Müəllif: Valentina REZNİKOVA Bakı
Onların tamaşaçı qarşısına ilk çıxışları məhz burada, şəhərin minlərlə sakininin və qonaqlarının hər il keçdikləri yerdə baş verib. Kimi tələsir və sürətlə irəliyə hərəkət etməklə, estetik olaraq kökündən dəyişdirilmiş divarları baxışları ilə süzür. Amma kimi də hansısa işin qarşısında ləngiyərək, yenə də ayaq saxlayır. Əvvəllər baxışları keçidin divarları hörülən simasız pilətəsi ilə toqquşurdu. İndi bu divarlarda öz reallıqları və bədii həqiqətin qaydaları hökm sürən dünyaları ilə bölüşmək istəyənlərin səsləri var. "Gənclik" metrosunun keçidlərində "Metro Gallery" layihəsi çərçivəsində azərbaycanlı fotoqrafların işlərindən ibarət sərgi açılıb. Bu, Bakı metropoliteni tərəfindən təşkil edilmiş ikinci layihədir və noyabrın 15-nə qədər davam edəcək. Sərginin tematik istiqaməti yoxdur və fotokameranın obyektivi vasitəsilə yaradıcılıq özünüifadə yollarını axtaran azərbaycanlı vətəndaşların işlərindən ibarətdir. İşlər kompozisiyası, işıq, kölgə və məzmununa görə fərqlidir. Burada portret işlər də, natürmort, peyzaj rəsmləri də, fotokollajlar da var. Bunların arxasında ətraf aləmi ən çox xoşladığımız kimi görmək cəhdləri gizlənir: hazırlanmış kiçik detallar və böyük kompozisiyalar vasitəsilə. Metro keçidlərində çoxsaylı işləri sərgilənən müəlliflər arasında adları dillər əzbəri olan və ya bədii fotoqrafçılıq ustadı kimi tanınan şəxslər yox idi. Bu, bədii təcrübələrini öyrənməli olduğum insanlardır. Tamaşaçı ilə dialoqa girmək istəyən müəlliflər olduqca çoxdur. Daha çox isə işləridir. Bura ona görə belədir ki, bəzi adlar bir neçə işlə təqdim olunub. Və inanın, onların ilk yolları, işlərindən danışmağa dəyər.
Yenilik obyektivdə
Andrey Cabali amerikalı fotojurnalist Stiv Makkarrinin əfsanəvi şəxsiyyəti qarşısında pərəstişini gizlətmir. Bu, müasirliyin ən məşhur və dahi fotoqraflarından biridir. Fotoincəsənəti sevənlərin əksəriyyəti müəllifi bir tək əfqan qızın şəklindən tanıyırlar. Görünür, Stivin fenomeni Andreyə rahatlıq vermir. Cabalinin hər bir işi, onun Makkarri üslubunda icra olunduğuna dair informasiya ilə müşayiət olunur. Fotoqrafçılıqda portret incəsənəti - ən mürəkkəb növlərdən biridir. İşıq axını yaxşı olan yerdə təkcə üz cizgilərini tutmaq azdır. Daha çox şey lazımdır: insanın ruhu soyuqluq zirehi altında gizlənməyən anı həkk etmək. Görünür, Makkarri də dünya fotoqrafçılıq tarixinə "Afgan Girl" portreti ilə belə daxil olub. Kim bilir, bəlkə də, bakılı Andrey Cabaliya da belə tale hazırlanıb?
Elvin Novruzlu. "Toyuq ailəsi". Kənd həyatında gizli süjet - bu, toyuq və cücələrin idilliya-harmonik münasibətlərinin anını dayandırmaqdır. Bu şəkildə nəsə saflıq və təsirli məqam var.
Rüfət İliyev. "Lavaş". Sanki, xüsusi bir şey yoxdur: budur manqal, üzərində də alov, bir də gecə toranlığının tüstüsündə dağların uçurumu. Yüngül işdir. Dünyanın sahmanının sarsılmazlıq hissini, sabahın da min il bundanəvvəlki kimi olacağına dair əminlik doğurur: günəş doğacaq, insanları oyatmaq, onları adət etdiyi işlərinə yollamaq üçün və yenidən axşam düşəcək.
Manqalın içində kömürlər alışıb-yanaraq, taxta qığılcımları qısa sıçrayışla ətrafa səpələyir...
Aureliya Nəsirova. "XXI əsrin igidi". Qədim Lahıc şəhərinin küçələri neçə-neçə igid atlılar görüb! Sənətkarlar şəhəri dağlarda yerləşir və hər bir küçə, hər bir yol, hər bir ev - bu günlə məhdud həddə birləşən keçmişin tarixi, gözəlliyi ilə nəfəs alır! Və at belində oturan oğlan - keçmişi indiki zamanla birləşdirən halqadır...
Vüqar Sevdimaliyev. "Selibur". Dağlıq kəndin əhalisinin sərt qış həyatından süjet - bu, müəllifin həyat kimi adi anlayışlarla bağlı olan bəsit bəşəri dəyərlərin məğzinə diqqətli baxışıdır.
Nicat Rzayev. Bu, natürmortdur. Təbiət materiallarının (narlar, xurmanın yetirməyən bəhərləri, zamanla qurumuş bitkilərin kəsimi) meşənin canlı məkanının strukturuna birləşməsi. Nicat peşəkar rəssamdır. Və onun bir neçə işi fırçanı kameranın obyektivi ilə əvəz etməkdir. O, əşyalar və məkanla eksperimenti, fırça ilə işləyirmiş kimi edir. Onun ikinci - "Balıqçı qayığı"na diqqətlə baxmasaq, həqiqətən də fırça ilə çəkilmiş peyzaja bənzəyir. Yığılan qurumun strukturu bəlkə də, müəllif tərəfindən müəyyən kompüter qrafikasında "çəkilib". Amma bütün bunlar bədii əsərə bənzəyir. Lakin arxa plandakı fona diqqət etsək, günəşlə birgə buludları dəlib-keçən, müəllifin planlaşdırmadığı təfərrüatları görmək olar....
Denis Sveçnikov. "Köhnə körpü". Demək olar ki, fantastik reallıq anıdır. Zaman sanki bu məkandan asılı idi: nə keçmiş, nə də gələcək hissi var idi. Baş verənlərin vəziyyəti - burada və indi. Keçmişlə gələcək arasında donmuş an.
Xalıq Zeynalov. "Sofiya". Bu iş İntibah dövrü rəssamlarının fırçasına layiqdir. Düzdür, XXI əsrin qəhrəmanında daxili harmoniyaların sakitliyi ilə fəth edərək, həmin dövrün qızlarının seçildiyi həmin həlimlik və sadəlik yoxdur. Burada hər şey əksinədir. Və əgər intibah dövrünün qəhrəmanları öz dövrlərinin əksi idilərdisə, indikilər dağılmış ideallar əsrinin bütün cizgilərini təcəssüm etdirirlər.
Portret - adi janr deyil. Əgər fotoqraf həqiqətin anını "bəzəyə" bilirsə, deməli, o, incəsənətdə dünyaya "obyektiv" baxışın təsadüfi adamı deyil.
Rüfət Mehdiyev və Ruslan Məmmədov. "Bilgəhin vəhşi çimərliyi". Fotokollaj - bu da incəsənətdir. Daha zəki və hissiyyat duyulan bir növ. Onu tətbiqi növ kimi nəzərdən keçirmək olar. Bu müəlliflərin dünyaya baxışı son dərəcə ironiyalıdır. Və bu xeyirxah ironiya tamaşaçını assosiativ analoqların axtarışlarına itələyən yaxşı müəllif təhrikidir. Kimsə Georgi Danelinkin "Kin-dza-dza!" flmini xatırlayır, kimi isə Pirşağıda yay çimərliyini və qum üzərində təzə qarpız qabıqlarını....
Provokatorlar
XX əsrin əvvəllərinin dahi rejissorlarından biri deyib ki, əsl rəssam yaradıcılıq fəaliyyəti sahəsindən asılı olmayaraq, həmişə provokatordur.
Boş məkanı nəcibləşdirmək üzrə hazırkı layihə estetik təkmilləşmə baxımından nəinki lazımlı və faydalıdır, həm də çoxsaylı şəkillərin müəlliflərinə maraqlı görünmə, kadrın standart olmayan quruluşu ilə müəlliflərinə səs salmağa imkan verib. Xatırladaq ki, "Bakı metropoliteni" QSC-nin ilk layihəsi Bakı ictimaiyyətinin diqqətini qan xəstəliklərindən əziyyət çəkən uşaqların problemlərinə diqqət cəlb etmiş gənc azərbaycanlı rəssamların işlərindən ibarət olub. Həmin vaxt sərgi "Nərimanov" metro stansiyasının keçidlərində təşkil olunmuşdu. Sərgi çərçivəsində Qırmızı Xaç təşkilatı şəhər sakinlərinə müraciət edərək, leykemiyadan əziyyət çəkən balaca bakılılara maddi yardım göstərmək, qan verməyə çağırmışdı.
Uşaq rəsmlərinin sərgisi bu ideyanın dəstəklənməsi üçün özünəməxsus yaradıcı aksiya olub.
Sanki yeraltı keçidlərin bərəkətli torpağı bundan sonra qəlblərimizdə gözəllik hissini doğurmaq imkanı ilə mərhəmətin yüksək fikirlərinə iltifat göstərəcək.
MƏSLƏHƏT GÖR: