25 Noyabr 2024

Bazar ertəsi, 03:41

QRİP HAQQINDA KÖHNƏ NƏĞMƏLƏR

Soyuqdəymə mövsümü açıq elan edildi

Müəllif:

15.11.2006

Məlumdur ki, payız təkjə yağışlar və qeyri-sabit hava mövsümü deyil, həm də bu və ya digər soyuqdəymə xəstəliyinə tutulmaq risqinin dəfələrlə artdığı bir dövrdür. Belə ki, oktyabrın ilk ongünlüyündə ölkənin səhiyyə müəssisələrində kəskin respirator xəstəliklərinə tutulan (KRX) 1500 nəfər qeydə alınıb. Bu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) açıqladığı məlumatdır. Əslində, soyuqdəymə xəstəliklərinə tutulanların sayı, yəqin ki, qat-qat çoxdur. Sadəjə, həmvətənlərimizin əksəriyyəti həkimə mürajiət etməkdənsə, özünümüalijə ilə məşğul olmağa üstünlük verdiyindən, statistik göstərijilərə də düşmür.  

Biz soyuqdəymə və qripi jiddi qəbul etməyə alışmamışıq: bir-iki gün yataram, hər şey öz-özünə keçib-gedər. Qripin son dərəjə məkrli xəstəlik olduğunu və fəlakətli nətijələr doğura biljəyini çox az adam bilir. 

 

Çoxüzlü virus 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il baş verən qrip epidemiyaları zamanı 3-5 mln insan xəstələnir ki, onlardan 250-500 mini vəfat edir. Qrip çoxüzlüdür və bu virusun son dərəjə çox növü var. Alimlər hər il bu bəlaya qarşı yeni vaksinlər üzərində çalışırlar. Bu məqsədlə külli miqdarda vəsait xərjlənsə də, yeni vaksin ortaya çıxmağa majal tapmamış, qripin insan immunitetinə bəlli olmayan yeni bir növü peyda olur.  Son bir neçə ildə "qrip" sözü "quş" sözü ilə birlikdə daha çox səslənir və bununla əlaqədar, adi insani qrip indi arxa plana çəkilib. Lakin birinji ilə ikinjinin qurbanlarının sayı heç müqayisə edilə bilməz. Belə ki, əgər "quş qripi" artıq dünyada 248 nəfərin ölümünə bais olubsa, adi qrip epidemiyası zamanı ölənlərin sayı yüz minlərlə olur. Mütəxəssislər belə bir yekdil fikirdədirlər ki, qrip bəşəriyyətə ən qədim dövrlərdən məlumdur. Qripə bənzər qızdırma xəstəliyinin əlamətlərini hələ Hippokrat, Tit Livi və Diodor təsvir edirdilər. İnfeksiyanın geniş yayılmasına dair ilk məlumatlar 1179-ju ilə aiddir və o zaman güjlü qrip epidemiyasının Almaniya, İtaliya və İngiltərəni bürüdüyü təxmin edilir. Epidemiyaların dəqiq təsviri isə XVI-XVIII əsrlərə aiddir ki, bu dövrdə Avropa ölkələrini "italyan qızdırması" lərzəyə gətirirdi. Uzun əsrlərboyu təbabət qarı düşmənini tanımırdı və hesab edilirdi ki, qripin törədijisi kifayət qədər zərərsiz hemoqlobinofil çöpüdür. Ortomiksoviruslar ailəsinə aid olan virusu isə yalnız tədqiqatçılar insan və heyvan qripləri arasındakı oxşarlığa diqqət yetirərək, xəstə insanlardan götürülən materialı heyvanlara vurmağa başladıqdan sonra fərqləndirmək mümkün oldu. Bu, A tipli virus oldu. 

Sonralar məlum oldu ki, qripin ən kütləvi və təhlükəli epidemiyalarını doğuran da elə məhz A virusu və onun bir neçə növüdür. V virusu daha kiçik epidemiyalar doğurur və onların miqyası heç vaxt pandemiya səviyyəsinə çatmır. 

Respirator infeksiyaların törədijiləri kimi, qrip virusu da xəstə adamdan sağlamlara hava-damjı yolu ilə keçir. Yəqin ki, Yer üzündə qripə tutulmayan adam yoxdur. Odur ki onun əlamətləri hamıya yaxşı tanışdır. Onlara, ilk növbədə, insanın özünü qəfildən pis hiss etməsini, sümüklərdə ağrıları, boğazın qaşınmasını, həmçinin, burunaxma və yüksək hərarəti aid etmək olar. Həm də bir qayda olaraq, səhərisi gün xoşagəlməz durum  daha da ağırlaşır: insanı öskürək boğur, möhkəm başağrıları yaranır, burun tutulur, bütün bədəndə artmaqda olan zəiflik müşahidə edilir. Amerika fizioloqlarının hesablamalarına görə, orta ağırlıqda qrip intoksikasiya doğurur ki, bu da insana ömrünün bir ili hesabına başa gələ bilər.

Mütəxəssislər iddia edirlər ki, bəşəriyyətə məlum olan qrip pandemiyalarından ən fajiəvisi 1918-1919-ju illərdə baş verən "ispanka" (ştam H1N1) olub. Müxtəlif  hesablamalara görə, bu virus 25-40 mln arası insanın həyatına son qoyub. Əvvəljə həkimlər bunun qrip olduğunu heç təxmin də etmirdilər, çünki xəstəlik çox ağır keçirdi, onun klinik axarı isə çox qeyri-adi idi. Bu səbəbdən, mütəxəssislər meningit, yaxud taun xəstəliyinin yeni forması ilə rastlaşdıqlarını düşünürdülər. Qripin çox məkrli və təhlükəli bir rəqib olduğunu, ona qarşı həmişə ayıq olmaq lazım gəldiyini də bəşəriyyət məhz elə bu dövrdə  dərk etdi. Təbabət elminin göz önündə olan tərəqqisinə baxmayaraq, qrip virusunun heyrətamiz mutasiya bajarığı daim dünyanı təlaş içində saxlamaqdadır.

 

Gələjək ştam bizə nə vəd edir?

Havalar soyuqlaşdıqja, dünyanın bir çox ölkəsində qripin qarşılanmasına güjlü hazırlıq gedir: vaksinlər alınır, əhalinin immunlaşdırılması aparılır.

Məsələn, qonşu Rusiyada artıq qripərəfəsi həyəjan elan edilib, çünki mütəxəssislərin fikrinjə, bu il qrip virusu özünü tam güjü ilə büruzə verəjək. 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Svetlana Zmitroviçin sözlərinə görə, qripə yoluxanların sayı barədə statistik məlumatlar hər il sentyabr ayından etibarən toplanmağa başlayır və sonra əldə olunan nətijələr keçən illər üzrə məlumatlarla tutuşdurulur.

Müsahibimizin qeyd etdiyi kimi, oktyabrın birinji ongünlüyü ərzində paytaxtda artıq KRX-yə tutulan 1500  xəstə qeydə alınıb. Bunu ötən ilin göstərijiləri ilə tutuşdursaq, onlar, təxminən, eyni olajaq. S.Zmitroviç vurğuladı ki, sentyabr ayı ilə müqayisədə, son zamanlar qripə və KRX-yə yoluxma artsa da, epidemiya barədə danışmaq hələ tezdir: "Onu da yadda saxlamaq lazımdır ki, vaxtında müalijə edilməyən qrip müxtəlif ağırlaşmalara, o jümlədən, təkrar bakterial pnevmoniyaya da gətirib çıxara bilər. Qripin profilaktikasında ən səmərəli vasitə bu virus əleyhinə vaksinləşmədir. Həm də peyvəndi sentyabr-oktyabr aylarında, xəstəliyə yoluxmanın ən qızğın mərhələsi ərəfəsində etmək məqsədəuyğundur. Bu, insanda qripə qarşı immunitetin vaksin vurulandan, orta hesabla, 3-4 həftə sonra yaranması ilə əlaqədardır. Ən qızğın dövrün məhz hansı aya düşəjəyini əvvəljədən müəyyənləşdirmək çətindir, çünki o, noyabrdan marta qədər ola bilər. 

Qripdən qorunmaq istəyən hər bir kəs paytaxtın bir sıra klinikalarında vaksin vurdura bilər. Vaksin vurulması havayı olmasa da, bu, kifayət qədər səmərəli müdafiədir (doğrudur, heç kim yüzfaizlik zəmanət də verə bilməz). Azərbayjana Fransada istehsal olunan vaksinlər, həmçinin, Hollandiya istehsalı olan "İnflyufak" gətirilir. 

ÜST 2006-2007-ji illər üçün qripin aşağıdakı ştamlarını müəyyənləşdirib: "A" - Viskontin, "A" - Xirosima, "A" - Yeni Kaleydoniya, "B" - Malayziya. S.Zmiroviç dedi ki, bununla əlaqədar təşkilat vaksin istehsalçılarına bu ştamları istehsal etdikləri qrip əleyhinə vaksinlərin tərkibinə daxil etməyi məsləhət görüb.   

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin xətti ilə qrip əleyhinə vaksin təkjə quşçuluq təsərrüfatlarının işçilərinə pulsuz vurulajaq. Bu onunla şərtlənir ki, onlar quşlarla bilavasitə təmasda olduqlarından, "quş qripi"nin insan qripi ilə rastlaşaraq, mutasiya etməsi təhlükəsi var ki, buna heç vəjhlə yol vermək olmaz.  

Bütün dünyada preventiv, yəni qabaqlayıjı tədbirlər müasir qriplə mübarizənin ən əsas prinsiplərindən biri sayılır. Təbii ki, il ərzində qrip xəstəliyinə tutulmamaq mümkün olsa da, ətrafda hamının öskürdüyü və asqırdığı soyuq aylarda virusa yoluxmaq şansı kifayət qədər yüksəkdir. Unutmaq olmaz ki, işi ehtiyatlı tutmaq lazımdır və vaxtında edilən peyvənd qriplə xoşagəlməz "görüş"dən yaxa qurtarmaqla yanaşı, nəinki sağlamlığınızı, həm də əks halda, dərmanlara və həkimlərə xərjləməli olajağınız pullarınızı da qoruyar.


MƏSLƏHƏT GÖR:

483