
DANIŞIQLAR DONDURULDU
Türkiyə və avropa ittifaqı mübahisəli məsələlərdə razılığa gələ bilmədilər
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
Avropa İttifaqı (Aİ) Türkiyənin quruma qəbulu ilə bağlı Ankara ilə aparılan danışıqları dondurdu. Bu barədə qərar dekabrın 11-də, Aİ üzvü olan 25 ölkənin xariji işlər nazirlərinin görüşündə qəbul edilib. Aİ üzvləri qərarlarını Türkiyənin Kipr şirkətlərinə öz hava və quru limanlarını açmaqdan imtina etməsi ilə əsaslandırıb.
"Aİ Türkiyənin quruma qəbulu ilə bağlı 8 istiqamətdə aparılan danışıqları dayandırır. Beləliklə, Ankara ilə əmtəələrin sərbəst hərəkəti, azad xidmətlər göstərilməsi, maliyyə, kənd təsərrüfatı və aqrar inkişaf, balıqçılıq, nəqliyyat siyasəti, gömrük münasibətləri və xariji siyasət sahələrində danışıqlar kəsilir. Avropa İttifaqı Türkiyənin Kipr Respublikasının təyyarə və gəmilərinə özünün hava və quru limanlarını açması tələbini qüvvədə saxlayır, lakin bunun üçün konkret vaxt məhdudiyəti qoymur", - deyə təşkilatın bəyanatında qeyd olunur.
Qeyd edək ki, hazırda Aİ-yə rəhbərlik edən Finlandiya Türkiyəni Kirprin tanınması istiqamətində ilk addım kimi hava və quru limanlarının bu ölkənin üzünə açılmasının vajibliyinə inandırmağa çalışsa da, Ankara bunun qarşılığında javab addımları tələb edib. Türkiyə rəhbərliyinin tələbi Aİ ilə yalnız rəsmi Ankaranın tanıdığı Şimali Kipr Türk Jümhuriyyəti (ŞKTJ) arasında birbaşa tijarət əlaqələrinin yaradılmasıdır. Türkiyə rəhbərliyi bəyan edib ki, Nikosiyanın ŞKTJ-yə qarşı analoci addımı atarsa, o, Kiprin üzünə bir dəniz və bir quru limanını açmağa hazırdır.
Bütün bu müzakirələr zamanı Ankaraya qarşı Aİ üzvləri arasında münasibət heç də birmənalı olmayıb. Türkiyə barəsində sərt tədbirlər görülməsini istəməyənlər arasında Böyük Britaniya, İspaniya və İsveç var. Avstriya, Fransa və Kipr isə əks mövqedən çıxış edir. Öz növbəsində, Almaniya təklif edib ki, toplantının yekununda qəbul ediləjək sənəddə Türkiyənin Aİ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün son müddət göstərilsin. Amma orada Ankaranın ünvanına hər hansı ultimatum və ya qərarın qəbul edilə biləjəyi son müddət əks olunmayıb.
Bununla yanaşı, bir sıra avropalı siyasətçilər Türkiyənin tezliklə Aİ-yə üzv olajağına ümid edir. Belə ki, NATO-nun bir müddət əvvəl Riqada keçirilən sammitində Britaniyanın Baş naziri Toni Bler bəyan edib ki, Avropa Türkiyənin Aİ-yə qəbuluna mane olmaqla böyük səhvə yol verir. "Biz Türkiyə ilə danışıqların Ankaranın Aİ-yə qəbulu ilə nətijələnəjəyinə əmin olmalıyıq. Düşünürəm ki, hazırda bizim Türkiyənin Aİ-yə qoşulması perspektivinə mənfi yanaşdığımız haqda rəy yaradılması jiddi səhv olar və gələjəkdə onun mənfi fəsadları yaşana bilər", - deyə Bler qeyd edib.
Avstriyanın "Zaltsburger nahrihten" qəzeti Türkiyə ilə Aİ arasındakı fikir ayrılığını şərh edərək, məsələnin tələsik şəkildə mənfi həll edilməsinin ziyanından söz açır.
Ankaranın Aİ-yə qəbulunun əleyhdarları isə bu məsələnin mümkün qədər tez bir zamanda həllinə çalışır. Lakin çox tələsik verilən qərara görə, jiddi də fəsadlarla üzləşilməsi mümkündür. Türkiyənin Aİ-yə qəbulu ilə bağlı aparılan danışıqların dayandırılması heç kimə xeyir gətirməyəyək. Çünki Türkiyənin quruma qoşulmasının tərəfdarları, bu ölkənin Avropa İttifaqına üzvlüyünün üstünlüklərini sadalamasına ehtiyaj qalmayajaq. Öz növbəsində, Ankara Brüsselin insan haqlarının pozulmaması ilə bağlı çağırışlarına qulaq asmadan yayınar, Türkiyənin müsəlman və xristian dünyaları arasında körpü rolunu oynamasının mümkünlüyü məsələsi də qapadılar.
Ankara ilə danışıqların, təxminən, 10-15 il davam edəjəyi haqda fikirlər təsadüfi deyildi. Belə ki, bu müddət ərzində bir çox vajib məsələlər öz həllini tapa bilərdi. Türkiyənin Aİ-yə qəbulu ilə bağlı danışıqların nətijəsi açıq qalar, qurum üçün isə Ankara ilə diskussiyaları davam etdirmək sərfəli olardı.
Qeyd edək ki, Kiprin Aİ-yə qəbuluna dair qərar qəbul edilən zaman, qurumda belə fikir yaranmışdı ki, Kipr bloka tam şəkildə daxil olajaq. Belə ki, adanın ayrılmış şimal hissəsi beynəlxalq aləm tərəfindən tanınmış Jənub ilə konfederasiya yaratmalı idi. Amma bu, baş vermədi: Şimali Kiprdə referendumla dəstəklənən məsələyə jənubda "yox" deyildi və jənub sonradan təklikdə Aİ-yə qəbul edildi. Bundan sonra isə o, Türkiyənin Aİ-yə inteqrasiyasına veto qoymaq hüququndan istifadə etməyə başladı.
Həm tarixi düşmənçilik, həm də birləşmək təklifinə müsbət javab verən Şimali Kipr Türk Jümhuriyyətinin təklikdə qalması səbəbindən, Ankara Kipr Respublikasını tanımaqdan imtina edir. Daim Türkiyənin Aİ-yə qəbuluna qarşı olan üzv ölkələr isə məmnuniyyətlə Kiprə bu layihəyə maneə yaratmasına imkan verir.
MƏSLƏHƏT GÖR: