Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Vətənpərvərlik mükəlləfiyyət deyil. O, müqəddəsliyi bütün ömrüboyu qorunub-saxlanılan anaya olan məhəbbətə bənzəyir. Vətənpərvərlik ifadəsinin təzahürləri müxtəlif olur: kimisi Vətənin və onun dövlət rəmzlərinin təhqirinə görə, hətta ölümə getməkdən və adam öldürməkdən belə çəkinmir; kimisi vətənsiz yaşaya bilməyəjəyini qürbətdə olarkən dərk edir, kimisi öz torpağını əldə silah qoruyur. Vətənpərvərlik ürəyin, qəlbin dərinliklərindən doğur. Yarışlarda qalibin şərəfinə ölkənin bayrağı qaldırılarkən və dövlət himni səslənərkən, Vətənə məhəbbət idmançıların çöhrəsindən oxunur və yəqin ki, bu təntənəli anı izləyənlərin hər birini qəhər boğur. Ölkənin gur inkişaf etdiyi dinj dövrdə vətənə məhəbbət adiləşə bilməz. Ölkənin dövlət rəmzlərinə, xüsusən də bayrağına ehtiramın bayağılaşmasından isə heç danışmağa belə dəyməz.
Qeyd edilməli gün!
Azərbayjan Bayrağının artıq 88 yaşı var. 5 fevral 2007-ji ildə Azərbayjan mavi-qırmızı-yaşıl bayrağının qayıdışının 16-jı ildönümünü qeyd edə bilərdi - həmin gün 1991-ji ildə Azərbayjan Respublikasının Ali Soveti Naxçıvan MR Ali Məjlisinin vəsatətinə baxaraq, üçrəngli bayrağın Azərbayjanın Dövlət Bayrağı kimi tanınması barədə qərar qəbul etdi. Lakin Azərbayjan Bayrağınn tarixində daha bir əlamətdar gün var və yəqin ki, ölkəmizin müstəqillik rəmzi olan bayrağımızın günü kimi məhz həmin tarixi götürmək daha məqsədəuyğun olardı. 9 noyabr 1918-ji ildə Azərbayjan Demokratik Jümhuriyyətinin hökuməti ilk dəfə üçrəngli dövlət bayrağı barədə qərar qəbul etdi. 17 noyabr 1990-jı ildə isə Naxçıvan Muxtar Respublikasının Ali Məjlisinin qərarı ilə üçrəngli bayrağın statusu bərpa edildi və o, Dövlət Bayrağı kimi təsdiq olundu. Elə həmin sessiyada Naxçıvan MR Ali Məjlisi üçrəngli bayrağın tanınması üçün Azərbayjan SSR Ali Sovetinə vəsatətlə mürajiət etdi. Belə çıxır ki, müstəqil Azərbayjanın bayrağının bərpası tarixində noyabr ayı həllediji rol oynayıb. Lakin bayrağın azərbayjanlıların vətənpərvərlik hisslərinin əsas ifadəçisi olmasına baxmayaraq, ölkəmizdə Azərbayjan Bayrağı günü yoxdur. Bu azmış kimi, bəzən elə azərbayjanlıların özləri üçrəngli milli simvola hörmətsizlik nümayiş etdirirlər.
Azərbayjan Konstitusiyasında dövlət rəmzlərinə həsr olunmuş "Azərbayjan dövlətinin rəmzləri" maddəsində (m. 23) deyilir: "Azərbayjan Respublikasnın dövlət rəmzləri - Azərbayjan Respublikasının Dövlət Bayrağı, Azərbayjan Respublikasının Dövlət Herbi və Azərbayjan Respublikasının Dövlət Himnidir". Azərbayjanın Dövlət Bayrağı eni eyni olan 3 üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, alt zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkiz-guşəli ulduz təsviri var. Bayrağın eninin uzunluğuna nisbəti 1:2 kimidir. Lakin bütün bu parametrlərə mütləq şəkildə əməl olunurmu? Xeyr. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti və Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyinin məlumatlarına görə, dəftərxana mağazalarında satılan dövlət bayraqları konstitusiyada göstərilən parametrlərə uyğun gəlmir. Bununla əlaqədar, "Respekt" MMJ, "Xəzri" kiçik müəssisəsi, NIL Kitab Kirtasiye Sarayi Ltd. Şirkətinin mağazalarında monitorinq keçirilib. Fiziki şəxslərə məxsus 3 mağazada müəyyənləşdirilmiş standartlara uyğun olmayan bayraqlar aşkarlanıb. Elə həmin vaxt satışdan müxtəlifölçülü 76 bayraq, 138 stolüstü, 380 əl bayrağı çıxarılıb. Həmin obyektlərin başçılarına isə xəbərdarlıq edilib.
Təkrar pozuntulara yol verildiyi halda, həmin müəssisələrə və şəxslərə qarşı daha jiddi inzibati jəza tədbirləri görülə bilər. Güman ki, artıq tezliklə Şəki İpək Kombinatı Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyində akkreditə olunaraq, milli bayraqların dövlət səviyyəsində istehsalına başlayajaq. Bayraqları ipəkdən tikəjəklər ki, bu da onların hazırda çox ağır və möhkəm olmayan materiallardan hazırlanan nümunələrinə nisbətən, daha keyfiyyətli olmasına gətirib çıxarajaq.
Şübhəsiz, belə təşəbbüsləri yalnız alqışlamaq olar. Hələlik isə mövjud bayraqlarla kifayətlənmək məjburiyyətindəyik: dövlət bayrağına münasibətdə mövjud pozuntuların aradan qaldırılması ilə bağlı o qədər də janyananlıq göstərilməsi müşahidə edilmir. Məsələn, "Azərbayjan Respublikası Bayrağının tətbiqi haqqında" 8 iyun 2004-jü il tarixli Qanunun 9-ju maddəsinin 9.2 bəndinə əsasən, bayraq yalnız panton kataloqunun rənglərinə müvafiq hazırlanmalıdır: mavi rəng - №313S, qırmızı - 185S, yaşıl - 3405S. Həmin maddənin 9.3 bəndinə görə isə Azərbayjan Bayrağının solğun rəngdə və səliqəsiz olması yolverilməzdir. Bəs gerçəklikdə nə baş verir? Azərbayjanın ölkənin bir çox mehmanxanalarının qarşısında asılmış dövlət bayraqlarının görünüşünü heç səliqəsiz də adlandırmaq olmur. Digər bayraqlara münasibətdə üstünlüyə gəldikdə isə bu, yox dərəjəsindədir, çünki bu şərt Dövlət Bayrağı haqqında qanunda nəzərdə tutulmayıb. Bəli, xariji dövlətlərin bayraqlarına münasibətdə o, sağ jinahda yerləşməlidir. Lakin təəssüf ki, qanunda bayrağımızın irəlidə yerləşməsi və digər bayraqların ondan hündürdə olmaması barədə heç nə deyilmir. Bu səbəbdən, Azərbayjan Bayrağı başqa bayraqlardan irəlidə yox, onlarla bir səviyyədə olur.
Qərar vermək vaxtıdır...
Bütövlükdə, Dövlət Bayrağı haqqında Qanun dövlət bayrağından istifadənin qaydalarını müəyyənləşdirir. Belə ki, Azərbayjan vətəndaşları, əjnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət bayrağına eyni dərəjədə ehtiram göstərməlidirlər. Qanuna görə, dövlət bayrağı prezidentin iqamətgahı, Milli Məjlis, Nazirlər Kabineti, Milli Bank, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, ombudsman, Ali Məhkəmə, mərkəzi ijra hakimiyyəti orqanları, Baş Prokurorluq, Naxçıvan MR Ali Məjlisi, Naxçıvan MR Nazirlər Kabineti, yerli ijra hakimiyyəti orqanlarının binaları üzərində daim dalğalanmalıdır. Azərbayjanın xarijdəki səfirlikləri və konsulluqları üzərində isə dövlət bayrağı həmin dövlətlərin qanunlarına müvafiq şəkildə yerləşdirilməlidir.
Bundan başqa, sənəddə gəmilər, sərhəd nəzarət-buraxılış məntəqələri, sərhəd zastavaları, hərbi hissələr və başqa yerlərdə qaldırılması qaydaları da əksini tapıb. Burada dövlət bayrağından bayram və matəm günlərində, rəsmi tədbirlər zamanı istifadə qaydaları da nəzərdə tutulub. Dövlət bayrağı kommersiya və reklam məqsədilə istifadə edilə bilməz. Lakin qanunda bayraqdan idman zalları, stadionlarda istifadə qaydalarından danışılmır.
Azərbayjan Bayrağı ilə bağlı səs-küylü qalmaqal 2005-ji ildə baş verdi. Azərbayjan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı keçirilən rəsmi görüşlərin birində Azərbayjan Bayrağı tərsinə asılmışdı: yaşıl zolaq yuxarıda, mavi zolaq isə aşağıda idi. Bu görüntü, hətta dövlət televiziyası ilə də müşahidə edilmişdi. Rəsmi dövlət orqanları bu "protokol qüsuru" ətrafında qalmaqal qaldırmamağa üstünlük versə də, curnalistlərin reaksiyası tamamilə fərqli oldu.
Bunun ardınja Azərbayjanın bir sıra mətbu orqanları javab olaraq, İRİ-nin bayrağının "tərsinə" şəklini çap etdi. Daha sonra müxtəlif bəyanatlar səsləndi: "Məlum olduğu kimi, protokolda xırdalıqlar olmur və burada istənilən, hətta ən əhəmiyyətsiz detal da "məna yükü"nə malikdir". Tərsinə çevrilmiş dövlət bayrağını "xırdalıq" adlandırmaq isə mümkünsüzdür. Azərbayjanda dövlət bayrağının, yuxarıda mavi deyil, İslamın rəmzi - yaşıl zolağın olması üçün tərsinə asılmasına İranla möhkəm əlaqələri olan yerli islamçılar da üstünlük verirlər.
Mətbuatda bu qəbildən olan çıxışlardan sonra qalmaqal artıq rəsmi status aldı. İRİ-nin Bakıdakı səfirliyi Azərbayjan KİV-də təhqiramiz illüstrasiyalar və məqalələrlə əlaqədar Azərbayjan XİN-ə rəsmi etiraz notası ünvanladı. Bakı bu rəsmi notaya reaksiya vermədi. Azərbayjan XİN-də anlatdılar ki, məsələ araşdırılır, lakin istənilən halda, ölkədə mətbuat azaddır və XİN onlara nəyi çap etmək olar, nəyi olmaz kimi, göstərişlər verə bilməz. Əlbəttə, İranda söz azadlığının və müstəqil KİV-in nə olduğunu təsəvvür edib-etməmələri, həmçinin, hər şeydən əvvəl bu ölkənin özünün Azərbayjan Bayrağını tərsinə asdığına görə üzr istəməli olduğu barədə istənilən qədər kinayəli mühakimələr yürütmək olar.
Lakin ölkəmizin özündə, hətta dövlətsəviyyəli tədbirlərdə belə bəzən bayrağn yerləşdirilməsi ilə bağlı yalnışlıqlara yol verildiyi halda, başqa dövlətlərdən bayrağımıza hörmət tələb etmək olarmı?
Yarışlarda iştirak edən idmançılar üçün forma tikilişi zamanı da ajınajaqlı yanlışlıqlara yol verilir. Məsələn, voleybolçu qadınlarımızın geyimlərində dövlət bayrağının tərsinə əksi qeydə alınıb. Lakin bu qəbildən olan hallarla məişətdə daha çox rastlaşırıq: yanajaqdoldurma stansiyaları, avtobuslar, idman yarışları, bayraqlardan vətənpərvərlik hisslərinin ifadəsindən daha çox, adi parça kimi yararlanan fanatlar. Dövlət Bayrağı haqqında Qanunun 10-ju maddəsinə əsasən, Azərbayjan Bayrağı stol və stullar üçün örtük ola bilməz, onu ayaqaltına salmaq qadağandır. Odur ki vətəndaşlarımıza dövlət bayrağına münasibətlərini açıqlamazdan əvvəl, ondan istifadənin qanunda əks olunan qaydaları ilə tanış olmağı tövsiyə etmək istərdik.
Predmetinin Azərbayjanın Dövlət Bayrağı olduğu daha bir səs-küylü qalmaqal 2004-jü ildə baş verdi. Böyük Britaniya vətəndaşı, Tayd-Water Marin şirkətinə məxsus "Gulf Backer-1" gəmisinin kapitan köməkçisi Alan Frenç heyət üzvlərini bayrağımızla gəminin müxtəlif hissələrini silməyə məjbur edərək, Azərbayjanın Dövlət Bayrağını təhqir etmişdi. Lakin gəmi heyətinin azərbayjanlı üzvünün buna etirazı ilə bağlı yaranan qalmaqaldan sonra A.Frenç işdən kənarlaşdırıldı. Sonrakı araşdırmalar göstərdi ki, "Jırılmış vəziyyətdə olan Azərbayjan bayrağı "Gulf Backer-1" gəmisinin maşın şöbəsindədir. O, Böyük Britaniya vətəndaşı A.Frençin göstərişi ilə jırılıb. Əmrinin ijraçıları isə İndoneziya vətəndaşı, bosman Səlim Bədri və maşinist Açanqu Bin Unda olublar. A.Frenç Azərbayjanın hüdudlarını aprelin 4-də tərk etdi, halbuki ölkənin Jinayət Məjəlləsinin 324-jü maddəsinə görə, ona qarşı jinayət işi qaldırılmalı idi. Bu maddəyə əsasən, Azərbayjanın Dövlət Bayrağını təhqir edən şəxs 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə jəzası almalıdır...
Aypara və ulduz
Beləliklə, bayrağımızdakı mavi rəng - türkçülüyün, qırmızı - müasirliyin (XVIII əsrin sonunda Avropada demokartiya və azadlıq naminə yüksələn bayraqlar məhz qırmızı rəngdə idi), yaşıl - İslamın rəmzidir.
Qırmızı fonda aypara və səkkizguşəli ulduza gəldikdə, qeyd etmək lazımdır ki, vaxtilə aypara Bizans İmperiyasının rəmzi olub. Konstantinopol türklər tərəfindən ələ keçirildikdən sonra isə həmrəylik, dövlətçilik, azadlıq və dəstək simvoluna çevrilən aypara bütün müsəlman dünyası tərəfindən qəbul edildi.
Səkkizguşəli ulduzla bağlı bir neçə versiya mövjuddur. Onlardan bəziləri aşağıdakı kimidir: ulduzun ujlarının sayı dövlətin adının əski əlifba ilə yazılışındakı hərflərin sayına müvafiq olmalıdır. Həmin əlifba ilə yazılmış "Azərbayjan" sözündə 8 hərf var; bu rəqəm 8 müstəqil türk dövlətinin mövjudluğu, 8 dahi sərkərdənin adı, səkkizguşəli türk yurtasının küləyə duruş gətirməsi, Şimali Azərbayjanda səkkiz xanlıq olması... ilə bağlıdır.
Maraqlıdır ki, müxtəlif mənbələr ulduz və ayparanın mənasının fərqli açıqlamasını təqdim edir. Bu, alimlərimizə "bayraq" təsvirlərinin məna çalarlarının müəyyənləşdirilməsi ilə bağlı daha dərin araşdırmalar aparmaq üçün əsas ola bilər. Axı gözəl təsvirə malik olmaqla yanaşı, Azərbayjan Respublikasının Dövlət Bayrağı bu və ya digər rəng, yaxud rəmzin önəmli bir məna daşıması ilə də əlamətdardır. Bayrağımızın rəmzlərinin mənası Azərbayjanın gələjək dövlətçiliyi üçün mayak rolunu oynayır və bizə yol göstərir. Azərbayjan Respublikasının Dövlət Bayrağı Azərbayjan dövlətinin suverenliyinin atributudur. O müqəddəsdir və ona qarşı hər hansı bir təhqir qanun əsasında jəzalandırılmalıdır.
MƏSLƏHƏT GÖR: