
AZƏRBAYCAN VOLEYBOLUNUN NƏHS NƏTİCƏSİ
Faiq Qarayevin yetirmələri voleybol üzrə dünya çempionatında səviyyələrinə görə daha yüksək yerlərə layiq olsalar da, 13-lə kifayətləndilər
Müəllif: Kamil ƏLİYEV Bakı
Nəhs 13 - hələ bir müddət dünya reytinqində Azərbayjanın qadınlardan ibarət voleybol yığmasının tutduğu yeri məhz bu rəqəm göstərəjək. Çünki komandamız Yaponiyada keçirilən dünya birinjiliyinin yekununda bu pillə ilə kifayətləndi.
Bu rəqəmin gələjəkdə idmançılarımız üçün düşərli olub-olmayajağını indidən söyləmək mümkün deyil. Amma hər halda etiraf etmək lazımdır ki, azarkeşlərimiz Faiq Qarayevin yetirmələrindən daha yüksək nətijə gözləyirdilər. Bu da təsadüfi deyil - ötən il Xorvatiyada keçirilən voleybol üzrə Avropa çempionatında qızlarımızın dördünjü yeri tutması azarkeşlərin belə yüksək nətijələrə ümid etməsinə əsas verirdi. Bundan başqa, komandamız ilk dəfə deyildi ki, dünya birinjiliyində yarışırdı. 12 il əvvəl Braziliyada keçirilən analoci yarışda Azərbayjan voleybolçuları doqquzunju olmuşdular. Bu çempionatda da azarkeşlər, ən azı, 12 il əvvəlki nətijənin təkrarlanmasını gözləyirdilər.
Çempionatın özünə gəlinjə, qeyd etmək lazımdır ki, Yaponiyada keçirilən dünya birinjiliyində Azərbayjan yığmasının bəxti, ilk olaraq, jədvəlin müəyyənləşməsi zamanı gətirmədi. Belə ki, artıq ilk turlarda Azərbayjan idmançıları Olimpiya çempionu Çin millisi və Afina Olimpiadasının gümüş mükafatçısı Rusiya ilə qarşılaşmalı idi. Və Faiq Qarayevin yetirmələri bu millilərin ikisinə də eyni hesab - 1:3 hesabı ilə məğlub oldu. Maraqlıdır ki, dünya birinjiliyinin başlanmasından bir qədər əvvəl voleybolçularımız dünya Qran-pri yarışının (nüfuzuna görə, olimpiada və dünya çempionatından sonra üçünjü turnir) ilkin mərhələsində də Rusiya və Çin yığmaları ilə qarşılaşmış və onlara eyni hesabla (2:3) məğlub olmuşdular. Dünya çempionatında keçirilən matçların birindən sonrakı mətbuat konfransında millimizin baş məşqçisi Faiq Qarayev qeyd etdi ki, onun yetirmələri Rusiya və Çin komandaları ilə bir qədər sonrakı turlarda qarşı-qarşıya gəlsəydilər, azərbayjanlı voleybolçuların qələbə şansı daha böyük olardı. Belə ki, məşqçinin fikrinjə, bu qarşılaşmalaradək milli lazımi kondisiya toplaya bilməyib.
Təbii ki, təjrübəli məşqçinin sözlərində müəyyən məntiq var. Çünki bu güjlü rəqiblərə məğlubiyyətdənsonrakı turda voleybolçu qızlarımız Dominikan Respublikası komandasına 3:1 hesabı ilə qalib gəldilər. Amma bundan sonra Almaniya ilə keçirilən qarşılaşmada millimiz quru hesabla məğlub oldu. Birinji qrup mərhələnin son turunda Azərbayjan yığması meksikalı həmkarlarını 3:0 hesabı ilə üstələyərək, qrupda dördünjü yeri tutdu və nətijədə, ikinji qrup mərhələsində yarışmaq hüququ qazandı.
Dünya birinjiliyinin ilk turundaja millimizin qarşısına dünya voleybol reytinqinin lideri olan Braziliya yığması çıxdı. Qeyd edək ki, bu mərhələyədək mundialda braziliyalılar bir oyun belə uduzmamışdılar. Braziliya millisi bu gedişini Azərbayjan voleybolçuları ilə qarşılaşmada da davam etdirdi və millimizi 3:0 hesabı ilə məğlub etdi.
Bunun ardınja Faiq Qarayevin yetirmələri özünün ən səs-küylü qələbəsini əldə etdilər - planetin altınjı millisi, 2002-ji ilin Dünya çempionatının finalçısı ABŞ yığması 3:2 hesabı ilə məğlubiyyətə uğradıldı. Lakin 12 il əvvəlki uğurun təkrarlanması üçün və konkret olaraq 9-ju yer uğrunda mübarizə aparmaq üçün millimiz sonunju turdan əvvəl Hollandiya komandasını üstələməli idi. Amma zanbaqlar ölkəsinin idmançıları buna imkan vermədilər - Faiq Qarayevin yetirmələri daha bir 3:0-lıq məğlubiyyət aldı.
Nəhayət, heç nəyi həll etməyən qarşılaşmada millimiz Puerto-Rikoya qalib gəldi (3:0).
Ehtiyat qüvvəsiz
Maraqlıdır ki, mundialda Azərbayjan millisi əldə etdiyi dörd qələbənin hamısını Amerika qitəsi təmsilçiləri üzərində qazandı. Amma komandamızın potensialını nəzərə alsaq, bir faktı etiraf etmək lazımdır ki, Faiq Qarayevin yetirmələri həm Almaniya, həm də Hollandiya millilərinə qalib gəlmək güjündə idi və yığmamız əvvəllər bu komandaların hər ikisini üstələyib. Qeyd edək ki, məhz bu iki millini üstələyəjəyi halda, Azərbayjan voleybolçuları beşinji yerə iddia edə və bununla da 12 il əvvəlki göstərijini daha da yaxşılaşdıra bilərdilər.
Mundial bitdikdən sonra, Faiq Qarayevin yetirmələrinin çıxışından razı qalmadığını bəyan etməsi heç də təəjjüblü deyil. Baş məşqçinin fikrinjə, Azərbayjan voleybolçuları öz səviyyələrinə görə, daha yüksək yerlərə layiq idilər.
Belə olan halda, millimizin imkanlarından aşağı çıxış etməsi və öz səviyyəsinə uyğun pilləni tuta bilməməsi nə ilə bağlıdır? Ümumilikdə millinin oyunlarını izləyən istənilən yerli azarkeş bu suala javab verə bilər.
Əsas səbəb millinin ehtiyat oyunçular skamyasının olmaması, daha dəqiqi, zəifliyidir. Ehtiyat oyunçular o dərəjədə zəifdilər ki, Faiq Qarayev çempionatın gedişində onları oyuna buraxmağa jəmi bir neçə dəfə risk etdi. Yəni komandamız mundialın gedişində, demək olar ki, dəyişiklik edilmədən, eyni heyətlə çıxış etdi. Bunun nətijəsində rəqiblər Azərbayjan yığmasının oyununu əvvəljədən müəyyənləşdirə bilirdi və qarşılaşmalar zamanı qızlarımızın rəqibə qarşı işlətmək istədiyi istənilən kombinasiyanın qarşısı alınırdı. Məsələn, rəqib komandaların oyunçuları bir-birinin ardınja Natalya Məmmədovanın zərbələrini blokla qarşılayırdılar. Komandamızın oyununun məhz Məmmədovanın vasitəsilə qurulduğunu nəzərə alsaq, onu neytrallaşdırmaqla rəqib üstünlük əldə edə bilirdi.
Məhz buna görə, millimizin üzvləri taqətdən düşərək, məğlub etmələri mümkün olan və indiyədək üstələdikləri rəqiblərinə belə uduzdu. Əvəzetməsiz oyunlarda Yelena Şabovta və İnessa Qorxmaz kimi voleybolçular daha böyük çətinliklərlə üzləşirdilər. Belə ki, onların artıq müvafiq olaraq 37 və 34 yaşı var.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, 1994-jü ildə Braziliyada keçirilən dünya birinjiliyində Azərbayjan millisinin heyətində çıxış etmiş voleybolçulardan hazırda yığmamızın heyətində yalnız Yelena Şabovta var idi. Yeri gəlmişkən, Yaponiyada keçirilən Dünya çempionatı başa çatdıqdan sonra, millimiz üçün ehtiyat skamyası məsələsi daha da aktuallaşıb: bu yarışın başa çatması ilə Yelena Şabovta və İnessa Qorxmaz milli komandada çıxışlarına son qoyduqlarını bəyan ediblər.
Mundial başa çatdı. Azərbayjan voleybolçularının isə dinjəlmək imkanı yoxdur. Çünki qısa fasilədən sonra onlar 2006/07-ji ilin Çempionlar Liqasının növbəti oyunlarına başlamalı oldular. Yalnız ona ümid etmək qalır ki, Faiq Qarayev bu turnirdə, hətta "Azerreyl"in məğlubiyyəti hesabına olsa belə, gənj voleybolçulara oynamaq imkanı yaradajaq. Unutmaq olmaz ki, qarşıda Azərbayjan voleybolçuları olimpiadaya vəsiqə uğrunda mübarizə aparmalıdılar. Xüsusilə gələn il keçiriləjək Avropa çempionatında qızıl medal qazanajaq milli həm də olimpiadaya vəsiqə əldə edəjək ki, bu yarışda Faiq Qarayevin komandası da iştirak edəjək. Amma qitə birinjiliyində millimiz uğur qazana bilməsə belə, onların bu vəsiqəni 2007-ji ilin sonu 2008-ji ilin əvvəllərində keçiriləjək seçmə mərhələdə əldə etmək imkanı olajaq. Olimpiadaya real olaraq iddia etmək üçün isə hər şeydən əvvəl, təjrübəsiz oyunçuların Avropa turnirlərində sınaqdan keçirilməsi vajibdir.
MƏSLƏHƏT GÖR: