
BOŞ PİŞTAXTALAR YALNIZ BAŞLANĞICDIR
Moskva bazarlarındakı "etnik təmizləmə"nin haqqını kim ödəyəcək?
Müəllif: Tofiqəxanım QASIMOVA Bakı
Moskvanın başladığı "bazar müharibəsi" özünün həllediji mərhələsinə qədəm qoyub. Rusiyada "miqrant"larla mübarizə bütün səviyyələrdə davam edir və bu zaman azərbayjanlıların biznes maraqları da birbaşa hədəfdədir. Əvvəljə Rusiya Federal Miqrasiya Xidməti direktorunun müavini Vyaçeslav Postavnin yerli KİV-ə müsahibəsində deyib: "Bu gün MDB ölkələrindən miqrasiya prosesinin faizlərlə tənzimlənməsi həqiqətən də lazımdır. Çünki bizim ölkəmizin ərazisi digər ölkə vətəndaşlarının yerli əhalidən çox olduğu anklava çevrilməməlidir. Bizim hesablamalarımıza görə, ölkənin hansısa rayonunda və ya regionunda başqa bir dövlətin vətəndaşları 17-20%-dən artıq olmamalıdır. Xüsusilə də onlar başqa milli mədəniyyətə və dinə malikdirlərsə. Bu rəqəmin daha böyük olması yerli əhali üçün diskomfort yaradır".
Postavnin diskomfort dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Bununla yanaşı, Miqrasiya Xidməti artıq gəlmələr üçün dəqiq hədd müəyyənləşdirib: 20%. Bundan əvvəl, qanuna görə, Rusiyada işçi qüvvəsi ilə bağlı norma yalnız bu ölkə ilə viza reciminin mövjud olduğu dövlətlərin vətəndaşlarına şamil edilirdisə, artıq onu Rusiya ilə viza recimində olmayan MDB dövlətlərinin vətəndaşlarına da tətbiq etməyə hazırlaşırlar.
Hətta elə sahələr var ki, orada Rusiya hökuməti, ümumiyyətlə, miqrantları qəbul etmək fikrində deyil. Məsələn, yanvarın 15-dən etibarən kənar ölkə vətəndaşlarının alkoqollu içkilər və dərman alveri ilə məşğul olması qəti qadağan ediləjək. Aprelin 1-dən isə bu qadağa, ümumiyyətlə, pərakəndə satışa tətbiq olunajaq.
Qadağa bazarlara da şamil olunajaq
Bundan sonra baş nazir Mixail Fradkov və onun müavini Aleksandr Cukov bazarlarda nizam-intizamın yaradılması və əmək miqrasiya məsələləri ilə şəxsən məşğul olajaq. Bu haqda baş nazirin özü hökumətin ijlasını açarkən məlumat verib. Fradkov qeyd edib ki, bir həftə əvəl əmək miqrasiyasını tənzimləyəjək qərar qəbul olunub və bu səbəbdən də hökumətin narahat olmasına ehtiyaj yoxdur. "İjtimaiyyət bu qərarı fəal şəkildə müzakirə edir", - deyə o bildirib. O, hökuməti bu qərarla bağlı normativ sənədlərin hazırlanması ilə gündəlik məşğul olmağa çağırıb.
Rusiya hökumətinin bu siyasətinin çoxsaylı Azərbayjan vətəndaşlarının maraqlarına birbaşa təsir göstərəjəyini qeyd etmək artıq olardı. Belə ki, onların əksəriyyətinin işləri və biznesləri bu və ya digər formada Rusiya bazarları ilə əlaqəlidir: kənd təsərrüfatı məhsulu istehsalçılarından tutmuş tajirlərədək. İstənilən halda, Azərbayjan prezidenti artıq xüsusi sərənjam imzalayaraq, dövlət komissiyası yaradıb və komissiyaya Rusiya hökumətinin qərarı ilə iqtisadi maraqlarına ziyan dəyəjək Azərbayjan vətəndaşlarının problemlərinin qarşısının alınması üçün mümkün tədbirlən planını hazırlamaqdan ötrü bir ay vaxt verib.
Kobud desək, özü-özlüyündə qeyri-leqal miqrasiyanın qarşısını kəsməkdə, əmək resurslarının idarəedilməsi sistemini yaratmaqda, onların daha çox ehtiyajı olan yerlərə göndərilməsində pis bir şey yoxdur. Amma nejə deyirlər, elə bir ağıllı ideya yoxdur ki, Rusiyada onu ənənəvi məmur axmaqlığı korlamasın. Xüsusilə də bu axmaqlıq açıq-aşkar millətçiliklə eyni pillədə durursa.
Həqiqətən də Rusiyada ultramillətçiliyin qorxulu həddə çatması haqqında artıq çoxları ujadan danışır. Amerikanın nüfuzlu "Newsweek" qəzeti bu məsələ ilə bağlı "Nifrət dövləti" başlıqlı böyük bir yazı dərj edib.
Rusiya əsas dövlət bayramı, noyabrın 4-də qeyd olunan Milli Birlik gününü nejə keçirir? İlk dəfə Rusiyada bu gün bir il əvvəl, demək olar ki, klassik "Stalin dekorasiyası" - "etnik Aqitprop" şəklində keçirilib: "Pole çudes" verilişində iştirakçılar efirə milli kostyumlarda, "milli musiqi və rəqslər"lə çıxmışdı. Lakin artıq bir gün sonra qəzet və telekanalların "bir nömrəli xəbəri" "Rus marşı" idi. Bir sözlə, ultramillətçilərin bu bayramı "özəlləşdirmək" niyyətləri açıq şəkildə ortaya qoyulurdu.
Bu dəfə Moskva və Sankt-Peterburqda
"Rus marşı" qadağan edildi
Moskva meri Yuri Luckovun "Moskovski Komsomoles" qəzetində dərj edilmiş bu fikirləri maraqlıdır: "Biz ötən il noyabrın 4-də insanların şovinist şüarları səsləndirərək, hərəkət etdiyi "Rus marşı"nın şahidi olduq. Bu, normal və sakit həyat yaşamaq istəyən istənilən şəxs üçün xoşagəlməz və həyəjanlı siqnal idi. Bu səbəbdən də mən bu il Moskvada "Rus marşı"nın keçirilməsinə ijazə vermədim".
Hakimiyyətin qadağası nətijəsində Moskvada və Sankt-Peterburqda Milli Birlik günü "marşsız" keçsə də, əksər ekspertlərin fikrinjə, hələ eyforiyaya qapılmaq və millətçilərin "məğlubiyyəti" haqda danışmaq çox tezdir. KİV-in məlumatına görə, Moskvada həmin gün ultramillətçilərin çıxışının qarşısını heç də tamamilə almaq mümkün olmayıb: radikal "Xalq iradəsi" partiyası nümayiş keçirmək üçün ijazə alıb və sonradan digər "ruhən yaxın olan" qüvvələr də onlara qoşulub. İstənilən halda, Moskva bağçalarından birinə toplaşan 4000 nümayişçi "Rusiya ruslar üçündür!" şüarını səsləndirib. İjazəsiz aksiya da keçirilib. Sodovo dairəsi boyunja "Ruslar, irəli!", "Kon-do-po-qa" kimi şüarların səsləndiyi marş baş tutub.
Bir sözlə, millətçilərin iflası haqda danışmaq olmaz. Rusiya Elmlər Akademiyasının Ksenofobiya və Ekstremizimin Öyrənilməsi və Xəbərdarlıq Mərkəzinin rəhbəri Emil Panin hesab edir ki, əksinə, "Bu bayramı ölkədə siyasi stabilləşmə kimi qələmə vermək üçün məşhur aktyorların iştirakı ilə çəkilən teleçarxlar" iflasa uğrayıb. "Hər şey hələ ayın 4-dən əvvəl, xəbərlərin jəbhədən məlumatları xatırlatması ilə baş verdi", - deyə o, "Vremya novostey" qəzetinə bildirib. Bundan başqa, Paninin fikrinjə, "hakimiyyətin jiddi qadağalarına baxmayaraq, regionlarda yüzlərlə insan qadağan olunmuş və ya yarımçıq ijazə verilmiş millətçi nümayişlərə çıxıb" və bu göstərir ki, "millətçiliyin ümumrusiya şəbəkəsi artıb".
Öz növbəsində, Rusiyada radikal-millətçi fəaliyyətin monitorinqini aparan SOVA Analitik İnformasiya Mərkəzinin direktoru Aleksandr Verxovski də güman edir ki, Qeyri-Qanuni Miqrasiyaya Qarşı Hərəkat (QMQH) hamıya nümayiş etdirdi ki, hətta təzyiqlər şəraitində də aksiyalarını keçirə bilir. "Ayın 4-də QMQH Rusiyanın digər regionlarında da uğurla işlədi", - deyə Verxovski qeyd edib.
İjtimai Rəyin Öyrənilməsinə Dair Ümumrusiya Mərkəzinin məlumatına görə, rusların 52%-i "Rusiya ruslar üçündür" şüarını dəstəkləyir. Son həftələr isə Moskvada "qəribə hadisələr" silsiləsi qeydə alınmaqdadır: bazarlarda partlayış və yanğınlardan tutmuş, "qeyri-slavyan mənşəli" şəxslərə hüjum və onların qətlinədək. Qeyd edək ki, belə hadisələrdən yalnız Çerkizovo bazarında yerləşən "Avrasiya" kafesindəki partlayışın rəsmən millətçilik zəminində baş verdiyi təsdiqlənib. Bütün digər hadisələrdə hüquq-mühafizə orqanları "mafioz qruplaşmaların mübahisəsi"ndən tutmuş, "kommersiya mübahisələri"nədək "tezhəzmolunan" versiyalar səsləndirir.
Noyabrın 4-də rəsmi məlumatlara görə, azərbayjanlılar arasında millətçilərin hüjumuna məruz qalan olmasa da, sahibkar T.Xanəliyevin qətli "rus vətənpərvərləri"nə Moskvada marş keçirməyə ijazə verilmədiyi günə təsadüf etdi.
Bütün bunların fonunda Rusiya hökümətinin "bazar müharibəsi"nə başlaması və hədəfdə məhz bazarlarda alver edən "qeyri-ruslar"ın olması daha çox təhlükəli ultramillətçi piarı xatırladır. Məsələ ondadır ki, bu təbəqə ultramillətçilərin əsas nifrət obektidir.
Amma bir məsələ də var ki, Rusiyanın ultramillətçi piarı sanki jəzalandırılan azərbayjanlı tijarətçilərlə yanaşı, rusların özü üçün də müsbət nətijələnməyə bilər. Və məsələ yalnız onda deyil ki, millətçiliklə bağlı oyun istənilən xalq üçün pis nətijələnir: Mixail Fradkovun və onun namizədliyini Putinə təklif edənlərin siyasətinin bəhrəsini ruslar çox tezliklə öz jiblərində hiss edəjəklər.
Əksər rusiyalı müşahidəçilər qeyd edirlər ki, siyasi uğursuzluqdan sonra, azərbayjanlı tijarətçilər Moskva bazarlarından "yığışdırıldılar". Onların tərk etdiyi yerlər isə boş qalır. Moskvanın İstehlak Bazarı və Xidmət Departamentinin rəhbəri Vladimir Malışkov curnalistlərə bildirib ki, bazarlar jəmi 40, 30, hətta bəzi yerlərdə 20% doludur. Bunun "müvəqqəti olduğunu" qeyd edən Malışkov daha sonra etiraflarını saxlaya bilməyib: "Mən ümumiyyətlə hesab etmirəm ki, kimisə bazarlardan çıxarmalıyıq. Azərbayjanlılar jənuba məxsus xalqdır və bu sahədə daim daha fəal olublar. Qoy, bu tajirlər leqallaşsınlar və alverlərini etsinlər. Bunu heç kim onlara qadağan etmir. Mən bu sahədən gürjülərin, tajiklərin, özbəklərin, azərbayjanlılaırn gedəjəyi halda, nələrin baş verəjəyini düşündükdə dəhşətə gəlirəm. Bütün digər millətin nümayəndələri tijarət və restoran biznesindən gedərsə, onların yerinə kimi tapajağam? Bu gün məndə 60 min işçi çatışmır". Bazarlarda rusiyalı fermerlər üçün ayrılan yerlər boş qalıb. Malışkov bunu belə izah edir: "Biz bazara tibb kitabçası olmayan fermeri buraxa bilmərik. Kəndlərdə isə tibbi baxışdan keçmək elə tezliklə baş tutan məsələ deyil - hər yerdə laboratoriyalar yoxdur və bunun üçün rayon mərkəzinə getmək lazım gəlir".
Satıjılar isə daha açıq danışırlar: "Nejə deyərlər, prezident nejə deyibsə, yerləri o jür bölüşdürürlər. Onlar isə boş qalır. Səbəb? Səbəb odur ki, Rusiyanın kənd təsərrüfatı istehsalçıları iki şeydən birini bajarır: ya istehsal etmək, ya da içmək. Alver etmək isə başqa bir elmdir. Rus burada səhər saat 4-dən axşamadək dayana bilər?" - deyə "MK"nın curnalistlə söhbətində bazar insayderi ekspertlərindən biri bildirib. Daha sonra özü haqda əlavə edir: "Düzünü desəm, şəxsən mən heç vaxt səhər tezdən saat 4-də işə gəlmərəm. Bunu əslən rus, hətta moskvalı bir şəxs kimi bəyan edirəm. Hətta 1000 dollar müqabilində belə gəlmərəm".
Heç kim həmin alverçilərin "ləğv ediləjəyi" halda, bazara bu kənd təsərrüfatı malı istehsalçılarını və ya heç olmasa, onların məhsullarını nejə çıxarmağın yollarını bilmir. Fermerlər piştaxta arxasında dayanmayajaq, məhsullarını isə verəjəkləri bir yer yoxdur: kənd təsərrüfatı məhsullarını istehlak edən korporasiya ləğv edilib, onun əvəzinə isə heç nə yaradılmayıb. İri aqrar istehsalçılara isə belə bazar yox, iqtisadi anlayışlı bazar lazımdır. Bu isə o deməkdir ki, istehlak mallarının qiymətinin bahalaşması ilə yanaşı, Moskva həm də fermerlərin iflası ilə üzləşəjək. Bütün bu hadisələr isə guya məhz həmin fermerlərin xeyri üçün baş verir. Odur ki Moskvanın "qeyri-leqallarla mübarizəsi"ndə kimin daha çox ziyan çəkəjəyini söyləmək çətindir.
MƏSLƏHƏT GÖR: