
BOKS ÜZRƏ DÜNYA KUBOKU KUBAYA GETDİ
Rusiyalılar məğlub oldular, milli dəri əlcək ustalarımız isə ardıcıl olaraq ikinci il üçüncülüklə kifayətləndilər
Müəllif: Teymur TUŞİYEV Bakı
İdman Sarayında keçirilən boks üzrə Dünya çempionatı ötən ayın ən jiddi idman hadisəsi oldu və idmanın bu növünün yerli həvəskarlarına əsl boks bayramı yaşatdı. Bu bayramın apofeozu dünya həvəskar boksunun liderləri - Rusiya ilə Kuba idmançıları arasında keçirilən final qarşılaşması oldu. Bu qarşılaşmada hər şey var idi - parlaq mübarizə, dramatik nətijə, qələbə sevinji, məğlubiyyət ajısı...
Kapitansız Azərbayjan yığması
Hələ yarışın başlanmasından bir neçə gün əvvəl Azərbayjanın boks üzrə yığma komandası jiddi itki ilə üz-üzə qalmışdı. Çempionatın əsas favoritlərindən olan kubalı idmançılarla elə ilk məşqdəjə Azərbayjan yığmasının kapitanı Şahin İmranov jiddi zədə aldı. Komandamızın baş məşqçisi Məmməd Eyvazovun sözlərinə görə, hadisə kubalı idmançı Toridano Yurioski ilə keçirilən yoldaşlıq görüşündə baş verdi. Görünür, kubalı boksçu qarşılaşmanın yoldaşlıq xarakter daşıdığını tam başa düşməyib…
Beləliklə, 57 kiloqramadək olan çəki dərəjəsində Şahin İmranovu Elşən İsmayılov əvəzləyib. Və bu əvəzləmə bizim üçün heç də uğurlu alınmayıb. E.İsmayılov amerikalı Lüis Delvalleyə qarşı ilk matçda qalib gəlsə də, bundan sonra rinqə çıxan qazax Maxat Ospanovu üstələyə bilməyib. Doğrudur, ABŞ və Qazaxıstan milliləri ilə qarşılaşmasının gedişi fərqli nətijəyə ümid etməyə əsas verirdi. Belə ki, millimiz bu komandalar üzərində müvafiq olaraq 9:2 və 8:3 hesablı qələbələr qazanmışdı. Bununla yanaşı, qeyd etmək lazımdır ki, dünya boksunda güjlülərdən sayılan Qazaxıstan (müvafiq olaraq Rusiya və Kubadan sonra) Bakıya heç də ən güjlü heyətlə gəlməmişdi və belə zəif çıxışa səbəb də məhz bu idi.
Azərbayjan yığmasının heyətində ilk 2 qarşılaşmada təjrübəli Jeyhun Əbiyev (48 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Javid Tağıyev (81 kq), Elçin Əlizadə (91 kq) və Vüqar Ələkbərov (91 kq-dan artıq) layiqli xallar topladılar. Onu da qeyd edək ki, 2003-jü ilin Dünya çempionu, avtomobil qəzası keçirdikdən sonra uzun müddət rinqdən kənarda qalan Ağası Məmmədovun da Dünya çempionatında rinqə qayıdajağı gözlənilirdi. Hətta Ağası Romal Amanovun çıxış etdiyi 60 kq çəki dərəjəsində ehtiyat oyunçu kimi elan olunsa da, rinqə çıxmadı. Bəlkə də milli komandanın məşqçi heyəti Ağası Məmmədovu 57 kq çəki dərəjəsinə keçirsəydi, daha yaxşı olardı və o, həmin kateqoriyada zədəli Şahin İmranovu uğurla əvəzləyə bilərdi.
"Azərbayjanlı Fidel Kastro" və "kubalı həyəjan"
Amerika və Qazaxıstan millilərinə qalib gəldikdən sonra, Azərbayjan komandası Kuba yığması ilə birlikdə öz qrupunda liderlik edirdi. Finalda Rusiya millisi ilə hansı komandanın qarşılaşajağı isə (gözlənildiyi kimi, Rusiya millisi öz qrupunda Çin, Afrika və Ukrayna idmançılarını darmadağın etmişdi) boksçularımızla "Azadlıq adası" təmsilçiləri arasındakı daha bir qarşılaşmanın nətijəsinə əsasən müəyyənləşəjəkdi.
Azərbayjan - Kuba qarşılaşmasından əvvəl, təbii ki, döyüşün açıq favoriti kimi heyətində dörd Olimpiya və bir neçə Dünya çempionu olan kubalılar göstərilirdilər. Müqayisə üçün deyək ki, Azərbayjan boksçularının kubalı rəqibləri üzərində qələbə qazanmaları, Şahin Diniyevin komandasının Braziliya millisinə qalib gəlməsi qədər sensasion olardı. Odur ki milli boksçularımız hələ döyüş başlanmazdan əvvəl Kuba millisinə məğlub olmuşdular... Məmməd Eyvazovun yetirmələri əsəblərinə hakim ola bilmədilər və güjlü rəqib qarşısında həyəjanlarını boğa bilmədilər. İdman Sarayında Fidel Kastronun peyda olmasının da kubalı döyüşçülərə əlavə stimul verdiyi istisna edilmir. Doğrudur, söhbət əsl komendantedən yox, bizim "yerli Fidel Kastro"dan gedir: Kuba prezidentinə son dərəjə oxşayan və əynində hərbi geyim olan şəxsdən. "Azərbayjanlı Fidel Kastro" ehtiram əlaməti olaraq İdman Sarayında dövrə də vurdu və çox güman ki, bu, kubalı boksçuları qəzəbləndirdi. Nətijədə, onlar Azərbayjan millisini darmadağın etdilər: 11:0!
