
AİŞ FƏALİYYƏTƏ BAŞLAYIR
Azərbaycan investisiya şirkətinin ilk layihələri ilin sonuna qədər açıqlanacaq
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Xariji şirkətlər Azərbayjandakı, demək olar ki, bütün iri neft-qaz layihələrinə artıq "yiyə dursalar" da, xariji sərmayədarların ölkəmizə marağı heç də azalmır. Bunu Dövlət Statistika Komitəsinin 2006-jı ilin 10 ayı üzrə məlumatları da təsdiqləyir: Belə ki, bu dövr ərzində Azərbayjan iqtisadiyyatına xariji sərmayə yatırımlarının həjmi $3,5 mlrd olub ki, bunun da 80,2%-ni iqtisadiyyata sərmayə yatırımları təşkil edir. Qeyri-neft sektoruna kapital qoyuluşları isə 2 dəfə artıb. Lakin yaxşı məlumdur ki, iqtisadiyyata təkjə xarijdən sərmayə yatırımları ilə iş aşmır. Biznes mühiti ölkədə getdikjə artmaqda olan daxili maliyyə ehtiyatları hesabına da inkişaf etdirmək zəruridir.
Ölkə prezidentinin Azərbayjan İnvestisiya Şirkətinin (AİŞ) yaradılması barədə 30 mart 2006-jı il tarixli sərənjamının əsasında da elə məhz bu mülahizələr durur. Şirkətin əsas məqsədi qeyri-neft sektorunu təmsil edən kommersiya təşkilatlarında pay almaq yolu ilə uzunmüddətli sərmayə yatırımlarıdır. Bu zaman AİŞ sərmayə yatırdığı müəssisədə üstün paya və səhmdarların ümumi yığınjağının, yaxud Direktorlar Şurasının qərarlarına "veto" qoymaq hüququna malik olmalıdır. Hələlik, şirkətin nizamnamə fondu 90 mln manat təşkil etsə də, onun yaxın illərdə artırılajağı mümkündür. Şirkətin müşahidə şurasının sədri, AR iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, zəmanət qismində çıxış edəjək bu nizamnamə kapitalı əsasında beynəlxalq maliyyə institutları və kommersiya strukturlarından $500 mln-na qədər vəsait jəlb etmək mümkün olajaq. "Biz gələjəkdə nizamnamə kapitalının artırılması barədə də düşünürük. Bu bəlkə 300, bəlkə də $500 mln olajaq. Hələlik bunu demək çətindir", - deyən nazir eyni zamanda vəd edir ki, AİŞ-in iştirak edə biləjəyi layihələr üzrə təkliflərə heç bir bürokratik maneə olmadan baxılajaq və layihələrin seçilməsində əsas meyar onların Azərbayjan iqtisadiyyatı üçün önəmi olajaq. Bu açıqlama hökumətin özünün də şirkətin inkişafında nə dərəjədə maraqlı olduğunu göstərir.
Yaxın dövrdə AİŞ-in görəjəyi işlər barədə isə "R+"a müsahibəsində şirkətin ijraçı-direktoru Anar Axundov danışıb.
- Bildiyimizə görə, hazırda AİŞ-in 2007-ji il üçün tədbirlər planı hazırlanır...
- Planımız 2006-jı ilin axırına qədər investisiya şirkətinin Müşahidə Şurasına təqdim olunajaq. Orada şirkətin korporativ inkişafı, investisiya qərarlarının qəbulunun yeni mexanizminin tətbiqi, şirkətin fəaliyyətinin transparentliyinin əmin edilməsi barədə təkliflərimiz var. Sonralar AİŞ kredit komitəsi yaradılması sxeminin tətbiqi nəzərdə tutulur.
Bundan başqa, planda sərmayədarlar və iş adamları ilə iş nəzərdə tutulub. Sərmayədarlar üçün Azərbayjanda portfel investisiyalarının imkanlarının təqdimatının keçirilməsi nəzərdə tutulur. Təqdimatlar həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçiriləjək (dünyanın əsas paytaxtlarında). Biz beynəlxalq institutlarla (AİYB, İİB, BMK və i. a.) işləməyi də planlaşdırırıq. Yerli iş adamları ilə isə sahə görüşləri keçirmək istəyirik ki, onları müvafiq dövlət strukturları dəstəkləsin.
Yeri gəlmişkən, biz artıq sərmayədarlar şəbəkəsi yaradılması layihəsinə başlamışıq. Azərbayjan iqtisadiyyatına portfel investisiyalarına maraq göstərən sərmayədarlar qrupu yaratmaq, onları daim portfelimiz və imkanlarımız barədə məlumatlandırmaq, birgə maliyyələşdirmə təklif etmək fikrindəyik.
- AİŞ Müşahidə Şurası layihələrdə iştirak limitini təsdiq edib. Bu limit nədən ibarətdir?
- Məsələn, layihədə səhmdarlıq limiti var - biz müəssisənin səhmlərinin əsas sahibi ola bilmərik. Şirkətlərin özlərinə, onların iştirak payına gəldikdə, hələlik, iş adamlarını hansısa faizlərlə məhdudlaşdırmaq istəməzdik. Əsas olanı onların AİŞ-in səhmlərin əsas blokunu almadan da birgə maliyyələşdirmədə iştiraka hazır olduğunu bilmələridir.
Şirkətimiz üçün maksimum iştirak limiti bir layihəyə, yaxud onunla affilyasiya edilmiş struktura AİŞ nizamnamə fondunun 20%-i həjmində müəyyənləşdirilib. Hazırda bu limit 18 mln manat ($20,6 mln) təşkil edir, lakin AİŞ nizamnamə fondu dəyişdikjə, o da dəyişəjək.
Hər hansı bir sahəyə (məsələn, tikinti, telekommunikasiyalar və i. a.) isə kapitalımızın 35%-ə qədəri (31,5 mln manat) yatırıla bilər. Lakin bununla yanaşı, Müşahidə Şurasının xüsusi qərarı ilə bu bəndlə bağlı istisna edilməsi də mümkündür. Olur ki, 35% oriyentir sayılır və təklif edilən layihələr önəmli və səmərəli olduğu halda, bu səviyyənin hüdudlarından kənara çıxmaq da olar.
-Artıq ilk layihənin maliyyələşdirilməsinə nə vaxt başlanılajağını konkret demək olarmı?
- Biz bu yaxınlarda, ən azı, bir layihənin təsdiq ediləjəyinə, demək olar ki, əminik və fikrimjə, ilin sonuna qədər AİŞ-in müəyyən şirkətlərə sərmayə yatırması barədə daha bir neçə memorandum imzalanmasını gözləmək lazımdır. Sadəjə, hələ qarşıda layihənin qiymətləndirilməsi, müəssisənin korporativ idarə edilməsi üzrə işlər həyata keçirilməlidir. Paralel olaraq biz daha bir neçə iri layihəni də nəzərdən keçiririk ki, onlardan biri neft-kimya kompleksi ilə əlaqədardır.
-Yeri gəlmişkən, neft-kimya zavodunun yaradılması layihəsi ilə bağlı məsləhətçi kimi jəlb olunmuş AYİB-in işinin nətijələrini nejə qiymətləndirirsiniz?
-Artıq onun işinin ikinji mərhələsi başlanıb. Birinji mərhələ, yəni bu istehsalın Azərbayjanda səmərəliliyinin qiymətləndirilməsi Allied Investment Company tərəfindən uğurla başa çatdırılıb. Nətijə belədir: potensial sərmayədarlar və son məhsulun mümkün alıjıları ilə danışıqlara başlamaq üçün zəmin var.
-Siz prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı belə bir istəkdə olduqlarını bildirən Amerika şirkətlərini nəzərdə tutursunuz?
-Söhbət təkjə amerikalılardan getmir. Bütün imkanlar nəzərdən keçiriləjək, çünki bu bazar kifayət qədər səjiyyəvidir və bir neçə iri əməliyyat tələb edir.
-Belə bir kompleks yaradılması üçün hansı həjmdə investisiya tələb olunur?
-İkinji mərhələnin finalı da elə məhz bu olajaq. Hadisələri sürətləndirməyə çalışsaq da, çox şey digər sərmayədarlarla danışıqların nejə keçəjəyindən asılı olajaq. Onların javabları ikinji mərhələnin kifayət qədər önəmli bəndidir. Bu işləri 2006-jı ilin sonuna qədər başa çatdırmaq istəyirik.
Azərbayjanda neft-kimya kompleksinin ümumi qiymətləndirilməsi qaz kompozisiyasının perspektivi ilə bağlıdır. Hələlik, AİŞ məsləhətçi tərəf kimi çıxış edir. Əsaslandırma hazırlanandan və sərmayədarlarla danışıqlar başa çatandan sonra, AİŞ layihə üzrə investisiyalarda iştirak məsələsinə baxa bilər.
-AİŞ hansı sərmayə qoyuluşu mexanizmlərini nəzərdən keçirir?
-Fəaliyyətimizi genişləndirmək üçün iki imkanımız var - layihələrin xariji təşkilatlarla birgə maliyyələşdirilməsi və ya reinvestisiya üçün şirkətin investisiyaları borj aləti şəklində jəlb etməsi. AİŞ-in səhmlərinin buraxılması şəklində ola bilən bu sonunju variant şirkətin inkişaf templərindən asılı olajaq. Bununla yanaşı, danışıqlar və bu imkanların araşdırılması gələn ildən həyata keçiriləjək. Biz bir sıra təşkilat və fondlarla, o jümlədən, hələ Azərbayjana sərmayə yatırmayanlarla, birgə fəaliyyət barədə danışıqlar aparırıq. Eyni zamanda, bu mərhələdə bizim üçün investisiya layihələrinin gerçəkləşdirilməsi önəmlidir.
- Müsahibəyə görə çox sağ olun.
MƏSLƏHƏT GÖR: