15 Mart 2025

Şənbə, 01:34

"HAMININ ƏLEYHİNƏ" SƏSVERMƏ

Dağlıq qarabağda keçirilən "referendum" kimə dividend gətirdi?

Müəllif:

01.01.2007

"Referendum epidemiyası" Dağlıq Qarabağa da gəlib çatdı: Jənubi Osetiya və Dnestryanı bölgənin ardınja burada da "referendum" keçirərək, "ümumxalq səsverməsi" ilə tanınmamış "DQR"in "konstitusiyası qəbul edildi. Rəsmi Bakı ilk gündən bəyan edib ki, bu, beynəlxalq hüquq və normalara ziddir. Curnalistlərlə söhbətində xariji işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağda keçirilən bu səsvermə heç bir hüquqi əsasa malik deyil və legitim hesab oluna bilməz. "Dağlıq Qarabağ separatçılarının keçirdiyi referendumun nətijələri heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayajaq", - deyə nazir xəbərdarlıq edib.

"Qarabağ separatçılarının "konstitusiya"larına dəyişikliklə bağlı dekabrda keçirməyi planlaşdırdığı qanunsuz referendum Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə ziyan vurajaq". - Bunu isə Prezidentin İjra Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib. Onun sözlərinə görə, bu qeyri-qanuni addım erməni tərəfinin qeyri-səmimiliyinə və onların ikili oyun oynadığına daha bir sübutdur. Bununla yanaşı, N.Məmmədov bu oyunların ermənilərə dividend gətirməyəjəyinə əminliyini də qeyd edib. "Bir sıra beynəlxalq qurumlar və ölkələr bu məsələ ilə bağlı mövqelərini artıq ortaya qoyublar və bundan sonra da qoyajaqlar. Ermənilər nə qədər çalışsa da, beynəlxalq ijtimaiyyət heç vaxt onların bu şousunu hüquqi aksiya kimi qəbul etməyəjək", - deyə Məmmədov bildirib. 

Beynəlxalq təşkilatların prinsipial mövqeyinə ümid edən Bakı nə dediyini yaxşı anlayırdı. Səsvermədən dərhal sonra ortaya qoyulan mövqelər də bunu göstərdi. İlk olaraq Brüsseldə Avropa İttifaqı separatçıların təşkil etdiyi tədbirə münasibət bildirdi. Qurumun bəyanatında bildirildi ki, təşkilat səsvermənin nətijələrini tanımır və "referendum"u qeyri-qanuni sayır. Vaşinqtonun mövqeyi də oxşar olub. "Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Təəssüflənirik ki, orada regionun müstəqilliyini bərkidən konstitusiya layihəsi ilə bağlı referendum keçirilib", - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Edqar Vaskes "Amerikanın səsi" radiosuna açıqlamasında bildirib: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində işləyir. Dağlıq Qarabağın gələjək statusu Ermənistanla Azərbayjan arasında aparılan danışıqlar prosesində müzakirə edilir. Referendum bu prosesi qabaqlayır və bu üzdən biz onun nətijələrini tanımırıq". 

Bununla yanaşı, Vaşinqton hesab etmir ki, səsvermənin nətijələri münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinə hansısa təsir göstərəjək.

Avropa Şurası Nazirlər Komitəsinin Rəyasət Heyəti də Dağlıq Qarabağ separatçılarının "referendum" keçirməsindən narahatlığını ifadə edib. Qurum hesab edir ki, bu, Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilməz. "Avropa Şurası Nazirlər Komitəsinin Rəyasət Heyəti ATƏT-in Minsk Qrupunu və onun həmsədrlərinin münaqişənin həllində göstərdiyi səyləri tam dəstəkləyir", - deyə RİA-"Novosti"nin məlumatına görə, Avropa Şurasının mətbuat departamenti tərəfindən yayılan bəyanatda bildirilir.

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xariji işlər naziri Karel de Quxt da bəyan edib ki, onun rəhbərlik etdiyi qurum Dağlıq Qarabağda keçirilən "referendum"un nətijələrini tanımır və buna səbəb beynəlxalq aləmin Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etməməsidir. 

ATƏT-in Minsk qrupunun həmsədrləri isə hesab edir ki, dekabrın 10-da keçirilən sözügedən səsvermə hazırda aparılan danışıqlar prosesi çərçivəsində münaqişənin sülh yolu ilə həllinə müsbət təsir göstərə bilməz.

NATO-nun Brüsseldəki mənzil-qərargahından verilən açıqlamada da sözügedən məsələyə toxunulub və alyansın separatçıların "referendum"unun nətijələrini tanımadığı bildirilib. Qurumun mətbuat katibliyindən verilən açıqlamada qeyd olunur ki, NATO Dağlıq Qarabağ münaqişəsinin birmənalı olaraq sülh yolu ilə həllinə üstünlük verir və hesab edir ki, dekabrın 10-da keçirilən referendum ATƏT-in Minsk qrupunun problemi danışıqlar yolu ilə həll etmək üçün göstərdiyi səylərə kömək etməyəjək.

 

"Javab dalğası"

İndi Yerevan və Xankəndidə "hamının əleyhinə" üslubunda bəyanatlarla çıxış etməyə başlayıblar. ATƏT sədri Karel de Quxtun "Dağlıq Qarabağ xalqı üçün tarixi əhəmiyyət kəsb edən hadisəyə hörmətsizliyi" Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyanı hiddətləndirib. Onun sözlərinə görə, belə yanaşma ATƏT və onun Minsk qrupuna inamı sarsılda bilər. "Yaxşı olar ki, bu jənablar və yeri gəlmişkən, həm də Avropa Şurasından olan "şərhçilər" sussunlar. Biz bəyan etməliyik ki, belə açıqlamalar münaqişənin sülh yolu ilə həllinə qətiyyən müsbət təsir göstərə biləjək faktorlar deyil. "DQR" vətəndaşları 15 il əvvəl olduğu kimi, son referendumda da azadlıq və müstəqilliklə bağlı seçimini edib. Bu seçimi hansısa avropalı məmurun tanımasına ehtiyaj yoxdur", - deyə Soqomonyan bildirib.

Ermənistanın müdafiə naziri Serc Sarkisyan isə bildirib ki, "Dağlıq Qarabağın konstitusiyası ilə bağlı keçirilən referenduma beynəlxalq strukturların reaksiyası ən azı təəjjüblüdür": "Belə qənaət yaranır ki, bir sıra beynəlxalq qurumların rəhbərliyi nəyisə səhv salır. Yəqin, bəziləri elə  düşünür ki, Qarabağda müstəqilliklə bağlı referendum keçirilib. Amma orada ölkənin əsas qanununun qəbulu ilə əlaqədar səsvermə keçirilib".

Dağlıq Qarabağın qondarma prezidenti Arkadi Qukasyan isə Avropa Birliyinin məsələyə münasibətini məntiqsiz hesab edir: "Konstitusiya referendumunun tanınması və ya tanınmaması nə deməkdir?". Separatçıların lideri bayağı şəkildə bildirib ki, beynəlxalq ijtimaiyyətin ortaya qoyduğu bu mövqe birbaşa Azərbayjanın yürütdüyü siyasətlə bağlıdır. "Bakı beynəlxalq ijtimaiyyətlə ultimativ qaydada danışır, qarşı tərəf isə Azərbayjanın sözü ilə oturub-durur", - deyə Qukasyan gileylənib.

Avropa Şurasının baş katibi Terri Devisin dekabrın 11-də verdiyi açıqlama ilə bağlı isə separatçı "DQR parlamenti"nin "Demokratiya parlament fraksiyası" bəyanatla da çıxış edib: "Avropa Şurasının baş katibi ilə polemikaya girmək arzusunda olmasaq da, bildirməliyik ki, konstitusiya ilə bağlı keçirilən referendum Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar təşəbbüs deyil və aparılan danışıqlar prosesinin nətijəsini qabaqjadan müəyyən edə bilməz. O, sadəjə, bizim 15 illik müstəqil dövlətçilik təjrübəmizi ümumiləşdirib, yeni, daha liberal, demokratik hədəflərimizi müəyyənləşdirir. Bu hədəflər isə biz əminik ki, dünya birliyinin prinsiplərinə uyğundur".

 

Bəs danışıqlar nejə olsun?

"Referendum"un danışıqlar prosesinə nejə təsir göstərəjəyi məsələsi açıq qalır. Bir çox regional KİV-də Ermənistan prezidenti Robert Köçəryanın bəyanatı əksini tapıb: yerli telekanallara müsahibəsində o, birbaşa bəyan edib ki, Ermənistanda keçiriləjək parlament seçkisinədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində fəallıq olmayajaq. Maraqlıdır ki, bundan sonra da pauzanın uzanajağı ehtimalı var. Belə ki, Ermənistanda 2007-ji ildə keçiriləjək parlament seçkisindən bir il sonra ölkə yeni prezidentini seçməlidir. Odur ki yeni deputatların seçilməsinin ardınja, çox güman ki, yeni taym-aut götürüləjək. Beləliklə, Köçəryan iki prezidentlik müddətini başa vurduğundan, dövlətin başına yeni şəxs gəlməlidir ki, onun belə jiddi prosesə başlaması üçün zaman tələb olunajaq...

Ermənistan rəhbərliyinin bəyanatına Bakının javabı özünü çox gözlətmədi. Azərbayjan Prezidenti İlham Əliyev erməni həmkarının açıqlamasını təxribatçı adlandıraraq dedi: "Ermənistan rəhbərliyi gülünj bəyanatlar səsləndirir və onların açıqlamaları provakasiya xarakteri daşıyır. Onlar vaxtın uzadılması məqsədilə bəhanələr axtarır. Erməni tərəfinin bütün bəyanatları yalandır. Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəjək". İ.Əliyevin sözlərinə görə, "iqtisadi baxımdan Ermənistanla Azərbayjan arasında böyük fərq var və iki ölkənin dünya üçün əhəmiyyəti də fərqlidir". Prezident xatırladıb ki, Azərbayjanda iqtisadi artım Ermənistanın analoci göstərijisini 6 dəfə üstələyir və tezliklə bu fərq 10 dəfəyə çatajaq. "Azərbayjanın hərbi büdjəsi isə Ermənistanın ümumilikdə dövlət büdjəsinə bərabərdir", - deyə İ.Əliyev qeyd edib. O bildirib ki, hələlik Bakı öz təkliflərində Ermənistanın maraqlarını da nəzərə alır və bu üzdən hələ ki Dağlıq Qarabağa muxtariyyət verilə bilər: "Amma gələjəkdə bu da olmaya bilər. Mən Ermənistanı düzgün yol - konstruktivlik yolunu seçməyə çağırıram. Parlament seçkisindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə etmək və özü-özünü çətin durumda qoymaq lazım deyil".

Prezident ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq qurumların, həmçinin, ABŞ da daxil olmaqla, xariji dövlətlərin Dağlıq Qarabağda keçirilən "referendum"u pislədiyini də xatırladıb: "Onlar qeyri-qanuni referendum keçirməklə özlərini pis vəziyyətdə qoyurlar".

Beləliklə, dünya ijtimaiyyətini fakt qarşısında qoyaraq, danışıqlar prosesində qüvvələr nisbətinin dəyişməsinə nail olmaq məqsədilə keçirilən "konstitusiya referendumu"nun Azərbayjanın xeyrinə nətijələnəjəyi istisna deyil. Təsadüfi deyil ki, hazırda Ermənistan bu addımın siyasi nətijələrini aradan qaldırmaq, ilk növbədə isə səsverməni pisləyən beynəlxalq qurumlarla qarşılıqlı münasibətləri qaydaya salmağa çalışır. Görünür, rəsmi Yerevan anlaya bilmir ki, regionda qüvvələr nisbəti də dəyişir və bu dəyişiklik heç də Ermənistanın xeyrinə deyil.


MƏSLƏHƏT GÖR:

397