
BÖHRAN ÖTÜŞDÜ?
Türkiyə gürcüstan və azərbaycana yardım əlini uzatdı
Müəllif: Nurlanə QULİYEVA Bakı
Beləliklə, Azərbayjanın "Şahdəniz" yatağından Gürjüstana əlavə həjmdə qaz verilməsinə dair prinsipial razılıq əldə edildi. Rəsmi Tbilisi öyünə bilər: o, 2007-ji ildə gözlənilən 1,5 mlrd kubmetrlik qıtlığı Rusiya qarşısında "baş əyməklə" və təklif olunan 1000 kubmetr üçün 230 dollar ödəməyə razıl olmaqla yox, qonşularının səxavəti hesabına aradan qaldırmaga nail oldu.
Əsas xeyirxah rolunda Türkiyə çıxış etdi - məhz o, Tbilisidə üç ölkənin energetika nazirlərinin doqquzsaatlıq danışıqlarından sonra, 2007-ji ildə özü üçün nəzərdə tutulan 2,8 mlrd kubmetr qazın müəyyən hissəsinin Gürjüstan və Azərbayjan arasında yenidən bölüşdürülməsinə razılıq verdi. Azərbayjanın sənaye və energetika naziri Natiq Əliyevin tamamilə haqlı olaraq qeyd etdiyi kimi, "Türkiyənin bu addımı Gürjüstana dəstək və qarşılıqlı yardımdan xəbər verir".
İstənilən halda, "Şahdəniz" layihəsi çərçivəsində kvotaların yenidən bölünməsi nətijəsində Gürjüstan 2007-ji ildə müqavilədə nəzərdə tutulmuş 250 mln kubmetr əvəzinə, arzusunda olduğu 1,5 mlrd kubmetr qaz alajağına ümid edir. Yeri gəlmişkən, Gürjüstan əlavə həjmdə qazı əvvəlki güzəştli tariflə alajaq. Düzdür, hələlik konkret rəqəmlər sirr olaraq qalır. Hələlik…
İki alternativ
Yeri gəlmişkən, "Şahdəniz"dən qazın test hasilatına hələ noyabrdan başlansa da, ilk quyu tam istismara dekabrın 13-də verildi, ikinji quyu yanvarın 2-də, qalanları fevralda, apreldə və oktyabrda veriləjək. Sonunju quyunun təhvili 2008-ji ilin əvvəlinə nəzərdə tutulub. Deməli, layihənin səhmdarlarının bu il üçün əvvəl elan etdiyi 300 mln kubmetr qazı gözləməyə dəyməz. Özü də artıq məlumdur ki, dekabrın 15-dən 2006-jı ilin sonuna qədər Gürjüstana jəmi 10 mln kubmetr qaz veriləjək. Bunu Gürjüstanın energetika naziri Nika Gilauri bəyan edib.
Azərbayjana gəldikdə, ilin sonuna qədər ölkədə "Şahdəniz"dən verilən qazın həjmindən asılı olmayaraq, bu sahədə problem gözlənilmir. Gələn il isə, "Azəriqaz" QSJ-nin məlumatına görə, Azərbayjanda qaz istehlakı ildə 9 mlrd kubmetr həjmində nəzərdə tutulub ki, bu da 2006-jı ildəki istehlak həjminə uyğundur ("Trend"). Rusiyanın bir qədər gözlənilməz, amma artıq reallığa çevrilmiş mövqeyi üzündən (ölkəmizə verilən qazın həjminin azaldılması və tariflərin qaldırılması) "ehtiyatlara yenidən baxmaq, qaz ehtiyatları ixrajının azaldılması və bəzi elektrostansiyaların mazut yanajağına keçirilməsi hesabına respublikanın yanajaq-enerji balansını korrektə etmək lazım gəldi" (Natiq Əliyev). Buna görə Azərbayjan da Türkiyənin "Şahdəniz" qazının bir hissəsinin Jürjüstana verilməsinə dair qərarını alqışlayır. Düzdür, azərbayjanlı nazirin sözlərinə görə, 2008-2009-ju illərdə bu kubmetrlər Türkiyəyə qaytarılajaq. Bundan başqa, Azərbayjanın da, Gürjüstanın da vəziyyətdən daha bir çıxış yolu var - İran qazı. İran səfiri Əfşar Süleymaninin sözlərinə görə, Gürjüstan bu məqsədlə artıq bir neçə dəfə mürajiət edib, Azərbayjan da bu ölkədən, təxminən, 1 mlrd kubmetr qaz almaq imkanlarını istisna etmir. Özü də burada heç bir texniki problem yoxdur - iki ölkə arasında Bakı-Astara-Bind-Biənd boru kəməri fəaliyyət göstərir. Səfir qeyd edir ki, "İranın təkjə Gürjüstana yox, Azərbayjana da qaz vermək imkanı var. Amma bu məsələ müzakirə olunmalıdır".
Gürjüstan İran qazını almağa o qədər jan atır ki, hətta bu barədə ABŞ-ın xəbərdarlığına da məhəl qoymamağa hazırdır. Gürjüstanın Baş naziri Zurab Noqaideli ABŞ-ın Gürjüstandakı səfirinin bəyanatına baxmayaraq, Tbilisinin Tehranla enerci əlaqələrini davam etdirəjəyini və İrandan təbii qaz alajağını vurğulayıb. Nazirin sözlərinə ğörə, ABŞ dövlət katibinin müavini Metü Brayza onunla söhbətində anladıb ki, Amerikanın İranla münasibətlərindən asılı olmayaraq, "onlar deməyəjəklər və demirlər ki, biz burada qışda soyuqdan ölməliyik, ya da İrandan qaz və elektrik enercisi almamalıyıq".
Elektrik enercisi də bahalaşır
Bu əsnada "qaz məsələsi" ilə paralel daha bir mühüm problem - elektrik enercisi gündəmə gəlib. Məlumdur ki, Azərbayjan istilik elektrik stansiyaları istehlakçılara uyğun tariflə ötürülən elektrik enercisini məhz ixraj edilən Rusiya qazının hesabına hasil edirdi. Odur ki indi İES-lərin mazutla işləmə reciminə keçməsi məsələsi aktuallaşır. Bu, prezident İlham Əliyevin tövsiyəsidir: o, neftin Bakı-Novorossiysk neft kəməri ilə nəqlinin azaldılması və neftayırma zavodlarının mazut istehsalı reciminə keçirilməsi tapşırığını verib. Düzdür, prezident etiraf edib ki, bu addım böyük iqtisadi itkilərə səbəb olajaq, amma "Bizim başqa yolumuz qalmır. Biz əhalini elektrik enercisi ilə təmin etməliyik".
Bu addım, həqiqətən, qaçılmazdır, çünki Rusiya qaz ixrajı ilə yanaşı, bu il Azərbayjana elektrik enercisi verilməsini də əhəmiyyətli dərəjədə azaldajağını elan edib. Əgər əvvəllər qışda ən gər-gin saatlarda elektrik enercisinin verilmə güjü 300 mvt idisə, gələn il bu göstəriji 60 mvt-dan çox olmayajaq. Əgər Rusiya tərəfi hər ay 100 kvt/s elektrik enercisi ötürürdüsə, gələn il bu həjm ayda 30 kvt/s-a qədər azalajaq. Bundan başqa, Rusiya ötürülən elektrik enercisi tariflərinin 1 kvt/s üçün 4,1 sentə qaldırılması haqqında mürajiətlə jıxış edib. Bu il noyabrın 30-na qədər Azərbayjan Rusiyaya 1 kvt/s üçün 1,6 sent olmaqla, gejələr 350 mln kvt/s, Rusiya, öz növbəsində, Azərbayjana gündüzlər 1 kvt/s üçün 3,636 sent olmaqla 1 mlrd kvt/s elektrik enercisi ötürüb. 1 kvt/saatın orta qiyməti 2,8 sent olub. "Azərenerci" Səhmdar Jəmiyyətinin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, 2007-ji ildə Azərbayjan Rusiyadan 700 mln kvt/s elektrik enercisi almaq niyyətindədir. Amma görəsən, heç olmasa, elektrik enercisi ilə bağlı razılaşmaya gəlmək mümkün olajaqmı?
Hər halda, enerci mübadiləsi məsələsində Azərbayjan anjaq Gürjüstana tam arxayın ola bilər. Belə ki, bu ölkənin baş naziri Zurab Noqaidelinin məlumatına görə, Gürjüstan Azərbayjana "elektrik xətləri vasitəsilə ötürülməsi mümkün olan qədər elektrik enercisi verəjək". Qeyd edək ki, Azərbayjan ildə 100-150 meqavat həjmində elektrik enercisinə iddialıdır. Z.Noqaideli vurğulayıb ki, "Bu ilin qışında Azərbayjanla Gürjüstan arasında əməkdaşlıq dövlətlər arasında əməkdaşlığın real nümunəsi olajaq".
Hər bir halda, ölkənin enerci təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bu məsələlərin həllini tapmaması dekabrın ortalarında keçirilməsi nəzərdə tutulan tenderlərə çıxarılajaq neft məhsullarının həjminin müəyyənləşdirilməsində ARDNŞ üçün artıq bu gün maneələr yaradır. Şirkətin nümayəndələri qeyd etdilər ki, "əsas problem - ixraj olunan qazın əvəzinə elektrik stansiyalarında elektrik enercisi istehsal etmək üçün ölkəyə lazım olajaq mazutun həjmi ilə əlaqədar qeyri-müəyyənlikdir. Qaz ixrajı məsələsinin həll olunmaması respublika üçün mazut ehtiyatlarının miqdarını və tenderə çıxarılan həjmi müəyyənləşdirməyə imkan vermir".
Bu, enerci-qaz böhranının yaratdığı ilk iqtisadi problemlərdir. Bu durumun Azərbayjan üçün "mavi yanajaq"ın və elektrik enercisinin tariflərinə bilavasitə təsirinə gəldikdə, bu, ayrıja və hələlik qeyri-müəyyən məsələdir. Hər halda, Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayev iddia edir ki, hələlik nə hökumətdən, nə də "Azəriqaz" QSJ-dən təbii qazın qiymətlərinin qaldırılmasına dair TŞ-yə heç bir təklif daxil olmayıb. Bu arada, gələn ildən bütün istehlakçılar üçün vahid qaz tarifi müəyyənləşdirərək, hazırda qüvvədə olan bəzi güzəştlərin ləğvi barədə qərar qəbul edilib. Nazirin fikrinjə, istehsalçılara vergi və başqa xidmətlər hesabına güzəşt təqdim etmək olar, elektrik enercisi və qaz hesabına yox. Amma… onun sözlərinə görə, indi Tarif Şurasında ölkədə kommunal xidmətlərə görə bütün tariflər təhlil olunur. Demək, hələ hər şey ola bilər.
MƏSLƏHƏT GÖR: