15 Mart 2025

Şənbə, 01:39

"DÜNYA İDMANININ EPİDEMİYASI" AZƏRBAYCANA DA GƏLİB ÇATDI

Bu günlərdə baş vermiş dopinq qalmaqalı ağır atletika üzrə azərbaycan yığmasını diskvalifikasiya təhlükəsi ilə üz-üzə qoyub

Müəllif:

01.12.2006

Nədənsə, müasir və qabaqjıl olan hər şey inkişaf etməkdə olan ölkələr tərəfindən dərhal və tərəddüdsüz qəbul olunur. Bu mənada, bütün yeniliklərə kifayət qədər sürətli templərlə nail olan Azərbayjan da istisna deyil. Digər sahələrlə yanaşı, idmanda da inkişaf mərhələlərini sürətlə keçən Azərbayjanda yeni idman texnologiyaları, məşq üsulları və bir çox digər yeniliklər əldə olunub. Lakin ölkəmiz idman dünyasında xeyirli yeniliklərlə yanaşı, "infeksion xəstəlikləri" də özünə çəkir və dopinq qəbulu da buraya aiddir.

Əvvəllər Azərbayjanda dopinq haqqında yalnız mütəxəssislər və onların arasında da yalnız dünya idmanı haqda xəbərləri izləyənlər xəbərdar idi. Yerli idmançılar isə heç zaman qadağan olunan preparatların qəbulu ilə məşğul olmurdu. 2005-ji ilin sonlarında Azərbayjan idmanı ilk dəfə olaraq dopinq qalmaqalı ilə üzləşdi və bu, ikiqat qalmaqal oldu. Təxminən, eyni vaxtda iki idmançı - güləşçi Hüsaməddin Rəjəbov və jüdoçü Nijat Şıxəlizadənin qanında qadağan olunmuş dərman preparatları aşkar edildi. Sonunjunun qanında dopinqin o qədər də güjlü təsirə malik növü aşkar edilmədiyindən o, jəmi bir il idmandan uzaq qaldı və artıq yarışlara qatılır. Hüsaməddin isə daha ağır jəza aldı - o, iki il müddətinə diskvalifikasiya olundu.

 

Qalmaqalla üzləşənlər

Azərbayjanlı güləşçi ilə bağlı hadisənin daha dəqiqliyi ilə açıqlanmasına ehtiyaj var. Məsələ ondadır ki, Hüsaməddin Rəjəbov güləş üzrə 2005-ji ildə Majarıstanda keçirilən Dünya çempionatında 66 kiloqram çəki dərəjəsində yarışa qatılıb. Həmin vaxt isə Afina Olimpiadasında Fərid Mansurov qızıl medal əldə etmişdi. 

Məlum olduğu kimi, olimpiadadan sonra Mansurov çiynindən zədə alaraq idmandan kənarda qalıb və o, hələ də yarışmalara qatıla bilmir. Odur ki Hüsaməddin Rəjəbov 2005-ji il Majarıstan Dünya çempionatında məhz Mansurovun əvəzinə çıxış edirdi və ondan kimsə medal gözləmirdi. Lakin əvvəllər məşhur idmançının kölgəsində qalan Rəjəbov bilirdi ki, bu onun özünü göstərməsi üçün yeganə şansdır və güləşçi bu şansdan artıqlaması ilə yararlanaraq, Dünya çempionatında gümüş medal qazandı. Yeri gəlmişkən, o, həmin yarışda Azərbayjan komandasının tərkibində medal qazanan yeganə idmançı oldu və sübut etdi ki, hətta sağlam Fərid Mansurovla da rəqabət apara bilər. Lakin Azərbayjanın perspektivli güləşçisinin sevinji uzun sürmədi və milli idmanımızda yaşanan ən səs-küylü dopinq qalmaqalı nətijəsində Rəjəbov dünya vitse-çempionu adından məhrum edildi, gümüş medal isə Beynəlxalq Güləş Federasiyasına qaytarıldı.

Bundan sonra belə nətijəyə gəlmək olardı ki, Azərbayjan idmançıları Hüsaməddin Rəjəbov və Nijat Şıxəlizadənin yaşadığı dopinq qalmaqallarından lazımi nətijə çıxarajaq. Amma bu il ölkə idmanında yeni dopinq qalmaqalı baş verdi və bu dəfə dünya idmanının "yoluxuju xəstəliyi"nə Azərbayjan ştanqçıları tutuldu. 

Əvvəljə Azərbayjan idmanı və ağır atletika üzrə milli komanda ikiqat Dünya çempionu Nizami Paşayevin timsalında (Azərbayjanın yeganə ikiqat Dünya çempionu) ən böyük itkisi ilə üzləşdi. Bu, Varşavada (Polşa) keçirilən Avropa çempionatında baş verdi. Həmin yarışda Nizami Paşayev 94 kiloqram çəkidə lider statusunu bir daha təsdiqləyərək qızıl medal qazandı. Lakin bir müddət sonra azərbayjanlı ştanqçıdan götürülən dopinq analizi müsbət nətijə verdi. Bundan sonra artıq bizim vərdiş etdiyimiz jəza gəldi: idmançı iki il idmandan uzaqlaşdırıldı və Dünya çempionu titulundan məhrum edildi. Paşayevin diskvalifikasiyası heç yerinə düşmədi. Belə ki, bu il Dominikan Respublikasında olimpiadaya lisenziya uğrunda Dünya çempionatı keçirildi. Bu azmış kimi, Nizami Paşayev lisenziya uğrunda keçirilən dünya birinjiliyində gələn il də iştirak edə bilməyəjək (Beynəlxalq Ağır Atletika Federasiyasının yeni reqlamentinə əsasən, milli komandalara lisenziyalar iki Dünya çempionatının nətijələrinə əsasən verilir).

Maraqlıdır ki, Nizami Paşayevin idmançı karyerasında son dərəjə xoş olmayan paralellər müşayiət olunur. Afina Olimpiadası ərəfəsində də məşhur idmançı beynəlxalq arenada çıxış etməkdən məhrum edilmişdi və komandanın olimpiadaya daha çox lisenziya əldə etməsinə öz köməkliyini göstərə bilməmişdi. Lakin o zaman buna səbəb dopinq qalmaqalı yox, onun uzun müddət aradan qaldıra bilmədiyi çiyin zədəsi olmuşdu. Bunun Nizami Paşayevin olimpiadada çıxışına nejə təsir göstərdiyi hamıya məlumdur - o, uğursuzluqla üzləşdi. 

Bu dəfə Nizami Paşayev yenidən beynəlxalq starta qatıla bilmir və onun Pekin Olimpiadasında da uğur qazanmaq şansı azalır (onun diskvalifikasiyasının müddəti məhz olimpiada ərəfəsində sona çatajaq).

Doğrudur, Ağır Atletika Federasiyasının rəhbərliyi inanır ki, Nizami Paşayev peşəkar idmançıdır və onun yarış təjrübəsinin olmamasına baxmayaraq, olimpiya "qızılı" uğrunda mübarizə aparajaq. "Nizami Paşayev kifayət qədər xidmətləri olan təjrübəli idmançıdır və odur ki bütün problemlərin öhdəsindən şərəflə gələjək", - deyə "R+"la söhbətində gənjlər və idman nazirinin yeni təyin olunmuş müavini, Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov bildirib: "Biz azərbayjanlı ştanqçının yarış təjrübəsini itirməməsi üçün əlimizdən gələni etmək niyyətindəyik. Bununla əlaqədar, Paşayevi yerli yarışmalara, xüsusilə də Azərbayjan çempionatına və Federasiya Kubokuna buraxmaq fikrindəyik ki, bununla da idmançı hansısa dərəjədə təjrübə toplayajaq".

Yeri gəlmişkən, Nizami Paşayevin orqanizmində qadağan olunmuş preparatların aşkar edilməsindən sonra, yerli mütəxəssislər hiylə və qəsddən danışmağa başladı. Belə ki, Varşava çempionatında Nizami Paşayevin qazandığı və sonradan onun əlindən alınan qızıl medal çempionata ev sahibliyi edən Polşa idmançısına verilib. 

Lakin bir müddət əvvəl daha bir azərbayjanlı ştanqçı Natiq Həsənov da (85 kq) "epidemiya" bəlası ilə üzləşdi və onun orqanizmində dopinq aşkar edildi. Nətijədə, N.Həsənov da ikiillik diskvalifikasiya ilə jəzalandırıldı. Bundan sonra Nizami Paşayevin "təxribatın qurbanı olması" haqda fikirlərin tərəfdarları sakitləşdi. Belə ki, Natiq Həsənov Varşavada heç bir nailiyyət əldə etməmişdi.

 

Problemlər göz qabağındadır

İdmanın eyni növündə iki dopinq qalmaqalı Azərbayjanın idman tarixində görünməmiş hadisə idi. Baş verənlər elə bir problemlər ortaya çıxartdı ki, onun vurduğu zərbə Azərbayjanın idman hərəkatını bir neçə on il geri sala bilər. Yalnız bundan sonra ölkəmizin idman rəhbərliyi fəaliyyətə başladı. Gənjlər və idman nazirinin müavini İsmayıl İsmayılovun sözlərinə görə, hazırda Azərbayjanın bütün sahələrdə hansısa beynəlxalq turnirlərdə iştirak edəjək idmançılarına hazırlıq vəziyyətini yaxşılaşdıran istənilən preparatların qəbulundan uzaq olmaq tapşırılıb. "Bundan başqa, gələn il lisenziyalı beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında iştirak edəjək Azərbayjan idmançıları analiz verəjək və analizlər Türkiyə və Moskvada Ümumdünya Antidopinq Agentliyinin laboratoriyalarında tədqiq edilməyə göndəriləjək", - deyə İ.İsmayılov bildirib. - "Və yalnız analizlər mənfi nətijə verdikdən sonra, həmin idmançılar lisenziyalı yarışlara buraxılajaq. Bütün bunların həyata keçirilməsində məqsəd qarşıda Azərbayjan idmanının beynəlxalq aləmdə imijinə zərbə vuran dopinq qalmaqallarından qaçmaqdır. Bununla yanaşı, biz idmançılarımızdan bilavasitə yarışların keçirildiyi müddətdə israrlı şəkildə istifadə etdikləri qida məhsullarına jiddi fikir vermələrini istəyirik. Belə ki, rəqiblərimizin onların qidasına dopinq qatması istisna edilmir. Dünya idmanında belə hallara tez-tez rast gəlinir".

Lakin bütün bunlarla Azərbayjan idmanında dopinq probleminin qarşısını almaq mümkün deyil. Bunun üçün hər şeydən əvvəl ölkəmizin özünün antidopinq laboratoriyasına malik olması vajibdir ki, bu laboratoriya Azərbayjan idmançılarının məşq prosesində istifadə etdiyi bütün qida məhsulları və preparatlara nəzarət etsin. Azərbayjanda yalnız lisenziyalı beynəlxalq turnirlər ərəfəsində deyil, həmçinin, hazırlıq mərhələsində daimi nəzarət idmanımızı "dünya idmanının epidemiyası"ndan xilas edə bilər. Əks halda, müxtəlif idman növləri üzrə millilərimizin liderləri gələjəkdə də dopinq qalmaqalı ilə üzləşəjəklər.

Azərbayjan ştanqçılarının məsələsinə qayıdaraq, daha bir vajib amili qeyd edək. Məsələ ondadır ki, Beynəlxalq Olimpiya Komitəsinin nizamnaməsinə əsasən, bu və ya digər idman növü ilə məşğul olan komandada bir təqvim ili ərzində üç və daha artıq idmançının orqanizmində dopinq aşkar edilirsə, həmin ölkənin millisi beynəlxalq arenada yarışmalardan iki il müddətinə uzaqlaşdırılır. Beləliklə, ağır atletika üzrə Azərbayjan millisinin qarşısında Damokl qılınjı asılıb və bu ilin sonunadək daha bir ştanqçımızın orqanizmində qadağan olunmuş dərman preparatı aşkarlanarsa, millimiz iki il müddətinə diskvalifikasiya olunajaq və Pekin Olimpiadasında iştirak imkanından məhrum olajaq. Bu isə son dərəjə jiddi problemdir və belə olajağı halda, Azərbayjanda ağır atletikanın inkişafına jiddi zərbə dəyəjək.

Yeri gəlmişkən, bizim Şimal qonşumuz Beynəlxalq Olimpiya Komitəsinin bu "qaydası"nı öz üzərində hiss edib və bu il ərzində Rusiyanın ağır atletika üzrə millisinin üç üzvünün orqanizmində dopinq aşkar olunub. Nətijədə, yığma Pekin Olimpiadasında iştirak edə bilməyəjək. İlin sonuna jəmi bir ay qalsa da, azərbayjanlı ştanqçının dopinq qəbul etməsinin üstünün açılması təhlükəsi böyükdür. Bir müddət əvvəl Dominikan Respublikasında keçirilən ağır atletika üzrə dünya birinjiliyində də antidopinq agentliyi əllərini yanına salıb oturmamışdı...

 

Millinin baş məşqçisi dopinq qalmaqalına dözə bilmədi

 

Azərbayjan ştanqçılarının bu il üzləşdikləri dopinq qalmaqalı milli komandanın heyətində kadr dəyişiklikləri ilə nətijələnməyə bilməzdi. Nətijədə, Ağır Atletika Federasiyasının rəhbərliyi sözügedən qalmaqalla yanaşı, həm də nətijələrin pisləşməsi və milli komandada idman nizam-intizamının korlanmasında günahlandırılan baş məşqçisi Avset Avsetovu əsas günahkar hesab etdi.

Bu qərarı federasiya rəhbərliyinin vijdanına buraxaq. Amma ədalət naminə qeyd etmək lazımdır ki, ölkənin ağır atletikasının üzləşdiyi duruma görə, Avset Avsetovu əsas günahkar hesab etmək olmaz. Səbəbi Azərbayjan ştanqçılarının bu və ya digər yarışa hazırlaşdığı sistemdə, Olimpiadaya düşməyə namizəd olub-olmamasından asılı olmayaraq, bütün yerli idmançıların qəbul etdiyi preparatlara total nəzarətdə axtarmaq lazımdır.


MƏSLƏHƏT GÖR:

433