15 Mart 2025

Şənbə, 02:36

MİXAİL SAAKAŞVİLİ: "GÜRCÜSTANDAN FƏRQLİ OLARAQ, AZƏRBAYCANIN BƏXTİ GƏTİRİB: SİZDƏ HEYDƏR ƏLİYEV OLUB!"

Gürcüstan prezidentinin "Region plus" jurnalına eksklüziv müsahibəsi

Müəllif:

15.12.2006

"Heydər Əliyevin gəlişinədək Azərbayjan yalnız formal olaraq dövlət sayılırdı"

- Dekabrın 12-si Heydər Əliyevin vəfatının üçünjü ildönümü idi. Bu şəxsiyyət haqda nə deyə bilərsiniz? Sizin onunla bağlı hansı xatirələriniz var?

- Heydər Əliyev maraqlı şəxsiyyət idi. Mən onunla jəmi bir dəfə görüşmüşəm. Hələ gənj parlamentari olarkən, Gürjüstan nümayəndə heyətinin tərkibində Bakıya səfər etmişdim və bizi prezidentə təqdim etdilər. O zaman biz bir-birimizin əlini sıxdıq. Bilirsiniz, prezidentlərin həyatında belə görüşlər çox olur. Bunu öz təjrübəmdən bilirəm. Amma həmin görüşlərdən bəziləri ömürlük yaddaşa həkk olunur. 

Həmin görüşdən sonra yayda mən Amerikada idim və orada keçirilən konfransların birində iştirak edirdim. Həmin vaxt Heydər Əliyev bərk xəstə idi. Bu səbəbdən də o, konfransa videorabitə vasitəsilə qoşuldu. Bu zaman Heydər Əliyevə sual verənlərdən biri də mən oldum. Bizim görüşümüzdən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Heydər Əliyev o dəqiqə məni tanıdı və hətta soyadımı da xatırladı. Bu fakt çox şeydən xəbər verir və bu hadisə məndə böyük təəssürat yaratdı. Onun yalnız yaddaşı güjlü deyildi, Heydər Əliyev həm də çox həssas idi və yaxşı anlayırdı ki, onun gənjlərə diqqəti nə qədər böyük əhəmiyyət kəsb edir.

Mən 1992-ji ili yaxşı xatırlayıram. O zaman Bakıda jiddi kataklizmlər yaşanırdı. Həmin dövrdə mən sizin şəhərinizdə olmuşam və bu mənim Bakıya ilk gəlişim idi. Səfər zamanı Bakıda qarışıqlığın şahidi oldum, hərbi qruplar istədikləri kimi davranırdı, nazirliklər özbaşına işləyirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyətin qaydaya salınmasının, möhkəm dövlət qurulmasının vajibliyini yaxşı başa düşurdu. O zaman Azərbayjan yalnız formal olaraq dövlət hesab olunan qəribə bir əraziyə çevrilmişdi. Mən bunu yaxşı anlayıram. Çünki Gürjüstanda da dövlətçiliyin qurulmasına yalnız 2004-jü ildə başlanıb.

- Çoxları, həmçinin, Gürjüstanda da belə hesab edirlər ki, Azərbayjanda dövlətçiliyin qurulması yalnız bu ölkənin deyil, ümumilikdə regionun tarixi baxımdan vajib idi.

- Şübhəsiz, bu belədir. Dövlət yaratmaq üçün yalnız təşkilatçılıq keyfiyyətlərinə malik olmaq kifayət deyil. Həmçinin, ideyalara sahib olmaq, öz dövlətini nejə təsəvvür etdiyini və onun regiondakı yerini bilmək lazımdır. Azərbayjanın düşdüyü həmin vəziyyətdə dövlət qurmaq çox çətin məsələ idi və bunu yalnız nüfuzlu lider bajara bilərdi. Düzünü desəm, mən tez-tez düşünürəm ki, Gürjüstandan fərqli olaraq, Azərbayjanın bəxti gətirib. Çünki bizdə özündən sonra xaos və qarışıqlıq qoyub gedən lider olub. Gürjüstanda dayanıqlı idarəetmə sistemi, ölkənin inkişafı üçün dəqiq yol qurajaq lider olmayıb. Sizdə isə belə lider var idi. Bu baxımdan, əlbəttə ki, Azərbayjanın bəxti gətirib. Və bu gün Azərbayjan regionun ən inkişaf edən ölkəsidir.

 

"Bakı - Tbilisi - Jeyhan Allahın köməyi və talenin qismətidir"

- Jənab Prezident, Azərbayjanın regiona təsirindən danışarkən ilk növbədə enerci layihələrinin, xüsusilə Bakı - Tbilisi - Jeyhan neft kəmərinin rolu qeyd edilir. Siz bu rolu nejə görürsünüz?

- Əlbəttə ki, enerci layihələrinin rolu həm Azərbayjan, həm də bütünlükdə region üçün böyük əhəmiyyətə malikdir. O mərhələdə və situasiyada bu layihələr həllediji əhəmiyyət daşıyırdı və çox vajib idi. Lakin özü-özlüyündə enerci resursları çiçəklənmə və stabillik üçün zəmanət sayıla bilməz. Elə ölkələr var ki, orada neft və qaz Azərbayjandakından da çoxdur. Amma onların bu resurslardan nə üçün və nejə istifadə edilməsi, dövlətçilik naminə sərf olunması ilə bağlı ideyaları yoxdur. Azərbayjanda isə situasiya fərqlidir.

Enerci layihələri Azərbayjanı yalnız regionda vajib qonşu, vajib ölkə etmir. O, bütün Avropa və demokratik dünya üçün vajib dövlətə çevrilir.

- Amma vaxtilə çoxları bu layihələrin perspektivinə inanmırdı…

- Bəli, o zaman heç kim inanmırdı ki, Azərbayjan nefti və qazı Avropaya, Şimal dənizinə və digər regionlara gedib çıxajaq. Deyərdim ki, hətta bu layihələrə strateci maraq yox idi. Amma bu gün Bakı - Tbilisi - Jeyhan supersiyasi layihə hesab olunur. Əgər o dövrdə Heydər Əliyev "Əsrin müqaviləsi"nin əsasını qoymasaydı, bu gün biz hamımızın vəziyyəti çox ağır olardı. Odur ki mən bu layihəni belə qiymətləndirirəm: bu, Allahın köməyidir. Layihə məhz son dərəjə vajib olduğu dövrdə reallaşmağa başladı. Burada taleyin qisməti də var. Layihələrə elə vaxt başlanıb ki, onların istismara verilməsi lap vaxtına düşüb və onun vasitəsi ilə Azərbayjan dövlətçiliyini və bizim ümumi təhlükəsizliyimizi möhkəmlətmək imkanımız yaranıb.

 

"Azərbayjanın bizim üçün etdikləri yüz ildən sonra da unudulmayajaq"

- Azərbayjanla Gürjüstan dost ölkə, strateci müttəfiq və əsrlərboyu həm kədəri, həm sevinji bölüşən qonşulardır. Ölkələrimiz arasındakı hazırkı münasibətləri nejə xarakterizə edərdiniz?

- Düşünürəm ki, Azərbayjanla Gürjüstanın əməkdaşlığı bizim üçün vajib olmaqla yanaşı, həm də çoxları üçün nümunədir. Gürjü xalqı ötən qış baş verənləri heç zaman unutmayajaq. 2005-ji ilin qışında bizi Rusiya ilə birləşdirən qaz kəmərlərində şübhəli qəzalar baş verdi və həmin vaxt Gürjüstan fəlakətli durumda idi. Bu, son 30-40 ilin ən soyuq qışı idi. Azərbayjanın da özünə məxsus qaz boruları ilə bağlı öz problemləri var idi. Lakin buna baxmayaraq, Gürjüstanın tamamilə qazsız qaldığı dövrdə Azərbayjan öz əhalisinə verilən qazın miqdarını azaldaraq, gürjülərin "mavi yanajaq"sız qalmaması üçün bizə yardım əlini uzatdı. Belə situasiyada heç bir dövlət qonşusuna qarşı belə cest etməzdi. Düşünürəm ki, belə məsələlər xalqların yaddaşında daim qalajaq. Yüzilliklər keçəjək, insanlar isə daim bunu xatırlayajaqlar. Bu səbəbdən də hesab edirəm ki, bizim münasibətlərimiz çoxları üçün nümunə ola bilər. Əlbəttə ki, Qafqaz vahid olsaydı və biz öz problemlərimizi həll edə bilsəydik, hətta Baltikyanı ölkələr belə bizdən nümunə götürə bilərdi. Jənubi Qafqazın üç ölkəsi vahid jəbhədən çıxış edə bilsəydi, əminəm ki, heç kim heç bir zaman bizi bir-birimizdən ayıra bilməzdi. Təəssüf ki, buna mane olan çox detallar var. Amma düşünürəm ki, ölkələrimizin strategi-yası düzgündür və Gürjüstan - Azərbayjan münasibətləri digər dövlətlərin özlərini bizə oxşatmaları üçün nümunə sayıla bilər.

- Siz Jənubi Qafqazda yerləşən üç dövlətin birliyindən danışdınız. Bunu nejə təsəvvür edirsiniz?

- Düşünürəm ki, uzaq perspektivdə bu mümkündür. Sadəjə, buna jəhd etmək lazımdır. Biz başa düşməliyik ki, təhlükəsizliyimiz və birgə uğurlarımız çox məsələdə bir-birimizdən asılıdır. Fikrimjə, kifayət qədər yaxşı inkişaf perspektivimiz var. 

 

"İlham Əliyev? O heç vaxt öz dövlətinin maraqlarını unutmur"

- Jənab Prezident, Azərbayjanla Gürjüstan arasında münasibətlərin inkişafından razısınız. Bəs Azərbayjanın hazırkı hakimiyyətinin siyasətini və şəxsən sizin Azərbayjan prezidenti ilə münasibətlərinizi nejə xarakterizə edərdiniz?

- İlham Əliyev Heydər Əliyevin oğlu olmaqla yanaşı - bu onun üçün böyük şərəfdir - həm də daim ən çətin situasiyalarda öz bajarığını nümayiş etdirən prezidentdir. Hazırda bizim yalnız indiki deyil, həm də gələjək tariximiz yazılır. İlham Əliyev göstərdi ki, o, atasının ideyalarını davam etdirir. Heydər Əliyev Azərbayjanın strateci xəttini dəqiq şəkildə müəyyənləşdirib və bu, ilk növbədə, ölkənin müstəqilliyi və dövlətçiliyidir. Əlbəttə ki, bu kurs daim davam etdiriləjək.

Eyni zamanda, İlham Əliyev konkret çətin situasiyalarda özünü strateq kimi göstərib. Ona şəxsi simpatiyamdan əlavə, mən daim İlham Əliyevi dəstəkləyirəm və bütün situasiyalarda onunla həmrəyəm. Çünki bu insan, istənilən situasiyada heç bir vaxt öz dövlətinin maraqlarını yaddan çıxartmır. Bu isə çox vajib keyfiyyətdir.


MƏSLƏHƏT GÖR:

462