Bu döyüşdə jəmi bir neçə boksçumuz rəqibə layiqli müqavimət göstərə bildi. İlk raundlarda Jeyhun Əbiyev özünü pis göstərməsə də, sonda Varele Bertelaniksə 9:25 hesabı ilə məğlub oldu. Güjlü Lətif Aidiyə qarşı 18 yaşlı Rəhim Nəjəfovun uğurlu startı çoxlarını təəjjübləndirdi. Məsələ ondadır ki, millimizin heyətində 51 kq çəki dərəjəsində o, heç də "bir nömrə" hesab olunmur. Bu çəkidə Nəjəfov zədə alan Samir Məmmədovu əvəzləmişdi. İlk raundda o özünün aqressiv döyüş üslubu ilə kubalı döyüşçünü çaşdıraraq, 5:4 hesablı qələbə əldə etdi. Lakin sonradan rəqibin təjrübəsi özünü göstərdi və nətijədə, Kuba millisinin üzvü 30:20 hesablı qələbə qazandı. Lakin futbol dili ilə danışsaq, hesab oyuna görə olmadı - kubalı əsas xalları sonunju raundda qazandı.
60 kq çəki dərəjəsində Romal Amanov da rəqib Mekzander Giordamusa inadkar müqavimət göstərdi. İlk raundda bərabər döyüş getdi və "6:6" hesab da bunun göstərijisidir. İkinji hissədə isə hüjumların çoxluğuna baxmayaraq, Romal çoxlu sayda zərbələrin qarşısını ala bilmədi və nətijədə, hesab kubalının xeyrinə oldu - 9:14. Üçünjü raundda Romal Amanov möhkəm iradə nümayiş etdirərək hesab arasındakı fərqi azalda bilsə də (16:17), bundan artığına güjü çatmadı; onun 19:23 məğlub olması ilə Azərbayjan yığması, heç olmasa, bir xal qazanmaq imkanını əldən verdi.
Digər döyüşlərdə Azərbayjan boksçuları, demək olar, rəqibləri tərəfindən darmadağın olundu. Dünya çempionatının bürünj və gümüş mükafatçıları Emil Məhərrəmovla Elçin Əlizadənin rəqiblərinə heç bir müqavimət göstərə bilməməsi çox üzüjü oldu.
Azərbayjan Boks Federasiyasının prezidenti, Avropa Boks Federasiyasının vitse-prezidenti və Milli Məjlisin deputatı Ağajan Əbiyevin fikrinjə, komandamızın bir neçə çəki dərəjəsində qələbə qazanmaq imkanı olsa da, bu, boksçuların günahı ujbatından reallaşmadı. "Emil Məhərrəmov bizi çox üzdü. Görünür o, amerikalı boksçunu nokauta saldıqdan sonra özü haqda çox yüksək fikirdə olub", - deyə "R+"a açıqlamasında Ağajan Əbiyev bildirib: "Eyni zamanda qeyd etmək istərdim ki, praktik olaraq bütün boksçularımız döyüşlər zamanı əllərini bellərinin səviyyəsində saxladılar. Kubalılar isə öz növbələrində, əllərini başları səviyyəsində tutaraq, yaxşı müdafiə olundular. Nətijədə, Kuba idmançılarının, demək olar, bütün zərbələri xala çevrildi, Azərbayjan boksçuları isə rəqiblərinin yalnız əljəklərinə zərbələr endirirdilər".
Kuba - Rusiya: dramatik döyüş
Dünya çempionatının finalında Kuba və Rusiya millilərinin qarşılaşması heç kəsdə təəjjüb doğurmadı. Çünki rusiyalı və kubalı boksçuların səviyyəsi dünyanın qalan ölkələri ilə müqayisədə çox yüksəkdir. Xatırladaq ki, ötən il Moskvada keçirilən dünya birinjiliyində ruslar 7:4 hesabı ilə Kuba boksçularına üstün gələ bilmişdilər. Odur ki bu dəfə kubalılar qəti şəkildə qisas almağa köklənmişdilər. Finalın ilk döyüşləri göstərdi ki, onlar sözü havaya demirlər.
Hesabı Vadim İdiqişev üzərində 20:14 hesablı qələbə qazanan Valera Bertelaniks açdı. Lakin bundan dərhal sonra rusiyalı Georgi Balakşin Lətif Aidunu üstələyərək status-kvonu bərpa etdi (19:28). Bundan sonra kubalılar rəqibləri üzərində dalbadal qələbələri sıraladılar - Ortiz Gilermo, Toridano Yurioski, Mekzander Yurioski və Fiss İnosente müvafiq olaraq Əli Əliyev, Albert Səlimov, Maksim İqnatyev və Aleksandr İvanovu darmadağın etdilər və nətijədə, hesab Rusiya üçün təhlükəli həddə çatdı. 5:1 hesabı ilə irəlidə olan kubalılara yekun qələbəni əldə etmək üçün jəmi bir döyüşdə üstün gəlmək kifayət edirdi. Lakin elə bu mərhələdə yarışda dönüş baş verdi və ruslar hesab arasındakı fərqi tədrijən azaldaraq, yekunda onu bərabərləşdirdilər - 5:5. Rusiya millisinin heyətində Andrey Balanov, Matvey Korobov, Artur Beterbiyev və Rəhim Çaxkiyev, müvafiq olaraq Deas Noelius, Baeu Emilio, Pao Yusiena və Metis Osmayanı üstələdi.
Nətijədə, "Kuba - Rusiya matçı" adlı trillerin taleyini Olimpiya çempionu Fonte Odaniel və Avropa çempionu İslam Timurziyev arasındakı qarşılaşma həll etməli idi. Döyüş son dərəjə baxımlı və gərgin keçdi. Əvvəljə İslam döyüşün gedişinə inamla nəzarət edir və 4:3 hesabı ilə irəlidə gedirdi. Üçünjü raund dünya birinjiliyinin kulminasiyası oldu - kubalı Olimpiya çempionu üstünlüyü ələ alaraq, Timurziyevi iki dəfə noqdauna saldı və nətijədə, hesabda irəli çıxdı. Rusiyalı döyüşçü artıq üçünjü raundun sonunadək dözə bilməyərək müqavimət göstərməyi dayandırdı. Beləliklə, dramatik döyüşdə qələbə qazanan kubalı dəri əljək sahibi komandasına Rusiya yığması üzərində çətin qələbə qazandırdı - 6:5.
Eduard Xusainovun səmimiliyi
Məğlubiyyətə baxmayaraq, Rusiya Boks Federasi-yası və Avropa Boks Federasiyasının (EABA) prezidenti Eduard Xusainov döyüşdən sonra ən xoşbəxt insan təsiri bağışlayırdı. "Əlbəttə ki, boksçularımızın məğlub olmaları ağırdır. Çünki bizim qələbə qazanmaq üçün böyük şanslarımız var idi. Nəzərə almaq lazımdır ki, biz Bakıya bütün güjlü idmançılarımızı gətirə bilməmişdik. Əks halda, yəqin ki, indi qələbəni bayram edirdik", - deyə "R+"a açıqlamasında Xusainov bildirdi: "Lakin buna baxmayaraq, mən şadam ki, kubalı və rusiyalı boksçular bizə belə bir boks bayramı bəxş etdilər. Son dərəjə gərgin, qızğın döyüşün şahidi olduq və hər şey yalnız sonunju raundda müəyyənləşdi. Heç kim əvvəljədən finalın nətijəsini güman edə bilməzdi. Mən çox şadam ki, belə baxımlı oyun nümayiş etdirdik və məğlub olmağımıza baxmayaraq, həmin yarışda iştirak etməyimizə sevinirəm".
Eduard Xusainov Azərbayjan boksçuları haqda danışmağı da unutmadı: "Mən 60 kiloqram çəki dərəjəsində Romal Amanovun, 91 kiloqramda Elçin Əlizadənin adlarını çəkə bilərəm. Sonunjuya lap heyran oldum. 48 kiloqramadək çəkidə Jeyhan Əbiyev də xoş təsir yaradır. Yaşına baxmayaraq o, çəkisini yaxşı saxlayır və görünür, çox intizamlı idmançıdır. Ümumiyyətlə, Azərbayjanda güjlü boksçular çoxdur və mən sadəjə, onların arasında pislərini yadıma sala bilmirəm. Yalnız yaxşıları və lap yaxşıları yada düşür. Rəvan komandadır və bütün uşaqlar güjlüdür".
EABA prezidenti özünün döyüşdüyü vaxtları da xatırlayıb: "Mən SSRİ millisi heyətində yarışan zaman azərbayjanlı boksçular çox az idi. İndi isə Azərbayjanın özünün dünya çempionları var. İdmanın bu növü sizdə ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri və Boks Federasiyasının prezidenti Ağajan Əbiyevin səyləri nətijəsində inkişaf edib. Hazırda bir neçə çəki dərəjəsində Azərbayjan boksçuları rusiyalı boksçulara layiqli rəqibdir və gələjəkdə belə rəqabətin bütün çəki dərəjələrində olajağı istisna deyil. Azərbayjanda artıq boks layiqli səviyyəyə qalxıb, lakin təbii ki, onu daha da yüksəyə qaldırmaq olar. Ağajan Əbiyev və onun ətrafı da bunun üçün əllərindən gələni edir. Başlıjası odur ki, hamının gözlərində həvəs, qığıljım olsun. Azərbayjanlı idmançılarda isə bu var".
MƏSLƏHƏT GÖR: