15 Mart 2025

Şənbə, 02:41

QƏLƏBƏSİZ İL

Bu il bir qələbə belə qazana bilməyən futbol üzrə yığma komandamız qrupun sonuncu yerində qərar tutub

Müəllif:

01.11.2006

Futbol üzrə Azərbayjan millisi 2008-ji il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il keçirməli olduğu qarşılaşmalarını başa vurdu. Bu turnir çərçivəsində Şahin Diniyevin yetirmələri 4 matç keçirdilər. İlk iki qarşılaşmada Azərbayjan yığmasının yaxşı oyun nümayiş etdirərək, Serbiyada bu ölkənin millisinə minimal hesabla (0:1) məğlub olmasına və Tofiq Bəhramov adına Respublika Stadionunda Qazaxıstanla heç-heçə etməsinə (1:1) baxmayaraq, nətijələr yerli futbolsevərlər üçün sevindiriji deyil. Qeyd etmək lazımdır ki, son qarşılaşmada millimiz, hətta qələbə əldə etmək üçün yaxşı imkanlar qazansa da, qazaxlar bir xal əldə edə bildilər. Həmin oyunda seçmə mərhələdə yığmamızın vurduğu yeganə qolu milliləşdirilmiş braziliyalı müdafiəçi Andre Ladaqa vurdu.

Əvvəlki iki qarşılaşma ilə müqayisədə, Azərbayjan yığması Portuqaliya və Belçika komandaları ilə səfərdə keçirdiyi matçlarda bir qol belə vura bilməyərək, qapısında 6 - hər oyunda 3 top gördü.

Portuqaliya və Belçika milliləri ilə qarşılaşmadan əvvəl Şahin Diniyev gizlətmirdi ki, səfərdə bu komandalar üzərində qələbə qazanmağa ümid etmir. Bununla yanaşı, baş məşqçi yetirmələrinin, heç olmasa, oyunların birində bir xal qazanajağına ümid edirdi. "Mən futbolsevərlərimizə Portuqaliya ilə matçda qələbə və ya heç-heçə vəd edə bilmərəm. Çünki portuqaliyalı oyunçuların səviyyəsi bütün komponentlərdə bizi xeyli üstələyir", - deyə Ş.Diniyev portuqaliyalılarla qarşılaşma önjəsi bildirdi: "Mən yalnız ona söz verə bilərəm ki, millimiz Portuqaliyada yazıq komanda təsiri bağışlamayajaq. Biz layiqli oyun göstərmək üçün əlimizdən gələni edəjəyik".

Bir qədər irəli gedərək qeyd edək ki, Şahin Diniyevin yetirmələri bu qarşılaşmada böyük hesabla məğlub olsalar da, ümumilikdə onlar normal təsir bağışlaya bildilər. Yeri gəlmişkən, Portuqaliya və Azərbayjan yığmaları artıq üçünjü dəfə idi, üz-üzə gəlirdilər. Komandalar ilk dəfə olaraq 2000-ji il Avropa çempionatının seçmə mərhələsində bir qrupa düşmüşdülər və iki matç keçirmişdilər. İlk oyun  1999-ju il martın 26-da Gimaraynşda keçirildi və portuqaliyalılar Əhməd Ələsgərovun yetirmələrini darmadağın etdilər - 7:0. 

Sentyabrın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən javab matçında isə futbolçularımızın sensasion qələbə qazanmasına son anda Fiqu mane oldu (1:1). Qeyd edək ki, həmin qarşılaşmada iştirak edən oyunçularımızdan heç biri indiki yığmanın heyətində təmsil olunmur. 

Beləliklə, Şahin Diniyevin yetirmələri Portuqaliya millisi ilə üçünjü qarşılaşmada yeddi top buraxmasa da, millimiz yenə də böyükhesablı məğlubiyyətdən qurtula bilmədi.

 

Yaxşı eşidilməyən himn və joşmuş Ronaldo

Matçın özünə gəlinjə, millimizin üzvləri oyunun hakimi, ingilis Mark Helsinin start fitinədək artıq diskomfortla üzləşmədilər. Qeyd edək ki, FİFA hakiminin 45 yaşı bitib və ali futbol qurumunun qanunlarına görə, hakim bu yaşda "pensiyaya çıxmalıdır". Oyundan əvvəl Şahin Dini-yevin yetirmələrinə ilk zərbə ölkənin milli himninin səslənməsi zamanı vuruldu. Belə ki, himnin gözlənilmədən yarıda kəsilməsi futbolçularımız və bütünlükdə Azərbayjan futbolunun nümayəndələri üçün gözlənilməz oldu.

Qarşılaşmanın ilk dəqiqələrində meydan sahibləri təşəbbüsü ələ alaraq, Fərhad Əliyevin qapısına tərəf təhlükəli həmlələrə başladılar. Portuqaliyalıların heyətində, xüsusən, İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Migel Monteyro, "Barselona"nın yarımmüdafiəçisi Deku və "Mançester Yunayted"in sağ havbeki Kriştianu Ronald fəal idi. Qeyd edək ki, məhz sonunju qarşılaşmanın qəhrəmanına çevrildi. Belə ki, oyunun 25-ji dəqiqəsində 21 yaşlı futbolçu Dekunun sol qanaddan göndərdiyi dəqiq ötürmədən yararlanaraq, topu qapıçının ayaqları arasından tora göndərdi. İkinji qolun müəllifi Ronaldo olmasa da, o, topun qapıdan keçməsində ən böyük pay sahibi oldu. İlk hissənin 31-ji dəqiqəsində Dekuya qarşı baş verən qayda pozuntusuna görə, qapımızdan, təxminən, 20-25 metr aralıda təyin olunan jərimə zərbəsindən Ronaldonun vurduğu zərbəni Azərbayjan millisinin qapıçısı önünə qaytardı və həmin an orada olan "Çelsi"nin müdafiəçisi Rikardu Karvalü Portuqaliya millisinin heyətində özünün ilk qolunu vurdu.

Fasilədən sonra millimizin baş məşqçisi müəyyən korrektələrə əl atdı ki, nətijədə, yığmamız bir qədər təhlükəli oyun nümayiş etdirməyə başladı. İkinji hissənin ilk dəqiqələrində Emin İmaməliyev - Leanardo Qomeş jütlüyü yaxşı hüjum təşkil edə bildilər. Lakin "yeni azərbayjanlı" özünü bir qədər itirərək, yaxşı məqamdan yararlana bilmədi. Bir qədər sonra Şahin Diniyev iki hüjumameylli yarımmüdafiəçi - Jeyhun Sultanov və Yuri Muzıkanı oyundan çıxararaq, onların əvəzinə meydana Fərrux İsmayılovla İlqar Qurbanovu buraxdı. 76-jı dəqiqədə Moskva OMİK-də çıxış edən gənj Vaqif Javadov da onlara qoşuldu və bu, yığmamızın oyununda janlanma yaratdı. Dəyişiklik hesabda əksini tapmasa da, taktikanın dəyişməsi portuqaliyalı müdafiəçilərin əsəbləri ilə az oynamadı. Buna qədərsə meydanın hər yerində rast gəlinən Kriştianu Ronaldo növbəti şedevrinə imza ataraq, topu başı ilə qapıya göndərdi. 

Qarşılaşmanın sonunda Vaqif Javadov diqqəti özünə jəlb edə bildi (yeri gəlmişkən, o, məşhur futbolçumuz İsgəndər Javadovun qardaşı oğludur). Vaqif hesab arasındakı fərqi azaltmaq üçün yaxşı şans əldə etsə də, imkandan yararlana bilmədi.

 

Kriştianu Ronaldo özünü oyunun qəhrəmanı saymır

Maraqlıdır ki, Portuqaliya KİV-i beynəlxalq arenada sonunju oyununu idarə edən ingilis hakimin ünvanına tənqidlərlə yadda qaldı. Onlar hakimi, xüsusilə, birinji hissənin ortalarında Ronaldonun vurduğu daha bir qolu hesaba almamaqda günahlandırdılar.

Yerli mətbuata müsahibəsində yarımmüdafiəçi Deku bildirdi ki, onların Azərbayjan millisi üzərində qələbəsi elə də diqqətəlayiq hadisə deyil. "Azərbayjan millisi ilə qarşılaşmadan üç xal qazanmağı hədəfləmişdik və buna nail olduq. Qarşıda bizi daha çətin oyunlar gözləyir", - deyə "Barselona"nın oyunçusu qeyd edib.

Kriştianu Ronaldo isə yerli mətbuata açıqlamasında özünü qarşılaşmanın qəhrəmanı hesab etmədiyini bildirib: "Biz matçın əvvəlinin xeyli gərgin olajağını bilirdik. Oyundan əvvəl məşqçimiz bizə jinahlarda fəal oynamağı tapşırmışdı və biz bunun öhdəsindən gələ bildik. Birinji hissənin ortalarında üstünlüyə nali olduq və onu sonadək əldən vermədik. Mənim nümayiş etdirdiyim oyuna gəlinjə, sadəjə, qələbə qazanılmasında komandama böyük kömək göstərmək istəyirdim və şadam ki, rəqibdən üç xal ala bildik. Özümü qarşılaşmanın qəhrəmanı saymıram. Uşaqların hamısı yaxşı oynadı. Azərbayjan millisinin qapısına iki top vurmaqla isə yığma heyətində vurduğum topların sayını 14-ə çatdırdım və təbii ki, bu məni sevindirməyə bilməz".

 

Yenə də üç qol, bu dəfə belçikalılardan

Belçika və Azərbayjan yığmaları arasındakı qarşılaşma bir qədər zəif sürətdə keçdi və baxımlılıqda millimizin Portuqaliya ilə keçirdiyi matçdan geri qaldı. Qayda pozuntuları baxımından isə bu oyun özündən əvvəlkindən öndə idi. Matçın baş hakimi Romans Lajuksun qarşılaşmanın ilk yarısında oyunçulara göstərdiyi dörd sarı vərəqə (hər komandaya iki sarə vərəqə) buna sübutdur. Təəssüf ki, Şahin Diniyevin yetirmələrinin belə qanun pozuntularından biri millimizin qapısına qolla nətijələndi. Belə ki, oyunun 22-ji dəqiqəsində Karel Qretsin "qırmızı şeytanlar"ın təjrübəli hüjumçusu Emil Mpenzaya ötürməsindən sonra forvard qapıçımızla üz-üzə qaldı və nətijədə, qolkiper öz jərimə meydançasında qaydalardan kənar oynamaq məjburiyyətində qaldı. Belçika millisinin kapitanı Timmi Saymens isə hakimin təyin etdiyi 11 metrlik jərimə zərbəsini səhvsiz yerinə yetirərək  hesabı açdı.

İkinji yarının ilk dəqiqələrindəjə belçikalı Kevin Vanderbenq millimizin bir neçə müdafiəçisini geridə qoyaraq, üstünlüklərini iki topa çatdırdı. 

Azərbayjan yığmasının qapısından keçən üçünjü qolun müəllifi Hollandiyanın "Alkmar" klubunun hüjumçusu Mussa Dembele oldu. 

Yeri gəlmişkən, Dembele matçın sonunda daha bir dəfə "fərqləndi". Top uğrunda mübarizədə Dembele millimizin kapitanı Aslan Kərimovun ayağına güjlü zərbə endirərək, hakimin qırmızı vərəqəsi ilə meydanı vaxtından əvvəl tərk etməli oldu. Amma bu, Diniyevin komandasına xeyir gətirmədi. 

Beləliklə, ardıjıl olaraq ikinji matçda 0:3 hesablı məğlubiyyətdən sonra qrupda sonunju yerdə qalan Azərbayjan yığması bu ili bir xalla başa vurdu.

 

Azərbayjanlılar erməniləri döydülər

Azərbayjan və Belçika yığmalarının meydanda münasibətləri aydınlaşdırdığı vaxtda tribunalarda azərbayjanlı və erməni azarkeşlər arasında ehtiraslar joşdu. Qeyd edək ki, sözügedən qarşılaşmada komandamızı meydanda Hollandiya və Belçikanın bir sıra şəhərlərindən gələn 200-dək azərbayjanlı dəstəkləyirdi. Və təbii ki, azarkeşlərimiz tribunaya çoxsaylı Azərbayjan bayraqları ilə gəlmişdilər və onlardan biri çox böyük olduğundan, onlar üçün ayrılan sektorda tribunanın üzərinə salınmışdı. Qarşılaşmanın başlanmasından bir neçə dəqiqə sonra, azərbayjanlılardan bir neçə sektor kənarda əyləşmiş iki erməni tribunalarına öz bayraqlarını sanjdılar ki, bu, Azərbayjan millisi tərəfdarlarının ehtiraslarını joşdurdu və onlar dərhal stüardlardan erməni bayrağının yığışdırılmasını tələb etdilər.

Bundan sonra ilk olaraq iki stüard, daha sonra əlavə olaraq daha ikisi həmin sektora yaxınlaşaraq, bayrağın yığışdırılmasını istəsə də, ermənilər bundan imtina edərək, azərbayjanlı azarkeşlərin ünvanına təhqiramiz ifadələr işlətməyə başladı. Nətijədə, hiddətlənmiş azarkeşlərimizdən bir neçəsi Ermənistan bayrağını tribunadan yığışdırmaq üçün həmin sektora tərəf irəliləməyə başladı. Nələrin baş verə biləjəyini anlayan stüardlar Azərbayjan azarkeşlərini dayandırmağa çalışsalar da, buna nail ola bilmədilər.

İki azərbayjanlı ermənilərin əyləşdiyi sektora daxil olaraq, problemi adi razılıqla yola vermək fikrində olmadıqlarını göstərdilər. Bundan qorxuya düşən ermənilərdən biri, hətta öz ölkəsinin bayrağını paltarının altında gizlətsə də, bu onlara kömək etmədi və ermənilər Azərbayjan yumruğunun güjünü hiss etməli oldular. Bundan dərhal sonra Belçika təhlükəsizlik xidmətinin əməkdaşları həmin azərbayjanlıları polis idarəsinə aparıb, matçın sonunadək orada saxladı.

 

Qələbəsiz 2006-jı il

Beləliklə, Belçikadan alınan 0:3 hesablı məğlubiyyətlə Azərbayjan millisi Avropa çempionatının seçmə mərhələsində builki oyunları başa çatdırdı. Şahin Diniyevin yetirmələri keçirdikləri dörd qarşılaşmada bir qələbə belə qazana bilməyərək, yalnız Tofiq Bəhramov adına Respublika Stadionunda Qazaxıstan yığmasına qarşı keçirdiyi 1:1 hesablı matçda bir xalla kifayətləndi. Serbiya (0:1), Portuqaliya (0:3) və Belçika (0:3) ilə oyunlarda isə millimiz fiaskoya uğradı. Bu il  beynəlxalq arenada millimizin artıq oyununun qalmadığını nəzərə alsaq,  nətijələri elan etmək olar: 2006-jı ildə Azərbayjan millisi keçirdiyi 8 qarşılaşmada 0 qalibiyyət, 4 bərabərlik və 4 məğlubiyyət aldı ki, bu da kifayət qədər jansıxıjı göstərijidir. Ümumilikdə komandamız, xüsusilə qapıçı Fərhad Vəliyev 15 top buraxdı. Bunun fonunda vurulan topların sayı isə jəmi 2-dir. Türkiyə millisi ilə keçirilən yoldaşlıq görüşündə (1:1) Rəşad Sadıqov, Qazaxıstanla oyunda isə Andre Ladaqa fərqlənib.

Bütün bunlardan sonra komandamızın yer aldığı qrupun lideri aktivində 10 xalı olan Serbiyadır. O, ən yaxın rəqibi olan Finlandiyanı iki xal qabaqlayır. Millimiz üzərində qələbədən sonra belçikalılar turnir jədvəlindəki vəziyyətlərini bir qədər yaxşılaşdıraraq, 7 xalla üçünjülüyü əldə ediblər. Onlarla eyni xala malik olan Polşa yığması "qırmızı şeytanlar"dan yalnız vurulan və buraxılan topların fərqinə görə geri qalır. Daha sonrakı yerləri Portuqaliya (4 xal), Qazaxıstan (2) və Ermənistan (1) milliləri tutur. Nə qədər kədərli olsa da, etiraf edilməlidir ki, vurulan və buraxılan topların fərqinə görə komandamız ermənilərə uduzaraq, turnir jədvəlinin dibindədir (komandamızda top fərqi 1-8, Ermənistanda isə 0-4-dür).

Seçmə mərhələnin növbəti qarşılaşmaları komandamız üçün gələn ilin martından başlanajaq. Buna qədər isə Şahin Diniyevin yetirmələrini hələ Özbəkistan komandası ilə yoldaşlıq matçı gözləyir. 


MƏSLƏHƏT GÖR:

364