
ERMƏNİ İDMANÇILAR AZƏRBAYCANDA ÇIXIŞ EDƏCƏKLƏR
İdman boslarımız 2007-ci ilin lisenziyalı dünya çempionatını keçirmək haqqını əldə etmək üçün bununla razılaşmalı oldular
Müəllif: Teymur TUŞİYEV Bakı
Bir müddət əvvəl Çinin Quançjou şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya çempionatı keçirildi. Bu turnir Azərbayjan üçün çox pis aqibətlə nətijələnə bilərdi və həmin nətijə ölkədə kifayət qədər məşhur olan bu idman növü həvəskarlarının yaddaşında, Azərbayjan güləşinin tarixində ən qara səhifə kimi qala bilərdi.
Dünya birinjiliyindən başqa, Çində, həmçinin, Beynəlxalq Güləş Federasiyasının (FİLA) konqresi keçirilirdi və orada bu strukturun məmurları güləş üzrə 2007-ji ilin lisenziya statusu daşıyan Dünya çempionatının Azərbayjanda keçirilməsi haqda yekun qərar qəbul etməli idi. Yəni dünya birinjiliyində medallarla yanaşı, 2008-ji ildə Pekində (Çin) keçiriləjək 29-ju Olimpiya Oyunlarına vəsiqə uğrunda da mübarizə gedəjək. Olimpiya lisenziyaları hər bir çəki dərəjəsindən olan 10 ən yaxşı idmançıya veriləjək.
Əvvəllər KİV-də Gənjlər və İdman Nazirliyinə istinadən, FİLA-nın sözügedən Dünya çempionatının Azərbayjanda keçirilməsinə dair yekun qərar verməsi ilə bağlı dəfələrlə məlumatların yayılmasına baxmayaraq, məhz Quançjouda Azərbayjanı dünya birinjiliyinə ev sahibliyi etmək imkanından məhrum etdilər. Yəni faktik olaraq, ölkəmiz birgünlük də olsa, lisenziyalı Dünya çempionatına ev sahibliyi hüququndan məhrum olundu. Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında isə məlumat yerləşdirildi ki, mundiala ev sahibliyi etmək istəyən ölkələrin ərizələri bir ay müddətində qəbul olunur.
Məsələ ondadır ki, ölkəmizin idman rəhbərliyi, xüsusilə Güləş Federasiyası lisenziyalı Dünya çempionatına qatılajaq bütün idmançılara Azərbayjana gəlmək üçün vizaların maneəsiz təqdim olunajağına zəmanət verə bilmədi. Sirr deyil ki, "Dünya çempionatının bütün iştirakçılarına maneəsiz olaraq vizaların verilməsi" dedikdə, söhbət ermənilərin Bakıda keçirilən Dünya çempionatında iştirakından gedirdi.
Əlindən gələni və hətta gəlməyəni də etmək
Bundan başqa, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) lisenziyalı beynəlxalq turnirlərin "problemli regionlar"da keçirilməməsinə dair xüsusi mürajiəti də var. FİLA-nın rəhbəri Rafael Martinetti də məhz bu mürajiətə istinad edərək, bildirdi ki, Azərbayjan gələn il keçiriləjək Dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum ounur. Qeyd edək ki, elə Martinettinin özü bu ilin yayında nüfuzlu Golden Grand Prix turnirinin final mərhələsinin keçirildiyi vaxt Bakıya səfərində 2007-ji ildə Bakıda keçiriləjək dünya birinjiliyinin ən yüksək səviyyədə baş tutajağına əminliyini bildirdi. Faktik olaraq, Azərbayjanın mundiala ev sahibliyi etməsi hüququnu tanıdığını göstərmişdi.
Lakin bu dəfə yenə erməni məsələsi üzə çıxdı və lisenziyalı Dünya çempionatının keçirilməsini təhlükə qarşısında qoydu. Yeri gəlmişkən, məhz bu səbəbdən paytaxtımız ağır atletika üzrə 2006-jı il Dünya çempionatına ev sahibliyi edə bilmədi və yarışın Dominikan Respublikasında keçirilməsi qərara alındı.
Nətijədə, ölkənin idman rəhbərliyi (həmin vaxt gənjlər və idman naziri Azad Rəhimov rəsmi səfərlə Quançjouda idi) seçim qarşısında qaldı: FİLA konqresinin qərarı ilə razılaşmaq və Azərbayjanın Dünya çempionatının ev sahibi olması hüququnun əlindən alınması biabırçılığı ilə barışmaq, yoxsa qurumun əsas şərtini - 2007-ji ildə FİLA-nın bütün üzvlərinin, həmçinin, ermənilərin ölkəyə problemsiz gəlməsini təmin etmək.
Aydındır ki, ölkəmiz idman boslarının birinji variantı ilə razılaşa bilməzdi, amma ikini yol avtomatik olaraq Dünya çempionatında iştirak etmək üçün erməni idmançılarının Bakıya gəlməsi demək idi. Milli Güləş Federasiyasının prezidenti Abbas Abbasov həmin vaxt bəyan etdi ki, o, 2007-ji ilin Dünya çempionatının məhz Azərbayjanda keçirilməsi üçün əlindən gələni edəjək: "Bəzi ölkələr var ki, Dünya çempionatının Azərbayjanda keçirilməsini istəmir. Mən isə əminəm ki, bu yarış məhz Bakıda keçiriləjək. Biz dünyanın bütün məşhur idmançılarının Bakıya gəlməsi üçün var güjümüzü sərf edəjəyik".
Azərbayjanın Güləş Federasiyasının rəhbərinin bu sözlərindən bir şey aydın olurdu - biz yarışın bütün iştirakçılarının, həmçinin, ermənilərin problemsiz viza almasını təmin etməyə hazırıq. Bununla da jəmi bir gündən sonra 2007-ji il mundialına ev sahibliyi etmək hüququ Azərbayjana qaytarıldı və Beynəlxalq Güləş Federasiyasının rəsmi İnternet saytında dünya birinjiliyinə ev sahibliyi etmək uğrunda tenderə qatılmaq istəyənlərə ünvanlanan çağırış yerləşdirildi.
Beləliklə, Azərbayjanın müstəqillik əldə etməsindən və Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra ilk dəfə olaraq erməni idmançılar ölkəmizə gələjəklər. Etiraf edək ki, bunu təsəvvür etmək çox çətindir. Adi vətəndaşların buna nejə reaksiya verəjəyi hələ məlum deyil və bu, problem olaraq qalır. Belə ki, ermənilərin Azərbayjana gəlişi ilə bağlı elə problemlər yaşana bilər ki, onların qarşısına heç bir təhlükəsizlik tədbiri ilə almaq mümkün olmaz. Erməni idmançılardan hansınınsa Bakıda keçirilən mundialda qızıl medal qazanajağı halda baş verənləri isə təsəvvür belə etmək çətindir: bu zaman Heydər Əliyev adına İdman-Konsert Kompleksində Ermənistan bayrağı ujaldılmalı və bu ölkənin himni səsləndirilməlidir. Son zamanlar Ermənis-tanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının sıralarına Rusiya millisinin sıralarına düşə bilməyən güjlü rus idmançılarının jəlb olunduğu da məlumdur. Bu isə ermənilərin uğur qazanmaq şansını xeyli artırır.
Bakıda Ermənistan himni səslənəjəkmi?
Yeri gəlmişkən, gənjlər və idman naziri Azad Rəhimov ermənilərin Bakıya gəlməyəjəyini də istisna etməyib. Lakin o bildirib ki, Bakı mundialında erməni idmançılarından biri belə uğur qazanarsa, Ermənistanın bayrağı ujalajaq və bu ölkənin himni səslənəjək: "Mən ermənilərin Bakıya gəlib-gəlməyəjəyini deyə bilmərəm. Onların Azərbayjanda keçiriləjək Dünya çempionatına qatılıb-qatılmaması Ermənistanın öz işidir. Biz ermənilərin Bakıya gəlməsi üçün onlara viza verəjəyimizi bildirmişik. Bakıda keçirilən dünya birinjiliyində erməni idmançısının qələbə qazanması ilə bağlı məsələyə gəlinjə, biz erməni güləşçinin Bakıda azərbayjanlıya qalib gəlməsi haqda düşünməməliyik. Mən buna inana bilmərəm. Lakin erməni idmançı burada qızıl medal qazanarsa, Ermənistanın bayrağı qaldırılajaq və bu ölkənin himni səslənəjək. Beynəlxalq yarışların keçirilmə qaydaları belədir".
Amma erməni idmançılarının Bakıda keçiriləjək mundiala qatılmaqdan imtina edəjəyinə ümid etməyə dəyməz. Ən azı ona görə ki, ermənilər azərbayjanlıları təxribata çəkmək və Azərbayjanı dünya ijtimaiyyətinin gözündə nüfuzdan salmaq məqsədilə yarışa qatılmaqdan boyun qaçırmayajaq. Bununla əlaqədar olaraq, ermənilərin ölkəmizə gələjəyi halda, yerli güləş həvəskarlarımıza ehtiyatlı davranmaq haqda məsləhətlər vermək, onlara hər hansı aqressiv hərəkətlər haqda düşünməyi aşılamaq lazımdır. Azərbayjan güləşçiləri isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Ermənistan bayrağının onların himninin müşayiəti ilə ujalmasına imkan verməməlidir. Bu isə o deməkdir ki, güləşçilərimiz nəyin bahasına olur-olsun, hətta döyüş kompromissiz getsə belə, ermənilər üzərində qələbə qazanmalıdır.
MƏSLƏHƏT GÖR: