin Dağlıq Qarabağ probleminin həlli prosesini ABŞ-ın Ermənistanda "hazırladığı" inqilabla əlaqələndirməsi diqqəti jəlb etməyə bilməz. Xüsusilə də nəzərə alsaq ki, Moskva "qırğı"ları lap əvvəldən regional münaqişələrlə "oynamaq" imkanını əldən vermirlər.
Bütün əlamətlər göstərir ki, bu gün ABŞ "dondurulmuş münaqişələr"i bizim regionumuzdakı maraqlarına əsas təhlükə hesab edir. Bununla yanaşı, sərhədləri yaxınlığında sülhün bərqərar olması Rusiyanı da qane etməyə bilməz. Bu yerdə ola bilsin, bir sualı javablandırmaq lazım gələjək: görəsən, nəyə görə Rusiyanın xariji işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədrinə məhz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair proqnozlar verməyə tələsməməyi məsləhət görüb?
Digər bir məqam ondan ibarətdir ki, mətbuatda ABŞ-ın Ermənistanda müəyyən siyasi dəyişikliklər planı hazırlamasına dair məlumatlara son illər dəfələrlə rast gəlinib. KİV-də yer alan versiyalara görə, Ermənistanda hakimiyyətə rusiyameylli olmayan və daha az radikal qüvvələrin gətirilməsi yalnız Rusiyanın Qafqazdakı hərbi mövjudluğuna son qoymayajaq, həm də Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərəjək.
Markarovun açıqlamalarına gəlinjə, görəsən, "rəngli inqilab"lar həqiqətənmi "American Heritage" tipli fondlarda düşünülüb ərsəyə gətirilir? Bəlkə bu inqilabların köklərini, əslində, onların baş verdiyi ölkələrin özündə axtarmaq lazımdır? Nəhayət, ekspert ABŞ-ın Ermənistana dair planları haqda bu qədər dəqiqliklə məlumatı hansı mənbədən əldə edib?
Suallar çoxdur. Söylənən versiyalar sırasında ən ağlabatanı isə bu jür məlumatların KİV-ə ötürülməsində Robert Köçəryan administrasiyasının maraqlı olması haqda fikirlərdir. Ermənistanın hazırkı iqtidarı bu jür "təhlükələr" haqda məlumatları mətbuata sızdırmaqla, əslində, Moskvanın Yerevanın "hakimiyyət partiyası"na daha jiddi dəstək verməsini təmin etmək istəyir. Unutmaq olmaz ki, son zamanlar Ermənistanda antirusiya meyllərinin güjlənməsi haqda fikirlər bir-birini əvəz edir: bu həm qazın qiymətinin bahalaşdırılması, həm Rusiyada "skinhedlər" tərəfindən ermənilərin mütəmadi olaraq qətlə yetirilməsi, həm Moskvanın Ermənistanın "A-320" təyyarəsinin qəzaya uğraması ilə bağlı Adler aeroportunun dispetçer xidmətinin fəaliyyətini araşdırmağa maraq göstərməməsi və digər məsələlərlə bağlıdır. Bir sözlə, Köçəryan və onun komandası Rusiyanın "burnunun uju"nda "narınjı təhlükə" ilə "oynayaraq", Moskvanı Ermənistanın daxili siyasi çəkişmələrinə jəlb etməyə çalışır.
Bəs daşnaklar nə deyir?
Bu mənada, "daşnaksütun" da Moskva ilə bağlı ümidlərini itirmə-yib. Bu partiyada hələ də Rusiyadan erməni ultramillətçilərinin 1915-ji ildə ala bilmədiyi dəstəyi gözləyirlər. Elə həmin Vaan Ovanesyan "Rusiya" telekanalının efirindən, Türkiyə ilə 1921-ji ildə bağlanmış və sərhədləri müəyyənləşdirilmiş Moskva və Qars müqavilələrinin, əslində, Rusiyanın maraqlarına javab verməməsi haqda fikirlər səsləndirir.
Digər tərəfdənsə, "daşnaksütun"la sıx münasibətləri olan "Ay Data" ofisinin (başqa adla desək, "Türkiyə üzərində erməni məhkəməsi" təşkilatının) rəhbəri Kiro Manoyan deyib: "Biz anlamalıyıq ki, Avropa İttifaqının əlində alətə çevrilə bilərik və bəlkə də artıq çevrilmişik. Avropa Türkiyəni özünə yaxın buraxmamaq üçün maneə kimi əvvəljə Yunanıstan və Kiprdən istifadə etdi. Daha sonra, növbə Ermənistana çatır və biz buna hazır olmalıyıq".
Başqa sözlə desək, Ermənistanda Azərbayjan və Türkiyə ilə mövjud olan ərazi problemlərin ya Avropa İttifaqı, ya da Rusiya vasitəsilə həllinə ümid edənlər az deyil. Odur ki yalnız ümid etmək qalır ki, Moskva növbəti "rəngli inqilab"dan qorxub, özü üçün yad olan müharibəyə müdaxilə etməyəjək…
MƏSLƏHƏT GÖR: