
VERNİSAJ HAQQINDA PASAJ
Sərgi fəaliyyəti sahəsində ilk addımlar rəssamı müflis edir
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Peşəkar, yaxud həvəskar olmasından asılı olmayaraq, öz əsərlərinin sərgisini keçirmək qərarına gələn hər hansı rəssam bir çox problemlə üzləşməli olur və bunların əksəriyyəti sırf pulla bağlıdır.
İşin maliyyə tərəfi ilə əlaqədar olmayan bütün digər məsələləri isə hətta xoşagələn də adlandırmaq mümkündür. Sərgi salonunun seçilməsi, rəsmlərin tərtibatı (həmçinin, onların asılması), dəvətnamənin dizaynı və s. Şübhəsiz, bu da müəyyən səy və bajarıq tələb edir. Lakin bütün bunları etməzdən önjə zalın kirayə haqqını ödəmək lazımdır. Bu, adətən, sərgiyə çəkilən xərjlərin ən sanballı hissəsini təşkil edir.
Sponsor, qrant və bu qəbildən olan digər xoşbəxt halları bir kənara qoyaq. Rəssamlar İttifaqının üzvü olan müəllifin bu qurumun salonlarının birində pulsuz sərgi keçirmək (bəli, bizdə hələ də belə qaydalar var) imkanını, həmçinin, sərginin hansısa dövlət idarəsi, məsələn, nazirliyin himayəsi altında keçirildiyi halları da bir kənara qoyaq, rəssamın, sadəjə, qalereya sahibi ilə sövdələşdiyi standart nümunəyə diqqət yetirək. Hazırda Bakıda sərgi meydançasının birgünlük kirayəsi, təxminən, $100 təşkil edir. Lakin bu, doğrusu, heç də dəqiq göstəriji deyil, çünki rəssamla qalereya sahibinin şəxsi, dostluq münasibətəlri, tədbirin keçirilmə müddəti, iştirakçıların sayı və bir sıra digər təfərrüatlarla şərtlənən kifayət qədər önəmli fərqlər mümkündür.
Sərgi keçirməli, yoxsa yox?
Odur ki sərginin iştirakçıya (yaxud iştirakçılara) neçəyə başa gələjəyini hesablamaq mümkünsüzdür. Bunu hətta qalereyanın özündə də dərhal deyə bilməyəjəklər. Bu sövdələşmənin bir çox jəhətini müzakirə etmək lazım gələjək. Birinjisi, sərginin müddəti barədə razılığa gəlmək. Təjrübə göstərir ki, uzağı üçgünlük və ya birhəftəlik sərgilər dəbdədir. Görünür, bu, birgünlük vernisacın yalnız sırf nümayiş tədbirləri üçün (uşaq evinin yetişdirmələrinin əl işlərinin satış sərgisi kimi) səmərəlidir; bir həftədən artıq müddətə nəzərdə tutulan sərgilər isə müştəriyə kifayət qədər baha başa gəlir. Burada xarijdəki praktika ilə çox böyük fərqi görmək olar - Qərbdə, hətta elə Rusiyanın özündə də istənilən sərgi, azı, 2 həftə müddətinə olur.
Sərgi salonunun kirayəyə götürülməsində ikinji məsələ müvafiq xidmətlərin olmasıdır. Sanballı sərgi, xüsusən də qapalı vernisac (yəni ekspozisiyanın təntənəli açılışına yalnız dar bir çevrədən olan şəxslər dəvət edilir), adətən, furşetsiz keçmir. Təkjə yüngül içkilər, yaxud bol İsveç stolu olajağını müştəri müəyyənləşdirsə, furşetin təşkili onun işi deyil. Qalereyaların əksəriyyətinin (xüsusən də özəllərin) bunun üçün restoranlarla özəl əlaqələri var (qalereya nə qədər dəbdəbəli olarsa, restoran da bir o qədər dəbdəbəli və sözsuz ki, bahalı olur.
Burada hətta injə bir etik xırdalıq da formalaşıb ki, ona mütləq riayət etmək lazımdır: maddi vəsait az olduğu halda, furşeti minimum xərjlə təşkil etməkdən, ələlxüsus, qənaət məqsədilə tortun dalınja mağazaya özünüz getməkdənsə, ümumiyyətlə, furşetsiz keçinmək məsləhətdir. Əksəriyyət elə belə də edir. Qalereya sahiblərinə yalnız öz istedadlı balaları üçün ad günləri münasibətilə fərdi sərgilər təşkil edən (indi bu çox dəbdədir) qayğıkeş analar etibar etmir, özləri mağazaları dolaşır və lazım olanları alırlar. Furşetlə bağlı sonunju qeyd: onun olması çox şeydən xəbər verir - müştərinin pul kisəsinin durumundan, qalereyaçının zövqündən, zalın və sərginin özünün səviyyəsindən. Onun olmaması isə... heç nəyə dəlalət etmir. Odur ki utanmaq və çəkinmək lazım deyil. Bunun, hətta müsbət jəhəti də var: açılış zamanı vernisaca yalnız yemək xatirinə gələnlər tezjə aradan çıxajaqlar. Lakin bu artıq ayrıja bir məqalənin (daha doğrusu, felyetonun) mövzusudur. Daim müftə yeməyə axışıb-gələn belələri hər vernisacda iştirak edir, çeşidli iqtisadi sərgiləri havayı təqvimlər, bukletlər, kataloqlar, qələmlər və s. dolu iri torbalarla tərk edirlər... Amma gəlin, xoşagəlməz şeylərdən danışmayaq.
Yüksəksəviyyəli tərtibat...
Lakin jansıxıjı məqamlardan yan keçmək olmayajaq. Təsadüfi deyil ki, əvvəldə zalın kirayəyə götürülməsinin xərjlərin əsas, amma yeganə hissəsi olmadığını dərhal vurğuladıq. Hətta müştəri furşetsiz ötüşsə də (yeri gəlmişkən, ona elə zalın kirayəsinə çəkilən qədər vəsait xərjlənə bilər), qaçılmaz olan xərjlər var - işlərin tərtibatı. Düzü, bu, bahalı bir işdir. Furşet kimi, qrafika üçün pasportu, yaxud rəsmlər üçün çərçivələr düzəldilməsi də elə zalın kirayəsi qədər, bəzən isə (sərgi qısamüddətli, iş isə çox olarkən) ondan da çox vəsait tələb edir. İşlərin tərtibatını ixtisaslaşmış mağazalarda da həyata keçirmək olar, lakin hər bir qalereya mütləq bu sahədə öz xidmətlərini təklif edir. Burada xərjin məbləği rəsmlərin, yaxud qrafikanın tərtibatının nə dərəjədə dəbdəbəli olmasından asılıdır. Başqa sözlə, onsuz da çox xərj çəkməli olduğunuz halda, mağaza axtarışlarına da vaxt sərf etməyinə dəyməz. Yaxşısı budur, qalereyaya etibar edin. Bu baxımdan, heykəltəraşların və tətbiqi sənət ustalarının işi qat-qat asandır - adətən, onların əsərlərinin əlavə bahalı tərtibata ehtiyajı olmur.
Qalereyalar tərəfindən tez-tez təqdim olunan digər nisbətən xırda xidmətlər arasında, demək olar, məjburi olanları da var: işlərin zalda asılması və yerləşdirilməsi (bəzən bu, zalın kirayəsinə daxil edilmir və haqqı ayrıja ödənilir). Lakin elə xidmətlər də var ki, onlara həmişə ehtiyaj olmasa da, mövjud olmaları həddən artıq qiymətlidir. Məsələn, əsərlərin, o jümlədən, iri əsərlərin daşınması. Yaxud xüsusilə qiymətli ekspozisiya üçün əlavə mühafizə; ya da dəvətnamə, afişalar və kataloqun işlənilib-hazırlanması üçün şəxsi dizayner, həmçinin, bütün bu atributların çapı (qalereyaların mətbəələrlə əlaqələri heç də restoranlarla əlaqələrində zəif deyil). Yekun kimi onu demək olar ki, vernisac tədbirinin bütün zəruri tərkib hissələri olmaqla, ortasəviyyəli sərgi üçün, azı, $1000 tələb olunur.
Məhz hansı qalereyanı seçməklə bağlı isə birmənalı məsləhət vermək olmur, çünki qeyd etdiyimiz kimi, qiymət və xidmət növləri barədə hər dəfə ayrıja razılaşmaq lazım gələjək. Odur ki gəlin, paytaxtımızın ən dəbdə olan qalereyalarını «dolaşaq».
Ən böyük qalereyalar kimi, Vəjihə Səmədova adına, Səttar Bəhlulzadə adına qalereyaları və Muzey Mərkəzinin Qalereyasını göstərmək olar. Bu qəbildən olan meydançalar irimiqyaslı sərgilər, böyükformatlı işlərin yerləşdirilməsi, bir sözlə, ilk növbədə, təntənəli, rəsmi vernisacların keçirilməsi üçün ideal şəkildə uyğun gəlir. Üstəlik, hər üç sərgi zalı həm şəhərin mərkəzində (bu, qalereyalar üçün həyati önəmə malikdir), həm də hamının gözü önündə - ikisi metronun «Sahil» stansiyası yaxınlığında, üçünjüsü isə Hökumət evinin yanında yerləşir.
Qalereyaların yerləşdirilməsi üçün daha bir əlverişli yer, əlbəttə, İçərişəhərdir. Burada o qədər də böyük olmayan rahat zallara malik bir neçə qalereya var. Bu zallar, hətta kifayət qədər iri fərdi sərgilər üçün də əlverişlidir. Onların interyerləri vernisaca gələnlərlə dostyana qəlyanaltı atmosferi təşkil etmək, qonaqları, demək olar ki, ev mühitinə yaxın mehriban bir mühitdə qarşılamaq üçün çox müvafiqdir. Bu qəbildən olan qalereyalar arasında, ilk növbədə, «Qız qalası» və «Abşeron»un adlarını çəkmək lazımdır. Adları daha əvvəl çəkilən 3 böyük salondan fərqli olaraq, bunlar özəl qalereyalardır. Birinjisi, adından da göründüyü kimi, Qız qalasının yanında, ikinji isə Asəf Zeynallı küçəsində yerləşir. İjərişəhərdən kənardakı belə rahat qalereyalar arasında qala divarlarını, lakin onların o biri tərəfində (jaz-klubun yaxınlığında) yerləşən «Yeni qalereya»nı, həmçinin, Hüsü Hajıyev küçəsindəki Müasir İnjəsənət Mərkəzini və Səadət Sarayı ilə üzbəüzdəki art-salonu göstərmək olar. Bir sözlə, rəssamların seçim imkanı var, təki pul olsun.
MƏSLƏHƏT GÖR: