15 Mart 2025

Şənbə, 02:57

LİDERLİYƏ APARAN YOL

Meydan informasiya texnologiyalarınındır

Müəllif:

15.10.2006

"Beyinlərdə möhkəmlənmiş stereotiplərin məhvi", "dəyərlərin yenidən qiymətləndirilməsi". Bakıda "Iteca Caspian Ltd" şirkətinin təşkilatçılığı ilə keçirilən "BakuTel-2006-XII" Azərbayjan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisini məhz belə anlayışlarla səjiyyələndirmək olar. Ölkəmizi beynəlxalq arenada əsrlərboyu təmsil edən neft-qaz sahəsinin öz yerini, tədrijən, informasiya-kommunikasiya texnologiyalarına (İKT) verməsini məhz burada - Heydər Əliyev adına idman-sərgi kompleksinin pavilyonlarında açıq-aydın müşahidə etmək mümkün idi. Başqa sözlə, İKT-nin simasında neft və qaz hi-tejh əsri olan indiki  dövrümüzdə üstələmək o qədər də asan olmayan kifayət qədər güjlü rəqiblə üzləşdi. Üstəlik, IT üçün öz inkişafında sərhəd tanımır. 

 

"Holland sindromu"nun əlajı

Bu sərgiyə himayəçilik edən Azərbayjan Prezidenti İlham Əliyev öz nitqini İKT-nin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti üzərində qurdu. Həm də bədnam "holland sindromu"ndan qurtulmaq üçün bu gün qeyri-neft sektorunun inkişafına vəsait yatırmaq lazımdır. Gün-gündən çiçəklənən IT sahəsi olmadan dinamik inkişaf edən heç bir ölkə ötüşmədiyindən, ən perspektivli sahəyə - texnologiyalara üz tutmaq dövrün tələbidir. Dövlət başçısının "BakuTel-2006" sərgisinin açılışında iştirak etməsi ölkəmizdə IT sahəsinin inkişafına üstünlük verilməsinə dəlalət edir. Dövlət başçısı aşağıdakıları vurğuladı: "Azərbayjan İKT sektorunun inkişaf etdirilməsi sahəsində bölgədə lider olmağa jan atır. Respublika artıq bu istiqamətdə çox şeyə nail olmuşdur və indi əsas məqsəd bu sahənin inkişafına ən iri xariji şirkətləri jəlb etməkdir ki, bunun üçün ölkədə əlverişli investisiya şəraiti də mövjuddur. İKT sektorunun çox böyük perspektivləri var. Müasir dünyada ən yeni texnoloci nailiyyətlərin tətbiqi zərurətə çevrilir. Bundan başqa, bu sektorun inkişaf etdirilməsi Azərbayjan iqtisadiyyatında qeyri-neft sektorunun güjləndirilməsi baxımından da çox önəmlidir. Neft sahəsindəki nailiyyətlərimiz qeyri-neft sektorunun inkişafı üçün gözəl imkanlar yaradır".

İlham Əliyev qeyd etdi ki, İKT əhalinin savadlanması baxımından böyük əhəmiyyətə malikdir və İKT-nin inkişaf etdirilməsinə dair Dövlət Proqramına görə, 2008-ji ilin sonuna qədər orta ümumtəhsil məktəblərinin bütün siniflərində İnternetə qoşulmuş kompüterlər qurulmalıdır. 

Həqiqətən də "BakuTel" sərgisində IT sektorunun ən iri iştirakçıları təmsil olunmuşdu: "Intel", "Hewlett Packard" (HP), "Cisco Systems", "Microsoft"… Bir fikir verin, 23 ölkə, 10 aparıjı şirkət, 500-dən artıq iştirakçı. 

Bəs "Jisjo Systems" şirkətinin yeni loqotipinin və sloqanının Bakıda (məhz Bakıda!) təqdim edilməsi? Bu nədən xəbər verir? Birinjisi, bütün dünya birliyinin Azərbayjanla əməkdaşlıqda maraqlı olmasından və əlbəttə, çox yaxın vaxtlarda ölkəni qlobal IT dəyişikliklərin "lərzəyə gətirəjəyindən".

Lakin dünya IT biznesi nəhənglərindən başqa, "BakuTel-2006" sərgisində Azərbayjanda İKT-nin inkişafına kifayət qədər böyük töhfə verən yerli şirkətlər də təmsil olunmuşdu. Dövlət başçımız da buna diqqət yetirdi. Üstəlik, lokal şirkətlər son 5 il ərzində o qədər inkişaf edib ki, Azərbayjanda rəqabətədavamlı yüksəktexnologiyalı məhsullar istehsal etməyə başlayıblar; məsələn: Mingəçevirdə təkjə stasionar telefon aparatları deyil, fərdi kompüterlər, monitorlar, bir sözlə, ofis texnikasının bütün  spektrinin istehsalı ilə məş-ğul olan KUR şirkəti.

 

IT nəhənglər... rəqabətə girişib!

Bəs ölkəmizdəki "Ultra" şirkətinin ("Nexus" kompüterləri və noutbukları) Azərbayjan prezidentinə Wi-Max - İnternetə genişxətli qoşulmaya dair unikal layihəni təqdim etməsinə nə deyirsiniz? Şirkətin baş direktoru Tahir Mirkişilinin "R+" müxbirinə dediyinə görə, şirkət yaxın vaxtlarda bütün məktəbləri Təhsil Nazirliyi ilə birləşdirərək, vahid məlumat bazası yaratmağı planlaşdırır. Burada təkjə müəllim və şagirdlərin sayına dair məlumatlar deyil, davamiyyət, biliklərin mənimsənilməsi (qiymətlərə) üzrə bütün informasiya qeydə alınajaq. Öz növbəsində, şagirdlərin valideynləri də övladları barədə bütün informasiyanı... SMS-məlumat şəklində mobil telefonlarından əldə edə biləjəklər.

Yeri gəlmişkən, HP şirkəti də Təhsil Nazirliyinə bunabənzər layihə təklif etmişdi. Lakin T.Mirkişilinin sözlərinə görə, fərq ondadır ki, HP layihəni İnternet, Ultra isə İntranet  bazasında  qurmağı təklif edir. Başqa sözlə, daxili şəbəkə yaradılajaqdır ki, burada informasiyanın ötürülmə sürəti 38 mbit/san olajaq. Layihənin pilot versiyası "Ultra"nın ekspozisiya stendində təqdim olunmuşdu. Yəni tezliklə Azərbayjanda təkjə sürətli deyil, həm də genişxətli şəbəkə meydana çıxajaq. İndiyədək isə ölkəmizdə belə sürət əldə etmək, sadəjə, mümkün deyildi.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun özünün dediyinə görə, bu layihə üçün, təxminən, 2 mln AZN vəsait lazım olajaq. T.Mirkişili hazırda şirkətin dövlətin bu vəsaiti ayırmasını gözlədiyini bildirdi.

Üstəlik, "Ultra" daha bir proqram təminatını təqdim etdi - kommunal xidmətlərə görə ödənişlər üzrə. Şirkət rəhbərinin dediklərindən: "Bu, dövlət başçısının kommunal ödənişlərin 100% səviyyəsinə çatdırılmasına dair bu yaxınlardakı sərənjamı baxımından xüsusilə aktualdır. Proqramın pilot versiyası Qazax rayonunda tətbiq olunub və nətijələr göstərir ki, qaz, su, elektrik enercisi və kanalizasiya üzrə abunə ödənişləri 100%-ə çatır, çünki vahid məlumat bazasında ödənişlər, borjlar və s. üzrə bütün məlumatlar qeydə alınır".

Qazax rayonunda belə bir proqram təminatı jəmi 10 min AZN hesabına başa gəlib ki, səmərəliliyi nəzərə alınarsa, o qədər də böyük məbləğ deyil.

Yeri gəlmişkən, "İntel" şirkətinin dəstəyi ilə məhz "Ultra" şirkəti sərgidə  dünyada ən yüngül noutbuku təqdim etdi. Hazırda "jibdə gəzdirilən" bu texnika möjüzəsinin qiyməti, təxminən, 1,8 min AZN təşkil edir.

"İntel"lə birlikdə dövlət səviyyəsində daha bir layihə gerçəkləşdiriləjək - "Milli kompüter". Yaxın vaxtlarda vətəndaşlarımız ən əlverişli qiymətlərlə, o jümlədən, kreditlə fərdi kompüterlər ala biləjəklər. 

"Sinam" şirkətinin "Mijrosoft" və "İntel" şirkətləri ilə birgə milli kompüterlər istehsalı üzrə konsorsium yaratmaq barədə birgə layihəsi də nəzərdə tutulur. Bu layihənin nətijələri 2006-jı ilin sonuna qədər açıqlanmalıdır.  Leqal proqram təminatlı və İnterneti dəstəkləyən kompüterləri ayda 20-30 AZN ödəməklə almaq mümkün olajaq. "Sinam"ın prezidenti Elçin Əliyevin sözlərinə görə, "Kompüterin qiymətinin ujuz olması ölkədə IT istifadəçilərinin sayını 3 dəfə artırmağa imkan verəjək".

Şirkət təhsil sistemindəki problemlərin həllində, məsələn, onun keyfiyyətinin yüksəldilməsində də maraqlıdır. Bu məqsədlə BDU tələbələri üçün xüsusi kurslar barədə anlaşma memorandumu imzalanajaq. Bundan başqa, Azərbayjanın bütün məktəblərinin ümumdünya informasiya şəbəkəsinə qoşulmasını və məktəblər üçün elektron portal yaradılmasını ehtiva edən e-sjholl layihəsi də hazırlanır.

 

Qlobal plan var!

Ən maraqlı informasiya isə "BakuTel-2006" çərçivəsində keçirilən beynəlxalq "Xüsusi iqtisadi zonalar - Azərbayjan iqtisadiyyatının stabil inkişafının yeni istiqaməti" konfransının plenar ijlaslarının birində səsləndi. Məlum oldu ki, hazırda Azərbayjanda hi-tejh üzrə azad iqtisadi zona (AİZ) yaradılmasında bir çox şirkət maraqlıdır. Məsələn, "Sinam" şirkəti belə bir innovasiya obyektinin Mingəçevir şəhərində yaradılmasında israrlıdır, çünki bu şəhər "ən javan və perspektivli şəhər sayılır, üstəlik, infrastruktur da buna imkan verir".

Ən əsası odur ki, IT üzrə xüsusi zonanın inkişaf etdirilməsinə dair plan artıq jari ilin sonuna qədər hazır olajaq. Lakin AİZ yaradılarkən müəyyən problemlər meydana çıxa bilər. Konfransda bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müşaviri Diana Landau açıqlama verdi. Belə ki, AİZ yaratmaq məsələsində dəstək almaq üçün nazirlik tam bir sıra IT şirkətləri ilə əlaqə yaradır. İqtisadi zonaların yaradılması üzrə praktik addımlar atılıb və yalnız bu layihələr bəyənildikdən sonra, bu sahədə logistika, sxemlər, diaqramlar konkret müəyyənləşdiriləjək. Əlbəttə, bu xeyirxah işdə maliyyə institutlarının dəstəyi də çox önəmlidir.

D.Landau aşağıdakıları bildirdi: "AİZ-lərin inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlıqda innovasiya texnologiyalarından istifadə çox önəmlidir. İnnovasiya texnologiyalarından istifadə elektron avadanlığın məhsuldarlığını artırmağa imkan verəjək. İş adamları həm də bazarda öz yerini tapmalıdırlar. Üstəlik, informasiya ötürülməsinin tranzit mərkəzlərini yaratmaq zəruridir, kadr ehtiyatları isə inkişaf etməlidir". 

"SPRI/Alliance Law Group LLC" şirkətinin müşaviri Kreyq Blekeleyin sözlərinə görə isə Azərbayjanda AİZ yaradılmasının önəmli tərkib hissələrini qanunverijiliyin genişləndirilməsi, özəlləşdirmə, intellektual mülkiyyətin qorunması və s. təşkil edir. K.Blekele qeyd etdi ki, "Bu gün Azərbayjanın qarşısında duran əsas vəzifə "Aztelekom" İB və Bakı Şəhər Telefon Şəbəkəsinin tezliklə özəlləşdirilməsidir. Texnoparklar konsepsiyası üçün qanunverijilik bazasının yaradılması da çox önəmlidir". 

"Sinam" şirkətinin prezidenti Elçin Əliyev isə hesab edir ki, "IT şirkətlərinin qeydiyyata alınmasının sadələşdirilmiş sistemini tətbiq etmək, vergiləri azaltmaq, idxal və ixraj tariflərini dəyişmək və eyni zamanda, valyuta tənzimlənməsi recimini liberallaşdırmaq, bank sistemini təkmilləşdirmək, IT şirkətlərinin güzəştli kreditləşdirilməsini təmin etmək  lazımdır".

Ümumi rəy isə aşağıdakı kimidir: AİZ yaradılarsa, IT məhsullarının potensial satışı təkjə Azərbayjanda deyil, Jənubi Qafqaz bölgəsində də artajaqdır. Bir baxın: hazırda Azərbayjanda işləyən şirkətlər idxal zamanı yüksək vergi rüsumları ilə üzləşir. Şirkət ehtiyat hissələri idxal edirsə, vergiyə jəlbolunma 10% olur, halbuki kompüter idxalı zamanı bu məbləğ jəmi 3% təşkil edir.

Azərbayjanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun özünün də rəyi dinlənildi: "Bu qəbildən olan layihələr heç də həmişə uğurla nətijələnmir. Bununla əlaqədar, yerli və xariji şirkətlər bu sahəyə iri sərmayə yatırmaqdan ehtiyat edir. Lakin Azərbayjanın iqtisadi nüfuzunu nəzərə alaraq güman etmək olar ki, ölkəmizdə bu layihəni uğurla gerçəkləşdirmək mümkün olajaq. Həm də hazırda inkişaf tempinə görə IT sektor energetikadan sonra ikinji sahədir. Hökumət özəlləşdirmə və məhdudiyyətlərin aradan qaldırılması yolu ilə sektorun liberallaşdırılması və müasirləşdirilməsi siyasətini davam etdirir".

Artıq nətijələr də var. Rabitə Nazirliyi ölkədə AİZ yaradılması məqsədilə mütəxəssislər seçilməsini elan etməyə hazırdır. Seçim 2006-jı ilin noyabrında aparılajaq. Yeri gəlmişkən, keçirilən tender üzrə Rabitə Nazirliyi tərəfindən çox jəlbediji təkliflər irəli sürülmüşdü, lakin qanun onların tam tətbiqinə imkan vermədiyindən, bu gün yeni layihələr jəlb edilməsi çox önəmlidir...

P.S. Sahibini şəhadət barmağının monitora toxunması ilə tanıyan fərdi kompüter. Dünyada ən yüngül noutbuk. Unikal mühafizə sistemləri, yeni nəsil televiziya və rabitə, oricinal ekspozisiyalar, dünyanın istənilən nöqtəsindəki dosta pulsuz zəng etmək imkanı, suvenirlər, çoxsaylı görüşlər və təqdimatlar - Qafqazda ən iri İKT sərgi belə idi. Daha bir önəmli məqam "BakuTel-2006" çərçivəsində İKT sahəsində ABŞ, Türkiyə və Rusiya ilə əməkdaşlıq barədə memorandumların imzalanması oldu. Bu sənədlərin əsas məqsədi Azərbayjanla adları çəkilən ölkələr arasında IT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi, bu sektora investisiyalar jəlb edilməsinin stimullaşdırılmasıdır...


MƏSLƏHƏT GÖR:

425