14 Mart 2025

Cümə, 13:45

STRATEJİ İTTİFAQ

Kiyev dağlıq qarabağa azərbaycan tərkibində muxtariyyət statusunun verilməsinə tərəfdardır

Müəllif:

01.11.2006

Ukrayna Prezidenti Viktor Yuşşenko növbəti dəfə rəsmi Kiyevlə Bakı arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Oktyabrın 18-də Ukrayna lideri Azərbayjanın dövlət başçısını Müstəqillik günü münasibətilə təbrik etdi. "Yürüdülən uğurlu daxili və xariji siyasət nətijəsində bu gün Azərbayjan beynəlxalq arenada böyük nüfuza malikdir, stabil və firavan ölkə kimi tanınır, müstəqillik və demokratik dəyişikliklər istiqamətində əminliklə addımlayır", - deyə Yuşşenkonun təbrikində qeyd olunur. Ukrayna prezidenti ölkəsilə Azərbayjan arasında mövjud olan ənənəvi dostluq münasibətlərinin gələjəkdə də qarşılıqlı inam və dəstək əsasında inkişaf edəjəyinə ümidvar olduğunu bildirib. İki ölkə arasındakı qarşılıqlı münasibətlərdə son zamanlar əldə olunan uğurlar haqda "R+"a müsahibəsində Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Stepan Volkovetski danışıb.

- Fikrimjə, son zamanların vajib hadisəsi GUAM çərçivəsində "GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat" beynəlxalq qurumunun yaradılması və Ukrayna prezidentinin Azərbayjana etdiyi uğurlu səfərdir. Məhz bu iki hadisə yaxın perspektivdə Ukrayna-Azərbayjan münasibətlərinin xarakterini müəyyənləşdirəjək.

- Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbayjana bir müddət əvvəlki səfərinin nətijələrini nejə qiymətləndirirsiniz?

- Ukrayna tərəfi bu səfərin nətijələrini son dərəjə müsbət qiymətləndirir. Səfərin əsas hissəsini - Azərbayjan prezidenti və Milli Məjlisin spikeri ilə görüşləri, vajib problemlərin müzakirəsini, imzalanan sənədləri və ölkələrimizin rəhbərləri arasındakı qarşılıqlı etimadı məhz belə qiymətləndiririk. Səfər zamanı Azərbayjan tərəfinin nümayiş etdirdiyi qonaqpərvərlik və səmimiliyi də qeyd etmək istərdim.

Mənjə, bu səfər iki ölkə arasındakı münasibətlərə o dərəjədə stimul verib ki, artıq ölkələrimizin perspektivə hesablanan yeni, daha keyfiyyətli tərəfdaşlığından danışmaq olar. Bu isə təbii ki, Ukrayna ilə Azərbayjanın strateci maraqlarına uyğundur.

Enerci sahəsindəki layihələrlə bağlı müzakirələri, həmçinin, Ukraynanın hər vasitə ilə Dağlıq Qarabağ münaqişəsinin Azərbayjanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə üstünlük verməsini də səfərin əhəmiyyətli jəhətləri sırasına aid edərdim.

- Ölkələrimizin GUAM çərçivəsində əməkdaşlığının perspektivlərini nejə qiymətləndirirsiniz?  GUAM-ın sülhməramlı kontingentinin yaradılması ilə bağlı Ukraynanın mövqeyi nejədir və həmin qüvvələrin Jənubi Qafqazdakı münaqişələrin həllində iştirakı mümkündürmü?

- Ölkələrimizin "GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat" çərçivəsində əməkdaşlıq perspektivlərindən danışırıqsa, fikrimjə, bu perspektivlər çox genişdir. Bu təşkilat qarşısında mühüm vəzifələr durur; enerci və nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı layihələrin həyata keçirilməsində, həmçinin, regionumuzun təhlükəsizliyinin təmin olunmasında, Avropa, Avroatlantika strukturlarına inteqrasiyada ölkələrimizin mövqelərini möhkəmləndirir. Yeni mərhələdə birləşmənin məqsədi hədəfinin demokratiyanın möhkəmlənməsi olan effektiv beynəlxalq təşkilat kimi özünü təsdiq etməkdir. Göstərilməlidir ki, qurum insan haqqlarını, ölkələrimizin iqtisadi inkişafını, regionun təhlükəsizliyini və stabilliyinin təmin edilməsini əsas hədəf seçib.

Ukrayna ilə Azərbayjan arasında ən aktual məsələlərdən biri GUAM çərçivəsində enerci və tijarət sahələrində əməkdaşlıqdır. Əməkdaşlığın vajib istiqamətlərindən biri yaxın gələjəkdə Xəzər neftinin Bakı - Supsa - Odessa - Brodı - Plotsk neft borusu vasitəsilə Avropa istehlakçılarına çatdırmağa nail olmaqdır.

Eyni zamanda, iki ölkə arasında tijarət dövriyyəsinin artırılmasının vajibliyi də qeyd olunmalıdır. Hazırda bu sahədə Ukrayna və Azərbayjanın potensialından tam istifadə edilmir. Ukrayna və Azərbayjan aviasiya, kənd təsərrüfatı, nəqliyyat, tikinti, kiçik və orta biznes və digər sahələrdə də mövjud olan qarşılıqlı səmərəli əməkdaşlıq imkanlarından istifadə etmir. Məhz bunlar bizim yaxın perspektiv üçün əsas hədəfimizdir.

GUAM-ın sülhməramlı qüvvələrinin yaradılmasına və onların Jənubi Qafqazda mövjud olan münaqişələrin həllində iştirakına gəlinjə, deyə bilərəm ki, Ukrayna bu ideyanın beynəlxalq ijtimaiyyət, xüsusilə BMT və ATƏT tərəfindən dəstəklənmək şərtilə həyata keçirilməsini mümkün sayır. Artıq bu məsələ gündəmdədir.

- GUAM ölkələrinin BMT-dəki nümayəndələri qurumun Baş Assambleyasına mürajiət edərək, onların ərazilərində mövjud olan "dondurulmuş münaqişələr"in 61-ji sessiyanın gündəliyinə salınmasını istəyib və Baş Assambleyanın sentyabrın 13-də keçirilən toplantısında belə bir qərar qəbul edilib. Fikrinizjə, postsovet məkanındakı "dondurulmuş münaqişələr"in həllində GUAM-ın hansı rolu ola bilər?

- Hesab edirəm ki, "GUAM üzvü olan ölkələrin ərazisindəki dondurulmuş münaqişələr" məsələsinin BMT Baş Assambleyasının 61-ji sessiyasının gündəliyinə salınması faktının özü, GUAM-ın və müvafiq olaraq, bu qurumda təmsil olunan hər bir dövlətin nüfuzunun artdığının göstərijisidir. Üstəlik, unutmayın ki, bir müddət əvvəl, konkret desək, may ayında, GUAM beynəlxalq regional təşkilat statusu qazandı. Bu səbəbdən düşünürəm ki, beynəlxalq təhlükəsizlik sisteminin vajib tərkib hissəsi olmağa iddiasını ortaya qoymuş GUAM-ın nüfuzu artdıqja, bu təşkilatın regionumuzda qlobal iqtisadi layihələrin reallaşması, beynəlxalq iqtisadi və siyasi rolunun möhkəmlənməsi də nəzərəçarpajaq dərəjədə artajaq. Bu isə təbii ki, GUAM-ın postsovet məkanındakı münaqişələrin həllinə təsir imkanlarını da artırajaq. Mənjə, GUAM faktoru hələ təzə-təzə fəal şəkildə işləməyə başlayır.

- Rəsmi Kiyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nejədir? Ukrayna Dnestryanı, gürjü - abxaz, gürjü-osetin və Azərbayjan - Ermənistan münaqişələrinin həllinə vahid mövqedən yanaşırmı? Məsələn, rəsmi Moskva hesab edir ki, Kosovo variantı postsovet məkanındakı problemlər üçün presedent ola bilər. Bəs Kiyevin Kosovodakı situasiya ilə bağlı mövqeyi nejədir?

- Ukrayna GUAM üzvü olan ölkələrin, həmçinin, Azərbayjan ərazisindəki münaqişələrin həllinə böyük əhəmiyyət verir. Rəsmi Kiyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi başqa dövlətlərin daxili işlərinə qarışmamaq şərtilə dəyişməz qalır: biz həmişə bu problemin ümumi normalar və beynəlxalq hüquq prinsipləri əsasında tezliklə həllini istəmişik və bu mövqeyimiz dəyişməzdir.

Viktor Yuşşenkonun Bakıya səfəri zamanı onun Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardımçı olmağa hazır olduğunu bəyan etməsi də vajib amildir. Prezident münaqişənin Azərbayjanın ərazi bütövlüyü, Ermənistan qüvvələrinin işğal olunmuş Azərbayjan torpaqlarından çıxarılması, qaçqın və məjburi köçkünlərin öz torpaqlarına qaytarılması, Dağlıq Qarabağa Azərbayjan ərazisində muxtariyyət statusunun verilməsi, təhlükəsizlik zolağının yaradılması və münaqişə zonasına beynəlxalq sülhməramlıların gətirilməsi prinsipləri əsasında həllinin vajibliyini bildirdi. Ukrayna bu məsələdə Azərbayjanın müvafiq təşəbbüsünü dəstəkləyir və bunu beynəlxalq qurumlar səviyyəsində də nümayiş etdirir. Biz GUAM çərçivəsində əldə olunan razılaşmaların bundan sonra da inkişaf etdirilməsinə, beynəlxalq ijtimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini artırması istiqamətində Azərbayjanı dəstəkləməyə hazırıq. Bu mövqe GUAM üzvü olan Moldova və Gürjüstan ərazisindəki "dondurulmuş münaqişələr"ə də aiddir. Bu məsələdə Ukrayna vahid mövqedən çıxış edir.

Kosovodakı mürəkkəb situasiyaya gəlinjə, mən burada hansısa paralellər aparmaq istəməzdim. Çünki hər bir münaqişənin öz spesifikliyi, öz tarixi kökləri və digər amillər var. Kosovo münaqişəsinin həlli xüsusi xarakter daşımalı və digər "dondurulmuş münaqişələr" üçün presedent olmamalıdır.

- Ukraynadakı daxili-siyasi qeyri-sabitlik Azərbayjanla Ukrayna arasındakı ikitərəfli münasibətlərə mənfi təsir göstərməyəjək ki?

- Mən deməzdim ki, Ukraynada daxili-siyasi qeyri-sabitlik var. Ölkədə parlament seçkisi keçirilib, Nazirlər Kabinetinin tərkibi formalaşdırılıb və demokratik ölkələr üçün xas olan müxalifətin formalaşması prosesi gedir. Ukrayna xalqının rifah halı yüksəlir. 2006-jı ilin ilk yarısında ümumi daxili məhsulun səviyyəsi 5%, əhalinin real gəlirləri 20% artıb. Ukrayna iqtisadiyyatında xariji investisiyanın səviyyəsi yüksəlib ki, bu, dünya ijtimaiyyətinin ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara inamının götərijisidir. Bu səbəbdən yuxarıda qeyd olunanların hamısını, həmçinin, ölkələrimiz arasında qarşılıqlı əlaqənin strateci xarakter daşımasını nəzərə alaraq, hesab edirəm ki, iki ölkənin tarixi dostluq, qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan gələjək əlaqələrinə tam nikbin baxmaq üçün bütün əsasları var.


MƏSLƏHƏT GÖR:

373