15 Mart 2025

Şənbə, 02:43

İNSAN MƏSKƏN SALIR

Neft daşlarının - azərbaycanın malik olduğu təkrarsız qurğunun 57 yaşı tamam oldu

Müəllif:

01.12.2006

Qayalıq, tufanlı havada tamamilə suyun altında qalan, yerli balıqçılar arasında arzuolunmaz yer sayılan kiçik adajıqlara ilk səfər jəhdi 14 noyabr 1948-ji ildə oldu. Adajıqlara kiçik "Pobeda" ("Qələbə") gəmisi yaxınlaşdı. Gəmidə məşhur Azərbayjan geoloqu Akif Əliyev və 1947-ji ildə yaradılan "Azərneftkəşfiyyat" Birliyinin rəhbəri Sabit Orujov var idi. Beləliklə, ilk desant kiçik adajıqlara qədəm basdı və tezliklə, dənizin dibinə vurulan dayaqların üstündə Neft Daşlarında ilk qazma qurğusu və qazma briqadası üçün sahəsi jəmi 14 kv.m olan kiçik ev tikildi. Gələjək Sosialist Əməyi Qəhrəmanı Mixail Kaveroçkin ilk neft quyusunu məhz bu meydançadan qazdı. Dərinliyi 942 m olan quyudan ilk neft 7 noyabr 1949-ju ildə çıxarıldı və quyunun gündəlik hasilatı 100 ton təşkil etdi. Artıq fevralda Neft Daşlarında doldurulmuş tanker Dübəndi neftdoldurma limanına yan aldı. Daha bir neçə ay sonra isə 20 - 25 m dərinlikdə estakada, qazma və texnoloci meydançaların planlı şəkildə inşasına başlanıldı. Üzərində elektrik stansiyası, nasos-kompressor kompleksi, yardımçı sexlər, 60-jı illərin əvvəllərindən isə həm də neftçilər üçün 5-9 mərtəbəli binaların yerləşdiyi əsas meydançanın sahəsi 70 min kv.m təşkil etdi. İndi dayaqlar üzərində dənizdə ujaldılan bu şəhərin estakada və "küçələrinin" uzunluğu 200 km təşkil edir. 1951-ji ildə Neft Daşlarını fəth edənlərin böyük bir qrupu birinjidərəjəli SSRİ Dövlət Mükafatına layiq görüldü. 

Bu yaxınlarda isə Neft Daşlarının 57 yaşı tamam oldu. Bu, Bakının Əzizbəyov rayonunun tərkibinə daxil olan şəhərtipli qəsəbədir. Adını ətrafında ujaldıldığı, dənizin səthində güjlə görünən "Qara daşlar" qayalar silsiləsindən götürüb. Neftçilərin əzizləmə mənasında "daşlar" adlandırdıqları şəhər dənizin dibində qazılmış quyulara basdırılan və sementlənən dayaqlara  əsaslanan metal estakada üzərində yerləşib. Bu şəhərlə dəniz səthi arasında isə jəmi bir neçə metr məsafə var.  

 

Quruya bağlı həyat

Bura iki yolla gəlmək mümkündür: vertolyotla, yaxud gəmi ilə. Doğrudur, jəsarəti çatanlar ora üzə-üzə də gedə bilərlər. Lakin bu zaman nəzərə almaq lazımdır ki, Bakı ilə Neft Daşları arasında məsafə 110 km-dir. Dünyada analoqu olmayan bu unikal şəhərdə hər şeyə neft və mazut iyi hopub. Bəli, burada həyat var. İlk baxışda, bu həyat qurudakı həyatdan fərqlənmir… Lakin o başqadır, "gətirilmədir": həftədə bir dəfə bura içməli su, ərzaq, dərman, dövri mətbuat, geyim və… neftçilərin özlərini gətirirlər. Hazır evlər, buradakı park təsərrüfatını təzələmək üçün torpaq və tinglər də gətirilir. Neft Daşları öz infrastrukturu, dəniz vağzalı və vertolyot meydançası olan şəhərdir. 

Burada insanlar 15 gün ərzində 2 növbədə işləyirlər: səhər saat 8-dən günorta saat 2-yə qədər və saat 2-dən axşam saat 9-a qədər. Sonra onları neftçilərin yeni qrupu əvəz edir. Lakin ən maraqlısı işdən sonra, neftçilər buradakı istirahət evində, yaxud yataqxananın qarşısındakı bağçada yığışanda başlayır. Bəziləri stolüstü oyunlara üstünlük verir, bəziləri meydançada futbol oynayır, bəziləri isə televizora baxırlar. Bəlkə də "daşlar"ın sakinlərini xariji aləmlə birləşdirən də elə məhz bu "qutu"dur. 

Curnalist vəsiqəsi sayəsində Neft Daşlarına gedib çıxa bilsən də, burada çox şeylər anlaşılmaz, sanki məxfiliyə bürünmüş görünür. Sadə vətəndaş burada yenijə çıxarılmış neft görməyəjək, fəhlələrlə söhbət etmək də ona, çətin ki, nəsib olsun. Dayaqlar üzərindəki şəhərin əsl həyatı, onun artıq 57 il təqib etdiyi məram kölgədə qalajaq. 

İlk təəssürat: soyuq, rütubət,  sıxıntı. Yolda piyada və avtomobillər yoxdur. Ətrafda yalnız estakadalarboyu uzanıb-gedən asfalt yolları sanki əhatəyə almış və sonu görünməyən borular var. "Daşları" şəhər adlandırsalar da, burada meqapolislərə xas olan alışdığımız səs-küy yoxdur. Yəqin, bu səbəbdəndir ki, daim ən müxtəlif səslərin - dənizin uğultusunun, işləyən aqreqatların, kompressorların və dizel stansiyasının, çörək zavodunun, jamaşırxana, sutəmizləyiji qurğu və s. səslərinin əhatəsində olmağımıza baxmayaraq, burada səssizlik duyulur. Əgər nə vaxtsa Neft Daşları turistlərin gəzinti yerinə çevrilərsə, turist marşrutlarının təşkili üçün ən yaxşı vaxt axşamdır: günün bu vaxtı "daşlar" sanki jildini dəyişir. Şəhər sarı fənərlərin işığına qərq olur, fəvvarələr işləməyə başlayır. Çətin ki, yer üzündə açıq dənizdə dayaqların üzərində axşamlar fəvvarələrin, həm də təkjə su fəvvarələrinin yox, ikinji bir belə gurlayan nəhəng qurğuya rast gəlmək mümkün olsun.

"Sovet dövrünün dağıntıları"ndan sonra çox şeyi yenidən inşa etmək lazım gəlir. Son 3 ildə yaşayış massivi sektoru xeyli təkmilləşdirilib. Gimnastika zalları tikilib, mədəniyyət  evi zəruri avadanlıq və musiqi alətləri ilə təjhiz edilib. Yaşıllıqlar salınır. Şəhərdə, xüsusən, gejələr adamı vahimə basır - mehmanxana nömrəsində olarkən təkjə pənjərənin arxasında deyil, ayaqlarının da altında guruldayan dənizin səsini eşidirsən. Anlayırsan ki, belə son dərəjə önəmli strateci obyekt üçün zəruri olan hərbiləşdirilmiş mühafizənin varlığına baxmayaraq, şəhər… müdafiəsizdir, təbiət qarşısında güjsüzdür. Yarıməsrlik ömrüboyu Neft Daşlarında 180 km dəmir-beton estakada inşa olunsa da, Xəzərdə ildə 200 gün hökm sürən fırtına küləkləri onlarja kilometr hidrotexniki qurğunu sıradan çıxarıb. Hazırda avtomobil nəqliyyatına jəmi 50 km uzunluğu olan sahədə hərəkət etməyə ijazə verilir. Həqiqətən, Neft Daşlarına yuxarıdan baxanda, şəhərin bir qalaq paslanmış metaldan ibarət olması təsəvvürü yaranır. Çoxlu ayrı-ayrı əsaslar yaranıb, kommunikasiya şəbəkəsi pozulub, neft kəmərləri, elektrik və rabitə xətləri sıradan çıxıb, yüklərin və adamların çatdırılması çətinləşib. Bununla yanaşı, burada itkilərin kompensasiyası üçün hər şey edilir - estakadaların çox hissəsi təzələnib.  

Neft və qaz hasilatının sabitləşdirilməsi üçün daim yeni quyular qazılır. Əlavə estakadalar quraşdırılıb və istifadəyə verilib, köhnələrin bir çoxu əsaslı təmir edilib. Bəzi əsaslar etibarlı telefon rabitəsi, televizorlar, soyudujular və digər məişət jihazları ilə təmin olunub. İçməli su üçün tutumları olan təsərrüfat-məişət kompleksi istismara verilib. Yeni avtonəqliyyat sexi istismara verilib. Mütəxəssislər iddia edirlər ki, son illər istehsalın azalma templəri xeyli səngiyib. Lakin bütün bunlara baxmayaraq, obıvatel Neft Daşlarında keçirilən təlaşdolu gejəni hələ uzun müddət unuda bilməyəjək.   

Yeri gəlmişkən, kriminal bu şəhərdən də yan keçməyib. Yaşlılar danışırlar ki, sovet hakimiyyəti dövründə "daşlar"ın küçələrində gəzmək o qədər də təhlükəsiz deyildi. Həmin qarışıq dövrdə dayaqlar üzərindəki şəhərdə işləmək üçün, əsasən, əvvəljə üzməyi öyrətdikləri keçmiş məhbusları göndərirdilər.  Şübhəsiz, onlar Neft Daşlarında dəfələrlə dava salırdılar. Hər şey "böyük torpaq"dakı kimi idi: xırda oğurluqlar da olurdu. Lakin zaman keçdikjə, "daşlar" pis vərdişlərdən xilas oldu.

 

Neft Daşlarının "siması"

İndi Neft Daşları 4 min əhalisi olan şəhərdir. Burada neftçilərlə birlikdə inşaatçılar, energetiklər, geofiziklər, ijtimai iaşə işçiləri, dərzilər, jamaşırxana işçiləri, qaynaqçılar, rəngsazlar və b. da yaşayır. Onların hamısını bir şey birləşdirir - dənizə həqiqi məhəbbət. Demək olar ki, hamısı quruda da işləyə biləjəklərini, lakin burada - "daşlar"da vətən adlandırılan xüsusi bir auranın əhatəsində olduqlarını deyirlər. İnsan əlinin məhsulu olan bu dəmir-beton məkanla doğmalaşıblar desək, yanılmarıq. Yarım əsr ərzində bir dərya neft çıxarılıb, bir ümman tər axıdılıb. Buradakılar deyirlər: "Daşlar"da pis işçilər, pis mütəxəssislər yoxdur".

Geyimləri dənizdə təmir edən dərzi ilə daha harada söhbət etmək olar? Yəqin ki, bu, neftçi ola-ola, dərzilik sənətinin sirlərinə də yiyələnən yeganə adamdır? O, "daşlar"da işləyənlərin geyimlərini artıq 20 ildir təmir edir. Hər gün, təxminən, 5-6 adama xidmət göstərməli olur. Amma bu adam adını açıqlamaq istəmədi. Burada, Neft Daşlarında hər şey "tam məxfidir" prinsipinə əsaslanır. Hər söz yaxşıja düşünüldükdən sonra deyilir və bu, strateci obyektdə sürülən ömürdən doğan vərdişdir. 

Müsahibimizin dediklərindən: "Daşlar"da başqalarının gördüyü işlə müqayisədə, mənim işim o qədər də çətin deyil. Mənə quruda işləməyi də təklif etmişdilər, amma imtina etdim. Artıq bura alışmışam. Həm də burada qardaşım da işləyir. Axı məsələ təkjə pulda deyil. Məsələ burada hökm sürən xüsusi şəraitdədir". 

Neftçi və rəngsaz, həkim və geofizik də demək olar ki, həmin sözləri deyəjəklər. Bu insanların hamısı işlərinin təhlükəli, lakin çox lazımlı olduğunu anlayır. Lakin dayaqlar üzərindəki şəhərdə ölümdən danışmaq məqbul deyil. Neft Daşlarında belə bir yazılmamış qanun var - buradakı həyatın mənfilikləri barədə danışmamaq. Halbuki Neft Daşlarında hər il insanların həlak olduğu məlumdur. Təhlükəlilik dərəjəsinə görə neftçinin işini yalnız şaxtaçı, yaxud dağ-mədən işçilərinin işi ilə müqayisə etmək mümkündür. Geniş ijtimaiyyət baş verən fajiələrin yalnız bəzilərindən xəbərdardır. Bəs nə qədər belə hadisə "gözdən qaçıb?". Bütün bu hadisələr, hətta dəhşətli qasırğalar zamanı da işləyərkən baş verib. Neft Daşlarındakı parkların birində həlak olmuş neftçilərin şərəfinə əbədi alov yanan xatirə kompleksi ujaldılıb. 21 noyabr 1957-ji ilin gejəsi tufan zamanı iki briqadanın üzvü - 21 neftçi qəhrəmanlıqla həlak oldu və güman ki, Neft Daşlarında bu fajiəli hadisənin üstündən sükutla keçmək mümkün olmadı. Digər ölüm halları barədə isə danışmamağa üstünlük verilsə də, bəzən bu barədə informasiya KİV-lərə yol tapır. 

Lakin xoşbəxt sonluqlar da olur. Məsələn, 1992-ji ildə açıq dənizdə qalmış 22 neftçini vertolyotlarla yalnız möjüzə nətijəsində xilas etmək mümkün oldu. Güjlü tufan var idi. Küləyin sürəti  41 m/san, dalğaların hündürlüyü 9 m təşkil edirdi. Tufan kommunikasiya sistemini və hidrotexniki qurğuları sıradan çıxardı. Nətijədə, bir neçə estakada ilə əlaqə kəsildi, həmin sahələrdə isə öz vəzifə borjunu yerinə yetirən adamlar qalmışdılar. Vəziyyəti daha da gərginləşdirən neft və qaz kommunikasiyaları sisteminin partlaması və yanğının başlaması idi. Lakin bütün bunlara baxmayaraq, insanlar buralara qayıdır və işləməkdə davam edirlər.

Keçən yarım əsr ərzində yataqda 173 mln t neft və 12,5 mlrd kub.m səmt qazı hasil edilib. Hazırda istismar fondu, təxminən, 500 quyu və Neft Daşlarının təkindəki qalıq xammalından ibarətdir. "Palçıq sopka"sı  yatağında, təxminən, 25 mln t neft qalıb. Çıxarılan neftin 75%-i kompressor üsulu ilə hasil edilir. Hər quyu sutkada, orta hesabla, 5 tona qədər neft verir. Hər il Neft Daşlarında ilkin debiti 15-16 t olan 5-6 quyu qazılır. 1967-ji ildə rekord həjmdə - 7,6 mln t neft hasil edilib. Gündəlik neft hasilatı 20820 t təşkil edirdi. 

 

Neft Daşlarında nə var?

Estakadalar və estakadayanı meydançalar, neft yığılan yerlər, sutəmizləyiji qurğular, 2, 3, 9 və 16 mərtəbəli evləri olan qəsəbə, idarə binası, xəstəxana, aptek, dizel elektrik stansiyası, qazanxana, mağazalar, yanğınsöndürən nasos stansiyası, yük rezervuarları parkı, 300 nəfərlik klub, su rezervuarları, 100 nəfərlik yeməkxana, mehmanxana, tədqiqat işləri üçün laboratoriya, çörək zavodu, limonad sexi, üzgüçülük hovuzu, qazlift kompressor stansiyası, uşaq bağçası, qadınlar üçün 9 mərtəbəli yataqxana, 36 min kitab fondu olan kitabxana, "Neft Daşları - Dübəndi" neft kəməri, yardımçı təsərrüfat, vertolyot meydançası, kompressor stansiyası, "Ümid" idman-sağlamlıq kompleksi. 


MƏSLƏHƏT GÖR:

533