15 Mart 2025

Şənbə, 01:22

ALİYƏ QARAYEVA AVTORİTETLƏRİN BƏLASINA ÇEVRİLƏCƏK

Buna idmançımızın bədii gimnastika üzrə avropa birinciliyindəki uğurlu çıxışı ümid etməyə imkan verir

Müəllif:

15.10.2006

Azərbayjan idmançıları bədii gimnastika üzrə ən nüfuzlu yarışlarda ən yüksək mükafatların əldə edilməsi istiqamətində daha bir addım atıblar. Gimnast qızlarımızın bu yaxınlarda Moskvada başa çatan bədii gimnastika üzrə Avropa birinjiliyindəki çıxışlarından sonra, məhz belə nətijəyə gəlmək mümkündür. Qızlarımız mükafatçılar sırasına daxil olmasalar da, həmyerlimiz Aliyə Qarayevanın müasir bədii gimnastikada aparıjı mövqelərə malik Rusiya (Sessina, Kabayeva), Ukrayna (Bessonova, Qodunko) və Belarus (Cukova) idmançılarından sonra altınjı yeri tutması və təjrübəli bolqar idmançısını qabaqlaması sevindiriji haldır. Bütün bunlar idmanın bu növünün ölkəmizdə böyük tərəqqisindən xəbər verir. Bu fikri Milli Bədii Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da ifadə etdi: "Aliyə Qarayevanın Avropada altınjı pilləyə yüksəlməsi gələjəyə yönəlmiş jiddi nailiyyətdir. Azərbayjan idmanın bu növündə birmənalı lider sayılan Rusiya, Ukrayna və Belarusla yanaşı, bədii gimnastikanın elitasında yer aldı. Aliyə Qarayevanın əldə etdiyi nətijəni çox uğurlu sayırıq".

 

İlk jəhd uğursuz alınmadı

Moskvada keçirilən Avropa birinjiliyində Azərbayjanın gimnast qızları arasında ən yaxşı nətijəni məhz Aliyə Qarayeva göstərdi. Belə bir faktı da nəzərə almaq lazımdır ki, bədii gimnastika məktəbimiz üçün bu onun idman karyerasında ilk qitə birinjiliyi idi. Bundan irəli gələn təbii startqabağı həyəjana baxmayaraq,  layiqli çxış edən Aliyə Qarayeva müxtəlif növlər üzrə finalda 66,50 bal qazanaraq, bolqar Simona Peyçeva (64,875), belaruslu Lübov Çarkaşina və israilli İrina Rizensonu (62,925) qabaqladı və altınjı yeri tutdu. Maraqlıdır ki, digər bir idmançımız - Anna Qurbanova 2004-jü ilin Avropa birinjiliyində debütü zamanı ikinji onluqda yer almışdı. Bu fakt yalnız ona dəlalət edir ki, yaxın vaxtlarda Aliyə Qarayeva nüfuzlu idmançılar üçün əsl başağrısına çevriləjək. Yeri gəlmişkən, gimnastlarımızı doğruldan Aliyə Qarayeva Helsinkidə keçirilən beynəlxalq turnirdə lap bu günlərdə qızıl medal qazanmışdır.  

Azərbayjan idmançısının uğurunu Avropa birinjiliyi başa çatdıqdan sonra keçirilən mətbuat toplantısında Rusiya milli komandasının baş məşqçisi İrina Vinner də qeyd etdi. O bildirdi ki, Avropa birinjiliyində ilk dəfə çıxış edən Aliyə Qarayevanın altınjı pilləni tutması çox yaxşı nətijədir. O vaxt İrina Vinner daha sonra demişdi: "Lakin beynəlxalq arenada daha yüksək nailiyyətlər əldə etmək, Avropa və dünya birinjiliklərində daha yüksək yerlər tutmaq üçün Aliyə Qarayeva öz üzərində daha da çox işləməlidir. Yalnız belə gərgin və ağır zəhmətdən sonra nətijələr ələ etmək mümkün olajaq".

Digər gimnastımız - Anna Qurbanova İsrail təmsilçisinə jəmi 0,025 bal uduzaraq, 62,900 balla 10-ju pillədə yerləşdi. Qitə çempionu isə heç kimin gözləmədiyi bir halda, 69,400 bal toplayan Rusiya idmançısı Vera Sessina oldu. Birinji yer uğrunda mübarizədə o, daha adlı-sanlı həmyerlisini - Olimpiya çempionu Alina Kabayevanı qabaqladı. 69,150 bal qazanan Kabayeva gümüş medalla kifayətlənməli oldu. Üçünjü mükafatı 67,600 bal toplayan ukraynalı Anna Bessonova əldə etdi. 

Yeniyetmələr arasında yarışlarda azərbayjanlı gimnast qız Zeynəb Javadlı kvalifikasiyada 21,325 bal nətijə ilə səkkizinji yeri tutaraq, yarışların final mərhələsinə vəsiqə qazandı və burada da səkkizinji yerə sahib çıxdı. Birinji yeri Natalya Piçujkina tutdu. Yeniyetmələrin komanda yarışlarına gəldikdə, burada Zeynəbdən və Lalə Şamilovadan ibarət olan Azərbayjan yığması 33 komanda arasında 16-jı yeri tutdu. Gimnast qızlarımız 81,250 bal toplaya bilmişdilər. 

Altay Həsənovun sözlərinə görə, bu Avropa birinjiliyi növbəti dəfə göstərdi ki, artıq aşkar zəif komandalar yoxdur və gimnast qızlar, xüsusən də gənjlər arasında sərt rəqabət var. "Bu nüfuzlu yarışda Azərbayjanı iki gənj - Zeynəb Javadlı və Lalə Şamilovanın təmsil etmələri idmançılarımızın rəqabət qabiliyyətinə malik olmalarına dəlalət edir. Zeynəb Javadlının gürzlə hərəkətlərdə Avropada səkkizinji yeri tutması da ümidveriji faktdır. Birinjiliyin nətijələrindən çıxış edərək, artıq sonrakı yarışlardakı durumu dəqiq qiymətləndirə bilərik. Birmənalı şəkildə demək olar ki, yeniyetmələrimiz arasında tərəqqi var və onların rəqabət qabiliyyətinin yüksəldilməsi üzərində iş davam etdiriləjək", - deyə federasiyanın vitse-prezidenti vurğuladı. 

Qrup şəklində yarışlarda isə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Eqay, Alina Trepina və Anastasiya Prasolovadan ibarət komandamız 5 lentlə yarışlarda finalda altınjı, 3 çənbər və 2 jüt gürzlə yarışlarda isə səkkizinji yeri tutdular. Hər iki növdə qızıl medalları yenə də Rusiya idmançıları qazandılar. 

 

Debüt baş tutdu

Qruplar arasında yarışları şərh edən Altay Həsənov bildirdi ki, komandamız keçən ilin fevral ayında yaradılıb və çempionatın debütantı olub. Federasiyanın vitse-prezidentinin dediklərindən: "İlk dəfə iştirak edənlər üçün bu pis debüt deyil və hazırda gimnast qızlarımız öz güjlərinə daha çox inanmağa başlayırlar. Əlbəttə, ən yüksək yerləri tutmaq istərdik və bu istiqamətdə işimizi davam etdirəjəyik. Yunanıstanda keçiriləjək Dünya birinjiliyində, Olimpiadaya qrup birinjiliyində, həmçinin, iki fərdi çıxışda lisenziya qazanmağa çox ümidliyik. Qeyd etmək istərdim ki, federasiyanın prezidenti Mehriban Əliyeva bütün uğurlarımızı diqqətlə izləyir, bizimlə və kollektivlə daim əlaqə saxlayır. O da nailiyyətlərimizə ürəkdən sevinir, uğursuzluqlarımıza bizimlə birlikdə məyus olur. Bir sözlə, əminəm ki, işlər bu qədər nümunəvi təşkil olunduğundan, gələjəkdə bizi müvəffəqiyyətlər gözləyir".  

Qrup şəklində komandamızın çıxışı barədə rəyini açıqlayan İrina Vinner də idmançılarımızın böyük gələjəyi olduğunu düşündüyünü bildirdi: "Azərbayjan,  jəmi 1,5 il bundan əvvəl yaradılmasına baxmayaraq, elə ilk iştirak etdiyi Dünya və Avropa birinjiliklərində yarışların final mərhələsinə çıxmağı bajaran belə bir komandası olduğuna yalnız sevinməlidir. Əminəm ki, gələn Dünya birinjiliyində bu komanda çoxnövçülüyün nətijələri üzrə planetin ən yaxşı 10 komandası sırasına çıxmalı və bununla da olimpiadaya vəsiqə qazanmalıdır". 

Yeri gəlmişkən, 2008-ji ilin Olimpiya Oyunlarına vəsiqələr ilk 12 yeri tutan komandalar arasında paylanajaq. Lakin axırınjı iki vəsiqə olimpiadanın keçirildiyi ölkə ilə onun keçirildiyi qitənin təmsilçisi arasında bölüşdürülür (özünəməxsus Wild Kart). Odur ki komandamızın Olimpiya Oyunlarına vəsiqə qazanmaq vəzifəsini ilk 10 yerdən birini tutmaqla həll etməsi daha yaxşı olar. Bədii gimnastika üzrə fərdi yarışlara gəldikdə, burada ölkənin 2 vəsiqə əldə etməsi üçün onun təmsilçilərinin 1-12 yerləri tutması lazımdır. 2 vəsiqə həm də o halda verilir ki, ölkənin təmsilçilərindən biri ilk 12 yerdən birini, ikinji idmançı isə 13-24-jü yerlərdən birini tutmuş olsun. Bir ölkənin iki gimnastı yalnız 13-24-jü yerlər arasında olarsa, bu halda, bədii gimnastika üzrə fərdi yarışlara jəmi bir vəsiqə verilir. Bədii gimnastika ustalarımızın bu idman növündə zirvəyə doğru irəliləyişini nəzərə alaraq güman etmək olar ki, idmanın bu növündə Azərbayjan maksimum mümkün sayda olimpiya vəsiqəsi əldə edəjək.


MƏSLƏHƏT GÖR:

447