25 Noyabr 2024

Bazar ertəsi, 03:52

ŞİRNİYYAT ACISI

Azərbaycanda şəkərli diabetə tutulanların sayı artmaqdadır

Müəllif:

01.12.2006

Sağlamlıq insan üçün ən böyük sərvətdir. Lakin biz, bir qayda olaraq, onun qeydinə qalmır və sadəlövhjəsinə həmişə möhkəm olajağımızı, onu sarsıtmağa heç nəyin qadir olmadığını düşünürük. Təəssüflər olsun ki, bu heç də həmişə belə olmur. Tibbin bütün nailiyyətlərinə baxmayaraq, hələ də sağaldılması mümkünsüz olan çoxlu xəstəlik var ki, müasir elm onların öhdəsindən gələ bilmir. Lakin əgər əvvəllər insanlar ölümjül xəstəliklərdən, sadəjə, vəfat edirdilərsə, hazırda onları nəzarətə götürməyi, xüsusi preparatlar vasitəsilə onların sağlamlığını dəstəkləməyi öyrəniblər ki, bu da müəyyən şəraitdə xəstə insanlara özlərini jəmiyyətin tamhüquqlu üzvləri kimi hiss etməyə imkan verir. Belə xəstəliklərin insanın gününü qara etdiyini etiraf etmək lazımdır. Odur ki belələrinin, ilk növbədə, dövlət tərəfindən daimi dəstəyə və qayğıya ehtiyajları var. Şəkərli diabet məhz belə xəstəliklərdən biridir.

Bu, dünyada ən geniş yayılan xəstəliklərdəndir.  Ən dəhşətlisi isə odur ki, bu xəstəlik sağalmır, ən ağır hallar doğurur və müalijəsi böyük xərj tələb edir. İstənilən xəstəlik kimi, diabet də nə joğrafi, nə də siyasi sərhəd tanıyır; yaş, jins, irq, sosial durumundan asılı olmayaraq, ən müxtəlif insanlar ona tutulur. Ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən çoxlu insan yaşayır və statistikanın həyəjandoğuran rəqəmləri göstərir ki, Azərbayjanda şəkərli diabetə tutulan xəstələrin sayı daim artmaqdadır. Belə ki, məsələn, hələ keçən il ölkədə rəsmən 55 min xəstə qeydə alınmışdısa, 2006-jı ildə onların sayı artıq 60 min nəfərə çatıb.

 

Diabet hələ ölüm hökmü demək deyil 

Bu gün hələ heç kim diabetin hansı səbəbdən meydana çıxdığını deyə bilmir. Bu xəstəlik insanları qəflətən həm uşaqlıqda, həm də yetkin çağlarında yaxalayır. Yalnız o məlumdur ki, orqanizmdə gözlənilmədən hansısa "nasazlıq" baş verir və mədəaltı vəzi qəflətən insan hüjeyrələri üçün zəruri olan insulin istehsal etməyi dayandırır. Doğrudur, uzun illər ərzindəki müşahidələr nətijəsində tibb işçiləri diabetə tutulanların sayı ilə insanların həyat tərzi arasında müəyyən bağlılıq müəyyənləşdirməyə nail olublar. Hazırda  dünyada bu xəstəliyin yaranmasının hamı tərəfindən qəbul olunan nəzəriyyəsi "düzgün olmayan həyat tərzi" nəzəriyyəsidir. Hərəkətsizlik, oturaq gün recimi, əzələ fəallığı çatışmazlığı, düzgün olmayan qidalanma, siqaret çəkmək, alkoqol və ən əsası, artmaqda olan streslər - diabetə tutulmanın hamı tərəfindən qəbul olunan səbəbləri məhz bunlardır. Lakin bir çox hallarda diabet,  həmin amillər olmadan da meydana çıxa bilir.

28 yaşlı Sevil Əmirova diabet xəstələri sırasına bu yaxınlarda qoşulub və ona yeni həyat tərzinə uyğunlaşmaq o qədər də asan deyil - yeni qida rasionuna və tez-tez həkimlərin yanına getməyə alışmaq lazım gəlir. "Şəkərli diabet" diaqnozu onun üçün tamamilə gözlənilməz oldu. 

"Ola bilməz, bizim ailədə heç vaxt diabetə tutulanlar olmayıb, bu xəstəlik isə yalnız irsən keçir", - deyə Sevil təəjjüblənirdi. Lakin ona bu diaqnozu qoyan klinikada izah etdilər ki, bu xəstəliyi irsiyyyətlə heç bir bağlılığı olmayan bir sıra amillər də doğura bilər. Şəkərli diabetin meydana çıxmasının səbəblərini aydınlaşdırmağa çalışan müalijə edən həkim xəstədən son zamanlar hər hansı bir güjlü stres keçirib-keçirmədiyini soruşub. Məlum olub ki, yarım il əvvəl Sevil jiddi avtomobil qəzasına düşüb və möjüzə nətijəsində sağ qalıb. O vaxt ona elə gəlib ki, janını yaxşı qurtarıb. Lakin müəyyən müddət sonra qəribə hallara düşməyə başlayıb: daimi susuzluq, kəskin şəkildə arıqlama, iştahasızlıq. Həkimə mürajiət etməyə də məhz bunlar məjbur edib. Onu klinikaya gəlməyə məjbur edən səbəbləri eşidən həkim dərhal qanda şəkərin miqdarını yoxlatdırıb.

Həkimin qəbuluna gələn Sevil burada özü kimi, diabetə tutulanlarla dəfələrlə söhbətlər edib. Onların bir çoxu uşaqlıqdan insulin asılılığına düçar olub və gündəlik inyeksiyalar həyatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Qızı heyrətləndirən o olub ki, bu xəstəliyə düçar olmalarına baxmayaraq, çoxları optimizmi ilə fərqlənir və gələjəyə ümidlərini itirmir. Yalnız belələri ilə təmasda olduqdan sonra, Sevil başa düşüb ki, şəkərli diabet heç də dolğun, mənalı həyat üçün maneə deyil. 

 

Əsrlərin dərinliyindən gələn xəstəlik

Diabet bəşəriyyəti, az qala, yarandığı vaxtdan müşayiət edən çox qədim bir xəstəlikdir. Onun adı ilk dəfə eramızdan 1 500 il əvvələ aid olan tibbi traktatda çəkilir. Uzun əsrlərboyu diabeti ajlıq və ot jövhərləri vasitəsilə müalijə etməyə jəhd göstərsələr də, bunun elə bir  səmərəsi olmayıb və belə "müalijə"yə baxmayaraq, insanların halı yalnız pisləşib. Bu hal mədəaltı vəzinin beta-hüjeyrələrinin karbohidrogen mübadiləsini və orqanizmdəki bir çox digər funksiyaları tənzimləməyən insulin hormonu ifraz etməsindəki rolunun aydınlaşdırıldığı XIX əsrə qədər davam edib. 

BMT-nin statistikasına görə, dünyada diabetə tutulanların sayı 200 mln nəfərdən çoxdur. İnkişaf etmiş sənaye ölkələrində bu xəstəlikdən əhalinin 2-5%-i əziyyət çəkir. Lakin nə qədər kədərli olsa da, diabet bütün ölkələrdə sürətlə irəliləyir; həm də uşaqlar və yeniyetmələr arasında daha geniş yayılır. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, vəziyyət dəyişdirilməsə, 2030-ju il üçün diabetdən artıq 400 mln nəfərə qədər əziyyət çəkə bilər. 

ÜST-nin məlumatına görə, dünyada hər 30 saniyə-də insanlarda diabetlə bağlı aşağı ətrafların amputasiyası aparılır. Lakin klinik yardım düzgün təşkil edildiyi və əhalinin diabetin mümkün ağırlaşmaları barədə məlumatlandırılması qənaətbəxş olarsa, belə əməliyyatların 85%-nin qarşısı alına bilər.  

Bəzi hesablamalara görə, 2005-ji ildə diabetdən 1,1 mln nəfər vəfat edib. Ölüm hallarının, təxminən, 80%-i aşağı və orta gəlir səviyyəsinə malik ölkələrin payına düşür; diabetdən vəfat edənlərin arasında qadınlar 55% təşkil edir.

Həkim-endokrinoloq Samirə Məmmədovanın sözlərinə görə, iki jür diabet olur. I tipə aid şəkərli diabet - insulin asılılıqlı "gənjlər diabeti"dir. II tip diabet isə insulin asılılığı olmayan "yaşlılar  diabeti", "köklərin diabeti"dir. Son illər II tip diabetə tutulma halları sürətlə artmaqdadır ki, bu da əhalinin kifayət qədər böyük bir hissəsinin düzgün qidalanmaması ilə bağlıdır. ÜST-nin son məlumatlarına görə, I tipə aid xəstələr bu xəstəliyə düçar olanlar arasında 3%, II tipə tutulanlar isə 97% təşkil edir. Dünya təjrübəsi göstərir ki, gözəl təşkil olunmuş səhiyyə sisteminə malik yüksək inkişaf etmiş ölkələrdə yaşayanlar da daxil olmaqla, əhalinin böyük hissəsi qanda şəkərin miqdarını yoxlatmır və gizli jərəyan edən prosesin mövjudluğu barədə heç təsəvvürü də olmur. Bu onunla əlaqədardır ki, II tip şəkərli diabet asta-asta və tədrijən inkişaf etdiyindən, xəstə bir neçə il ərzində bu xəstəliyə tutulduğunu heç ağlına belə gətirmir. S.Məmmədovanın dediklərindən: "Şəkərli diabet, ilk növbədə, qanda şəkərin miqdarının artıq olması və qanda insulinin - hüjeyrələri qidalandıran şəkərin bütün orqanizmdə paylanmasına məsul olan hormonun çatışmazlığı, yaxud ümumiyyətlə, olmaması ilə bağlıdır. Çoxları yanlış olaraq güman edirlər ki, şəkərli diabet müstəsna olaraq bir səbəbdən - həddən artıq şirniyyat yeməkdən doğur. Lakin bu rəy bir qədər səhvdir. I tipə aid şəkərli diabet varsa, burada səbəb şirin şeylər ola bilməz. Diabetin bu formasının inkişaf etməsi irsiyyətdən, yaşdan, həmçinin, bəzi viruslu xəstəliklərdən daha çox asılıdır. Odur ki öz-özünü günahlandırmaq yersizdir. II tip şəkərli diabetə gəldikdə, tez sovrulan karbohidrogenlərdən sui-istifadə, həqiqətən, bədən kütləsinin artmasına, mədəaltı vəzinin beta-hüjeyrələrinin tükənməsinə gətirib çıxararaq, müvafiq irsiyyət olduğu halda, bu xəstəliyin daha erkən yaranmasına gətirib çıxara bilər.

Diabetin səbəbkarı kimi güjlü diabetin çıxış etməsi də mümkündür. Bu xəstəliyin ən bariz əlamətləri tezyorulma, daimi susuzluq, çəkinin sürətlə azalması, yara, kəsik yerlərinin çox gej sağalmasıdır. Əksər hallarda, bu əlamətlər xəstələri bir o qədər də narahat etmir, çünki onlar bunu, sadəjə, həddən artıq yorulmaqla əlaqələndirirlər. Odur ki insanın diabetə tutulub-tutulmadığını aydınlaşdırmağın yeganə üsulu qanda şəkərin miqdarının yoxlanılmasıdır. 

 

Diabetli xəstələrə qayğı dövlətin vəzifəsidir

Azərbayjan Diabet Liqasının üzvü Akif Muxtarovun sözlərinə görə, ölkəmizdə şəkərli diabet xəstələrinə istiqamətlənən qanunverijilik bazası yaradılıb. 

"23 dekabr 2004-jü ildə Azərbayjanda "Şəkərli diabetdən əziyyət çəkənlərə dövlət yardımı haqqında" qanun qəbul edilib. 12 fevral 2005-ji ildə isə  prezident bu qanunun qüvvəyə minməsi barədə sərənjam imzalayıb. Burada ölkəmizdə diabetə tutulanların həyatını yaxşılaşdıra və yüngülləşdirə bilən məqamlar öz əksini tapıb. Məsələn, qanunda diabet xəstələrinin keyfiyyətli insulin və şəkərin miqdarını aşağı salan digər preparatlarla təmin edilməsi, həmçinin, özünənəzarət vasitələrinin, qanda şəkərin miqdarını azalda bilən testlərin verilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, hazırda həqiqətən də keyfiyyətli insulin istehsal edən jəmi 3 ölkə var - Danimarka, ABŞ və Almaniya. Sovet hakimiyyəti illərində ölkəmizdə insulin istehsal edilsə də,  heyvanmənşəli olduğundan, ondan istifadə son dərəjə təhlükəli idi. Həmin insulin təsirli olmadığından, insanlar onsuz da zəif olan sağlamlıqlarını, sadəjə, itirirdilər. Bundan başqa, qanunda əksini tapan başqa bir bəndə görə, diabetə tutulanların qanlarını pulsuz analiz etdirmək hüquqları var. Məsələn, I kateqoriyadan olan xəstələr belə analizdən hər rüb keçməlidirlər. 2005-ji ilin yayında Nazirlər Kabineti diabet xəstəliyinə tutulanlara dövlət yardımı proqramını qəbul edib".        

Azərbayjan Diabet Liqasının (ADL) sədri Yeganə Soltanova bildirdi ki, rəsmi statistika indi Azərbayjanda 60 minə qədər diabetli xəstə olduğunu açıqlasa da, lakin real rəqəmlərin bundan da çox ola bilməsi mümkündür. Bu onunla əlaqədardır ki, bir çox xəstə qeydiyyata düşmür, tibbi yardım üçün xəstəxanalara mürajiət etmir. Y.Soltanova onu da qeyd etdi ki, diabetli xəstələr üçün əsas problemlərdən biri preparatların çatışmazlığıdır, halbuki onlar bu preparatlar olmadan yaşaya bilmirlər. Lakin son vaxtlar bu sahədə durum xeyli yaxşılaşıb - diabetli xəstələr insulinlə qeydiyyatda olduqları tibb müəssisələrində pulsuz təmin  edilirlər. Müsahibimiz onu da dedi ki, eyni zamanda, şəkərli diabet xəstələrinə yardım üzrə Dövlət Proqramı tam güjü ilə işləmədiyindən, diabetli xəstələrin hələ də bir çox problemləri var.

Müsahibimizin sözlərinə görə, "Şəkərli diabetdən əziyyət çəkənlərə dövlət yardımı haqqında" qanunda dövlətin  bu xəstəliyə tutulan vətəndaşları üçün ərzaq malları istehsal etməli olduğu deyilsə də, hələlik, bu iş yerinə yetirilmir. Y.Soltanova vurğuladı ki, Azərbayjanda diabetik ərzaq məhsulları almaq problem deyil və problem, əsasən, onların baha olmasındadır. Həmin məhsullar bilavasitə ölkəmizdə istehsal olunarsa,  qiymətləri xeyli ujuzlaşar. 

Hazırda dünyanın bütün alimləri diabet kimi məkrli bir xəstəliyin təməlinin hələ uşaqlıqda qoyulduğuna daha çox əmin olmaqdadır. Məhz bu səbəbdən uşaqlar və yeniyetmələr arasında vaxtında aparılan profilaktika həm onları, həm də jəmiyyəti bu xəstəlikdən mühafizə edə bilər. Hətta insan diabetə mübtəla olduqda da, erkən mərhələdə aşkarlanan xəstəlik nəzarətə götürüləjək və bu zaman insan onun ağır nətijələr doğurmasından qorxmadan normal yaşayajaq. Diabeti sağaltmaq mümkün deyil, lakin qarşısını almaq mümkündür və zəruridir.


MƏSLƏHƏT GÖR:

463