15 Mart 2025

Şənbə, 01:16

İKI SƏFƏR -- BIR MÖVZU

Azərbaycanın enerji resurslarının ixracı həm Brüsseldə, həm də Moskvada diqqət mərkəzində oldu

Müəllif:

15.11.2006

Azərbayjan dünya diplomatiyasının diqqət mərkəzindədir. Prezidentin Brüsselə və Moskvaya səfərləri, onun Yap de Shop Sheffer, Havyer Solana, Coze Manuel Barrozo və nəhayət, Vladimir Putinlə görüşləri hələ uzun müddət politoloq və analitiklərin diqqət mərkəzində olajaq.

Məlum səbəblərə görə, Azərbayjan auditoriyasını maraqlandıran əsas məsələ, danışıqların Qarabağ aspektidir. Hərçənd, bu istiqamətdə hər hansı siyasi sensasiyalar baş vermədi: Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə yanaşmasında hansısa köklü dəyişiklik yoxdur. Azərbayjan prezidentinin NATO rəhbərliyi ilə danışıqları da KİV-də sensasiyalı başlıqlara səbəb olmadı. 

İlk baxışdan, mətbuatın marağını jəlb etməyən “darıxdırıjı diplomatik gedişlər”, əslində, əməkdaşlığın artıq konkret və real şəkil aldığının göstərijisidir.

Qarabağ məsələsindən fərqli olaraq, danışıqlardakı “energetika” aspekti mətbuatın (özü də yalnız Azərbayjan mətbuatının yox) diqqətini daha çox jəlb etdi. KİV-lərin əksəriyyəti öz materiallarında İ.Əliyevin Avropa Komissiyasının rəhbəri Coze Manuel Barrozo arasında energetika sahəsində qarşılıqlı anlaşmaya dair imzalanmış memorandumu önə çəkirlər. Bu sənəddə tərəflər, digər məsələlərlə yanaşı, Avropa İttifaqının Rusiya enerci daşıyıjılarından asılılığına imkan verməmək üçün, Xəzər hövzəsindəki yataqlardan istifadə ehtimalına da toxunublar.

Sənədin imzalanmasından sonra Barrozo vurğulayıb ki, memorandumda söhbət yalnız energetikadan getmir. İqtisadi və siyasi sahədə aparılan islahatlarda əldə etdiyi uğurlara görə Azərbayjanı tərifləyən Avrokomissiyanın sədri qeyd edib ki, imzalanmış sənəd ekspert mübadiləsi, texniki və digər sahələrdə əməkdaşlığı və s. nəzərdə tutur. 

Bu səfəri şərh edən curnalistlər isə dərhal xatırladılar ki, bu ilin sentyabrında Britaniyanın bp şirkəti “Şahdəniz” yatağından qaz nəqlinə başlayajağını və bunun Avropa İttifaqının enerci təhlükəsizliyini möhkəmlədəjəyini bəyan etmişdi. Bu yataqdan çıxarılan «mavi yanajaq», Azərbayjan və Gürjüstan ərazisindən Türkiyəyə, oradan isə Jənubi Qafqaz qaz boru kəməri vasitəsilə İtaliya və Yunanıstana çatdırılajaq.

Doğrudan da Rusiyanın enerci daşıyıjılarından asılılığın getdikjə artması, Aİ ölkələrini narahat etməyə bilməz. Üstəlik, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metü Brayzanın “Finanjial Times Deutsjhland”a müsahibəsində səsləndirdiyi fikirlər də təsadüfi deyil. Jənab Brayza Şimali Avropa qaz borusunun çəkilməsindən narahatlığını ifadə etməklə yanaşı, Avropaya məsləhət görüb ki, Azərbayjana daha çox diqqət göstərsin. Onun fikrinjə,  Baltik dənizinin dibi ilə çəkilən və 5 milyard avroya başa gələjək Şimali Avropa qaz kəməri, Avropanın Rusiya qazından asılılığını bir qədər də artırajaq. M.Brayza öz müsahibəsində açıq şəkildə xəbərdarlıq edib ki, Rusiya Ukrayna və Gürjüstana qaz nəqlini dayandırmamalıdır (o, xüsusi olaraq, ötən il qaz kəmərində baş vermiş partlayışdan sonra Gürjüstanın 2 həftə «mavi yanajaq»sız qaldığını da xatırladıb). Bundan başqa, Brayza ayrı-ayrı Avropa ölkələrinin Rusiya ilə “qaz sövdələşməsi”nə getməsini tənqid edib: “Adətən, inhisarçı bu və ya digər razılaşmanı ayrıja götürülmüş bir ölkə ilə imzalamağa çalışır... Əgər bu baş versə, Avropa ölkələrinin vahid mövqedən çıxış etməsi çox çətin olajaq”. 

M.Brayza Avropa ölkələrinə məsləhət görüb ki, Rusiya qazından asılılığın getdikjə artmasını istəmirlərsə, təjili olaraq Xəzər hövzəsi, xüsusilə də Azərbayjanla daha sıx əməkdaşlıq etməlidirlər.

Qeyd edək ki, ABŞ yaxın 10 il ərzində Rusiya qazının Avropa bazarındakı payının hazırkı 25%-dən 33%-ə yüksələjəyini proqnozlaşdırır. Amma eyni zamanda, Azərbayjanın da «mavi yanajaq» idxalını artırmaq imkanı var.

M.Brayzanın açıqlamalarının jiddiliyini sübut edən məqam odur ki, adətən, qəzet səhifələrində səslənən fikirləri şərh etməyən Rusiyanın Xariji İşlər Nazirliyi, ABŞ dövlət katibinin köməkçisinin müsahibəsinə dərhal reaksiya verib. Yerli KİV-in məlumatına görə, XİN-in İnformasiya Departamenti amerikalı diplomatın söylədikləri ilə bağlı kəskin tənqidi fikirlər səsləndirib. XİN-in açıqlamasında xatırladılır ki, vaxtilə ABŞ “mavi axın” qaz kəmərinin də əleyhinə çıxırdı və bu kəmərin Türkiyə və Avropanı Rusiya qazından asılı vəziyyətə salajağını iddia edirdi. “Amma həyat göstərdi ki, bu ehtimallar doğrulmadıı. “Mavi axın” Rusiya-Türkiyə uğurlu əməkdaşlığının göstərijisinə çevrildi və hazırda onun, hətta bir qədər də uzadılması məsələsi ətrafında müzakirələr aparılır”, - deyə açıqlamada vurğulanır. Rusiya xariji siyasət idarəsi ABŞ-ı məsələyə öz şəxsi maraqları prizmasından yanaşmaqda da suçlayıb: “Belə təsəvvür yaranır ki, Birləşmiş Ştatların vaxtilə “mavi axın” layihəsi, indi isə Şimali Avropa qaz kəmərinin əleyhinə çıxmasının kökündə, əslində, Avropanın enerci təhlükəsizliyindən narahatlıq dayanmır. Sadəjə, amerikalı məmurlar “Yaxşı qaz kəməri Rusiyadan yan keçən qaz kəməridir”, - prinsipindən çıxış edirlər ”, - deyə Rusiya XİN bəyan edib.

Göründüyü kimi, Qərbin Rusiya enerci daşıyıjılarına belə ehtiyatlı münasibəti Moskvada açıq sezilən əsəbiliklə qarşılanır. Amma Moskva etiraf etməlidir ki, bunun kökündə Rusiyanın özünün siyasəti dayanır: ötən qış Ukrayna və Gürjüstanın başına gətirilənlər avropalılara dərs olub və onlar enerci daşıyıjılarının istənilən hal siyasi təzyiq vasitəsinə çevrilə biləjəyini dərk edirlər.

Bütün bunların fonunda, İlham Əliyevin Moskvaya səfəri ərəfəsində bir sıra Rusiya KİV-i hakimiyyətdəki mənbələrdən “sızan” məlumatlara istinadən, Azərbayjan prezidentinin Kremldən əvvəl Avropaya baş çəkməsi faktının Kremldə narahatlıq doğurduğunu yazırdılar.

Amma bu proqnozların əksinə olaraq, Rusiya rəhbərliyinin dilindən “Azərbayjanın enerci ixrajatının Rusiyanın maraqlarına zidd olması” haqda fikirlər eşidilmədi. Əksinə, Putin İ.Əliyevi Brüsselə uğurlu səfərlə bağlı təbrik etdi və bu səfər zamanı “Azərbayjanın Avropada energetika sahəsində yaxından iştirakı baxımından, vajib razılaşmaların əldə olunduğunu” vurğuladı. “Bu bizi çox sevindirir, çünki biz də bu məsələ ətrafında Aİ ilə dialoq qururuq”, - deyən Rusiya prezidenti əlavə edib ki, “Bu yaxınlarda Finlandiyada keçiriləjək Rusiya-Aİ sammiti ərəfəsində, mənə sizin avropalı tərəfdaşlarınızla dialoqunuzun nejə keçdiyini eşitmək maraqlı olardı ”.

Bundan başqa, V.Putin iki ölkə arasında iqtisadi-tijarət əlaqələrinin inkişafından razılığını bildirərək, yaxın vaxtlarda tijarət dövriyyəsinin həjminin iki dəfə artırılajağına ümidvar olduğunu da gizlətməyib: “Tijarət dövriyyəsi artıq 1 milyard dolları ötüb. Mənjə, yaxın 2-3 ildə biz bu rəqəmi iki dəfə artıra biləjəyik. Hər halda, tijarət dövriyyəsinin artım tempi buna əsas verir”.

Qeyd edək ki, İ.Əliyevin Moskvaya səfəri ərəfəsində mətbuatda Azərbayjan prezidentinin Moskvaya Dağlıq Qarabağ məsələsində dəstək almaq üçün getdiyi haqda da fikirlər səslənirdi. Bəziləri bu səfər çərçivəsində Rusiyadan böyük həjmdə silah alınmasına dair razılıq əldə olunajağı, ümumilikdə, Rusiyanın Jənubi Qafqazdakı strateci maraqlar balansında dəyişiklik baş verəjəyi barədə də fikir yürüdürdülər. Bu versiyaların müəlliflərini həm də o maraqlandırırdı ki, görəsən, Jənubi Qafqazda Ermənistanı özünün bir nömrəli strateci tərəfdaşı sayan Rusiya, Azərbayjanla əlaqələrin belə yüksək səviyyədə qurulması müqabilində, Bakıdan nə tələb edəjək... 

Amma bütün bunlarla yanaşı, son vaxtlar belə bir ehtimal da səslənir ki, Gürjüstanla münasibətlər gərginləşdiyi bir vaxtda, Rusiya rus “jasusları»nı yaxalamayan, rusiyapərəst müxalifəti həbsxanalara doldurmayan, ümumiyyətlə, Rusiya əleyhinə bəyanatlar və cestlərdən çəkinən Azərbayjanı nümayişkarjasına “mükafatlandırmaq ” niyyətindədir. Bu fikrin tərəfdarları diqqəti bir məsələyə də jəlb edirlər: son vaxtlar Ermənistanda antirusiya əhval-ruhiyyəsi hissediləjək dərəjədə artıb. Halbuki hələ bir neçə il əvvəl Ermənistanda rusiyapərəst mövqedən fərqli, heç bir mövqe heç müzakirə obyekti belə deyildi...

Bütün bunlar səfər ərəfəsində səslənən ehtimallar idi. Amma səfər zamanı Qarabağ məsələsi, ümumiyyətlə, gündəmə gətirilmədi. Və bunun da öz səbəbləri var.

Bir neçə gün əvvəl Ermənistan prezidenti Robert Koçaryan da Moskvaya baş çəkmişdi. Müşahidəçilər əmindilər ki, Moskvada aparılan danışıqların əsas mövzularından biri də Ermənistanın Gürjüstanla münasibətləri olub. Yəni bu gün Moskva Ermənistanı Gürjüstana “təzyiq” siyasətinə qoşulmağa təhrik edir. Bu siyasətin tərkib hissəsindən biri isə ermənilərin kompakt şəkildə yaşadıqları Samsxe-Javaxetiyada separatçı əhval-ruhiyyənin artmasıdır.

Moskvada keçirilmiş Putin-Koçaryan görüşündən son-ra, mətbuat Moskva ilə Yerevan arasında əldə olunmuş iqtisadi razılaşmalara daha çox diqqət ayırdı. Məlum oldu ki, “Qazprom” İran-Ermənistan kəmərini, “Vımpelkom” isə Ermənistanın “Armentel” mobil rabitə şirkətini almaq istəyir. Bunu şərh edən müdafiə naziri və Milli Təhlükəsizlik Şurasının katibi Serc Sarkisyan isə əmin olduğunu bildirdi ki, Ermənistan hökuməti “Armentel”in səhmlərinin 90%-nin Rusiya şirkətinə satılmasına razılıq verəjək. Ermənistanın strateci obyektlərində Rusiya kapitalının getdikjə artmasına gəlinjə, Sarkisyan burada Yerevanın maraqlarına zidd heç nə görmür. Çünki Rusiya heç vaxt iqtisadi resurslardan siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Bir sözlə, Yerevanda əmindilər ki, Ermənistan heç vaxt Gürjüstanın taleyini yaşamayajaq.

Amma Rusiyanın “Versiya” qəzetinin versiyasına görə, Ermənistan iqtisadiyyatına qoyulan sərmayələr, əslində, böyük siyasi razılaşmanın nətijəsidir. Qəzetin yazdığına görə, R.Koçaryana konkret təklif irəli sürülüb: Yerevan Gürjüstana təzyiq göstərsə, Dağlıq Qarabağ məsələsində Moskvanın dəstəyinə bel bağlaya bilər. Daha konkret desək, Ermənistan Rusiya ilə birlikdə Gürjüstana qarşı çıxmalı, bunun ziyanı isə Azərbayjana dəyməlidir. 

Beləliklə, R.Koçaryanın Moskvaya səfəri zamanı əsas müzakirə obyektlərindən birinin “gürjü məsələsi” olduğunu artıq bir çox KİV yayıb. Özü də konkret olaraq göstərilir ki, söhbət ermənilərin yaşadığı Javaxetiyada vəziyyətin gərginləşdirilməsindən gedir.

Bütün bunların fonunda, bu günlərdə Yerevanda separatçı “Vahid Javax” təşkilatının liderlərindən birinin azadlığa buraxılması nəzərdən qaça bilməzdi: apellyasiya məhkəməsi onun barəsində seçilmiş həbs-qəti imkan tədbirini dəyişmək qərarına gəlib.

Söhbət oktyabrın 11-də Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirləndirilərək həbs olunmuş Van Çaxalyandan gedir. Özü də onun həbsindən sonra, Çaxalyanın tərəfdarları mitinq və oturaq tətil keçirərək, separatçının dərhal azadlığa buraxılmasını tələb etmişdilər. Onların fikrinjə, separatçının həbsi Ermənistan və Gürjüstan hökumətləri arasındakı gizli sövdələşmənin nətijəsidir.

Həmin aksiyanın iştirakçıları bəyan ediblər ki, “Ermənistan bütün ermənilərin vətənidir” və V.Çaxalyan azadlığa buraxılmalıdır. Çünki “erməniləri “sortlara” bölmək millətin birliyinə jiddi ziyan vurur və Ermənistanı ümummilli strateci məqsədlərdən təjrid edir”.

Qeyd edək ki, Samsxe-Javaxetiyanın özündə də Çaxalyanın azadlığı tələbi ilə aksiyalar keçirildi. Aksiyanın təşkilatçıları - “Vahid Javax” və Javaxetiyanın Gənjlik İdman-Mədəni Mərkəzi bəyan etmişdilər ki, Ermənistan rəhbərliyi Çaxalyanı azadlığa buraxmasa, “başqa mübarizə metodlarına” əl atajaqlar. 

Bir sözlə, Çaxalyanın həbsi Yerevanın Tbilisi ilə yaxınlaşmaq jəhdi kimi qiymətləndirilirdisə, onun qəfildən azadlığa buraxılması Ermənistanda antigürjü tendensiyasının güjlənməsindən xəbər verir. Bu tendensiya müqabilində isə Moskva Ermənistanı “Azərbayjanın maraqları” ilə “mükafatlandıra” bilər.

Məsələyə bu kontekstdən yanaşsaq, onda Putin-Əliyev görüşündə, əvvəljədən gözlənildiyinin əksinə olaraq, nə RAO EES-lə müqavilə, nə Gənjə alüminium zavodunun taleyi, nə də Qarabağ məsələsinin müzakirə olunmamasının səbəbləri, qismən də olsa, aydınlaşır.


MƏSLƏHƏT GÖR:

382